Mövzu 6 Beynəlxalq valyuta-maliyyə münasibətləri



Yüklə 439,32 Kb.
Pdf görüntüsü
səhifə8/17
tarix05.04.2018
ölçüsü439,32 Kb.
#35899
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

5.

 

Valyuta  sazişlərinin  yüksək  mərkəzləşməsi.  Sazişlərin  təxminən  65%-i  bankların,  20%-i 



isə  digər  maliyyə  institutları  (qiymətli  kağızlar  üzrə  şirkət-dilerlər,  investisiya,  oensiya 

fondları və s.) tərəfindən həyata keçirilir. Yerdə qalan 15% isə qeyri-maliyyə qurumlarının 

(ayrı-ayrı iri spekulyantlar nəzərə alınmaqla)  payına  düşür.  Bu zaman bank  sektoru üçün 

mərkəzləşmənin yüksək səviyyəsi xarakterikdir. 

Beləliklə,  müasir  valyuta  sistemləri  və  valyuta  bazarları  mahiyyətinə  görə  dünya 

səviyyəsində  fəaliyyət  göstərirlər,  bu  da  onları  dünya  təsərrüfatının  və  beynəlxalq  iqtisadi 

münasibətlərin vacib tərkib hissəsinə çevirir. 

 

 



 

6.4. Valyuta məzənnəsinin tənzimlənməsi siyasəti və  

onun xarici ticarətə təsiri 

 

 



Valyuta məzənnəsinin səviyyəsinin bazar və dövlət tənzimlənməsi mövcuddur. Rəqabət və 

dəyər qanununun fəaliyyətinə, həmçinin tələb və təklifə əsaslanan bazar tənzimlənməsi öz-özünə 

baş  verir.  Dövlət  tənzimlənməsi  valyuta  münasibətlərinin  bazar  tənzimlənməsinin  mənfi 

nəticələrinin  aradan  qaldırılmasına  və  sabit  iqtisadi  artımın,  tədiyə  balansının  tarazlığının, 

işsizliyin  və  inflyasiyanın  səviyyəsinin  aşağı  salınmasının  təmin  edilməsinə  yönəlmişdir.  O, 

valyuta  siyasətinin  köməyi  ilə  həyata  keçirilir.  Valyuta  siyasəti  ölkənin  cari  və  strateji 

məqsədlərindən asılı olaraq həyata keçirilən beynəlxalq valyuta münasibətləri sferasında tədbirlər 

kompleksidir.  Hüquqi  cəhətdən  valyuta  siyasəti  valyuta  qanunvericiliyi  ilə  və  ölkələr  arasənda 

valyuta sazişləri ilə rəsmiləşdirilir. 

 

Valyuta məzənnəsinin səviyyəsinə təsir göstərmək üçün istifadə edilən dövlət tədbirlərinə 



aşağıdakılar aiddir: 

1)

 



valyuta müdaxilələri; 

2)

 



diskont siyasət; 

3)

 



proteksionist tədbirlər. 

Valyuta  siyasətinin  vacib  aləti  kimi  valyuta  müdaxilələri  çıxış  edir.  Valyuta  müdaxiləsi 

mərkəzi  bankın valyuta  bazarında  aparıcı xarici valyutalara  qarşı  milli pul vahidinin alqı-satqısı 

üzrə həyata keçirdiyi əməliyyatlardır. 

Valyuta müdaxilələrinin məqsədi müvafiq valyuta məzənnəsinin, müxtəlif valyutalar üzrə 

aktiv  və  passivlərin  balansının  və  ya  valyuta  bazarı  iştirakçılarının  gözləntilərinin  səviyyəsinin 

dəyişdirilməsindən  ibarətdir.  Valyuta  müdaxilələri  mexanizminin  təsiri  ticarət  müdaxilələrinin 

təsirinin analoqunu təşkil edir. Milli valyutanın məzənnəsini yüksəltmək üçün mərkəzi bank milli 

valyutanı  alaraq  xarici  valyutanə  satmalıdır.  Bununla  da  xarici  valyutaya  tələb  aşağı  düşür  və 

nəticədə milli valyutanın məzənnəsi yüksəlir. Milli valyutanın məzənnəsini aşağı salmaq üçün isə 

mərkəzi  bank  milli  valyutanı  satmalı  və  xarici  valyutanı  almalıdır.  Bu  xarici  valyutanın 

məzənnəsinin artmasına, milli valyutanın məzənnəsinin isə aşağı düşməsinə səbəb olacaqdır. 

Müdaxilələr  üçün  bir  qayda  olaraq  rəsmi  valyuta  ehtiyatlarından  istifadə  edilir.  Valyuta 

ehtiyatlarının  səviyyəsinin  dəyişməsi  valyuta  məzənnələrinin  formalaşması  prosesinə  dövlət 

müdaxiləsinin masştabı göstəricisi kimi çıxış edə bilər. Mərkəzi bankların müdaxilələrinin həcmi 

bir  qayda  olaraq  gizli  informasiya  sayılır  ki,  bu  da  həyata  keçirilən  tədbirlərin  səmərəliliyinin 

təmin  edilməsi  üçün  hakimiyyətin  öz  hərəkətlərini  gizli  saxlamaq  istiqamətində  səylərini  əks 

etdirir. 




Rəsmi  müdaxilələr  müxtəlif  metodlarla  həyata  keçirilə  bilər.  Bu  zaman  birjalardan  (açıq 

metod) və ya banklararası bazardan (qapalı metod) istifadə edilə bilər. Əməliyyatlar brokerlər və 

ya  bilavasitə  banklar  vasitəsilə  reallaşdırıla  bilərlər.  Rəsmi  ehtiyatlardan  əlavə  müdaxilə  üçün 

vəsait  mənbəyi  kimi  qısamüddətli  borclanma  və  svop  əməliyyatları  da  çıxış  edə  bilər.  Konkret 

müdaxilə strategiyası hökumətin ümumi iqtisadi strategiyası ilə, həmçinin mərkəzi bankın valyuta 

bazarında vəziyyətinin xüsusiyyətləri ilə müəyyən edilir. 

Bundan  əlavə,  rəsmi  valyuta  müdaxilələri  “sterilizə  edilmiş”  və  “sterilizə  edilməmiş” 

müdaxilələrə bölünürlər. “Sterilizə edilmiş” müdaxilə o müdaxilələrə deyilir ki, bu zaman rəsmi 

xarici netto-aktivlərin dəyişməsi daxili aktivlərdə baş verən müvafiq dəyişikliklərlə kompensasiya 

edilir,  yəni  rəsmi  “pul  bazası”nın  həcminə  təsir  praktik  olaraq  mövcud  olmur.  əgər  müdaxilə 

prosesində rəsmi valyuta ehtiyatlarının dəyişməsi pul bazasının dəyişməsi ilə nəticələnirsə, onda 

müdaxilə “sterilizə edilməmiş” adlanır. 

Valyuta  müdaxilələrinin  uzunmüddətli  perspektivdə  milli  valyutanın  məzənnəsinin 

dəyişilməsi üzrə arzuolunan nəticələrə gətirib çıxarması üçün aşağıdakıların olması vacibdir: 

1)

 

valyuta müdaxilələrinin həyata keçirilməsi üçün mərkəzi bankda kifayət qədər ehtiyatların 



mövcudluğu; 

2)

 



bazar iştirakçılarının mərkəzi bankın uzunmüddətli siyasətinə inamı; 

3)

 



iqtisadi  artım,  inflyasiya  tempi, pul  kütləsinin  dəyişməsi tempi  kimi fundamental  iqtisadi 

göstəricilərin dəyişməsi və s. 



Diskont  siyasət  mərkəzi  bank  tərəfindən  faiz  dərəcəsinin  dəyişdirilməsidir.  Bu  zaman 

daxili bazarda kreditin dəyərinə təsir etmək yolu ilə (bununla da kapitalın beynəlxalq hərəkətinə) 

valyuta  məzənnəsinin  səviyyəsi  tənzimlənir.  Son  illərdə  valyuta  məzənnəsinin  tənzimlənməsi 

üçün onun əhəmiyyəti getdikcə azalır. 



Proteksionist  tədbirlər  ölkə  iqtisadiyyatının  müdafiəsinə,  bu  halda  isə  milli  valyutanın 

müdafiəsinə  yönəlmiş  tədbirlərdir.  Ona  ilk  növbədə  valyuta  məhdudiyyətləri  aiddir.  Valyuta 



məhdudiyyətləri  rezidentlərin  və  qeyri-rezidentlərin  valyuta  və  ya  digər  valyuta  dəyərliləri  ilə 

əməliyyatlarının  qanunvericilik  və  inzibatçılıq  yolu  ilə  qadağan  edilməsi  və  ya 

reqlamentləşdirilməsidir. Valyuta məhdudiyyətləri növlərinə aşağıdakılar aiddir: 

 



valyuta blokadası; 

 



xarici valyutanın sərbəst alqı-satqısına qadağa; 

 



beynəlxalq  ödəmələrin,  kapital  hərəkətinin,  gəlirin  repatriasiyasının,  qızıl  və  qiymətli 

kağızların hərəkətinin tənzimlənməsi

 

xarici valyutanın və digər valyuta dəyərlilərinin dövlətin əlində təmərküzləşməsi. 



Dövlət  ölkənin  xarici  ticarət  şəraitinin  dəyişdirilməsi  üçün  tez-tez  valyuta  məzənnəsinin 

səviyyəsindən istifadə edir. Bu zaman valyuta tənzimlənməsinin ikili valyuta bazarı, devalvasiya 

və revalvasiya kimi metodlarından istifadə edilir. 

Valyuta  məzənnəsi  ixracın  və  idxalən  qiymət  nisbətinə  və  daxili  iqtisadi  vəziyyətə  təsir 

göstərməklə,  ixrac  və  idxal  fəaliyyəti  ilə  məşğul  olan  firmaların  davranışında  dəyişikliklər 

yaratmaqla müxtəlif ölkələrin xarici ticarətlərinə əhəmiyyətli təsir göstərir. 

Ümumilikdə milli valyutanın dəyərdən düşməsi ixracatçılara xarici valyutada əmtəələrinin 

qiymətlərinin  aşağı  salmağa  imkan  verir,  çünki,  ixracdan  əldə  edilən  gəlirin  milli  valyutaya 

mübadiləsi  zamanı  milli  pul  vahidində  eyni  məbləğ  əldə  edilir.  Bu  onların  əmtəələrinin  rəqabət 

qabiliyyətliliyini  artırır  və  ixracın  artırılması  üçün  şərait  yaradır.  Idxal  isə  bu  zaman  çətinləşir, 

çünki  öz  valyutalarında  eyni  məbləği  əldə  edən  xarici  ixracatçılar  qiyməti  yüksəltməyə 

məcburdurlar. Eyni zamanda idxal qiymətlərinin yüksəlməsi (əgər idxala olan tələb qiymətə görə 




Yüklə 439,32 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə