Dini-mistik yanaşmaya
misal antik və orta əsrlərdə xristian və islam fəlsəfəsinin sələmçilik
probleminə yanaşmasını göstərmək olar. Nə üçün xristian və islam mütəfəkkirləri sələmçilərin
məşğul olduğu borc faizi və krediti qəti surətdə pisləyirdilər? Bunun həqiqətən də pis olduğunu
isbatlamaq üçün hansı elmi metodları var idi? Araşdırdıqda görürük ki, onlar tərəfindən istifadə
olunan metod tamamilə qeyri-elmi idi: bu avtoritetlərə (hansısa dahi mütəfəkkirlərə) yaxud
müqəddəs kitablara (Quran, Bibliya) istinad idi. Əgər bu müqəddəs kitablarda Allah sələmçiliyi
qadağan edirdisə, deməli bunu qeyd şərtsiz qəbul etmək lazım idi. “Allah həmişə haqlıdır” – bu
prinsip təsərrüfat həyatına da şamil edilirdi. Yaxud fikir avtoritetlərindən olan Aristotelin
sələmçiliyi ədalətsiz bir fəaliyyət saymasını əsas gətirmək də qeyri-elmi bir metod sayılır. Bu kimi
yanaşmalar elmi sayılmır, amma qeyd edək ki, bir fikir təcrübi elmlər
2
tərəfindən təsdiq edilməyə
bilər (məsələn, mələklərin və ya şeytanın varlığı), amma bu heç də həmin fikirlərin səhv olması
anlamına gəlmir.
Dostları ilə paylaş: |