Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə87/94
tarix17.11.2017
ölçüsü7,05 Mb.
#11000
1   ...   83   84   85   86   87   88   89   90   ...   94

Bildirişlər


1. Yalan, namazda süstlük, riyakarlıq, Allah zikrindən qəflət nifaq nişanələrindəndir.

2. Münafiqlər bilməlidirlər ki, Allaha qarşı çıxmışlar.

3. Allahın cəzası əməllərimizə mütənasibdir.

4. Münafiqlərin namazının nə ruhiyyəsi, nə niyyəti, nə də miqdarı var.


143. ﴿ مُّذَبْذَبِينَ بَيْنَ ذَلِكَ لاَ إِلَى هَـؤُلاء وَلاَ إِلَى هَـؤُلاء وَمَن يُضْلِلِ اللّهُ فَلَن تَجِدَ لَهُ سَبِيلاً ﴾

(Münafiqlər) küfrlə iman arasında avaradırlar. Nə bu dəstədəndirlər, nə də o dəstədən. Allahın azdırdığı kəs üçün qurtuluş yolu tapmayacaqsan.”


Nöqtələr


◘Göydən asılmış vəziyyətdə olan və yerdə heç bir möhkəm dayanacağı olmayan hərəkət “təzəbzub” adlandırılmışdır.

Bildirişlər


1. Münafiqlərin düşüncə və əqidə müstəqillikləri yoxdur. Daim başqalarına bağlı olan, məqsədsiz dolaşan münafiqlər o yan-bu yana vurnuxurlar.

2. Münafiqin rahatlığı yoxdur. Çünki o hər an yeni mövqe tutmalı, tələsik qərara gəlməlidir.

3. Etiqadi mövqe və əqidə məsələlərində qətilik lazımdır.

4. Münafiq Allahın qəhr-qəzəbinə düçardır.

5. Nifaq dərmansız dərddir.
144. ﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَتَّخِذُواْ الْكَافِرِينَ أَوْلِيَاء مِن دُونِ الْمُؤْمِنِينَ أَتُرِيدُونَ أَن تَجْعَلُواْ لِلّهِ عَلَيْكُمْ سُلْطَانًا مُّبِينًا

Ey iman gətirənlər! Möminlərin əvəzinə kafirləri dost və rəhbər seçməyin. Yoxsa Allah üçün öz ziddinizə aşkar dəlil və höccətmi qərar vermək istəyirsiniz?!


Nöqtələr


◘Möminlərin haqqı yoxdur ki, kafirlərin hakimiyyətini qəbul etsinlər. Münafiqlər isə kafirlərlə sıx rabitədədirlər. Quran kafirləri münafiqlərin şeytanı1, münafiqlərin qardaşları2 kimi tanıtdırır. 139 və 141-ci ayələrdə münafiqlərin kafirlərlə rabitələri aşkarlanır.

Bildirişlər


1. Kafirlərin hakimiyyətinin qəbulu imanla uyğun gəlmir. Bir qəlbdə iki sevgi yerləşməz.

2. Təvəlla və təbərra (möminlərlə dostluq və kafirlərdən uzaqlıq) iman şərtidir.

3. Müsəlmanların zərərinə olan bütün münasibətlərdən, dostluqlardan və müqavilələrdən çəkinmək lazımdır.

4. Xarici siyasətdə müsəlmanların kafirlərə təslimçiliyinə aparan bütün siyasi, iqtisadi rabitələr, seçimlər, təyinatlar haramdır.

5. Zilləti qəbul edən müsəlmanın Allah qarşısında cavabı yoxdur.
145. ﴿ إِنَّ الْمُنَافِقِينَ فِي الدَّرْكِ الأَسْفَلِ مِنَ النَّارِ وَلَن تَجِدَ لَهُمْ نَصِيرًا

Şübhəsiz, münafiqlər odun (cəhənnəmin) ən aşağı dərinliyindədirlər. Onlar üçün heç vaxt heç bir köməkçi tapmazsan.”


Nöqtələr


◘Dənizin ən dərin nöqtəsi “dərk” adlanır. Dərindən başa düşülmüş bir mətləb haqqında “dərk olundu” deyirlər. Üzüaşağı gedən pillələr “dərk”, üzüyuxarı gedən pillələr “dərəcə” adlanır. Necə ki, behiştin dərəcələri, cəhənnəmin dərkləri var.

Bildirişlər


1. Cəhənnəmdə münafiqlərin yeri kafirlərin yerindən də pisdir.

2. Cəhənnəmin mərtəbələri və dərəcələri var.

3. Qiyamətdə münafiqlərin qurtuluşu üçün yol yoxdur.

4. Münafiqlər heç bir şəfaətə nail olmazlar.


146. ﴿ إِلاَّ الَّذِينَ تَابُواْ وَأَصْلَحُواْ وَاعْتَصَمُواْ بِاللّهِ وَأَخْلَصُواْ دِينَهُمْ لِلّهِ فَأُوْلَـئِكَ مَعَ الْمُؤْمِنِينَ وَسَوْفَ يُؤْتِ اللّهُ الْمُؤْمِنِينَ أَجْرًا عَظِيمًا

O şəxslər istisnadır ki, tövbə etmiş, (keçmişlərini) islah etmiş, Allaha pənah aparmış, ixlasla Allah üçün dinə üz tutmuşlar. Onlar möminlər zümrəsindədirlər. Allah tezliklə möminlərə böyük mükafat verəcək.”


Bildirişlər


1. Tövbə yolu hətta münafiqlər üçün də açıqdır. Tövbə onları cəhənnəmin ən aşağı qatından behiştin ən yuxarı qatına qaldıra bilər.

2. İnsan azaddır və öz istiqamətini agah şəkildə dəyişə bilər.

3. Ən sərt hədələrlə yanaşı xalqa ümid verin.

4. Tövbə təkcə peşmançılığın izharı deyil. Tövbə hərtərəfli yenidənqurmadır.

5. Hər bir günahın tövbəsi bir şəkildədir. Münafiqin tövbəsi baş vermiş təxribatı aradan qaldırmaq, Allahdan qeyrisinə üz tutmaq əvəzində Allaha bağlanmaq və xalislikdir.

6. Əqidə və düşüncədə qatqı qadağandır.

7. Tövbə etmiş münafiqlər öz həmfikirlərindən ayrıldıqda qürbət hiss etməsinlər. Çünki onlar daha üstün dostlar tapmışlar.

8. Möminlər həqiqi tövbəkarları gülər üzlə qarşılayır, onları özlərindən sayırlar.


147. ﴿ مَّا يَفْعَلُ اللّهُ بِعَذَابِكُمْ إِن شَكَرْتُمْ وَآمَنتُمْ وَكَانَ اللّهُ شَاكِرًا عَلِيمًا

Əgər şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab istəsin? Bir halda ki, Allah daim haqtanıyan və biləndir.”


Bildirişlər


1. İlahi cəzalar ilahi ədalətə əsaslanır. İlahi cəzada intiqam, qüdrətin nümayişi məqsədləri yoxdur. Əzabı doğuran insanın özüdür.

2. Allahın nemətlərinin tanınması və onlar müqabilində şükür edilməsi dəvətin qəbulu və iman zəminəsidir.

3. İnsanın şükür etməsinin ən bariz cilvəsi Allaha imandır.

4. Şükür həm qəzəbdən qurtuluşa, həm də daha çox lütf qazanılmasına səbəb olur.

5. Əgər şükür etsəniz, Allah da sizə münasibətdə haqqı itirməz.

6. Allah ehtiyacsız olsa da, Öz bəndəsinə təşəkkür edir. Biz nə üçün Ona şükür etməyək?!


ALTINCI CÜZ


148. ﴿ لاَّ يُحِبُّ اللّهُ الْجَهْرَ بِالسُّوَءِ مِنَ الْقَوْلِ إِلاَّ مَن ظُلِمَ وَكَانَ اللّهُ سَمِيعًا عَلِيمًا

Allah pis sözün aşkarlanmasını sevmir. Yalnız sitəm olunmuş kəs istisnadır (danışa bilər). Allah eşidən və biləndir.”


Nöqtələr


◘Ayə məzluma fəryad çəkmək icazəsi verir. Bu ayə “Şura” surəsinin qırx birinci ayəsinin oxşarıdır. Ayədə buyurulur: “Hər kəs zülm gördükdən sonra yardım arasa və intiqam alsa məzəmmət olunmaz.”

◘Quran pisliklərin ifşasını dəfələrlə qadağan etmişdir. Pisliyin açıqlanması kəbirə günah sayılmışdır və bu günah üçün əzab vəd edilmişdir. “Nur” surəsinin 19-cu ayəsində də möminlərin pis işinin açıqlanması günah sayılmışdır.

◘“Mən zulimə” (zülm olunmuş) təbiri bir neçə cür mənalandırılmışdır:

1. “Mimmən zulimə” mənasında, yəni zülmə məruz qalmış kəsin fəryadı caizdir.

2. “Limənzulimə” mənasında, yəni insan özü də məzlum olmasa, başqa məzlumun yerinə fəryad çəkər.

3. “Əla min zummə” mənasında, yəni sakit oturub zülmü qəbul etmiş məzluma etiraz olaraq fəryad çəkilməsi. (Birinci ehtimal daha məntiqi görünür.)

◘İnsanın eybini xalqın qarşısında açmaq haramdır. Amma onların eybini özlərinə demək olar. Çünki peyğəmbər buyurmuşdur: “Mömin möminin güzgüsüdür.”1

◘İmam Sadiq (ə) bu ayə haqqında buyurmuşdur: “Qonaqlıq edib, qonaqları xoşa gəlməyən şəkildə qəbul edən kəs zülm edənlərdən sayılır. Qonaq onun haqqında danışsa, eybi yoxdur.”2



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə