Mövzu Beynəlxalq iqtisadi münasibətlərin (BİM) mahiyyəti, formaları və onun dünya iqtisadiyyatında rolu və əhəmiyyəti



Yüklə 229,28 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix27.10.2017
ölçüsü229,28 Kb.
#7015
1   2   3   4   5   6   7

ya  qismən  iqtisadi  blokada  və  ya  birtərəfli  surətdə  tətbiq  olunan  tədbirlər  artıq  nadir  hal 

deyildir. 

Nəhayət, BİM-in inkişafına maliyyə və iqtisadi böhranlar da mənfi təsir göstərir.  

 

4. Dünya təsərrüfatının mahiyyəti, xüsusiyyətləri və  



onun inkişafında müasir meyllər 

 

Müasir BİM-in inkişaf şərtlərindən danışarkən həmçinin dünyanın ümumi olduğunu 



qeyd  etmək  lazımdır.  Müasir  dünya  təsərrüfatı  ümumdünya  quruluşunun    tərkib  hissəsi 

olmaqla bütün dünya üçün vahid olan qanun və prinsiplər əsasında fəaliyyət göstərir. Digər 

tərəfdən,  müasir  dünya  təsərrüfatı  özünün  qayda  və  qanunları  olan  müstəqil  sistemdir.  Bu 

sistemin  elementləri  bir-biri  ilə  ziddiyyət  təşkil  etmir,  onlar  bir-birləri  ilə,  həmçinin  digər 

sistemlərin (siyasi, hüquqi, ekoloji və s.) elementləri ilə qarşılıqlı əlaqədə olurlar və asılılıq 

yaradırlar.  

BİM-in nəzəriyyəsi və praktikasını öyrənərkən tez-tez dünya təsərrüfatı anlayışından 

istifadə edilir. BİM-in obyektiv əsası kimi çıxış edən müasir dünya təsərrüfatı sıx qarşılıqlı 

əlaqədə  və  təsirdə  olan,  bazar  iqtisadiyyatının  obyektiv  qanunlarına  tabe  olan  milli 

iqtisadiyyatların  məcmusundan  ibarət  qlobal  iqtisadi  sistemdir.  Daim inkişafda  olan  qlobal 

dünya  təsərrüfatı  eynicinsli  olmayaraq  özündə  sənayecə  inkişaf  etmiş  ölkələrin,  inkişaf 

etməkdə olan ölkələrin və keçid iqtisadiyyatlı ölkələrin milli iqtisadiyyatlarını birləşdirir. 

Müasir  dünya  təsərrüfatının  əsasında  bazar  münasibətləri  durur  və  buna  görə  də 

dünya  təsərrüfatının  liderləri  kimi  bazar  münasibətlərinin  daha  çox  inkişaf  etdiyi  ölkələr 

çıxış edirlər. 

Özündə  hələ  də  çoxlu  ziddiyyətləri  və  meylləri  əks  etdirən  müasir  dünya 

təsərrüfatının  vahidliyi  və  dinamikliyi  XX  əsrin  ortalarına  nisbətən  müqayisə  olunmaz 

dərəcədə  artmışdır.  Müasir  dünya  təsərrüfatı  tam  olaraq  bazar  iqtisadiyyatı  prinsiplərinə, 

beynəlxalq  əmək  bölgüsünün  obyektiv  qanunauyğunluqlarına,  istehsalın  və  kapitalın 

beynəlmiləlləşməsinə  əsaslanır.  Yeni  minilliyin  ilk  illərində  dünya  təsərrüfat  əlaqələri 

iqtisadi fəaliyyətin daha intensiv inkişaf edən sahəsi kimi çıxış edir. 



Beləliklə  dünya  təsərrüfatı  daim  hərəkətdə  olan,  artan  beynəlxalq  əlaqələrə  və 

mürəkkəb  qarşılıqlı  təsirlərə  malik  olan,  bazar  iqtisadiyyatının  obyektiv  qanunlarına  tabe 

olan milli təsərrüfatların məcmusudur. Bu məcmu əsasında həddən artıq ziddiyyətli, bununla 

yanaşı, az və ya çox dərəcədə vahid dünya iqtisadi sistemi formalaşır. 

Bir tərəfdən iqtisadi inkişaf səviyyələrindən və siyasi quruluşlarından asılı olmayaraq 

bütün  ölkələr  üçün  ümumi  olan  iqtisadi  qanunların  (məsələn,  tələb  və  təklif  qanunu) 

fəaliyyəti,  digər  tərəfdən  bütün  ölkələrin  məhsuldar  qüvvələrini  inkişafa  sövq  edən  elmi-

texniki  inqilabın  nailiyyətləri  dünya  təsərrüfatının  vahidliyini  müəyyən  edən  obyektiv 

amillərdir. 

Dünya  təsərrüfatında  hazırda  bir  sıra  sabit  meyllər  müşahidə  edilməkdədir.  Onların 

sırasına aşağıdakıları aid etmək olar: 

 



iqtisadi  artımın  sabit  templəri.  Bütün  dünya  ölkələrinin  orta  artım  templəri  1990-cı 

illərin əvvəlində mövcud olan 1%-dən onilliyin axırına 3%-ə qalxıb; 

 

təsərrüfat əlaqələrinin inkişafında xarici iqtisadi amilin əhəmiyyətinin yüksəlməsi



 

maliyyə  bazarlarının  qloballaşması  və  milli  iqtisadiyyatların  qarşılıqlı  asılılıqlarının 



artması; 

 



əmtəələrlə beynəlxalq ticarətin öz artim tempinə görə dünya təsərrüfatı subyektlərinin 

daxili  istehsalının  artımını  əhəmiyyətli  dərəcədə  (təxminən  1,5%  səviyyəsində) 

üstələməsi; 

 



xidmətlərlə  beynəlxalq  ticarətin  son  onilliklərdə  əmtəələrlə  beynəlxalq  ticarətə 

nisbətən 3 dəfə sürətlə artması; 

 

beynəlxalq ticarətin kommersiya fəaliyyəti sahəsindən milli təkrar istehsal prosesinin 



təmin edilməsinin vacib və zəruri şərtinə çevrilməsi

 



müasir  şəraitdə  əmtəələrlə  və  xidmətlərlə  beynəlxalq  ticarətin  ilkin  mərhələdə 

beynəlxalq  elmi-texniki  əməkdaşlıqla,  istehsal  prosesində  beynəlxalq  istehsal 

əməkdaşlığı  və  kooperasiyası  ilə,  obyektin  işə  salınması  mərhələsində  isə  texniki 

xidmətlərin göstərilməsi ilə tamamlanması; 

 

kapitalın beynəlxalq hərəkətində daha yüksək dinamizmin müşahidə edilməsi (1990-



cı illərdə təkcə birbaşa xarici investisiyaların artımı əmtəə ixracının artımını 3 dəfə, 

dünya istehsalının artımını isə 4 dəfə üstələyib); 




 

dünya  bazarında tələbatın ən  çox olduğu  məhsullar kimi  yeni  texnologiyaların  çıxış 



etməsi və texnoloji cəhətdən  yeni əmtəə və xidmətlərin ayrı-ayrı ölkələrin ixracında 

malik  olduğu  xüsusi  çəkisinin  artması,  xüsusi  struktura  və  funksiya  mexanizminə 

malik dünya texnologiya bazarının yaranması; 

 



elmtutumlu məhsullarla mübadilənin dünya ticarətində payının əhəmiyyətli dərəcədə 

artması; 

 

işçi qüvvəsinin beynəlxalq miqrasiyasının miqyasında əhəmiyyətli artımın müşahidə 



edilməsi; 

 



regional inteqrasiya proseslərinin daha sürətlə inkişaf etməsi. 

Dünya  təsərrüfat  əlaqələrinin  coğrafi  quruluşunda  da  müəyyən  dəyişikliklər  baş 

verməkdədir.  Belə  ki,  dünya  təsərrüfat  əlaqələrinin  əsas  subyektləri  olan  sənayecə  inkişaf 

etmiş  ölkələr  bir-birləri  iqtisadi  əlaqələri  daha  da  dərinləşdirirlər  və  bu  proses  özünü 

inteqrasiya birlikləri çərçivəsində daha aydın göstərir. İnkişaf etmiş dünyanın üç mərkəzi – 

NAFTA, Avropa Birliyi və Yaponiya arasında qarşılıqlı fəaliyyət aktivləşir. 

İnkişaf  etməkdə  olan  ölkələrin  dünya  əmtəə,  xidmət,  kapital  və  işçi  qüvvəsi 

bazarlarında  mövqeləri  getdikcə  güclənir.  Onlar  xammal  və  ərzaq  ixracatçılarından  hazır 

məhsul  ixracatçılarına,  kapital  idxal  edən  ölkədən  yavaş-yavaş  kapital  ixrac  edən  ölkəyə 

çevrilirlər. Onların bəziləri injinirinq və maliyyə xidmətləri ixrac etməyə başlayırlar. 

Ümumilikdə  müasir  mərhələdə  dünya  təsərrüfatı  sistemində  aralarında  sıx  əlaqə 

mövcud  olan  və  subyektlərin  iqtisadiyyatlarına,  həmçinin  BİM-in  formalarının  özünə 

ziddiyyətli  təsir  göstərən  köklü  dəyişikliklər  baş  verir.  Lakin  müasir  dövrün  çoxsaylı 

ziddiyyətlərinə baxmayaraq, onun əsas cəhəti kimi qarşılıqlı mübarizə deyil, əməkdaşlığa və 

qarşılıqlı  anlaşmaya  yönəlmiş  meyl  çıxış  edir.  Vahidliyə,  qarşılıqlı  əlaqəliliyə,  qarşılıqlı 

asılılığa, daha inkişaf etmiş və sosial baxımdan ədalətli dünyaya  yönəlmiş ümumi hərəkəti 

dünya təsərrüfatında əsas meyl kimi xarakterizə etmək olar. 

Dünya  təsərrüfatına  aid  olan  ümumilik  və  vahidliklə  yanaşı,  onda  həmçinin  daxili 

ziddiyyətlər  də  mövcuddur.  Bu  ziddiyyətlər  özünü  əsasən  ayrı-ayrı  ölkə  qrupları  üzrə 

göstərir. 

Ziddiyyətlərin  birinci  qrupu  dünya  iqtisadi  inkişafının  3  mərkəzi  –  NAFTA  (ABŞ 

başda  olmaqla),  Avropa  Birliyi  və  Asiya-Sakit  okean  regionu  (Yaponiya  başda  olmaqla) 




Yüklə 229,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə