Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə92/94
tarix17.11.2017
ölçüsü7,05 Mb.
#11000
1   ...   86   87   88   89   90   91   92   93   94

Bildirişlər


1. Xalqı doğru yoldan ayıranlar özləri ağır bir azğınlıqdadırlar.

2. Küfr və zülm bir aradadır. Onların nəticəsi bağışlanma və ilahi hidayətdən məhrumluqdur.

3. Hidayətə mane olan zalım kafirlərin cəzası əbədi cəhənnəmdir.
170. ﴿ يَا أَيُّهَا النَّاسُ قَدْ جَاءكُمُ الرَّسُولُ بِالْحَقِّ مِن رَّبِّكُمْ فَآمِنُواْ خَيْرًا لَّكُمْ وَإِن تَكْفُرُواْ فَإِنَّ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَالأَرْضِ وَكَانَ اللّهُ عَلِيمًا حَكِيمًا

Ey xalq! Həqiqətən, peyğəmbər sizin Allahınız tərəfindən haqla (Quranla) birgə gəlmişdir. İman gətirin, bu sizin üçün daha yaxşıdır. Əgər (naşükürlük edib küfrə uğrasanız bilin ki), göylərdə və yerdə nə varsa Allahındır. Allah biləndir və hikmət sahibidir.”


Nöqtələr


◘Kitab əhli, hətta müşriklər bir peyğəmbərin zühuru intizarında idilər. Ona görə də ayədə rəsul sözü konkret şəkildə bəyan olunur. Yəni bu, intizarı çəkilən həmin peyğəmbərdir. O gəlmişdir, ona iman gətirin.

Bildirişlər


1. İslam bütün dünyanı dəvət edir. Bu din təkcə ərəb qövmünə aid deyil.

2. Peyğəmbərlərin dəvətinin genişlənməsi amili bu dəvətin haqq olmasıdır.

3. İman xalqın özü üçün faydalıdır. İnsan öz imanı ilə Allaha minnət qoymamalıdır. Əksinə, Allah bizi hidayət etdiyi üçün minnət qoymuşdur.

4. Xalqın nə küfrü Allaha ziyanlıdır, nə də imanı Allaha fayda verir.

5. Peyğəmbərlərin besəti və onların dəvətinin mahiyyəti ilahi elm və hikmətə əsaslanır.
171. ﴿يَا أَهْلَ الْكِتَابِ لاَ تَغْلُواْ فِي دِينِكُمْ وَلاَ تَقُولُواْ عَلَى اللّهِ إِلاَّ الْحَقَّ إِنَّمَا الْمَسِيحُ عِيسَى ابْنُ مَرْيَمَ رَسُولُ اللّهِ وَكَلِمَتُهُ أَلْقَاهَا إِلَى مَرْيَمَ وَرُوحٌ مِّنْهُ فَآمِنُواْ بِاللّهِ وَرُسُلِهِ وَلاَ تَقُولُواْ ثَلاَثَةٌ انتَهُواْ خَيْرًا لَّكُمْ إِنَّمَا اللّهُ إِلَـهٌ وَاحِدٌ سُبْحَانَهُ أَن يَكُونَ لَهُ وَلَدٌ لَّهُ مَا فِي السَّمَاوَات وَمَا فِي الأَرْضِ وَكَفَى بِاللّهِ وَكِيلاً

Ey kitab əhli! Öz dininizdə həddi aşmayın və yalnız haqqı Allaha aid edin. Həqiqətən, Məsih, Məryəm oğlu İsa Allahın Məryəmə yetirdiyi elçi və onun kəlməsidir. İsa Allah tərəfindən bir ruhdur. Belədirsə, Allaha və Onun rəsuluna iman gətirin. Üç üqnuma inanmayın. (Bu sözdən) əl götürün, bu, sizin faydanızadır. Allah bir olan məbuddur və övladı olmaq sifətindən pakdır. Haqq yalnız budur. Səmalarda və yerdə nə varsa Onundur. Varlıq aləmində tədbir və rəhbərlik üçün Allah yetər.”


Nöqtələr


◘“Kəlimətullah” peyğəmbər və övliyalara verilən addır. Kəlmə bir mətləbi dinləyicinin zehnində formalaşdırdığı kimi, peyğəmbərlər və övliyalar da Allahın kəlmələrini bəyan edirlər. Hədisdə deyilir: “Biz, Allahın kamil kəlmələriyik.”1

Kəlmə deyildikdə Allahın “kun fəyəkun” təbiri də nəzərdə tutula bilər. Bütün təbirlər kimi, bu təbir də kəlmədən yaranır.2 Necə ki, “Ali-İmran” surəsinin 59-cu ayəsində İsanın yaranışı Adəmin yaranışına bənzədilmişdir.

◘İmam Sadiq (ə) “Onun ruhundan” təbiri haqqında verilən suala belə cavab vermişdir: “Məqsəd Allahın Adəm və İsada qərar verdiyi ilahi ruhdur.”3

◘Məsihilər müqəddəs üçlüyə inanır, Allahı ata Allah, İsanı oğul Allah və Cəbraili bu iki Allah arasında vasitə sayırlar. Bu, şübhəsiz ki, küfrün bir növüdür. Quran buyurur: “Allahı üç Allahdan biri sayanlar kafirdir.”4 Məsihilərdən bir qrupu isə Həzrət Məryəmi Cəbrailin yerinə üç Allahdan biri bilirlər. Quran bu barədə buyurur: “Ey İsa! Sən xalqa demisənmi ki, məni və anamı iki Allah qərar verin?”5

◘Rəvayətdə həddi aşanlar nifrin edilmiş və belələri kafir müşriklərin ən pisi sayılmışlar.6

◘Əgər atanın olmaması Allahlıq dəlilidirsə, həzrət Adəm də Allah sayılmalıdır. Çünki onun nə atası var, nə də anası.


Bildirişlər


1. Həddi aşmaq yersiz təəssüb nişanəsidir. Belə bir hal bütün dinlərdə qadağandır. Yəhudilər Üzeyiri, məsihilər isə İsanı Allahın oğlu sayırdılar.

2. Səmavi dinlərin bəlalarından biri dini rəhbərlərə münasibətdə ifrata varılmasıdır.

3. Bütün hallarda orta həddi gözləmək zəruridir. Allahın övliyalarına məhəbbət ifratçılıq səbəbi olmamalıdır.

4. Hətta peyğəmbərlərə münasibətdə həddin aşılması Allaha qarşı azğınlıqdır.

5. Quran və İncildə həzrət İsa Allahın peyğəmbəri kimi tanıtdırılır. Onun nə Allah, nə də Allah oğlu olmasından söhbət gedir. Quranda İsa on yeddi dəfə Məryəmə aid edilmişdir. İncildə də həzrət İsa Allah yox, Allahın elçisi kimi zikr olunur. Həzrət İsa İncildə səksən dəfə özünü Allahın bəndəsi və rəsulu kimi təqdim etmişdir.7

6. İsanın qeyri-təbii yaranışı Allahın ayə və nişanəsidir. Necə ki “kəlmə” məna göstəricisidir.

7. İsa Allahın bir hissəsi yox, onun həyatverici qüdrətindən yaranmışdır.

8. Quran düzgün əqidəni bəyan, batil əqidəni rədd edir.

9. Allah cisim deyil ki, övladı olsun. Dini mətnlərdəki “Allahın əli” kimi ifadələr məcazi mənada işlənmişdir.)

10. Səmaların maliki olan Allahın övlad və şərikə nə ehtiyacı?!

11. Hər şey Allahdandır. Onun bəndəsi olub, yalnız Ona təvəkkül etmək lazımdır.
172. ﴿ لَّن يَسْتَنكِفَ الْمَسِيحُ أَن يَكُونَ عَبْداً لِّلّهِ وَلاَ الْمَلآئِكَةُ الْمُقَرَّبُونَ وَمَن يَسْتَنكِفْ عَنْ عِبَادَتِهِ وَيَسْتَكْبِرْ فَسَيَحْشُرُهُمْ إِلَيهِ جَمِيعًا

Həzrət İsa heç vaxt Allahın bəndəliyini təkəbbürlə qarşılamamışdı. Yaxın mələklər də belədir. Hər kəs Allaha bəndəlikdən boyun qaçırsa, təkəbbür göstərsə, (bilsin ki,) tezliklə hamını Öz yanında məşhur edər.”


Nöqtələr


◘İmam Riza (ə) həmin dövrün məsihi rəhbəri Casliqə buyurdu: “İsanın hər işi yaxşı idi, amma ibadət əhli deyildi.” Müsahibi imamın bu sözündən narahat oldu və dedi: “O çox ibadət edirdi.” Həzrət soruşdu: “Kimə pərəstiş edirdi?” Müsahibi susdu. Anladı ki, imamın məqsədi abidin məbud ola bilməməsini anlatmaqdır.

◘Allaha ibadətə münasibətdə xalq üç halda olur: Bir dəstə təkəbbürlü, bir dəstə təslim, digər bir dəstə isə tələb edən. Həzrət Əli (ə) buyurmuşdur: “(Pərvərdigara,) mənim üçün Sənin bəndən olmaq iftixarı bəsdir.”1



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə