Mövzu 6 Beynəlxalq valyuta-maliyyə münasibətləri



Yüklə 439,32 Kb.
Pdf görüntüsü
səhifə6/17
tarix05.04.2018
ölçüsü439,32 Kb.
#35899
1   2   3   4   5   6   7   8   9   ...   17

məzənnələr praktikada tez-tez real hesablama ilə üst-üstə düşmürlər, ondan bu və ya digər tərəfə 

fərqlənirlər. Paritet valyuta məzənnəsi aşağıdakı formulla hesablanır: 

 

VM = 



2

2

1



1

1

d



p

d

p

n

 

 

Burada n – müqayisə edilən əmtəə qruplarının sayı, p1 və p2 – müqayisə edilən ölkələrdə 



əmtəələrin  qiymətləri,  d1  və  d2  –əmtəə  qrupunun  müqayisə  edilən  ölkələrin  ÜDM-dəki  xüsusi 

çəkisidir. 

İnflyasiyanı  nəzərə  almaqla  nominal  (NM)  və  real  (RM)  məzənnələri  fərqləndirmək 

lazımdır. Onlar  bir-birlərindən    müqayisə edilən  ölkələrdəki qiymətlərin  nisbətindən  asılı olaraq 

fərqlənirlər: 

 

RM = 

2

1

p



p

NM 

 

Valyuta  məzənnələri  valyutanın satış üsulundan  (nağd,  nağdsız, topdan,  əskinas  şəklində, 



elektron) asılı olaraq müxtəlif səviyyələrdə müəyyən edilə bilər. Bu zaman valyutanın alış və satış 

məzənnələri  bank  marjasının  (bankın  xərclərini,  risqlərini  və  gəlirlərini  örtən)  həcmindən  asılı 

olaraq həmişə bir-birindən fərqlənəcəkdir. 

Valyuta məzənnəsi beynəlxalq iqtisadi münasibətlərə böyük təsir göstərir: 

 

valyuta məzənnəsi hər hansı bir ölkənin istehsalçılarına əmtəənin istehsal xərclətinin dünya 



qiymətləri  ilə  müqayisə  etməyə  imkan  verir  və  buna  görə  də,  xarici  iqtisadi  əlaqələrin 

həyata keçirilməsi zamanı orientir rolunu oynayır, iqtisadi fəaliyyətin maliyyə nəzticələrini 

proqnozlaşdırmağa imkan verir; 

 



valyuta  məzənnəsi  ölkənin  iqtisadi  vəziyyətinə  birbaşa  təsir  göstərir  və  bu  da  özünü 

xüsusilə tədiyə balansının vəziyyətində göstərir

 

valyuta məzənnəsi dünya istehsalının nəticələrinin ölkələr arasında yenidən bölgüsünə təsir 



göstərir  və  məhz  buna  görə  də  haqqında  söhbət  gedən  sferada  müxtəlif  dövlətlərin 

maraqları  tez-tez  toqquşur  və  dövri  olaraq  münaqişlər  meydana  gəlir  ki,  bu  da  dövlət  və 

dövlətlərarası səviyyədə müvafiq qərarların qəbulunu tələb edir. 

Milli  valyutanın  dönərlilik  dərəcəsi  və  valyuta  məzənnəsinin  səviyyəsi,  həmçinin  digər 

valyuta parametrləri valyuta bazarında müəyyən edilir. 

 

Valyuta  bazarı  xarici  valyutanın  və  müxtəlif  valyuta  dəyərlilərinin  alqı-satqısı  üzrə 

əməliyyatlar nəticəsində yaranmış sabit iqtisadi və təşkilati münasibətlər sistemidir. 

 

Valyuta  bazarında  müxtəlif  iqtisadi  subyektlər  arasında  qarşılıqlı  münasibətlər  sistemi 



bərqərar  olur.  Valyuta  bazarının  əsas  subyektləri  kimi  transmilli  banklar,  kommersiya  bankları, 

ticarət-sənaye və  maliyyə şirkətləri, mərkəzi banklar, birjalar, beynəlxalq və regional təşkilatlar, 

fiziki şəxslər və digərləri çıxış edirlər. 

 

Valyuta bazarına çıxarkən iqtisadi subyektlər müxtəlif məqsədlər güdürlər: 



 

beynəlxalq  hesablaşmaların  fasiləsiz  həyata  keçirilməsi  (müəssisələr,  bankların 



müştəriləri); 

 



xarici  valyuta  ehtiyatlarının  strukturunun  diversifikasiyası  və  onların  artırılması 

(kommersiya, mərkəzi banklar); 




 

valyuta  məzənnələrində  və  müxtəlif  borc  öhdəlikləri  üzrə  faiz  dərəcələrində  olan  fərqlər 



formasında gəlirin əldə edilməsi (müəssisələr, kommersiya bankları); 

 



valyuta və kredit risqlərindən sığorta; 

 



valyuta siyasətinin həyata keçirilməsi (mərkəzi banklar, xəzinədarlıqlar); 

 



kreditlərin alınması (banklar və onların müştəriləri). 

Valyuta bazarının konyukturu aşağıdakılardan asılıdır: 

 

xarici valyutaya olan tələb və təklifdən



 

əmtəə  və  xidmətlərə  görə  xarici  valyuta  əldə  etmiş  və  həmin  valyutanə  realizə  etməyə 



çalışan ixracatçılardan; 

 



əmtəə və xidmətlərə görə ödəmələri həyata keçirməli olan və buna görə də xarici valyuta 

almağa çalışan idxalatçılardan; 

 

fraxta, yüklərin sığorta edilməsinə, broker və bank komissiyalarına görə valyuta əldə etmiş 



ticarət şirkətlərindən, sığorta cəmiyyətlərindən və banklardan

 



dividendlərin ödənilməsi, borcların, kreditlərin geri qaytarılması üzrə öhdəlikləri olan fiziki 

və hüquqi şəxslərdən və s. 

Beləliklə,  valyuta  bazarının  əsas  vəzifəsi  beynəlxalq  iqtisadi  münasibətlərə  xidmət 

göstərməkdir. 

Müasir  mərhələdə  valyuta  bazarı  aralarında  sərhədlərin  praktik  olaraq  silindiyi  milli, 

regional və dünya bazarlarının  məcmusu  kimi çıxış edir. Lakin ilkin olaraq valyuta bazarı  milli 

valyuta  bazarı  formasında  meydana  gəlmişdir.  XIX  əsrin  ortalarından  etibarən  sənayecə  inkişaf 

etmiş əsas ölkələrdə valyuta bazarlarının meydana gəlməsi aşağıdakı səbəblərdən irəli gəlmişdir: 

 

beynəlxalq iqtisadi münasibətlərin müntəzəm inkişafı; 



 

bank kapitalının yüksək dərəcədə təmərküzləşməsi və mərkəzləşməsi; 



 

dünya valyuta sisteminin formalaşması; 



 

banklar arasında müxbir münasibətlərin qurulması; 



 

beynəlxalq hesablaşmaların kredit vasitələrinin geniş yayılması; 



 

əlaqələri sadələşdirən rabitə vasitələrinin inkişafı; 



 

cari hesablar üzrə valyuta məhdudiyyətlərinin olmaması. 



Milli valyuta bazarları dedikdə ölkə ərazisində yerləşən bankların ölkənin milli valyutasına 

münasibətdə, həmçinin onun rezidentlərinə və qeyri-rezidentlərinə valyuta xidmətləri göstərmələri 

üzrə  həyata  keçirdikləri  əməliyyatların  məcmusu  başa  düşülür.  Bundan  başqa,  şirkətlərin  öz 

aralarında həyata keçirdikləri valyuta əməliyyatları da daxili milli bazar əməliyyatlarına aiddir. 

Daxili valyuta qanunvericiliyinin liberallaşma dərəcəsindən asılı olaraq milli valyuta bazarı 

aşağədakə formalardan birində ola bilər: 

 

rəsmi; 



 

yarırəsmi; 



 

“qara”. 



Beləliklə,  hər  bir  milli  valyuta  bazarı  öz  xüsusiyyətlərinə  malikdir  ki,  bu  da  onu  unikal, 

digərlərinə oxşamayan edir. 

Dünya  iqtisadiyyatının  beynəlmiləlləşməsi,  beynəlxalq  borc  kapitalı  bazarının  inkişafı, 

kommunikasiya  vasitələrinin  təkmilləşməsi  nəticəsində  beynəlxalq  (regional  və  dünya)  valyuta 



bazarları  formalaşmışdır.  Bu  bazarlar  onları  milli  valyuta  bazarlarından  fərqləndirən  bir  sıra 

xarakterik  xüsusiyyətlərə  malikdirlər.  Bu  cür  bazarlarda  valyuta  məhdudiyyətləri  mövcud 

deyildir,  əhəmiyyətli  həcmlərdə  çoxsaylı  sazişlər  həyata  keçirilir  və  bu  əməliyyatlarda  dünya 



Yüklə 439,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə