Mövzu 2 Təbiət elmlərinin tədrisinin inkişaf tarixi plan



Yüklə 27,41 Kb.
səhifə2/3
tarix05.04.2023
ölçüsü27,41 Kb.
#104285
1   2   3
Mövzu 2. Təbiət elmlərinin tədrisinin inkişaf tarixi

Nizami Gəncəvi bir çox xəstəliklərin natəmiz heyvanlardan keçdiyini, havada gözə görünməyən zəhərlərin (mikroorqanizmlərin) mövcud olduğunu bildirmişdir.
Məşhur Marağa rəsədxanasının banisi, görkəmli riyaziyyatçı və astronom Nasrəddin Tusi (1201-1274) "Varlıqların nərdivani" sxemini tərtib etmişdir. Bu sxemda o, cansız təbiəti ilk pillada, ondan sonra bitkiləri, heyvanları, son pillada isə insanı yerləşdirmişdir.
İmadəddin Nəsimi (1369-1417) də kainatın, cansız və canlı təbiətin quruluşunu, vəhdət də olmasını bildirmişdir. Nəsimi hər şəxsin özünəməxsus tabiati, irsi asasları olduğunu göstərmişdir. Nəsimiyə görə, hər kəsin irsi əsasları onun şəxsi fəaliyyətində təzahür edir.
İmadəddin Nəsimi "Meyvələrin söhbəti" əsərində meyvə bitkilərinin morfoloji əlamətlərini, bioloji, biokimyəvi xassələrini və iqtisadi əhəmiyyətini şərh etmişdir.
Füzuliyə görə dünyanın əsasını təşkil edən materiya bir haldan başqa bir hala keçir, dəyişir, lakin artıb əskilmir. Cismin varlığı parçalansa da, tərkib hissələri əvvəlki halında qalır. Bütün aləm istisnasız olaraq fasiləsiz surətdə bir haldan başqa bir hala keçir. Füzuliyə görə təkamül prosesi bütün varlıqların əsas xassəsidir.
Ümumiyyətlə, adları çəkilən bu mütəfəkkir alim və filosoflar öyrənmək və öyrətmək haqqında çox faydalı fikirlər söyləmişlər. Onların çoxu xarici ölkələrdə və yaxud fərdi surətdə təhsil almışlar. Xalqın azadlığı və maariflənməsi uğrunda mübarizə aparmış, öz əsərlərində elmi müddəalara və təlim-tərbiyəyə geniş yer vermişlər. Bu dahilərin asarlari sonrakı görkəmli şəxsiyyətlərin, pedaqoqların yaradıcılığına müsbət təsir göstərmişdir.
XIV əsrin axırı - XV əsrin birinci yarısında yaşamış Azərbaycan coğrafiyaçısı və tarixçisi Əbdürraşid Bakuvinin coğrafiyaya dair fikirləri maraq doğurur. O, 1404-cü ildə yazdığı "Abidalarin xülasəsi və qüdrətli hökmdarın möcüzələri" adlı əsərində Bakının neft quyuları haqqında zəngin məlumat verir. Bakuvi Yer kürəsini yeddi iqlimə bölmüş, hər iqlimdə yerləşən ölkələr, şəhərlər, dənizlər, adalar haqqında məlumat vermişdir. Bakuvi Azərbaycanı 4-cü və 5-ci iqlimə daxil edir.

Yüklə 27,41 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə