Mövzu 1: Şərabçılığa giriş. Azərbaycanda şərabçılıq sənayesinin inkişafı Plan


Azərbaycanda şərabçılıq sənayesinin inkşaf mərhələləri



Yüklə 27,49 Kb.
səhifə2/2
tarix23.12.2023
ölçüsü27,49 Kb.
#156064
1   2
İxtisasa giriş Mühazirə 1

2.Azərbaycanda şərabçılıq sənayesinin inkşaf mərhələləri
Aparılan tədqiqatlar (arxeoloji qazıntılar, yazılı mənbələrin araşdırılması, əsrlərdən qalmış daş heykəllər, tapılmış üzümçülük və şərabçılıq qalıqları və s.) sübut edir ki, üzümçülük və şərabçılığın ilk ocaqları Xəzər, Qara və Aralıq dənizi hövzələrindəki rayonlar olmuşdur. Suriya, Fələstin, Kiçik Asiya, Yunanıstan və Misirdə üzüm, bu ərazilər məskunlaşandan becərilirdi. Yaxın şərqdə üzümün 7-9 min il bundan əvvəl məlum olması göstərilir.
Araşdırmalar Azərbaycanda üzümçülük və şərabçılığın tarixinin 5-7 min il bundan əvvələ gedib çıxdığını göstərir. Antik və erkən orta əsrlərə aid (Qaraçıbulaq, Meynətəpə, Şəkili və s.) abidələr bu dövrdə üzümçülük və şərabçılığın inkişaf etdiyindən xəbər verir.
Ağstafa rayonunun Şomutəpə adlanan ərazisində 1962-ci ildə aparılan arxeoloji qazıntılar zamanı bizim eradan əvvəl V-IV minilliyə aid edilən üzüm toxumu aşkar olunmuşdu. Arxeoloq Lorenso Konstantin Xəzərətrafı bölgələrdə, o cümlədən Azərbaycanda yabanı floranı tədqiq edərək bu faktı təsdiq etmişdir.
Hər bir iri yaşayış məntəqəsində ayrıca aparılan seleksiya nəticəsində yerli sortlar meydana gəlmişdir. Azərbaycanın yerli sortlarının çoxu yabanı üzümdən alınmışdır. Təbii və süni seçmə nəticəsində yerli sortların müxtəlif təsərrüfat əhəmiyyətinə malik zəngin sort ehtiyatları fondu yaradılmışdır.
Akademik V.L.Komarov vaxtilə yazırdı ki, mədəni üzümün mənşəyini yabani üzüm yetişən rayonların ərazisində axtarmaq lazımdır. Professor Rəhim Allahverdiyevin fikrincə―Tənəyin xiyabanlarda yetişdirilməsi sistemi cır üzümdən istifadəyə ilk addımdır. Göründüyü kimi, cır üzümün və xiyabanların məxsus olduğu ölkəmiz ən qədim üzümçülük diyarlarındandır.
XIX əsrin ikinci yarısında kəndli islahatının keçirilməsi məhsuldar qüvvələrin inkişafına müəyyən təkan verdi. Bu dövrdə Naxçıvan, Zaqatala, həmçinin Şamaxı, Quba, Göyçay qəzalarında bağçılıq daha çox yayılmışdı. Bağçılığa və üzümçülüyə kömək etmək məqsədilə Mərdəkanda Hacı Zeynalabdin Tağıyev bağçılıq məktəbi açmışdı. Belə bir məktəb Qubada da açılmışdı.
Üzümçülük və Şərabçılıq Gəncə mahalında xüsusilə inkişaf etdirilirdi. Sonralar Qara-Arx sovxozuna çevrilmiş ərazilərdə 1863- cü ildə ilk bağlar salınmışdı. Burada knyaz Qolitsinin malikanəsi yerləşirdi. 1880-ci ildə buradakı üzümlüklərin sahəsi 41,9 hektara çatmışdı.
Sonralar Qara-Çanax sovxozu olan ərazilərdə 1886-cı ildə knyaz Qorçakovun malikanəsi yerləşirdi. Burada uzunluğu 350 metrdən çox olan tuneləbənzər yeraltı şərab zirzəmiləri olmuş və indi də qalmaqdadır.
Azərbaycan şərabçılığının inkişafında respublikamıza gəlmiş alman koloniyalarının böyük rolu olmuşdur. Üzümçülük və şərabçılığın sənaye əsasına keçirilməsində onların fəaliyyəti xüsusi qeyd olunmalıdır.
Keçmiş SSRİ rəhbərliyi 22 fevral 1979-cu ildə «Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında» qərar qəbul etdi. 1984-cü ildə Azərbaycanda artıq 300 min hektara yaxın üzüm plantasiyası var idi. Üzüm istehsalı və tədarükünə görə Azərbaycan 1984-cü ildə keçmiş ittifaqda birinci yerə çıxaraq, 2 mln tondan çox üzüm istehsal etmişdi. İstehsal olunan üzümün təqribən 30-40%-ni verən Cəlilabad və Şamaxı kimi nəhəng üzümçülük, şərabçılıq rayonları yaranmışdı. Üzümçülük və şərabçılıqdan gələn gəlir respublika büdcəsinin formalaşmasında əsaslı rol oynayırdı. Respublikamızda yüksək keyfiyyətli markalı süfrə şərabları – Mədrəsə, Qırmızı Martuni, Sadıllı; portveyn – Ağstafa, Alabaşlı; desert – Kürdəmir, Qara-Çanax, Azərbaycan, Mil, Qarabağ, Şamaxı; oynaq-şampan (turş və kəmturş, kəmşirin, bryut, qızıl kəmturş), Azərbaycan mirvarisi (Jemçujina Azerbaydjana); konyak – Şirvan, Azərbaycan, Moskva, Yubiley, Bakı, Gəncə, Göy-göl və s. istehsal olunurdu.
Keçmiş SSRİ rəhbərliyinin 7 may 1985-ci il tarixli «Alkoqolizmə və sərxoşluğa qarşı mübarizə tədbirləri haqqında» qərarından sonra alkoqolizmlə mübarizə pərdəsi altında üzümlüklərin və şərab zavodlarının dağıdılmasına başlandı. 10 illərlə qazanılmış nailiyyətlər cəmi 2-3 ildə demək olar ki, məhv edildi. Yalnız texniki sortlardan ibarət üzümlüklər deyil, keyfiyyətli süfrə üzüm sortlarından ibarət bağlar da kökləndi. Nəticədə şərabçılıq sənayesinə də böyük ziyan dəymiş oldu. Sahə ilə bağlı 76 müəssisə və 116 ilkin emal zavodu dağıdılmaqla avadanlıqları dəyərsiz qiymətə satıldı.
Üzüm istehsalının azalması təbii ki, şərab və konyak istehsalının da kəskin azalmasına səbəb oldu. 2002-ci ildə “Üzümçülük və şərabçılığın inkişafı haqqında” qanun və 2004, 2008-ci illərdə ―Regionların sosial iqtisadi inkişafı haqqında Dövlət proqramları qəbul edildi. Bunlar sahənin inkişafı üçün hüquqi baza rolu oynamaqla, burada emal sahəsinin inkişafı, şərab məhsullarının keyfiyyətinə qoyulan tələblər, nəzarət tədbirləri və dövlət standartı normaları müəyyənləşdirildi. Sahəyə diqqətin artırılması üçün güzəştli şərtlərlə kreditlərin ayrılması nəzərdə tutulmuşdur. Qəbul olunmuş qanun və Dövlət proqramları ölkənin emal sənayesində başlanmış sabitləşməyə doğru meylin daha da möhkəmləndirilməsi və sahənin elmi əsaslarla qanuni bazaya söykənərək inkişaf etdirilməsinə zəmin yaratmış oldu.
2011-ci ilin 15 dekabrında ölkə prezidentinin müvafiq fərmanı ilə “2012-2020-ci illərdə Azərbaycanda üzümçülüyün inkişafına dair” Dövlət Proqramı qəbul olunmuşdur. Proqramda qısa vaxt ərzində sahənin əsaslı şəkildə inkişaf etdirilməsi nəzərdə tutulmuşdur.
Ölkə prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji yol xəritəsi” qeyd olunan qanun və proqramları, həmçinin sahə ilə bağlı bütün vacib məqamları özündə əks etdirən və strateji proqram xarakteri daşıyan mühüm Dövlət sənədidır.
Sənəd uzunmüddətli inkişaf üçün nəzərdə tutulmaqla, strateji nöqteyi-nəzərdən 3 mərhələni əhatə etməsi nəzərdə tutulur. Birinci 2020-ci ilədək strateji baxış, ikinci-2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və nəhayət sonuncu 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdır.
Yüklə 27,49 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə