Mövzu Fənnin predmeti, məzmunu və iqtisadi mahiyyəti


Xərclərin ümumi və müqayisəli səmərəliliyi



Yüklə 25,79 Kb.
səhifə2/3
tarix25.01.2023
ölçüsü25,79 Kb.
#99201
1   2   3
Mühazirə 1

Xərclərin ümumi və müqayisəli səmərəliliyi
Yuxarıda baxdığımız göstəricilər məhdud istifadə xarakterindədir. Bütün onlar istehsal və xərclərin iqtisadi səmərəliliyi haqqında tam, hərtərəfli təsəvvür yaratmır, yalnız müəyyən növ resurslardan istifadəni xarakterizə edir.
Xərclərin ümumi səmərəliliyi haqında tam təsəvvür yaratmaq üçün dəyər və natural göstəricilərin ümumiləşdirilmiş xarakteristikası lazımdır. Bu məqsəd üçün xərclərin ümumi və müqayisəli iqtisadi səmərəlilik göstəricilərindən istifadə olunur.
Planlaşdırmada və layihələşdirmədə ümumi iqtisadi səmərəlilik səmərənin kapital qoyuluşlarına nisbəti kimi, müqayisəli iqtisadi səmərəlilik isə cari xərclərin fərqinin variantlar üzrə kapital qoyuluşlarının fərqinə nisbəti kimi müəyyən olunur. Ümumi və müqayisəli səmərəlilik göstəriciləri bir-birini tamamlayır. Xərclərin ümumi iqtisadi səmərəliliyi xərclərin tətbiqi yeri nəzərə alınmaqla hesablanır. Xalq təsərrüfatı üzrə xərclərin ümumi iqtisadi səmərəliliyi yaradılmış milli gəlirin əlavə artımının həmin əlavə artımı yaratmış istehsal kapital qoyuluşuna nisbəti kimi müəyyən edilir:
Эхм= ∆MG/K
Xalq təsərrüfatı kompleksləri, ayrı-ayrı sahələr, eləcə də əsas fondların təkrar istehsalının formaları (texnika ilə yenidən silahlandırma, müəssisə və təşkilatların yenidən qurulması və genişləndirilməsi) üzrə xərclərin ümumi iqtisadi səmərəliliyi mənfəətin və ya təsərrüfat hesablı gəlirin əlavə artımının (∆G) kapital qoyuluşlarına nisbəti kimi hesablanır:
Эnn=∆G/K
Yeni tikilən müəssisələr, sexlər, başqa obyektlər və ayrı-ayrı tədbirlə üzrə səmərəlilik göstəricisi (Эn) planlaşdırılan mənfəətin kapital qoyuluşlarına nisbəti kimi hesablanır:
Эn=(N-M)/K
Burada K- tikilməkdə obyektin tam smeta dəyəri,N- layihə üzrə müəssisə topdan satış qiymətlərilə illik məhsul buraxılışı, M- tikinti tam başa çatdırdıqdan sonra və istifadəyə verilmiş güclərin mənimsənilməsindən sonra illik məhsul buraxılışının istehsal xərcləridir. Hər bir halda ümumi iqtisadi səmərəliliyin hesablanması nəticəsində əldə edilmiş göstəricilər normativ göstəricilərlə və əvvəlki dövrlərin oxşar göstəriciləri ilə imüqayisə edilir.
Təsərrüfat və ya texniki qərarların,müəssisələrin və onların komplekslərinin yerləşdirilməsinin, yeni müəssisələrin tikilməsi və ya mövcud müəssisələrin yenidən qurulması variantlarının müqayisəsi,qarşılıqlı əvəz olunan məhsulların seçilməsi, yeni texnika növlərinin tətbiqi və s. hallarda xərclərin müqayisəli iqtisadi səmərəlilik göstəriciləri hesablanır.
Hər bir variant üzrə gətirilmiş xərclərin cari xərclərin və kapital qoyuluşlarının səmərəlilik normativinə uyğun olaraq eyni ölçüyə gətirilmiş məbləğindən ibarətdir:
GXi=Mi+EHKi→min
Burada Mİ- birinci variant üzrə cari xərclər(maya dəyəri)
Kİ- birinci variant üzrə kapital qoyuluşları;
EH- kapital qoyuluşlarının müqayisəli iqtisadi səmərəliliyinin normativ əmsalıdır. Bütünlükdə xalq təsərrüfatı üzrə bu əmsal EXT= 0,16 ayrı-ayrı sahələr və rayonlar üzrə isə o, müxtəlif ola bilər. Belə diferensiallaşmadırma elmi-texniki tərəqqini həvəsləndirmək, əmək haqqının zona və sahə üzrə səviyyələrini, qiymətlərin səviyyələrindəki fərqkləri, tikinti proqramlarının müddətlərini və rayon fərqlərini nəzərə almaq üçün lazımdır. Xərclərin həyata keçirilməsinin ayrı-ayrı mərhələləri və istiqamətləri üzrə səmərəliliyin təyin edilməsinin xüsusiyyətlərini qeyd etmək lazımdır. Məsələn, maddi istehsalın təkmilləşdirilməsinə yönəldilmiş emi-tədqiqat və layihə-konstruktor işlərinin maddi-texniki bazasının yaradılması üçün xərclərin səmərəliliyi qiymətləndirilərkən iqtisadi nəticələrlə yanaşı, sosial və ekoloji nəticələr də aşkar edilir. Belə nəticələri dəyər ifadəsində tam əks etdirmək mümkün deyildir və aşağıdakıları əhatə edə bilər: ağır fiziki əməyin ləğv edilməsi, əmək şəraitinin hərtərəfli sağlamlaşdırılması və yüngülləşdirilməsi, texniki təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, istehsalat zədələlərinin və peşə xəstəliklərinin aradan qaldırılması, işləyənlərin əmək və peşə şəraitlərinin yaxşılaşdırılması, ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması, elmi-texniki tərəqqinin, eləcə də bazara keçidin sürətləndirilməsinin bütün əmək qabiliyyətli əhalinin optimal məşğulluğu ilə əlaqələndirilməsi.
Məqsədli kompleks proqramlar üzrə xərclərin səmərəliliyi müəyyən edilərkən ümumi səmərəlilik və ayrı-ayrı tədbirlərin və tapşırıqların səmərəliyi hesablanır. Bu halda ümumi səmərəlilik göstəriciləri səmərənin alınmasının və xəclərin həyata keçirilməsinin hesabi dövrlərindən asılı olaraq müəyyən edilir. Son nəticəsi xalq təsərrüfatı üzrə son məhsulun əlavə artımı olan məqsədli kompleks proqramlar üzrə isə mühüm səmərəlilik göstəricisi proqramın dəyər və ya natural ifadədə son nəticənin proqramın yaradılması üçün çəkilmiş tam xərclərə nisbətidir.
Əsas fondların təkrar istehsalının ən səmərəli formaları olan texnika ilə yenidən silahlandırma və yenidənqurma üçün xərclərin səmərəliliyi hesablanarkən əlavə göstəricilər kimi aşağıdakılar tətbiq olunur: işləyənlərin şərti azad olunması, maddi və yanacaq-enerji resurslarına qənaət. Mövcud müəssisələrin genişləndirilməsi zamanı yeni tikinti üçün xərclərin səmərəliliyi mövcud müəssisələrin texnika ilə yenidən silahlandırılması və yenidən qurulmasının səmərəliliyi ilə müqayisəli şəkildə hesablanmalıdır. Bu halda sosial infrastrutur obyektlərinin yaradlması üçün xərclərdə daxil olmaqla bütün xərclərin cəmi nəzərə alınır. Eyni zamanda mövcud müəssisələrin texnika ilə yenidən silahlandırılması və yenidən qurulması ilə müqayisədə vaxt itkiləri də nəzərə alınmalıdır. Yeni tikinti və ya mövcud müəssisələrin genişləndirilməsi üzrə tədbirlərin sosial nəticələri qiymətləndirilir.
Ölkənin xalq təsərrüfatında istehsal infrastrukturu mühüm yer tutur. Buraya nəqliyyat və rabitənin,elektrik, qaz, neft və su təchizatı, maddi-texniki təminat sistemlərinin bütün növlərdən olan obyektləri daxildir. İnformasiyanın işlənməsi və hesablama texnikası sistemləri, mühəndis şəbəkləri və kommunikasiyaları kompleksləri də buraya daxildir. Istehsal infrastrukturunun inkişafı üçün xərclərin səmərəsi kimi istehsal səmərəsi, eləcə də xalq təsərrüfatında əldə edilən səmərə götürülür. Buraya daxildir: infrasturuktura sahələrinin inkişafı nəticəsində maddi istehsalın baza sahələrinin inkişafı üçün xərclərin aşağı salınması, istehsalın kooperativləşdirilməsi və ixtisaslaşdırılmasının yaxşılaşdırılması, rabitə və informasiyanın işlənməsi vasitələri ilə təminat hesabına istehsalın idarə edilməsinin etibarlığının və operativliyinin yüksəlməsi, dövriyyə vasitələrinin və maddi resursların dövretməsinin sürətləndirilməsi və bunun nəticəsində baza sahələrində ehtiyatların ixtisar ediməsi, infrastrukturun təsiri ilə baza sahələrində məhsulun maya dəyərinin aşağı salınması, materialların və avadanlığın itkilərinin, eləcə də hər cür maddi ziyanın azaldılması və ləğv edilməsi, əhaliyə xidmətlərin çeşidinin genişləndirilməsinə, xidmətin keyfiyyətinin və mədəniyyətinin yaxşılaşdırılmasına, əhalinin vaxtına qənaət edilməsinə və digər sosial iqtisadi nəticələrə infrastruktur sahələrinin təsiri şəklində sosial səmərə.
Qeyri-istehsal sferasına xərclərin səmərəliliyini qiymətləndirərkən əldə edilən sosial və iqtisadi nəticələr həmin nəticələrin əldəediləməsi üçün lazım olan xərclərlə müqayisə edilir. Xərclərin həm ümumi, həm də müqayisəli iqtisadi səmərəliliyi yuxaridakı ümumiləşdirici göstəricilərlə məhdudlaşmamalıdır. Xərclərin iqtisadi səmərəliliyinin hərtərəfli əsaslandırılması və təhlili, yekun qərar qəbul edilərkən onların səmərəliliyinin yüksəldilməsi ehtiyatlarının aşkar edilməsi üçün əldə edilən səmərənin ayrı-ayrı tərəflərini xarakterizə edən əlavə göstəricilərdən də istifadə edilməlidir. Belə göstəricilərə aşağıdakıları aid etmək olar: əmək məhsuldarlığı, fondverimi, xüsusi kapital qoyuluşları, xammal, material, yanacaq, enerji resurslarına qənaət, istehsal xərclərinin aşağı salınması, sosial nəticələr.
Bazar iqtisadi şəraitində müəssisələrin, firmaların təsərrüfat fəaliyyətinin qiymətləndirilməsinin əsas kriterisi kimi mənfəət və fondlara görə hesablanamış rentabellik götürülür. Sivil bazar münasibətləri formalaşdıqca, defisit və ayrı-ayrı istehsalçıların inhisarı ləğv edildikcə müəssisələrdə mənfəətinartırılmasının bir yolu qalacaqdır- məhsul buraxılışının həcminin artırılması və onun istehsalı üçün xərclərin aşağı salınması.

Yüklə 25,79 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə