Mövzu 1: İqtisadiyyat və onun cəmiyyət həyatında rolu


Mövzu 2: İqtisadi sistem və mülkiyyət



Yüklə 115,27 Kb.
səhifə2/22
tarix25.02.2023
ölçüsü115,27 Kb.
#101521
1   2   3   4   5   6   7   8   9   ...   22
M vzu 1 qtisadiyyat v onun c miyy t h yat nda rolu

Mövzu 2: İqtisadi sistem və mülkiyyət
İstehsal vasitələri, sərvət üzərində mülkiyyət tipləri, formaları, bunlarla bağlı münasibətlər iqtisadi sistemin mahiyyətini müəyyən edən amildir.
Mülkiyyətin yaranmasının və təkmilləşdirilməsinin araşdırılması göstərir ki, cəmiyyətin inkişafının bütün mərhələlərində istehsal vasitələri üzərində mülkiyyət iqtisadi sistemin əsasını təşkil edir. Bütün cəmiyyətlərdə insanların həyat tərzi mülkiyyətlə bağlı olub. Ona görə də insanlar mülkiyyət məsələsinə laqeyd qalmamışlar.
“Mülkiyyət” anlayışı dərin elmi mənaya və məzmuna malikdir. Bununla belə o, adi danışıqda əmlak, şey, material və bunlara bənzər məfhumlar mənasında da işlədilir. Lakin bunlar düzgün deyil. Mülkiyyətə insanlar arasında iqtisadi münasibətlər kimi baxılmalıdır.
Mülkiyyətə hüquq elmi baxımından da yanaşılır. Yəni ona iradi hüquqi münasibət kimi də baxılır. Deməli, mülkiyyət həm də hüquqi anlayışdır. Lakin o hüquqi analyış baxımından iradi münasibət olsa da yalnız iqtisadi münasibətlərdən doğur və onu əks etdirir. Deməli, hüquqi münasibəti məhz iqtisadi münasibətin özü yaradır. Mülkiyyətə bir iqtisadi anlayış kimi aşağıdaı tərifi vermək olar. Mülkiyyət mövcud iqtisadi sistemdə ən başlıca, ən dərin mahiyyətili anlayışdır. O, bilavasitə maddi nemətlərin, sərvətlərin mənimsənilməsini ifadə edir.
Mülkiyyət münasibətləri sistemində mülkikyyətin obyekti və subyekti məsələsi xüsusi maraq kəşf edir. Bu iqtisadi anlayışlar mülkiyyət münasibətləri sisteminin mahiyyətini ifadə edən cəhətlərdən biridir. Bəs mülkiyyətin obyekti və subyekti dedikdə nə başa düşülür? Mülkiyyətin obyekti hər şeydən əvvəl onun maddi zəminidir. Obyekt əmək, istehsal və istehlak vasitələridir. O, torpaq, zavod, fabrik, material, xammal, mal - qara, bina, avadanlıq və s. konkert şeylərdir. Mülkiyyət bu konkret vahidlər üzərində bərqərar olur. Qeyri-maddi şeylər üzərində də mülkiyyət olur. Məsələn, iş qüvvəsi üzərində mülkiyyət, intellektual mülkiyyət buna misal ola bilər.
Mülkiyyətin subyektini isə şəxslər, kollektiv sosial qrup, icma, müxtəlif cəmiyyətlər, təşkilatlar, dövlət və s. təşkil edir. O, hüquqi və ya fiziki şəxslərdən ibarət olur.
İstehsal vasitələri üzərində mülkiyyət və onunla bağlı münasibətlər tədricən sadədən mürəkkəbə, azdan çoxa doğru uzun inkişaf yolu keçmişdir. İnsan cəmiyyətinin ilk inkişaf pilləsi olan ibtidai icma quruluşunda xüsusi mülkiyyət olmamışdır. İbtidai insanin istehsal vasitələri çox primitiv, ov üçün işlədilən dəyənək və daş baltadan, torpağı becərmək üçün ağac toxadan ibarət idi. Belə vasitələrin köməyi ilə insanlar yalnız birgə hərəkət etdikləri hallarda dolanmaq üçün azuqə əldə edə bilirdilər.
Tarixi mənbələr göstərir ki, insanın ən böyük kəşfi odun tapılması olmuşdur. Odun vasitəsilə hazırlanan qida maddələri insanın fiziki və əqli qabiliyyətinin inkişafına, təbiət maddələrinə təsir göstərməsində böyük dönüş yaratmışdır.
Əkinçilik, maldarlıq və bunlarla bağlı olan sənət və sənətkarlıq getdikcə artırdı. Lakin onlar dünyanın hər yerində eyni zamanda meydana gəlməmişdir. Bu proses müxtəlif təbii, iqlim və başqa şərtlərlə əlaqədar olaraq ayrı-ayrı qitələrdə, diyarlarda, müxtəlif tarixi zamanlarda baş vermişdir.
Cəmiyyət tarixində metalların (tunc, dəmir) kəşf edilməsi və onların xassələrinin öyrənilməsi istehsal sahələrinin inkişafında və məhsulların artırılmasında böyük çevriliş yaratmışdır.Bütün bunlar əmək alətlərinin (xış, kotan, dəmir balta, silah və s.) təkminləşdirilməsinə, insanın özünün də bacarıq və bilik qabiliyyətinin yüksəldilməsinə səbəb olmuşdur.
Əmək alətlərinin təkmilləşməsi onunla nəticələndi ki, ibtidai insan öz zəruri tələbatından artıq məhsul əldə edə bildi. Məhz bu artıq məhsulu tayfanın ağsaqqaları mənimsəməyə başladılar. Bu, xüsusi mülkiyyətin yaranmasının başlanğıcı idi.
İstehsal qüvvələrinin inkişafı və ictimai əmək bölgüsünün dərinləşməsi ilə əlaqədar olaraq iqtisadiyyat əvvəlki dövrə nisbətən inkişaf edir, iqtisadi əlaqələr şoxalır və mürəkkəbləşir. Beləliklə, istehsal vasitələri üzərində ilk dəfə olaraq xüsusi mülkiyyət yaranır və bu quldarlıq quruluşunun əsasını təşkil edir.
Xüsusi mülkiyyət münasibətləri istehsal qüvvələrin irəliyə doğru əhəmiyyətli addım atmasına, ictimai əmək bölgüsünün genşlənməsinə şərait yaradır.Məsələn, Qədim Romada sənətkarlıq bir çox ixtisasları əhatə edirdi. Bunlardan toxucu, yun əyirən, boyaqçı, keçəçi, xarrat, dəmirçi, zərgər və s. ixtisası göstərmək olar. Kənd təsərrüfatında yeni sahələr: bostançılıq və meyvəçilik sahələri yaranmışdı. İqtisadiyyat inkişaf etdikcə əmək alətləri də təkminləşirdi. Əmək alətlərinin təkminləşməsi isə öz növbəsində iqtisadiyyatın daha da inkişafına təkan vermiş, cəmiyyətin inkişafını sürətləndirmişdir.
Bütün bunlar yeni bir ictimai – iqtisadi quruluşun yaranmasına səbəb olmuşdur. Yeni quruluş feodalizm adlanmışdır. Feodalizmdə xüsusi mülkiyyət yeni mahiyyət və xarakter kəsb edir. Əvvəli dövrə nisbətən feodalizmin başlıca üstünlüyü ondan ibarət olur ki, bilavasitə istehsalçı olan kəndli özünəməxsus torpaq sahəsində işlədiyi zaman öz əməyinin nəticəsi ilə maddi cəhətdən maraqlı olur. Bu iqtisadiyyatın inkişafına təkan verən amildir.
Lakin feodalizm sisteminin qaydaları müəyyən dövrdən sonra iqtisadiyyatın inkişafına mane olmağa başlayır. Bu zaman mütərəqqi fikirli insanlar istehsalın yeni formalarını təşkil etməyə başlamışlar. Bu vaxtdan yeni sistemin yaranması və inkişafı üçün iqtisadi əsasda da yaranır. Belə ki, hələ feodalizm şəraitində tədricən muzdlu əmək tətbiq edən müəssələr meydana gəlir. Bu artıq bazar iqtisadi münasibətlərinin formalaşmasının başlanğıcı olmuşdur.
Bu zaman işçi qüvvəsi şəxsən azad idi, əməyinin nəticəsi ilə daha maraqlı olur. Bu, əmək məhsuldarlığının yüksəldilməsina daha yaxşı şərait yaradır. Bu üç, əsas tarixi mərhələdən : sadə əmək kooperasiyası, əmək bölgüsü, manufaktura və iri maşınlı sənaye mərhələlərindən keşmişdir.
Beləliklə, əsasını yeni xüsusi mülkiyyət təşkil edən azad sahibkarlıq (kapitalizm) iqtisadi sistemi yaranır.
İlk sahibkar müəssisəsi sadə sahibkar əmək kooperasiyası şəklində əmələ gəlmişdir. Bir çox şəxsin eyni bir istehsal prosesində və ya müxtəlif, lakin bir-biri ilə əlaqədar olan istehsal proseslərində birgə işləmə formalarına əmək kooperasiyası deyilir. Burada sahibkar sadəcə olaraq bir çox şəxsi öz komandası altında birləşdirir və muzdlu əmək tətbiq edir. Nəticədə əməyin yeni formada təşkili ilə insanların əməyi əvvəlki əməklərə nisbətən daha məhsuldar olur. Çünki birgə əmək prosesində işçilər arasında bəhsləşmə meydana çıxır və əmək məhsuldarlığı yüksəlir.
İstehsal inkişaf etdikcə əməyin təşkili forması da təkminləşdi. Sadə sahibkar kooperasiyasını manıfaktura əvəz etdi. Qərbi Avropa ölkələrində o, təxminən XVI əsrin sonlarından XVIII əsrin üçüncü qərinəsinədək hökm sürmüşdür. Manufaktura eyni bir əmtəənin yaradılmasında əmək bölgüsünə əsaslanan sahibkarlıq əmək kooperasiyasıdır.
Manufaktura sahibkar fabrikinə, iyi maşınlı sənayeyə keçmək üçün şərait yaradır. Xüsusi mülkiyyət daha da təkmil vəziyyət alır.
İri maşınlı istehsal sahibkarlığın ictimai əmək məhsuldarlığını yüksəldən üçüncü pillədir. Manufakturadan iri sənayeyə keçid hər şeydən əvvəl manufaktura fəhləsinin sənətkar alətlərinin iş maşını ilə əvəz olunması yolu ilə baş vermişdir.
İri maşınlı istehsala keçid sahibkarlıq iqtisadiyyatının inqilabi texniki əsasını qoydu. Yeni elmi kəşflər texnikada və istehsalın texnologiyasında çevriliş yaratdı. Eyni zamanda işçilərin əmək funksiyalarında və oların əməyinin təşkilində dəyişikliklər əmələ gəldi. Məsələn, XIX əsrin sonu və XX əsrin əvvəllərində elektrotexnika sahəsində çevriliş baş verdi. Buxar əsrindən elektrik əsrinə qədəm qoyuldu. Daxili yanacaqla işləyən mühərriklər ixtira olundu. Təyyarə və avtomobil kimi sürətlə hərəkət edən nəqliyyat vasitələri yarandı və inkişaf etdi. Kimya sənayesi sürətlə inkişaf etməyə başladı.
Elmi – texniki tərəqqi iri müəssisələrinin yaranmasını sürətləndirdi. Nəhəng zavodların sayı çoxaldı. Bununla yanaşı, həmin müəssisələrdə çoxlu miqdarda fəhlə kütləsi cəmləşdi. İstehsal vasitələri, sərvət üzərində xüsusi mülkiyyətin inkişafı üçün əlverişli şərait yarandı.


Yüklə 115,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə