Mövzu 1 Psixologiyaya giriş Plan: Psixi proseslər. Psixi hadisələrin quruluşu



Yüklə 181,46 Kb.
səhifə51/52
tarix29.11.2023
ölçüsü181,46 Kb.
#143155
1   ...   44   45   46   47   48   49   50   51   52
Mühazirə Psixologiya

Psixologiyada rəhbər işçi və lider arasında aşağıdakı fərqlər müəyyən olunmuşdur:
1.Rəhbərlik rəsmi əsasda meydana çıxan, müxtəlif sosial təşkilat və institutlarda məqsədyönlü xarakter daşıyan sosial prosesdir. Liderlik isə qrupdaxili şəxsiyyətlərarası münasibətlər əsasında spontan (qapalı, gizlin) surətdə əmələ gələn prosesdir; o, təşkilatın əsasən psixoloji səviyyəsini əks etdirir. Əgər rəhbər işçi rəsmi surətdə təyin olunursa, lider qeyri-rəsmi surətdə irəli sürülür.
2.Rəhbərlik makromühitin əsas tələbat və mənafeyinə müvafıq olaraq formalaşdırılır və həyata keçirilir; o, qrupda işlərin vəziyyəti və onun fəaliyyətinin nəticələri üçün qanun qarşısında məsuliyyət daşıyır. Liderlik isə gizli bir proses kimi qrup üzvlərinin tələbat və mənafeyinə müvafiq surətdə meydana çıxır və mövcud olur; o, qrupun fəaliyyəti üçün hüquqi cəhətdən çox vaxt şəxsi məsuliyyət daşımır.
3. Rəhbərlik daha çox stabil xarakter daşıyır, onun təsir sahəsi son dərəcə genişdir; müəyyən subordinasiya və reqlament daxilində makromühitlə əlaqə saxlayır. Rəhbər işçi başqa təşkilatlarda öz qrupunu təmsil edir və onun həmin qruplarla münasibətini şərtləndirən məsələləri həll edir. Liderlik isə daha çox dinamikdir, şəxsiyyətlərarası münasibətlərin formalaşması xüsusiyyətlərindən köklü surətdə asılıdır; liderin təsir sahəsi əsasən mikromühit səviyyəsi ilə - qrupdaxili münasibətlərlə məhdudlaşır, onun makromühitlə əlaqəsi isə son dərəcə məhduddur və təsadüfı xarakter daşıyır.
4. Rəhbər işçiyə qanunla müəyyən hüquq və səlahiyyət verilir. Lider isə qanunla müəyyən edilmiş sanksiyalar sisteminə malik deyildir.
5. Rəhbər işçinin bu və ya digər məsələyə dair qərar qəbul etməsi əsasən vasitəli xarakter daşıyır. O, böyük informasiya sistemi kanallarına malikdir və qərar qəbulu zamanı öz səlahiyyətini aşağı pillə işçilərinə həvalə edə bilər. Lider isə qrupda qərarın qəbul edilməsində bilavasitə iştirak edir. O, müəyyən bir informasiyanı qeyri-rəsmi rabitə kanalları sistemi ilə əldə edir.
Beləliklə, rəhbərlik və liderlik idarəetmə prosesinin iki müxtəlif tərəfı-hüquqi hakimiyyət (rəhbərlik) və psixoloji təsir (liderlik) — kimi özünü göstərir. Kollektiv səviyyəsində onların hər ikisi rəhbər işçinin nüfuzunda təcəssüm edir.
Sosial psixologiyada liderin müxtəlif tiplərini fərqləndirirlər. Onlardan ikisi - rəsmi (formal) və qeyri-rəsmi (qeyri-formal) liderlər diqqəti xüsusilə cəlb edir.
Rəsmi lider kollektivdə xidmət və peşə nüfuzuna malik olan inzibati və ictimai rəhbərdir. Lakin nəzərə almaq lazımdır ki, rəsmi lider olmaq üçün yalnız müəyyən inzibati və ictimai vəzifə tutmaq hələ kifayət deyildir. Bunun üçün həm də işgüzar və şəxsi keyfiyyətlərin elə çulğalaşması zəruridir ki, onların fəal təzahürü rəhbər işçinin sözün əsl mənasında şəxsi nüfuzunu təmin etsin. Rəhbər işçi ancaq bu zaman rəsmi liderə çevrilir.
Rəhbər işçi eyni zamanda lider rolunda çıxış etdikdə, kollektivin ahəngdar inkişafı üçün əlverişli psixoloji şərait yaranır. Rəhbər işçinin həm də lider olması bu gün işçilərin mədəni-texniki səviyyəsinin yüksək dərəcədə artdığı bir şəraitdə xüsusilə böyük əhəmiyyət kəsb edir.
Əksər hallarda kollektivin rəhbəri həm də onun lideri olur. Bu mürəkkəb proses olub yuxarıda nəzərdən keçirilən müxtəlif amillərlə şərtlənir. Psixoloji səpkidə onlardan biri — rəhbər işçinin özünün şəxsi keyfıyyətləri diqqəti bilavasitə cəlb edir. Həmin məsələnin əhəmiyyətini düzgün qiymətləndirmək üçün nəzərə almaq lazımdır ki, işçilər rəhbər işçini adətən onun şəxsi keyfıy-yətləri vasitəsilə «görürlər», başqa sözlə, rəhbər işçidə müşahidə üçün ən münasib cəhət məhz onun şəxsi keyfiyyətləridir.
Kiçik qruplarda hər bir işçinin imkanları bu cəhətdən genişdir. Nisbətən böyük qruplarda isə işçilər rəhbər işçiləri ancaq müəyyən vəziyyətlərdə müşahidə etmək imkanına malikdir. Çox maraqlıdır ki, rəhbər işçinin keyfıyyətlərinə işçilər kiçik qruplara nisbətən böyük qruplarda daha çox həssasdırlar.
Aparılan tədqiqatlar göstərir ki, işçilər rəhbər işçinin peşə keyfıyyətlərinə həmişə diqqət yetirir və onları yüksək qiymətləndirirlər. Bu o deməkdir ki, rəhbər işçi yüksək peşə keyfıyyətlərinə malik olduqda liderlik hüququ kəsb edə bilər. Bundan başqa, işçilər rəhbər işçiyə istehsalat və müəssisənin təşkilatçısı və tərbiyəçisi kimi də yüksək tələblər verirlər.
Bu cəhətdən rəhbər işçinin intellektual keyfıyyətləri ilə yanaşı kommunikativ xüsusiyyətləri, təşkilatçılıq qabiliyyəti, rəhbərlik üslubu, ünsiyyət və liderlik qabiliyyəti, kollektivdə zəruri mənəvi və psixoloji iqlim yaratmaq və saxlamaq məharəti çox əhəmiyyətlidir.
Qrup rəhbər işçini yüksək qiymətləndirdikdə, nüfuzu ilə hesablaşdıqda, onun fəaliyyətinin səmərəli olması üçün əlverişli şərait yaranır.
Bəzən kollektivin rəhbəri onun lideri ola bilmir. Kollektiv üzvləri arasında yaranmış münasibətlərin təhlili zamanı aydın olur ki, kollektivdə rəhbər işçi, məsələn, şirkət sahibi ilə bərabər heç bir rəsmi səlahiyyəti olmayan, lakin ümumi işlərin həllinə ondan çox təsir göstərən başqa bir işçi də vardır.
Aydın məsələdir ki, bu, təsadüfi deyildir, onun təsir gücü kollektivdəki nüfuzu ilə bağlıdır. Sosiologiyada və sosial-psixologiyada belə şəxsə qeyri-rəsmi lider deyirlər.
Rəsmi liderlə qeyri-rəsmi lider arasında ziddiyyətin olması heç də zəruri deyildir. Onlar bir-birlərini qarşılıqlı surətdə tamamlaya da bilərlər. Lakin belə bir şəraitdə konflikt mənbəyi potensial surətdə mövcuddur və onun vaxtında qarşısını almağın böyük əhəmiyyəti vardır. «lki qoçun başı bir qazanda qaynamaz» - atalar sözü güzəran təcrübəsinə istinad etsə də, ciddi sosial-psixoloji mənaya malikdir. Bu baxımdan qeyri-rəsmi liderin meydana çıxması şəraitinin təhlili xüsusi aktuallıq kəsb edir.
Sosial psixologiyada qeyri-resmi liderin təsvir olunmuş tipləri içərisində pozitiv və neqativ qeyri-rəsmi liderlər xüsusilə mühüm yer tutur.
Pozitiv qeyri-rəsmi lider öz davranışında yüksək əxlaqi prinsiplərə istinad edir və kollektiv üzvlərinə müsbət təsir göstərir. Neqativ qeyri-rəsmi lider isə adətən mənfı əxlaqi prinsiplərə istinad edir və kollektiv üzvlərinə pozucu təsir göstərir.
Kollektivdə davranışın xarakterinə görə neqativ qeyri-rəsmi liderin iki tipini ayırd edirlər: təşkilatçı neqativ lider və kommunikator neqativ lider.
Birinci tip özünün işgüzar fəallığı ilə fərqlənir və çox vaxt qrup üzvlərini ayrı-ayrı işlərə təhrik edir. Onlar adətən «tənqidçi» maskası geyirlər. Lakin təşkilatçı neqativ lider üçün tənqid əsasən «şəxsi haqq-hesab çəkmək» və ya qrupda öz nüfuzunu saxlamaq, hətta daha da artırmaq vasitəsinə çevrilir. Buna görə də onlar özlərinin vəzifələrindən sərf-nəzər etdikləri halda, şəxsi «hüquq konsepsiyasını» şişirdir və onun əsl motivlərini müxtəlif yollarla gizlədirlər.
İkinci tip zahirən heç bir işə qarışmır, əslində isə imkan olduqda söz gəzdirir, şayiə yayır, öz «mülahizəsini» söyləyir, iclasda «sadəlövh» görkəm alıb «ikibaşlı» suallar verir. Onlar istehzalı gülüşdən tənqid vasitəsi kimi daha çox istifadə edirlər. Belə «üzdəniraq» liderlər kollektivdə psixoloji iqlimin – bilavasitə rabitədə olan adamlar arasında yaranmiş qarşıhqlı münasibətlərin pozulmasında başlıca rol oynayırlar.
Qeyri-rəsmi neqativ lider müxtəlif şəraitlərdə meydana çıxa bilər. Bunlardan aşağıdakıları qeyd etmək olar:
1. Rəsmi liderin kollektivdə mövqeyinin zəif olması, onun kollektivdə şəxsi nüfuzunun olmaması, ictimai işlərin zəif təşkili.
2. Əməyin təşkilində, avadanlığın, maddi-texniki təchizatın vəziyyətində nöqsanların olması, rəhbər işçi ilə tabe olanlar arasında qarşılıqlı münasibətlərin sağlam olmaması.
3. İctimai mənafeyə nisbətən şəxsi mənafeyə üstnlük verən mikromühitin (işçilər qrupunun) olması və tərbiyə işinin aşağı səviyyədə qurulması.
4. Qrupda işçilərə mənfi təsir edə biləcək müəyyən şəxslərin olması və s.
Rəsmi liderlə qeyri-rəsmi lider arasında düzgün münasibətin yaradılması kollektivin möhkəmlənməsi planında son dərəcə zəruridir. Kollektivin rəhbəri (rəsmi lideri) əmələ gəlmiş kiçik qrupları yaxınlaşdırmaq əvəzinə onların mənafeyini toqquşdurmaq, ixtilafı kəskinləşdirmək, qeyri-rəsmi lideri təqib etmək taktikası və strategiyası seçirsə, bu ancaq kollektivdə yaranmış konflikt şəraitini dərinləşdirə bilər. Rəhbər işçilərin neqativ lideri bitərəfləşdirmək və ya onu hörmətdən salmaq üçün eks tənqiddən istifadə etməsi də bir çox hallarda psixoloji baxımdan istənilən nəticəni vermir.
Liderlik hadisəsinin elmi problem kimi araşdırılması, sosial psixologiya elminin mühüm elmi istiqaməti olan "qrup-dinamikası" çərcivəsində aparılır.
Sosial-psixologiyada "qrup dinamikası" psixoloji məktəbinin yaranması, alman mənşəli amerikalı psixoloq K.Levin və onun əməkdaşlarının tədqiqatları ilə bağlı olmuşdur. Bu tədqiqatlarda liderliyin qrupda baş verən sosial-psixoloji proseslərin, şəxsiyyətlərarası münasibətlərin və qarşılıqlı işlərin nəticəsində yarandığı, eyni zamanda, qrupun səmərəliliyin liderdən və liderlik üslublarından asılılığı öyrənilmişdir.
Sosial-psixoloji tədqiqtlarda liderliklə yanaşı, kollektivdə sosial qruplarda şəxsiyyətlərarası münasibətlər, qrupda həmrəylik və yekdillik, mənəvi-psixoloji birlik, sosial-persepsiya və konformizm, konfliktlər və s. qrup-dinamik hadisələr də araşdırılmışdır. Təşkilatda cərəyan edən bu sosial-psixoloji hadisələrin mahyyətinin və qanunauyğunluqlarının öyrənilməsi, şəxsiyyətin təşkilatda fəaliyyətini səmərəli tənzimlənmə mexanizmini yaratmağa imkan verir.
Eyni zamanda, liderliyin kortəbii şəkildə irəli sürülməsi ideyası, "Qrup-dinamik" məktəbinin nümayəndələri tərəfindən aparılan klassik eksperimentlərlə ziddiyət təşkil edir. Eksperimentdə, 1-12 nəfər uşaqlardan təşkil olunmuş qrupun fəaliyyətinin səmərəliliyinin liderdən asılı olub-olmamasından asılılığı öyrənilmiş müxtəlif qruplarda aparılmış tədqiqatların nəticələri müqayisə edilmişdir. Bu qruplarda lider qrupun üzvlərindən, iştirakçılardan deyil, əvvəldən nəzərdə tutulmuş, yaşca böyük insanlar olmşlar.
Tədqiatların nəticəsində müxtəllif əlamətləri ilə fərqlənən üç liderlik üslublarının təsvirini vermişlər: (avtoritar; demokratik; liberal üslublar). Sosial-psixoloji tədqiqatlarda sosial-siyası məzmun daşıyan bu terminlərdən istifadə olunması, K.Levinin şəxsi həyatı, tərcümeyi-halı və onun siyasi baxışlan ilə də bağlı olmuşdur. Bu eksperimentlər K.Levinin 2-ci dünya müharibəsi ərəfəsində, Almaniyadan Amerikaya emiqrasiyasından sonra aparılmış və bu eksperimentlər Levin üçün müəyyən siyasi məna kəsb etmişdir. Özünün antifaşist mövqeyini bıldırmək üçün və ABS-ın siyasətinə həmrəyliyini nümayiş etdirmək üçün müəyyən etdiyi üslubları "avtoritar", demokratik" və "liberal" üslublar adlandırmışdır. Əslində isə tədqiqatlarm vəzifələrı, üslubların psıxoloji məzmununun öyrənilməsi olmuşdur və tədqıqatda əsas parametr kimi, psixoloji hadisə olan qərarların qəbul olunma üsulu çıxış etmişdir.
Rəhbərlik və liderlik üslublarının psıxolojı məzmun daşıdığını qeyd etmək üçün bu terminlərdən imtina etmək və başqa məfhumlara müraciət etmək cəhdləri edilmişdir. Məs. direktiv, kollegial razılaşan və s. üslublar.
Müasir tədqıqatlarda həmçınin Levinin irəli sürdüyü üslublarm daşıdığı məzmunun nədən ibarət olmasını araşdıraraq, qərarlann həlli üsullarına, onlarm məzmununa və formal xarakteristikasma görə səcıyyələndırmışlər.
Bu yanaşmadan çıxış edərək, hər üç üslub aşağıdakı əlamətlərinə görə səciyyələndirilir:

Yüklə 181,46 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə