Mövzu 10. Dövlətin investisiya-innovasiya və struktur siyasəti Xülasə


Büdcə və borc vəsaitləri, subvensiya və dotasiyalar



Yüklə 45,17 Kb.
səhifə2/5
tarix18.05.2022
ölçüsü45,17 Kb.
#87250
növüXülasə
1   2   3   4   5
Mövzu 10

2. Büdcə və borc vəsaitləri, subvensiya və dotasiyalar.
Büdcə dövlətin pul vəsaitinin toplandığı və istifadəsini təşkil edən icraedici orqandır.
Büdcə vəsaitinin əsas hissəsi dövlət tərəfindən müxtəlif istiqaəmətlər üzrə istifadə olunur. Bunlardan bir istiqamət də investisiya prosesinin həyata keçirilməsidir. Bu ən çox büdcə vəsaiti hesabına maliyyələşən müəssisələrə aiddir.
Investisiya prosesinin tənzim olunması üçün borc vəsaitindən də istifadə olunur.
Borc vəsaiti müəssisənin, yaxud iqtisadiyyatın inkişafının digər ilkin pilləsinin, Dövlət Bankı və yaxud ixtisaslaşmış banklardan müəyyən müddətdə istifadə üçün aldığı vəsaitdir.
Mövcud qaydaya uyğun olaraq borc vəsaiti konkret məqsəd və müddət üçün verilir.
Investisiya prosesinin həyata keçirilməsi üçün istifadə olunan borc vəsaiti qısa müddətə və uzun müddətə verilə bilər.
Borc alan müəssisə, təşkilat və ya (vətəndaş) sahibkar, bank borcunu nəzərdə tutulmuş vaxtda qaytarmalıdır. Əks təqdirdə ona əlavə cərimələr qoyula bilər.
Investisiya siyasətinin həyata keçirilməsi və tənzim olunması üçün subvensiya və dotasiyalardanda istifadə olunur.
Subvensiya – dövlət tərəfindən yerli orqanlara verilən vəsaitdir. Bu vəsait yerli orqanlara, müəssisə və təşkilatlara ona görə verilir ki, onlar texniki yenidənqurmanı həyata keçirə bilsinlər. Subvensiyalar müəssisə və təşkilatlara konkret olaraq müəyyən tədbirləri həyata keçirmək üçün verilir. Əgər müəssisə və təşkilat alınan vəsaiti öz təyinatına istifadə etməzsə, o dövlət tərəfindən geri alınır.
Dotasiya – müəssisə və təşkilatlara əvəzsiz verilir. O gəliri, plan məsrəflərini ödəyə bilməyən müəssisələrə, təşkilatlara, idarələrə dövlət tərəfindən ayrılan təxsisatdır.
Dotasiyaların yerli büdcələrin tarazlığını təmin etmək üçün nəzərdə tutulan başqa növü də vardır. Onlar respublika büdcəsindən yerli büdcələrə verilir. Zərərlə işləyən müəssisələrin sayının azalması, müəssisələrin özəlləşdirilməsi, onların maliyyə vəziyyətlərinin möhkəmləndirilməsi, qiymətlərin sabitləşdirilməsi və təkmilləşdirilməsi dotasiyaların azalmasına səbəb ola bilər.
Dotasiyalar dövlət müəssisələrinə o vaxt verilir ki, onlar yeni texnikanın tətbiqi nəticəsində müəyyən müddət zərərlə işləməyə məcbur olurlar.
Dotasiyaların ən çox tətbiq edildiyi sahələr, hasilat sənayesi, kənd təsərrüfatı sahələri sayılır.
Bəzi ərzaq məhsullarının istehsal xərcləri onun qiymətindən yüksək olur. Lakin onları istehsal etmək vacidbir. Bu zaman dövlət həmin məhsulların xərcləri və qiymətləri arasındakı fərqi dəf etmək üçün dotasiyadan istifadə edir.
Dotasiyalar, həmçinin qeyri – istehsal sahələrinə də verilir.
Özəlləşdirilmiş müəssisələrə dotasiya yox, kredit verilir.
Qiymətli kağız, mülkiyyət hüququ verən sənəddir. Qiymətli kağız (səhm) səhmdar cəmiyyətinin kapitalının formalaşmasında iştirak şəhadətnaməsi olub, gəlir (divident) götürmək hüququ verir.
Investisiya prosesinin həyata keçirilməsində qiymətli kağızların (səhmlərin) rolu böyükdür. Azərbaycan Respublikası Prezidentinin 30.12.98-ci il fərmanı ilə qiymətli kağızlar üzrə dövlət komitəsi yaradılmışdır. Belə ki, müəssisə və təşkilatların özəlləşdirilməsi və ya xalq müəssisələrinə çevrilməsi müəyyən vəsait tələb edir. Özəlləşdirilmiş müəssisələr çox vaxt investisiya prosesini həyata keçirmək üçün vəsaitə malik olmurlar. Bununla əlaqədar olaraq müəssisəyə əsaslı vəsait qoyuluşu tətbiq etmək üçün səhmdar cəmiyyəti yaradılır. Yəni özəlləşdirmdə iştirak edənlərdən vəsait toplanır. Həmin vəsaitin ümumi məbləği müəyyən edilir. Iştirakçıların hər birinə səhm (qiymətli kağız) satılır.
Həmin qiymətli kağız müəssisədə investisiya prosesinin həyata keçirməkdə iştirak edən hər bir nəfərin payını göstərir.
Azad iqtisadi zonaların inkişafında xarici investorların rolunu azaltmaq olmaz, lakin ona həddindən artıq güvənmək də lazım deyildir. Çünki həmin investorların bəziləri ölkə iqtisadiyyatı üçün qoyduqları vəsaitə görə çox hallarda ağır şərtlər tələb edirlər. Ölkə marağına yox, öz marağını həddindən çox yüksəkdə tuturlar. Investorları cəlb edən isə, çıxılmaz vəziyyətini bərpa etmək üçün həmin şərtləri qəbul etmək məcburiyyətində qalır.
Buna görə də dövlət öz investisiya resursundan daha səmərəli istifadə etmək qayğısına qalmalıdır. Bunun üçün dövlət ilk növbədə büdcə prosesinin təşkilində dünya təcrübəsinə istinad edərək qanun əsasında cəlb olunan vəsaitin həcminin dövlət investisiyasından yüksək olmasını məhdudlaşdırmalıdır. Ikinci bir tərəfdən, dövlət ölkəyə gətirilən investisiyaları öz prioritet sahələri üzrə yerləşdirməli və ondan istifadəyə nəzarət etməlidir. Üçüncü bir tərəfdən, dövlət investisiyaların yerləşdirilməsində müsabiqələri genişləndirməlidir.
Inkişaf etmiş dünya ölkələrinin təcrübəsi göstərir ki, investisiya resurslarının aşağıdakı hüdudlarda yerləşdirilməsi məqsədə müvafiqdir.

  • 50 faiz elə layihələr üzrə yerləşdirilməlidir ki, istehsal olunan məhsulun xarici analoqu olmasın;

  • 40 faiz istehsal olunan məhsullar ixrac xarakterlidir;

  • 30 fatz istehsal olunan məhsul idxal məhsulunun qiymətindən aşağıdır;

  • 20 faiz – daxili bazar tələbatı olan məhsul istehsal edən sahələrdir.

Investisiya siyasətinin bu mexanizm əsasında aparılması ölkə iqtisadiyyatının inkişafına səbəb ola bilər.



Yüklə 45,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə