Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə20/94
tarix17.11.2017
ölçüsü7,05 Mb.
#11000
1   ...   16   17   18   19   20   21   22   23   ...   94

Bildirişlər


1. İstənilən bir kəs tərəfindən şirkə istənilən növ dəvət qadağandır.

2. Küfr təkcə Allahın inkarı deyil. İstənilən bir məxluqu Rəbb saymaq küfrdür.


81. ﴿وَإِذْ أَخَذَ اللّهُ مِيثَاقَ النَّبِيِّيْنَ لَمَا آتَيْتُكُم مِّن كِتَابٍ وَحِكْمَةٍ ثُمَّ جَاءكُمْ رَسُولٌ مُّصَدِّقٌ لِّمَا مَعَكُمْ لَتُؤْمِنُنَّ بِهِ وَلَتَنصُرُنَّهُ قَالَ أَأَقْرَرْتُمْ وَأَخَذْتُمْ عَلَى ذَلِكُمْ إِصْرِي قَالُواْ أَقْرَرْنَا قَالَ فَاشْهَدُواْ وَأَنَاْ مَعَكُم مِّنَ الشَّاهِدِينَ

(Xatırla,) o zaman ki, Allah (əvvəlki) peyğəmbərlərdən “əgər sizə Kitab və hikmət versəm, sonra sizə doğru sizdə olanı təsdiq edən peyğəmbər göndərsəm, ona iman gətirməlisiniz və yardım etməlisiniz” deyə əhd aldı. (Sonra Allah) buyurdu: "Bu peymanı təsdiq edib, mənim ağır əhd yükümü götürürsünüzmü?” (Peyğəmbərlər) dedilər: “Təsdiq edirik.” (Allah buyurdu: “Özünüz şahid olun və Mən də sizinlə birgə şahidlərdənəm.”




82. ﴿ فَمَن تَوَلَّى بَعْدَ ذَلِكَ فَأُوْلَـئِكَ هُمُ الْفَاسِقُونَ

Bundan (əhddən) sonra üz döndərən kəslər həmin günahkarlardır.


Nöqtələr


◘Peyğəmbər məktəbləri arasındakı fərq iki ustad və ya hakimin proqramları arasındakı fərq kimidir. Onlar elmi və siyasi məsələlərin əsasında vahid cəhətə malikdirlər. Amma cüzi məsələlərdə şagirdlərin və ya məntəqələrin fərqli cəhətlərini nəzərə alaraq fərqli proqramlar irəli sürürlər.1

◘Həzrət Əli (ə) buyurmuşdur: “Allah əvvəlki peyğəmbərlərdən əhd aldı ki, xalqa İslam peyğəmbərinin besəti və xüsusiyyətləri haqqında xəbər versinlər. Onlara həzrət Məhəmmədi (s) qəbul etmək əmr olundu.2 İmam Sadiq (ə) buyurmuşdur: “81-ci ayədəki “caəkum rəsulun musəddiqun” təbiri İslam peyğəmbərinə işarədir.”3


Bildirişlər


1. İlahi rəhbərlikdə əhd almaq məsuliyyət tapşırmaq, vəzifəyə təyin etməyin şərtidir.

2. Harada iş çətindirsə, əhd almaq zəruridir. Mövcud ayin və sünnədən üz çevirmək və yeni zühur etmiş şəxsə iman gətirmək sadə məsələ deyil. Ona görə də Allah əhd alır.

3. Son peyğəmbərin gəlişi qətidir. Ona görə də bəzi peyğəmbərlərdən yox, bütün peyğəmbərlərdən əhd alınmışdır.

4. Nübuvvət cərəyanı təfriqə səbəbi yox, vəhdət əsasıdır.

5. Peyğəmbərlər müştərək hədəfə malik olmuşlar. Ona görə də əvvəlki peyğəmbərlər sonrakı peyğəmbərin gəlişni müjdə verirdilər. Onların hər biri özündən sonrakı peyğəmbərə iman və yardımı əhd etmişlər. Sonrakı peyğəmbərlər də əvvəlki peyğəmbərləri təsdiq etmişlər.

6. Qədimdəkilər yeniləri təhvil götürür, onları xalqa tanıtdırır, gələcəkdəkilər üçün inkişaf zəminəsi hazırlayırdılar.

7. İman təklikdə kafi deyil, həm də himayə lazımdır.

8. Peyğəmbərlər arasında mərtəbələr silsiləsi var. Son peyğəmbər (“xatəmən-nəbiyyin”) onların şərəflisidir. Ona görə bütün peyğəmbərlər ona iman gətirib, onu himayə etməlidirlər.

9. Əgər əvvəlki peyğəmbərlər İslam peyğəmbərinə iman gətirməli və onu himayə etməlidirlərsə, onların ardıcılları da eyni cür hərəkət etməlidirlər.

10. İmandan qaynaqlanan himayə dəyərlidir.

11. Ən əsası təslim ruhuna malik olmaq və haqqı qəbul etməkdir. Əməl üçün şərait yaranmaya da bilər. Əvvəlki peyğəmbərlər İslam peyğəmbərinin dövrünü görmədilər. Amma həmin ruhiyyəyə malik idilər. Məsələn, şəhid olmaq bir məsələdir, şəhadətə hazır olmaq isə başqa bir məsələ. Allah-təala İsmailin qanının axıdılmasını istəmir. Amma istəyir ki, İbrahim öz övladını qurban verməyə hazır olsun. Bəlkə də biz həzrət Məhdinin (ə) zühur dövrünü görməyək. Amma zühur intizarı, həzrətə eşq və əlaqə onlarla ayə və rəvayətlərdə sifariş olunmuş bir səciyyədir.

12. Əhdini pozan günahkardır.


83. ﴿ أَفَغَيْرَ دِينِ اللّهِ يَبْغُونَ وَلَهُ أَسْلَمَ مَن فِي السَّمَاوَاتِ وَالأَرْضِ طَوْعًا وَكَرْهًا وَإِلَيْهِ يُرْجَعُونَ

Yoxsa onlar Allahın dinindən başqasını axtarırlar? Halbuki göylərdə və yerdə olanların hər biri istər-istəməz yalnız Ona təslimdir və Ona doğru qaytarılacaq.”


Nöqtələr


◘«Göylərin və yerin mövcudları hamılıqla Allaha təslimdirlər.» Peyğəmbərin haqq olmasına iman və şəhadətdən, aşkar möcüzələr və dəlillər gəldikdən sonra yenə kafir olanları Allah necə hidayət etsin?! Allah zalım qövmü hidayət etməz.

◘İmam Sadiq (ə) bu ayə haqqında buyurmuşdur: «Bizim Qaimimiz qiyam edən zaman bütün ölkələrdən «La ilahə illəllah, Muhəmmədun rəsulullah» şüarı yüksələcək.»1


Bildirişlər


1. Hidayət dəlilləri artdıqca və aydınlaşdıqca küfr və etinasızlıq təhlükəli olur.

2. İman gətirmək kifayət deyil. İmanın davamı və xoş aqibət zəruridir. İman gətirmiş insan üçün daim dindən çıxmaq təhlükəsi var.

3. Müsəlmanlardan bir dəstəsi həzrət Peyğəmbərin (s) dövründə mürtəd oldu (dindən çıxdı).

4. Haqqa, məntiqə, əqlə, peyğəmbərə və aşkar dəlillərə arxa çevirmək zülmdür. Belə zülm ilahi lütf dairəsindən çıxmaq səbəbidir.

5. Zalımların hidayətdən məhrum edilməsi Allahın sünnəsi, qaydasıdır. («La yəhdi» cümləsi davam və ilahi sünnə nişanəsidir.)

6. Mürtəd üçün tövbə və geriyə dönüş çox çətindir.

7. Bixəbər kafirlərin hidayəti xəbərdar kafirlərin hidayətindən daha asan və yaxındır.

8. İlahi hidayətdən bəhrələnmə və ya ondan məhrum olma öz əlimizdədir.


84. ﴿قُلْ آمَنَّا بِاللّهِ وَمَا أُنزِلَ عَلَيْنَا وَمَا أُنزِلَ عَلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَقَ وَيَعْقُوبَ وَالأَسْبَاطِ وَمَا أُوتِيَ مُوسَى وَعِيسَى وَالنَّبِيُّونَ مِن رَّبِّهِمْ لاَ نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِّنْهُمْ وَنَحْنُ لَهُ مُسْلِمُونَ﴾


«De, Allaha və bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yəquba və Əsbata (Yəqubun nəslindən olan peyğəmbərlərə) nazil edilənə, Musaya, İsaya və dirgər peyğəmbərlərə Rəbbləri tərəfindən verilənə iman gətirmişik, onlardan heç birinin arasında fərq qoymuruq və biz təkcə Ona (əmrlərinə) təslimik.»

Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə