Mövzu Erkən yaşlı uşaqların psixologiyası. Yeni doğulmuş uşağın anatomik- fizioloji və psixi



Yüklə 23,96 Kb.
səhifə2/3
tarix28.12.2022
ölçüsü23,96 Kb.
#98011
1   2   3
mövzu 9

müsbət şərti reflekslər əmələ gəlir.
5-ci aydan etibarən körpə bir çox səs qıcıqlandırıcılarının içərisindən yaxın adamların səsini fərqləndirməyə nail olur. Adamları belə tanımanın fizioloji mexanizmləri bir neçə dəfə təkrar nəticəsində şərti reflekslərin yaranması və möhkəmlənməsi ilə bağlıdır. Həyatın 5-ci ayından etibarən uşağın davranış və fəaliyyətində demək olar ki, bütün analizatorlar iştirak edir. Şərti reflektor rabitələrin və onların möhkəmlənmiş sistemi olan dinamik stereotipin yaranması ilə bağlı olaraq uşağın beyninin funksional imkanları get-gedə genişlənir, beyin qabığının təhlil-tərkib fəaliyyəti artır. Həyatın 6-9-cu ayları ərzində uşaq sağ əlindən və şəhadət barmağından istifadə etməyə başlayır. Rəngləri ayırd etməyə, yad adamların danışığı və mimikasını başa düşməyə, qısamüddətli ayrılıqdan sonra tanış adamları tapmağa nail olur. 9- 12-ci aylar ərzində uşaq müəyyən əşyaların adlarını öyrənir, bədən hissələrini tanıyır, mürəkkəb davranış formalarının ilk əlamətləri əmələ gəlir. 6 aylıqdan sonra uşaqda birinci siqnal sisteminin qıcıqlandırıcılarına reaksiya ilə yanaşı ikinci siqnal sisteminin qıcıqlandırıcıları olan söz siqnallarına qarşı da böyük miqdarda hərəkət reaksiyaları əmələ gəlir. 9-10 aylıqda uşaq «atan
106

hardadır?» sözünə qarşı ataya tərəf dönməklə, «əl çal!» sözünə qarşı isə əl çalmaq reaksiyası göstərməyə cavab verir.
Fizioloji tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, uşaqlarda şərti danışıq refleksi səs aparatı əzələlərindən törəyən kinestezik qıcıqlanmalar əsasında inkişaf edir.
Bu qıcıqlanmalarda digər analizator sistemləri görmə (danışan adamın görünüşü), səs analizatorunu oyadan səs kompleksi və s. də iştirak edir. Bu sürətlə inkişaf edən böyük miqdarda şərti rabitələr (görmə hərəkəti, səs hərəkəti və s. onların bir-biri ilə və hərəki zona ilə rabitəsi) müəyyən bir sözlə əlaqədar olaraq söz siqnalının
Yüklə 23,96 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə