Mövzu 1 Psixologiyaya giriş Plan: Psixi proseslər. Psixi hadisələrin quruluşu


Şəxsiyyətlərarası seçmənin referentometriya üsulu ilə öyrənilməsi



Yüklə 181,46 Kb.
səhifə44/52
tarix29.11.2023
ölçüsü181,46 Kb.
#143155
1   ...   40   41   42   43   44   45   46   47   ...   52
Mühazirə Psixologiya

Şəxsiyyətlərarası seçmənin referentometriya üsulu ilə öyrənilməsi. Məlum olduğu kimi, qrupa sosiometrik yanaşma zamanı şəxsiyyətlərarası münasibətlər sistemində seçmə üçün əsas amil simpatiya və antipatiyadan ibarət olur. Bu zaman adamlar bir-birlərini ona görə seçirlər ki, məhz onlarla ünsiyyətdə olmaq, birlikdə işləmək, oxumaq, istirahət etmək istəyirlər. Lakin psixoloqlar belə bir qənaətə gəlirlər ki, yalnız simpatiyanı seçim üçün yeganə əsas hesab etmək düzgün olmazdı. Burada başqa amillər də seçim üçün əsas götürülə bilər.
İnsanın qrupdakı ən mühüm xarakteristikası ondan ibarətdir ki, o öz qrupuna ətraf aləmə bələdləşmə mənbəyi kimi müraciət edir. Buradan isə belə bir vacib sual ortaya çıxır: görəsən sosiometrik araşdırma zamanı insanların referent qrupunu (şagirdlərlə aparılan iş zamanı onların referent qrupunu) müəyyənləşdirmək mümkündürmü? Mütüxəssislər bu suala müsbət cavab verirlər.
Şagirdlərin referent qrupunun müəyyənləşdirilməsinin pedaqoji effektinin önəmli olması nöqteyi nəzərdən buna xüsusi yer verir və bu həqiqəti dərk etmək nəticəsində referentometriya üsulunun meydana gəldiyini göstərirlər.
Referentometriya tədqiqat üsulu kimi E.V.Şedrina tərəfindən işlənmişdir. Referentometriya üsulunu müəyyənləşdirərkən referent qrup anlayışına istinad olunmuşdur.
Referent qrup özünün normaları, fikirləri, sərvətləri, qiymətləri fərdin davranış və motivlərinə çevrilən qrupdur. Referentometriya üsulu məhz qrup üzvləri üçün «əhəmiyyətli şəxsiyyətlər» dairəsini, başqa sözlə onlar üçün etalon olan qrupu müəyyənləşdirməyə imkan verir.
Referentometrik üsulun köməyi ilə referentlik hadisəsinin tədqiqi olduqca maraqlı nəticəyə gətirib çıxarmışdır. Hər şeydən əvvəl bu yolla aparılan tədqiqatlar hər bir qrupda əsasını referentlik təşkil edən mühüm sistem və seçimin olması fərziyyəsini aşkar etmişdir. Bu cür əlaqə sistemi sosiometriyada olan formal xarakteristikanı özündə əks etdirir. Referentometrik yolla aparılan iş olduqca operativ və yığcam xarakter daşımaqla, qrupun status strukturu barədə təsəvvür yarada bilir.
Bununla yanaşı əldə edilmiş faktların riyazi yolla işlənməsinə, qrafik ifadəsinə, seçimlərin xəritəsi və matrisalarını tərtib etməyə imkan verir. Lakin sosiometriyadan fərqli olaraq seçim simpatiya və antipatiya əsasında deyil, qiymət amilləri əsasında aparılır. Sosiometrik üsuldan fərqli olaraq referentometrik üsul qrupda emosional münasibətlərin strukturunu deyil, şagirdlərin referent qrupunu müəyyənləşdirməyə imkan verir.
Referentometriya üsulunun müxtəlif metodik formaları mövcuddur. Onlardan nisbətən geniş yayılmış bir variantı nəzərdən keçirək: «şagirdə belə bir təlimat verilir: tutaq ki, sinif yoldaşların müəyyən əlamətlərə (məsələn, intizamlı və ya intizamsız və s.) görə sənə qiymət veriblər. Əgər sənə təklif etsələr ki, onlardan 3 (və ya beş) nəfərinin cavabları ilə tanış ol, onda sən kimin cavabları ilə tanış olmaq istərdin? Onların adının sənin üçün əhəmiyyətinə görə qeyd et. Hansı şagirdin cavabı ilə daha çox tanış olmaq istəyirsənsə, onun adını birinci qeyd et». Referentometrik seçmə yolu ilə əldə edilmiş faktlar sosiometriyada olduğu kimi təhlil olunur.



Yüklə 181,46 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə