Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə24/94
tarix17.11.2017
ölçüsü7,05 Mb.
#11000
1   ...   20   21   22   23   24   25   26   27   ...   94

Nöqtələr


◘Məkkə və Kəbə ilahi qüdrət və nişanələrin sərgisidir. Bu müqəddəs məhəllin tarixi ibrətamiz xatirələr və əhvalatlarla zəngindir.

Kəbənin tikintisində İbrahim bənnalıq, İsmail isə fəhləlik etmişlər. Əbrəhənin filə süvar olmuş qoşunu Kəbəni viran qoymaq məqsədi ilə hücum çəkdikdə ilahi qüdrəti və əbabil quşları vasitəsi ilə məhv edilmişlər. Kəbə divarı Əlinin (ə) təvəllüdü zamanı onun anasının daxil olması üçün yarılmışdır. Orada doğulan körpə bir müddət sonra Kəbədəki bütləri yerə dağıtdı. Qara dərili həbəşi qul Bilal, Məkkə əyanlarının bərəlmiş gözləri qarşısında Kəbənin üstünə çıxıb azan dedi. Bir gün də gələr ki, Allahın son höccəti imam Məhdi (ə) əlini onun divarına qoyub bəşəriyyətin xilası üçün nida çəkər, bütün aləmi İslama dəvət edər!

◘Məkkə əmin-aman bir ilahi şəhərdir. Bu şəhərə daxil olan kəs amandadır. Hətta cinayətkar bir insan Məscidul-hərama daxil olsa, oradan çıxanadək toxunulmazdır. Onu yalnız sıxıntıda saxlamaqla Məscidül-həramdan çıxmağa vadar etmək olar.1

◘Kəbə kənarında İbrahimin məqamı (“Məqame-İbrahim”) yerləşir. Rəvayətlərdə nəql olunduğuna görə, Kəbənin divarlarını ucaldarkən İbrahimin öz ayağı altında qoyduğu daş “Məqame-İbrahim” adlandırılmışdır. Bu daşın üstündə həzrət İbrahimin ayaq izi var. Bu daş və onun üzərindəki izin İsadan və Musadan əsrlərcə qabaqdan bu günədək qorunması, Kəbə ətrafında baş vermiş hadisələrin, döyüşlərin, sellərin təsirindən amanda qalması özü ilahi qüdrət nişanəsidir.

◘“Həcc” hərəkətlə müşayiət olunan məqsəd mənasını verir. “Məhəccə” hamar və düz yola deyilir. Bu yol insanı məqsədə çatdırır. İslamda «həcc» dedikdə Allah evinin ziyarəti və bu ziyarətə aid əməllərin yerinə yetirilməsi nəzərdə tutulur.

◘İslam Peyğəmbəri (s) Həzrət Əliyə (ə) buyurmuşdur: “Qüvvəsi çatdığı halda həcci inkar və tərk edən hər bir şəxs kafirdir. Bu işi bu gün-sabaha salıb ölən insan yəhudi və məsihi kimi ölmüşdür.”2

◘Həcc xərcinin insanın öz malından olması vacib deyil. Həcc xərci hədiyyə olunan kəs üçün həcc ziyarəti vacibdir.3

◘İmam Sadiq (ə) “ayatun bəyyinat” təbiri haqqında buyurmuşdur: “Bu sözdə məqsəd İbrahimin məqamı, həcərül-əsvəd (qara daş) və hicre-İsmaildir.” Həzrətdən soruşurlar ki, əmin-aman məhəl Kəbədir, yoxsa Məscidul-həram bütövlükdə? Həzrət buyurur ki, hərəm (Kəbə və onun ətrafı).1

◘Bir şəxs İmam Sadiqdən (ə) əmin-aman yer haqqında soruşduqda imam buyurdu: “Hər kəs bu evi ziyarət etsə və bilsə ki, bu evin ziyarətini Allah əmr etmişdir, eləcə də, Əhli-beyti (ə) lazımınca tanısa, dünya və axirətdə amanda olacaq.2

Bildirişlər


1. Allah evində aydın nişanələr çoxdur. Müqəddəslik və mənəviyyat, Adəmdən Xatəmədək peyğəmbərlərin xatirələri, peyğəmbərlər üçün təvaf yeri və hamı üçün qibləgah olma nişanələri həmin qəbildəndir.

2. İbrahim elə bir məqam sahibidir ki, onun ayaq izi Məkkəni dəyərləndirir.

3. Vəhhabilərin düşüncəsinin əksinə olaraq, övliyaların yaxınlığındakı əşya müqəddəsləşir.

4. Yer üzündə müəyyən bir məntəqəni əmin-aman, toxunulmaz qərar verməsi İslamın imtiyazlarındandır. Belə bir göstəriş sayəsində zəiflər və güclülər bir yerdə toplana bilir.

5. Vacib əməllər insanın boynunda bir növ ilahi əhddir.

6. Həcc xalisanə və yalnız Allaha xatir olmalıdır.

7. İnsana verilən göstərişlər onun gücündən yuxarı olmur. İnsanın iqtisadi, fiziki vəziyyəti və ətrafındakı şərait onun imkanını müəyyənləşdirir.

8. “İstitaət” (vəzifəli sayılmaq üçün zəruri güc) həccin şərtidir.3

9. Həccin inkarı və onun tərk edilməsi küfr səbəbidir.

10. Allah bizim əməllərimizdən ehtiyacsızdır. İnsanın yerinə yetirdiyi ilahi göstərişlərin faydası onun özünə aiddir.

11. Allah dəvət edir, amma minnət götürmür.
98. ﴿ قُلْ يَا أَهْلَ الْكِتَابِ لِمَ تَكْفُرُونَ بِآيَاتِ اللّهِ وَاللّهُ شَهِيدٌ عَلَى مَا تَعْمَلُونَ

De ki, ey kitab əhli, nə üçün Allahın ayələrinə kafir olursunuz? Halbuki Allah sizin əməllərinizə şahiddir.”


Bildirişlər


1. Məzəmmətlə, amma ədəbli şəkildə verilən sual ən yaxşı xəbərdarlıq üsuludur.

2. Əgər Allahın əməllərimizə şahid olduğunu bilsək, onunla müxalifətçilikdən əl çəkərik.

3. Kitab əhli gizli şəkildə müsəlmanlara qarşı fəaliyyət göstərirdi.
99. ﴿ قُلْ يَا أَهْلَ الْكِتَابِ لِمَ تَصُدُّونَ عَن سَبِيلِ اللّهِ مَنْ آمَنَ تَبْغُونَهَا عِوَجًا وَأَنتُمْ شُهَدَاء وَمَا اللّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ

De ki, ey kitab əhli! Nə üçün iman gətirənləri Allahın yolundan çəkindirirsiniz? Özünüz buna (bu yolun düz olduğuna) şahid olduğunuz halda onu əymək istəyirsiniz. Allah gördüyünüz işlərdən xəbərsiz deyil.”


Nöqtələr


◘Əvvəlki ayədə kitab əhlinin küfrü haqqında soruşuldu. Bu ayədə isə küfr edənlərə belə müraciət olunur: Özünüz ki, iman gətirməmisiniz və ilahi ayələrə küfr edirsiniz, nə üçün başqalarının Allah yolunu getməsinə mane olursunuz?!

Bildirişlər


1. Kitab əhli İslamın inkişafının qarşısını almaq üçün maneələr yaradır.

2. İslamla mübarizə yollarından biri də onun simasını təhrif etməkdir.

3. Düşmənlər hər an sizi azdırmaq üçün çalışırlar.

4. Düşmənlər sizin ayinlərinizin haqq olmasını bilirlər.

5. Fitnəni yaradan azğın alimlərdir.

6. Əgər Allahın hər an bizim əməllərimizdən xəbərdar olduğuna inansaq, xilaf işlərdən əl çəkərik.


100. ﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُوَاْ إِن تُطِيعُواْ فَرِيقًا مِّنَ الَّذِينَ أُوتُواْ الْكِتَابَ يَرُدُّوكُم بَعْدَ إِيمَانِكُمْ كَافِرِينَ

Ey iman gətirənlər! Əgər kitab əhlindən bir dəstəsinə itaət etsəniz, sizi iman gətirdikdən sonra küfrə döndərərlər.”


Nöqtələr


◘Təfsirdə oxuyuruq: Şas ibn Qeys adlı bir yəhudi Mədinə müsəlmanlarının, xüsusi ilə də Ous və Xəzrəc qəbilələrinin səmimiyyətini görüb çox narahat oldu və öz-özünə dedi: “Bu iki qəbilə bir vaxt bir-birləri ilə savaşırdılar. İndi isə Məhəmmədin (s) rəhbərliyi sayəsində sülhə gəlib, mehriban yaşayırlar. Əgər bu vəziyyət davam etsə, yəhudilərin vəziyyəti pis olacaq.” O, ətrafına bir qədər adam toplayıb bir cavanı müsəlmanlar arasında ikitirəlik yaratmaq üçün göndərdi. Bu gənc iki qəbilə arasındakı keçmiş «Biğas» döyüşünü xatırlatmalı və ötən kin-küdurəti təzələməli idi. Həmin gənc öz işini yerinə yetirdi və az qaldı ki, iki tayfa arasında savaş qızışsın. Amma həzrət Peyğəmbər (s) öz sakitləşdirici sözləri ilə onlara xəbərdarlıq etdi və düşmənin qurğusunu açıqladı. Onlar silahı yerə qoyub bir-birləri ilə qucaqlaşdılar və öz əməllərindən peşman oldular. Təfsirçilərin bildirdiyinə görə, bu hadisə ilə bağlı hazırkı və əvvəlki iki ayə nazil oldu. Bu ayələr kitab əhlini məzəmmət etməklə yanaşı, müsəlmanlara xərdarlıq edirdi.1

Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə