Mövzu 10. Dövlətin investisiya-innovasiya və struktur siyasəti Xülasə


Konservativ uyğunlaşma, innovasiya siyasəti və



Yüklə 45,17 Kb.
səhifə3/5
tarix18.05.2022
ölçüsü45,17 Kb.
#87250
növüXülasə
1   2   3   4   5
Mövzu 10

2. Konservativ uyğunlaşma, innovasiya siyasəti və ölkənin innovasiya potensialı və ondan istifadənin tənzimlənməsi
Konservativ uyğunlaşma nəzəriyyəsi elə iqtisadi-siyasi nəzəriy­yələr kompleksidir ki, dövlətin təsərrüfat funksiyasının məhdudlaş­dırılmasına, bazarın özünü idarə funksiyasının genişlənməsinə, sosial qeyri-bərabərliyinin artmasına istiqamətlənmişdir.
Konservativ iqtisadiyyata neoklassik və neoliberal iqtisadi nəzəriyyələr – monetarizm konsepsiyaları daxildir. Bu konsepsiyalara aiddir:

    1. Səmərəli gözləmə konsepsiyası.

    2. Iqtisadi təklif nəzəriyyəsi.

    3. Mülkiyyət hüququ nəzəriyyəsi.

    4. Tənzimləmə nəzəriyyəsi (sahibkarlığa qarşı dövlət tərəfindən qoyulan bütün inzibati amiranəlik normalarının ləğv edilməsi)

    5. Dövlət seçki nəzəriyyəsi.

Bütün bu konsepsiyaların ana xəttini, təsərrüfat vahidlərinin hərəkətlərinin maksimumlaşdırılması, bazarın özünün idarə bacarığına inanılma və dövlətin makrosəviyyədə həll etmək istədiyi problemlərə tənqidi yanaşma təşkil edir.
Həmin konsepsiyaların hamısı bütün maddələr üzrə, iqtisadi böhrandan çıxışın dövlət tənzimlənməsi yolunu, bazarın imkanlarının məhdudluğunu göstərən keynsçilik və neokeynsçilik nəzəriyyəsi ilə tam əksiklik təşkil edirlər. Məlumdur ki, keynsçilər məcburi işsizliyi qəbul edərək əmək bazarı vasitəsilə böhrandan çıxmaq imkanını mümkün hesab edirdilər.
Konservativ iqtisadi uyğunlaşma tərəfdarları qeyd edirdilər ki, dövlətin iqtisadi siyasətinin məhdudlaşdırılması əsasən aşağıdakı istiqamətlərdə olmalıdır:

  1. Tələbatın tənzimlənməsinin, təklifin tənzimlənməsi nəfinə aparılmasının məhdudlaşması.

  2. Makroiqtisadi tədbirlərin həyata keçirilməsinin məhdudlaşması.

  3. Bazarın uyğunlaşma imkanının məhdudlaşması.

  4. Qısamüddətli dövlət müdaxiləsinin uzunmüddətli müdaxiləyə keçməsinin məhdudlaşma­sı;

  5. Sərt sosial siyasətin aparılmasının məhdudlaşması.

Konservativ uyğunlaşma nümayəndələri, dövlət tənzimlənməsini müəyyən qaydaya və normalara tabe etdirilməsini təklif edirdilər. Onlar dövlət seçkilərinə inzibati amirlik prizmasından baxılmasını istəyirdilər.
Konservativ uyğunlaşma nəzəriyyəçiləri tələbin qısa və uzun müddətli dövlət tənziminin, təklifin tənzimlənməsi üzərinə keçirilməsini istəyirdilər ki, bu da dövlət xərclərinin azaldılması, dövlət büdcəsi qalığının balanslaşdırılmasını nəzərdə tuturdu.
Konservativ uyğunlaşma tərəfdarları vergi sisteminin mütərəqqiliyini azaldalaraq onun strukturunun dəyişilməsini, dolayı vergiləri qəbul edirdilər.
Lakin qeyd etmək lazımdır ki, konservativ uyğunlaşma nəzəriyyəsi bazar iqtisadiyyatını tam ifadə etmir. Bazar özünü idarə xassəsinə malik olsa da o, müəyyən dərəcədə dövlət tərəfindən idarə edilməli və tənzimlənməlidir. Bu tənzimlənmə əsasən tələb və təklif üzrə aparılır. Ilk növbədə burada əsas məsələ, tələbə uyğun təklif yaratmaqdır, yəni tələbə uyğun məhsul yaratmaq vacibdir. Yeni məhsul istehsalı yeni texnologiya tələb edir ki, bu texnoloji proses də dövlətin innovasiya siyasətində özünü göstərir.
Innovasiya potensialına iqtisadi potensialın artması və onun törəməsi kimi baxmaq olar. Innovasiya cəmiyyətin öz qarşısına qoy­duğu imkanını genişləndirir. Cəmiyyət üçün əmək və kapital resurs­larını qoruyub saxlayır. ETT- nin imkanları genişləndikcə, cəmiyyətin iqtisadi potensialı artır, deməli innovasiya prosesi də genişlənir.
Innovasiya prosesi təşkilati – texniki və struktur yeniləşdirilməsi ilə əlaqədardır. Onun kəmiyyəti təbii istehsal, elmi-texniki intellektual və innovasiya potensialının səviyyəsindən asılı olaraq müəyyən edilir.
Innovasiya potensialı məhsuldar qüvvələrlə, istehsal münasibətlərinin mürəkkəb qarşılıqlı əlaqələri ilə təyin edilir. Iqtisadi sistemin inkişafı imkanını səciyyələndirən innovasiya, eyni zamanda onun istehsal münasibətlərini formalaşdıran potensialını da müəyyən edir. Bu isə elmi-texniki potensialla innovasiya potensialının qarşılıqlı münasibətini aşkar edir.
Ölkə inkişaf etmiş elmi-texniki potensiala malik ola bilər. (mühəndis kadrlar müxtəlif formalı yenilikləri və s.) . Lakin innovasiya potensialına malik olmaya bilər ki, nəticədə yeniliklər tətbiq edilməz və ölkə iqtisadi inkişafda geriləyə bilər.
Əksinə ölkə əhəmiyyətsiz elmi-texniki potensiala malik ola bilər. Lakin yeniliklərin tətbiqinin istiqamətlənmiş forması ola bilər ki, bu da ölkənin iqtisadi inkişafının əsasını təşkil edir.
Bir çox ölkələrdə sosial-iqtisadi yeniliklərin tətbiqi təcrübəsi göstərmişdir ki, məhsuldar qüvvələrin innovasiya potensialı arxaik iqtisadi münasibətlər şəraitində fəaliyyət göstərə bilmədiyi kimi, bazar münasibətləri şəraitində də ənənəvi istehsal münasibətləri fəaliyyət göstərə bilməz.
Innovasiya potensialından istifadə imkanı sosial-iqtisadi institutların bazası ilə müəyyən edilir. Bu strukturlar yeniliklərin tətbiqi imkanını genişləndirir ki, bu da bazar iqtisadiyyatının tələblərinə uyğundur.
Bununla yanaşı innovasiya potensialının bazar mexanizmi daxili ziddiyyətlərə də malikdir. Məsələn:
a) fərdi və ictimai maraq arasındakı ziddiyyət;
b) müəssisələr və ətraf mühitin qorunması arasındakı ziddiyyət.
Bu ziddiyyətlər bazar mexanizminin tənzimlənməsinin daima yeniləşdirilməsi fonunda həll edilməlidir və yeni strukturlar yaradılmalıdır. Bunlar aşağıdakılar ola bilər:

  1. Ümumi Milli Elmi-Texniki Proqramların tərtibi və tətbiqi.

  2. Dövlət sifarişləri və kontraktlar sistemi.

  3. Müəlliflik hüququnun və intellektual mülkiyyətin qorunması;

  4. Kredit-vergi siyasəti;

  5. Təhsil proqramı, ixtisasdəyişmə və əhalinin məşğulluğu;

  6. Elmi-tədqiqat konsersiumları və yeni riskli istehsalın maliyyələşdirilməsi;

  7. Gəlirsiz elmi-tədqiqat və layihə təşkilatlarının (dövlət bölməsi üçün) maliyyələşdirilməsi.

Belə strukturların yaradılması innovasiya potensialından səmərəli istifadə olunmasına imkan verir.
Innovasiya aktivliyinin iki növü bir-birindən fərqləndirilir:

    1. Novatorluq

    2. Immitasiya

Birincisinin əsas məqsədi yeniliklər axtarmaqdır.
Ikincisi isə əvvəlki təcrübələr əsasında yeniliklərin tətbiqidir. Sosial-iqtisadi sistemlərdə bu növlərin müxtəlif uzlaşması həyata keçirilir. Bazar iqtisadiyyatı şəraitində inkişaf etmiş ölkələrdə innovasiya aktivliyinin birinci növünə daha çox üstünlük verilirsə də, direktiv əsaslarla inkişaf edən ölkələrdə isə, ikinci tip üstünlüyə malik olur.
Innovasiya aktivliyinin yaradılması onun stimullaşdırılmasıdır. Bazar iqtisadiyyatı şəraitində bu rəqabət formasında çıxış edir. Biznes daima rəqabət, mübarizə aparmasa yaşaya bilmir.
Keçmiş SSRI-də elmi-texniki potensialın 70 faizə qədəri, ABŞ-da isə 80 faizə qədəri hərbi-sənaye kompleksində yerləşmişdir. Lakin ABŞ-da hərbi sənaye inkişaf etdirilməklə yanaşı, xalq istehlakı məhsulları da istehsal edilir.
Iqtisadi potensial və milli sərvətin artması məhsuldar qüvvələrin təkrar istehsalı qanunauyğunluğu ilə müəyyən olunur. Məhsuldar qüvvələrin inkişafında qeyri-müntəzimlik vəziyyəti xasdır. Bu texnoloji cəhətdən əlaqədar olan sahələrin, komplekslərin vahidliyinin dövrülülüyü ilə şərtlənir. Bu isə cəmiyyətin inkişafının texnoloji ukladıdır – inkişaf tərzidir.
Texniki-iqtisadi inkişaf, texnoloji ukladın (tərzin) dəyişməsi ilə də müşayiət oluna bilər və ya varislik yeniliiyə ardıcıl keçilməsi yolu ilə də inkişaf edə bilər. Nəticədə birinin inkişafı digəri üçün maddi baza yaratmış olur.
Texniki ukladın (tərzin) həyati tsikli 4 mərhələni əhatə edir: - yaranma, artma, yetişmə, sönmə.
Bu mərhələlər iki formada təkan verən mexanizmə malikdirlər:

  1. Kiçik (döyünmə) pulsasiya. Bu texnoloji ukladın yaranma mərhələsinə uyğun gəlir. Belə ki, texnoloji ukladın tərkibi olan istehsal sahələri əlverişli olmayan iqtisadi mühitdə inkişaf edirlər. Bu mərhələdə yeni texnologiyanın inkişafı məhduddur, ona əvvəlki texnoloji uklad maneçilik törədir.

  2. Böyük (döyünmə) pulsasiya. Təkrar istehsalın vahid konturu yaranır. Yeni texnoloji uklad yaranır ki, bu da onun tərkib hissəsi olan istehsalın tələbinə uyğun gəlir.

Vahid təkrar istehsal prosesinin yaranması yeni texnologiyanın yaranması və tətbiqi vasitəsilə tədricən köhnə texnologiyanı sıxışdırıb aradan çıxardır, struktur dəyişikliklərini həyata keçirməyə və radikal formada yeni texnoloji kompleksin tətbiqinə imkan verir.
Texnoloji ukladın yeniləşdirilməsi müəyyən qədər ictimai sərvətin təkrar olunan hissəsini qiy­mətsizləşdirir. Yəni köhnə texnologiya ilə istehsal olunan məhsula tələb aşağı düşür, yeni tex­nologiyalı məhsula tələb artır. Nəticədə köhnə avadanlıqlı müəssisələrin rentabelliyi aşağı düşür.
Beləliklə, bir texnikanın yenisi ilə əvəz edilməsi nəticəsində fondların bir hissəsi öz dəyərini itirmiş olur.
Bu prosesin aradan qaldırılmasının hərəkətverici motivi-təsərrüfat subyektlərinin rəqabə­tidir. Rəqabət onları məcbur edir ki, resurslar tətbiqinin daha effektli yollarını axtarsınlar. Belə imkan inzibati-amirlik sistemində inkişaf edən ölkələrdə çox çətinliklə mümkün olur. Bunu tarixi təcrübə də sübut etmişdir. Belə ki, son dövrlərə qədər keçmiş SSRI-də resursların bölgüsü təsərrüfat mexanizminin ciddi təsiri ilə aparılırdı. Bu resursların rəqabətdən irəli gələn tələbi əsasında yox, istehsalın artırılması xatirinə bölüşdürülməsi əsasında aparılırdı.
Bu vəziyyət texnoloji ukladın inkişafına yox, onun ləngiməsinə səbəb olurdu. Yəni yeni texnoloji ukladla, köhnə texnoloji uklad arasındakı əlaqə pozulurdu. Bu bir də onunla əlaqədar idi ki, köhnə uklad ilə yeni uklad arasında resurs bölgüsü düzgün aparılmırdı. Belə halın aradan qaldırılması üçün dövlət düzgün texniki siyasət yürütməlidir.
Ölkəmizdə iqtisadi inkişafın ləngiməsi iqtisadiyyatda qeyri müntəzəmliklərin əmələ gəlməsi, texnoloji strukturun köhnəlməsi və idarəetmədəki çatışmazlıqlarla əlaqədardır. Ölkədə uzun illər istehsaln inkişafı ekstensiv amillər əsasında fəaliyyət göstərmişdir.
Hazırda respublikanın iqtisadiyyatında texnoloji çox ukladlılıq mövcuddur. Onlardan birincisi, ölkənin elektrikləşdirilməsi ilə əlaqədardır. Bu hələ ölkə iqtisadiyyatının industriallaş­dırılması dövründən başlamışdır. Indinin özündə də həmin sahə artıq köhnəlmiş texnoloji struktura malikdir.
Ikinci texnoloji uklad istehsalın kimyalaşdırılması ilə əlaqədardır, 50-ci illərdən başlamışdır və orta mərhələlidir.
Üçüncü, istehsalın avtomatlaşdırılması ilə əlaqədardır ki, bu texnoloji ukladın yeniləşdirilməsini tələb edir. Yəni texnoloji ukladın bərqərar olması xalq təsərrüfatının rekonstruksiya edilməsinə gətirib çıxarmalıdır.
Elmi-texniki potensialın və innovasiya potensialının təkrar istehsal qanunauyğunluqları onun idarəedilməsi problemini irəli çıxardır.
Vaxtı ilə keçmiş SSRI-nin texnoloji cəhətdən inkişaf etmiş kapitalist ölkələrindən geri qalması, texniki tərəqqinin inkişafına diqqətin artırılmasını zəruriləşdirmişdir.
Hazırda texnoloji strukturun bazar münasibətlərinə uyğun inkişaf etdirilməsi məsələsi qarşıda durur. Bunun üçün yeni strukturların yaradılması vacibdir ki, bu da ilk növbədə elmi və texniki tərəqqinin (ETT) inkişafına dövlətin birbaşa müdaxiləsinə əsaslanır. Dövlət bu müdaxiləni funksional formada aşağıdakılarda həyata keçirə bilər:

  1. Dövlət öz hesabına elmi-tədqiqat işlərinin və elmi – tədqiqat layihə konstruktor işlərinin bir hissəsini maliyyələşdirir (təxminən 50 %).

  2. Dövlət tənzimedici strukturları, elmi-texniki tərəqqi sahəsində qeyri-müəyyənlikləri aradan qaldıraraq onları müəyyən istiqamətverici axına yönəldir. Prioritet inkişaf sahələrini seçərək onları maliyyələşdirir.

  3. Dövlət hesabına əhalinin texniki səviyyəsinin artırılması həyata keçirilir.

  4. Dövlət məhsul istehsalının standartlaşmasını həyata keçirir.

  5. ETT-nin inkişafının hüququ əsaslarını yaradır.

  6. Dövlət innovasiya istiqamətini məqsədyönlü halda inkişaf etdirir.

Bu funksiyaların hamısı heç də dövlətin müdaxiləsinin bütün tərəflərini əhatə etmir. Dövlət innovasiya prosesini mərkəzləşdirilmiş qaydada məqsədyönlü formada idarə etməlidir.



Yüklə 45,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə