Mövzu Fənnin predmeti, məzmunu və iqtisadi mahiyyəti


İstehsalın səmərəliliyinin yüksəldilməsinin əsas istiqamətləri



Yüklə 25,79 Kb.
səhifə3/3
tarix25.01.2023
ölçüsü25,79 Kb.
#99201
1   2   3
Mühazirə 1

İstehsalın səmərəliliyinin yüksəldilməsinin əsas istiqamətləri.
Bazar münasibətlərinə keçid iqtisadiyyatda dərin dəyişiklikləri tələb edir. İstehsalın intensivləşdirilməsinə, hər bir müəssisənin, təşkilatın və firmanın iqtisadi artımın keyfiyyət amillərindən tam və ilk növbədə istifadəyə səmtləndirilməsinə sərt dönüşünü həyaat keçirmək lazımdır. Hərtərəfli inkişaf etmiş məhsuldar qüvvələrə və istehsal münasibətlərinə, yaxşı nizamlanmış təsərrüfat mexanizminə malik yüksək mütəşəkkil və səmərəli iqtisadiyyata keçid təmin olunmalıdır.
İstehsalın səmərəliliyinin yüksəldilməsi amilləri kimi aşağıdakıları göstərmək olar:

  1. Elmi-texniki tərəqqi. Son dövrlərə qədər ETT demək olar ki, təkamül yolu ilə getmişdir. Mövcud texnologiyaların təkçilləşdirilməsinə, maşın və avadanlığın qismən modernləşdirilməsinə üstünlük verildi. Belə tədbirlər müəyyən, lakin əhəmiyyətsiz səmərə verirdi.

Yeni texnikanın yaradılması və tətbiqi üçün kifayət qədər maraq yox idi. Müasir bazar münasibətləri şəraitində inqilabi, keyfiyyət dəyişiklikləri prinsipcə yeni texnologiyalara, ən yeni texnikaya keçid lazımdır. Daha doğrusu, elm və texnikanın ən yeni nailiyyətləri əsasında xalq təsərrüfatının bütün sahələrinin tamailə yenidən silahlandırılması lazımdır.

  1. Qənaət rejimi. Resursu mühafizə yanacağa, enerjiyə, xammala və materiallara artan tələbatın təmin edilməsinin həlledici amilinə çevrilməlidir. Bu məsələlərin həllində sənaye mühüm rol oynayır. Konstruksiya və digər materiallardan, xammaldan, yanacaq-enerji resurslarından yüksək səmərə ilə istifadə olunmasına imkan verən maşın və avadanlığın yaratmaq və onunla xalq təsərrüfatını təchiz etmək, aztullantılı və tullantısız texnoloji proseslərin yaradılması və tətbiqini təmin etmək lazımdır.

  2. İqtisadiyyatın strukturunun təkmilləşdirilməsi. Elmi-texniki tərəqqinin və sosial məsələlərin həllini təmin edən sahələri inkişaf etdirmək, istehsal vasitələri istehsalıilə istehlak şeyləri arasında, aqrar-sənaye kompleksinin sahələri arasında nisbətlərin yaxşılaşdırılmasına çalışmaq lazımdır.

  3. İdarəetmə də daxil olmaqla təşkilati-iqtisadi amillər. İctimai istehsalın miqyaslarının artması və təsərrüfat əlaqələrinin mürəkkəbləşməsi ilə onların rolu xüsusilə artır. Hər şeydən əvvəl isyehsalın təşkilinin səmərəli formalarının inkişafı və təkmilləşdirilməsi çox vacibdir.

  4. İstehsal-sosial infrastrukturunun daha da inkişafı və təkmilləşdirilməsi. Bu, istehsalın səmərəliliyi səviyyəsinə əhəmiyyətli təsir edir.

  5. İnvestisiya siyasəti kapital qoyuluşlarının səmərəliliyinin yüksəldilməsini təmin etməlidir. Sosial tələbatı, elmi-texniki tərəqqinin sürətləndirilməsini təmin edən sahələrin xeyrinə vəsaitin yenidən bölüşdürülməsi həyata keçirilməlidir. Yeni tikintiyə nisbətən mövcud müəssisələrin texnika ilə yenidən silahlandırılmasına və yenidən qurulmasına daha çox vəsait yönəldilməlidir.

  6. Səmərəli təsərrüfatçılıq, resursu mühafizə texnikasının və texnologiyasının yaradılması və tətbiqi məsələlərinin həllində elm böyük rol oynamalıdır. İstehsalın əməktutumunun, materialtutumunun və enerjitutumunun azaldılması, qənaət rejiminin güclənməsi və məhsulun keyfiyyətinin yüksəldilməsi məqsədilə elmi-texniki tərəqqinin sürətləndirilməsinin aktual problemləri üzrə fundamental və tətbiqi tədqiqatlar fəallaşdırılmalıdır.

Bazar münasibətlərinin formalaşması şəraitində istehsalın səmərəliliyinin yüksəldilməsinin bütün amilllərinin təsiri imkanları əhəmiyyətli dərəcədə genişlənir. Xalq təsərrüfatının strukturu yenidən qurulur.


Yüklə 25,79 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə