Mövzu Beynəlxalq iqtisadi münasibətlərin (BİM) mahiyyəti, formaları və onun dünya iqtisadiyyatında rolu və əhəmiyyəti



Yüklə 229,28 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix27.10.2017
ölçüsü229,28 Kb.
#7015
1   2   3   4   5   6   7

arasında  mövcuddur.  Bu  ölkələr  arasında  ziddiyyətlərin  əsas  mahiyyəti  kimi  dünya 

bazarlarında  onlar  arasında  mövcud  olan  ciddi  rəqabət  çıxış  edir.  Bu  zaman  tərəflərin 

məqsədi  adətən  rəqibi  dünya  bazarının  hər  hansı  bir  seqmentindən  çıxarmaq  və  ya  bu 

seqmenti rəqibdən qorumaq olur. 

İkinci  qrup  ziddiyyətlər  “Şimal”  –  “Cənub”  ölkələri  arasında  olan  ziddiyyətlərdir. 

Burada “Şimal” sənayecə inkişaf etmiş ölkələr, “Cənub” isə inkişaf etməkdə olan ölkələrdir. 

Bu  ziddiyyətlərin  mahiyyəti  ondan  ibarətdir  ki,  bir  çox  inkişaf  etməkdə  olan  ölkələr  (ilk 

növbədə  yeni  sənaye  ölkələri)  bir  çox  iqtisadi  göstəricilər  üzrə  faktik  olaraq  inkişaf  etmiş 

ölkələrin  səviyyəsinə  çatıblar  və  buna  görə  də  dünya  təsərrüfatında  uyğun  yer  tutmağa 

çalışırlar. 

Üçüncü  qrup  ziddiyyətlər  “Şərq”  –  “Qərb”  ölkələri  arasında  mövcuddur.  Burada 

“Qərb” dedikdə sənayecə inkişaf etmiş ölkələr, “Şərq” dedikdə isə keçmiş sosialist düşərgəsi 

ölkələri,  başqa  sözlə  keçid  iqtisadiyyatlı  ölkələr  nəzərdə  tutulur.  Bu  ölkə  blokları  arasında 

ziddiyyətlər  özünü  onda  göstərir  ki,  dünya  sosialist  sisteminin  süqutuna  qədər  keçmiş 

sosialist  düşərgəsi  ölkələri  avtarkiya  rejimində  fəaliyyət  göstərirdilərsə,  hazırda  onların 

məqsədi  kimi  dünya  bazarına  aktiv  surətdə  daxil  olma  çıxış  edir.  Onlar  istehsal  etdikləri 

məhsullarla  dünya  bazarında  layiqli  yer  tutmağa  çalışırlar.  Lakin  sənayecə  inkişaf  etmiş 

ölkələr  dünya  iqtisadiyyatı  meydanında  yeni  rəqib-ölkələrin  meydana  gəlməsində  maraqlı 

deyillər və buna hər vəchlə mane olmağa çalışırlar. 

 

5. Dünya təsərrüfatında qloballaşma prosesi və qlobal problemlər 

 

Yuxarıda  qeyd  olunan  ziddiyyətlər  inkişaf  mənbələri  olduqları  üçün  dünya 



təsərrüfatının ümumi vəhdətini pozmurlar. Ziddiyyətlərin həll edilməsi ilə dünya təsərrüfatı 

müasir  qlobal  iqtisadiyyatın  xüsusiyyətlərini  əldə  edir.  Müasir  qlobal  iqtisadiyyatın 

xüsusiyyətləri kimi aşağıdakıları göstərmək olar: 

 



sərhəd  tanımayan  iri  şirkətlərin  yaranması:  transmilli  şirkətlərin  və  bankların  bünya 

təsərrüfatının əsas strukturformalaşdıran elementlərinə çevrilməsi

 

rəqabətin  dünya  rəqabəti  səviyyəsinə  qədər  güclənməsi  və  eyni  zamanda  onun  son 



nəticədə ümumdünya əməkdaşlığına çevrilməsi


 

dünya  təsərrüfatının  beynəlmiləlləşməsinin  keyfiyyətcə  yeni  səviyyəsinin  əldə 



edilməsi, bu da iki istiqamətdə baş verir: 

1)

 



vahid qlobal bazarın formalaşması; 

2)

 



reginal iqtisadi inteqrasiya bloklarının yaranması. 

XXI  əsrin  əvvəlində  dünya  təsərrüfatının  inkişafı  bəşəri  fəaliyyətin  bütün  sahələri 

üçün  istifadə  edilən  qloballaşma  konsepsiyasının  meydana  gəlməsi  ilə  nəticələndi.  İctimai 

həyatın  bir  sferasında  baş  verən  proseslər  dönməz  olaraq  qlobal  xarakter  kəsb  etməyə 

başlayır və bu zaman digər sahələrdə baş verən proseslərə təsir göstərir. Ona görə də hazırda 

hüquqi  məkanın  qloballaşması,  siyasi  münasibətlərin  qloballaşması,  iqtisadiyyatın 

qloballaşması, cinayətkarlığın qloballaşması kimi anlayışlardan istifadə edilir. 

Qloballaşma bir termin kimi 1980-ci illərdə meydana gəlmiş və 1990-cı illərdə elmi 

ədəbiyyatda möhkəmlənmişdir. Müxtəlif mənbələrdə onun izahında müxtəlif fərqlər tapmaq 

olar.  Lakin  ümumilikdə  o,  dünya  təsərrüfatının  formalaşmasının  müasir  mərhələsini 

xarakterizə edir. 

Qloballaşma  müasir  kommunikasiya  və  informasiya  texnologiyaları  əsasında 

formalaşmış  maliyyə-iqtisadi, ictimai-siyasi  və  mədəni əlaqələrin açıq sistemi çərçivəsində 

ölkələrin,  müəssisələrin  və  insanların  ümumdünya  qarşılıqlı  asılılığıdır.  Iqtisadiyyatın 

qloballaşması  bu  prosesin  mühüm  hissəsidir.  Qloballaşma  bitmiş  və  ya  dayanmış  proses 

deyil. Qloballaşmanı çətinliklər və ziddiyyətlərlə üzləşən inkişaf etməkdə olan proses kimi 

görmək lazımdır.  

Elmi  ədəbiyyata  qloballaşma  anlayışı  dünya  iqtisadiyyatının  keyfiyyətcə  yeni 

vəziyyəti kimi daxil olub. Dünya iqtisadiyyatında qloballaşma prosesi istehsalın və kapitalın 

beynəlmiləlləşməsinin qanunauyğun nəticəsi kimi çıxış edir. Qloballaşma müəyyən dərəcədə 

dünya  təsərrüfat  əlaqələrinin  çərçivəsinin  genişlənməsi,  onun  artımının  kəmiyyət  prosesi 

kimi də təqdim edilə bilər. Bununla  yanaşı, o, müasir dünya iqtisadiyyatına  yeni keyfiyyət 

verir, onun konsolidasiyası və inteqrasiyası prosesini gücləndirir.  

Qloballaşma  prosesinə  iki  tərəfdən  yanaşmaq  olar.  Makroiqtisadi  səviyyədə 

qloballaşma  ölkələrin  və  ayrı-ayrı  regionların  öz  sərhədlərindən  kənarda  iqtisadi  aktivliyə 

səy  göstərmələridir.  Bu  cür  səylərə  təkan  verən  amillər  kimi  isə  liberallaşmanı,  ticarət  və 




investisiya  maneələrinin  aradan  qaldırılmasını,  azad  iqtisadi  zonaların  yaradılmasını  və  s. 

göstərmək olar. 

Mikroiqtisadi  səviyyədə  qloballaşma  dedikdə  müəssisənin  fəaliyyətinin  daxili  bazar 

çərçivəsindən  kənara  genişlənməsi  başa  düşülür.  Sahibkarlıq  fəaliyyətinin  çoxmilli 

istiqamətlənməsindən  fərqli  olaraq  qloballaşma  dünya  bazarının  mənimsənilməsinə  vahid 

yanaşma tələb edir. 

Qloballaşma  milli  iqtisadi  sistemlərin  artan  qarşılıqlı  əlaqələrini  və  asılılıqlarını 

xarakterizə edir. Elmi-texniki inqilabın təsiri altında istehsalın qloballaşması elə bir vəziyyət 

yaradır  ki,  praktiki  olaraq  heç  bir  ölkəyə  “özünün”  istehsalına  malik  olmaq  sərfəli  olmur. 

Ayrı-ayrı  milli  iqtisadiyyatlar  dünya  təsərrüfatına  daha  çox  inteqrasiya  olunur  və  orada  öz 

yerini  tapmağa  çalışırlar.  Işçi  qüvvəsinin  hərəkəti,  kadrların  hazırlanması  və  mütəxəssis 

mübadiləsi daha çox beynəlmiləl xarakter kəsb etməyə başlayır.  

Qloballaşmanın  obyektiv  bir  proses  olduğundan  çıxış  etsək  onu  şərtləndirən  əsas 

faktorlar kimi aşağıdakıları göstərmək olar: 

 

istehsal  amilləri  –  istehsalın  həcminin  kəskin  surətdə  artması,  onun  həyata 



keçirilməsinin  yeni  formalarının  peyda  olması,  nəqliyyat  və  rabitənin  keyfiyyətcə 

yeni səviyyəyə yüksəlməsi

 

iqtisadi amillər – kapitalın bir nöqtədə həddən artıq təmərküzləşməsi, çərçivəsi milli 



sərhədlərdən  kənara  çıxan  təşkilati  formaların  beynəlxalq  xarakter  kəsb  etməyə 

başlaması  və nəticədə vahdi bazar məkanının formalaşması; 

 

siyasi  amillər  –  dövlət  sərhədlərinin  şəffaflaşması,  vətəndaşların,  əmtəə  və 



xidmətlərin, kapitalın hərəkət azadlılığının yüngülləşməsi; 

 



sosioloji amillər – cəmiyyətin həyatında adət və ənənələrin, sosial əlaqələrin rolunun 

zəifləməsi,  milli  məhdudiyyətin  aradan  qaldırılması  nəticəsində  insanların 

mobilliyinin yüksəlməsi və beynəlxalq miqrasiyaya təkan verilməsi

 



informasiya amilləri –  işgüzar ünsiyyət vasitələrində baş verən radikal dəyişikliklər, 

iqtisadi  və  maliyyə  informasiyası  ilə  operativ  mübadilə  nəticəsində  problemlərin 

səmərəli  surətdə  həll  olunması,  ən  yeni  infromasiya  texnologiyalarının  (xüsusilə 

İnternetin)  geniş  surətdə  yayılması,  dövlət  tənzimlənməsinin  və  nəzarətinin 

imkanlarının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması; 



Yüklə 229,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə