Mövzu İqtisadi sistemlər və onların xarakteristikası İqtisadiyyat elminin predmeti


Mövzu 3. Əsas fondlar və onların səmərəli istifadəsi



Yüklə 0,68 Mb.
səhifə22/106
tarix22.05.2023
ölçüsü0,68 Mb.
#111948
1   ...   18   19   20   21   22   23   24   25   ...   106
iqtisadiyyat nmf

Mövzu 3. Əsas fondlar və onların səmərəli istifadəsi


1. Əsas fondlar, onların tərkibi və quruluşu.
2. Əsas fondların uçotu və qiymətləndirmə növləri.
3. Əsas fondların aşınması və amortizasiya ayırmaları.
4. Əsas fondların səmərəli istifadəsini xarakterizə edən göstəricilər.
5. Əsas fondların istifadəsinin yaxşılaşdırılması yolları.


1. Əsas fondlar, onların tərkibi və quruluşu

Əsas fondlar istehsal prosesində uzun müddət və bütövlükdə iştirak edən, öz natural formasını saxlayan və dəyərini istehsal edilən məhsulun üzərinə hissə-hissə keçirən əmək vasitələrinin dəyərlə ifadə olunmuş formasıdır.


Azərbaycan Respublikasında mövcud olan qaydaya görə, dəyəri 500 manatdan yuxarı və ömür müddəti 1 ildən çox olan istehsal-texniki təyinatlı əmək vasitələrinin dəyəri əsas fondlara, dəyəri 500 manatdan və ömür müddəti isə 1 ildən az olanlar isə dövriyyə fondlarına aid edilir. Belə bir qaydanın qəbul edilməsi bilavasitə uçot sisteminin sadələşdirilməsi ilə əlaqədardır. Çünki dəyəri 500 manatdan az olan və ömür müddəti 1 ildən çox olan istehsal vasitələrinin əsas fondlar kimi uçotunun aparılması əmək tutumludur və uçot işini xeyli dərəcədə mürəkkəbləşdirir.
İstehsal əsas fondlarının tərkibinə yalnız istehsal prosesinə cəlb edilmiş və müəyyən funksiyaları yerinə yetirən əmək vasitələri daxil edilir. Mövcud uçot qaydasına müvafıq olaraq əsas fondların dəyərinə istehsal müəssisələrinin, təchizat və satış təşkilatlarının anbarlarında olan maşın və avadanlıqlar, quraşdırmaq üçün verilmiş, quraşdırılması nəzərdə tutulmuş, yolda olan və əsaslı tikintinin balansında olan avadanlıqların dəyəri daxil edilmir.
Əsas fondlar istehsal əsas fondları və qeyri-istehsal əsas fondlarına bölünür. İstehsal əsas fondlarına bilavasitə istehsal prosesində iştirak edən, yaxud onun həyata keçirilməsinə yardım göstərən əmək vasitələri daxil edilir. Qeyri-istehsal əsas fondlarına isə müəssisənin ixtiyarında olan mənzil fondları, mədəni-məişət xidmətinin (klublar, uşaq bağçaları, səhiyyə məntəqələri, istirahət düşərgələri və s.) binaları, qurğuları və s. aid edilir. İstehsal əsas fondlarından fərqli olaraq, bunlar istehsal prosesində iştirak etmədiklərindən, öz dəyərlərini yaradılan məhsulun üzərinə keçirmirlər, daha doğrusu, keçirə bilməzlər. Onlar öz dəyərlərini istismar edildikcə itirirlər. Bunlar üçün ödəniş fondu yaradılmır. Qeyri-istehsal əsas fondlarının təkrar istehsalı yalnız yeni investisiya qoyuluşu vasitəsilə həyata keçirilir.
İstehsal əsas fondlarının tərkib hissələrindən biri də qeyri-maddi aktivlərdir. Bunlar da insan əməyinin "məhsulu" olduqlarından dəyərin daşıyıcılarıdır, əsas fondlardır, lakin onların (qeyri-maddi əsas fondların) fiziki əsasları (ölçüləri) yoxdur. Qeyri-maddi aktivlər də, fiziki əsası olan əsas fondlar kimi, uzun müddət istifadə olunduqlarından öz dəyərlərini tədricən itirirlər. Qeyri-maddi aktivlərə patentlər, əmtəə (mal) nişanları, ticarət markaları, lisenziyalar, bir çox hüquqi aktlardan (torpaq və təbii resurslar, ixtiraçılıq və müəlliflik və s.) istifadə, "nou-hau", rəsmiləşdirilmiş məsləhət və s. aid edilir.
Müəssisənin sərəncamındakı əsas fondlar - iqtisadi məzmununa görə həmcins olsalar da - əşya formasında müxtəlif ünsürlərdən ibarət olurlar. Buna görə də əsas fondların uçota alınmasını həyata keçirmək, onların təkrar istehsalının həcmcə artırılmasını əsaslandırmaq və habelə onlardan istifadə olunması işinə nəzarəti gücləndirmək məqsədilə həmin ünsürləri müxtəlif qruplarda birləşdirir, yəni təsnifləşdirirlər. Əsas fondların təsnifatı onların istehsaldakı işinin xarakterinə (təyinatına) görə əsas fondların differensasiyasını nəzərdə tutur, onların müasir texniki səviyyəsini əks etdirir.
İstehsal əsas fondları onların istehsaldakı funksiyalarının xarakteri, texniki səviyyələri və ayrı-ayrı ünsürlərin istehsaldakı təyinatı və xidmət müddətləri kimi əlamətlərə görə təsnifləşdirilir.
Qüvvədə olan təsnifata görə müəssisənin əsas fondları öz təyinatları, istehsaldakı funksiyaları və maddi məzmunlarına görə aşağıdakı kimi qruplaşdırılır.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə