31
FƏSIL IV. BAZAR UĞURSUZLUQLARI
MƏHSULUN TƏHLÜKƏSİZLİYİ
İstehlakçının bazara etibar etməsi üçün bazarda satılan məhsulun təhlükəsiz olmasına əmin
olmalıdır. Amma təhlükəsizlik onu bildirmir ki, məhsul heç bir şərtdə ziyan vurmasın. İstənilən
bir əşya məqsədsiz və ya səhv istifadə edildikdə ziyan gətirə bilər. Məsələn, bıçaqla əlimizi kəsə
bilərik, çaydanda qaynayan su ilə özümüzü yandıra bilərik, şüşə əlimizdən düşə bilər, qırılıb
ayağımızı yaralaya bilər və s. Hərçənd bu onu bildirmir ki, bu əşyalar təhlükəsiz deyillər. Hər
bir əşyanın düşünülmüş istifadəsinin yazılmamış, ümumi tanınmış qaydaları vardır. Əşyanın
təhlükəsiz olması haqqında deyiləndə, məhz bu qaydalara əməl edilməsi ilə təhlükəsizlik nəzərə
alınır. Yəni əşya onun adi, düşüncəli, təyinatı üzrə istifadəsində təhlükəsiz olmalıdır.
Avropa İttifaqı ilə assosiasiyalı razılığa uyğun olaraq, Gürcüstanda tezliklə ərzağın
etiketləşdirilməsinin Avropa qaydaları tətbiq ediləcəkdir.
Bu qaydalara əsasən, ərzaq üzərində iki müxtəlif növdə yararlılıq müddətinin
göstərilməsindən istifadə olunacaq:
„Best before“ (ing. „Buna qədər yaxşıdır“) və
„Use by“ (ing. „buna qədər istifadə edin“).
Onların arasında hansı fərq vardır?
„Use by“ („buna qədər istifadə edin“)
müddət tez xarab olan məhsullara yazılır (ət
məhsulları, süd məhsulları, yumurta və yu-
murtadan ibarət məhsullar və s.). Bu müddət
keçdikdən sonra ərzaq məhsulunun istifadəsi
təhlükəli ola bilər, - xarab ola bilər və onun istifadəsi sağlamlığınız üçün zərər verə bilər,
buna görə də yadınızda saxlayın: əgər məhsulun üzərində “Use by” tarixi göstərilmişdirsə,
o zaman bu tarix bitdikdən sonra məhsuldan istifadə etmək olmaz! Bundan başqa, üzərində
“Use by” tarixi göstərilən məhsullar, bir qayda olaraq, soyuducuda saxlanılmalıdırlar.
Qalan bütün ərzaq məhsulları üzərində
(məsələn, sərinləndirici içkilər, peçenye, çay,
qəhvə, şəkər və s.) “Best before” („buna qədər
yaxşıdır“) tarixi yazılır. Bu müddətin keçməsi
məhsulun sağlamlıq üçün təhlükəli olduğunu
bildirmir. O, bu müddətə qədər məhsulun öz
keyfi yyət xassələrini tam qoruyub saxladığını
bildirir (qoxusunu, dadını, ətrini və s.), buna görə də onu qablaşdırma üzərində verilən müddətə
qədər istifadə etməyimiz yaxşı olardı. Unutmayın ki: “Best before” müddəti keçdikdən sonra
məhsuldan istifadə etmək olar, amma yeni məhsulla müqayisədə, onun keyfi yyəti aşağı olur.
32
VƏTƏNDAŞ VƏ İQTİSADİYYAT. MAİA QONAŞVİLİ, LİA TODUA
Əgər əşyanın hamı üçün məlum olmayan mürəkkəb istifadə qaydaları vardırsa, o zaman onu
həmin qaydalar təsvir edilən gürcüdilli təlimat müşaiyət etməlidir. Belə birinin olmadığı halda,
satış zamanı satıcı (və ya mağazanın konsultantı) alıcıya bu qaydaları ətrafl ı izah etməli və lazım
gəldiyi halda, yazmalıdır da.
Kim təmin etməlidir ki, satışa çıxarılan məhsul istehlakçı üçün təhlükəsiz olmalıdır? İlk
növbədə, onun istehsalçısı. İstehsalçı borcludur ki, onun tərəfi ndən istehsal edilən məhsulun
təhlükəsizliyinə əmin olsun. Dövlət isə bazar nəzarəti xidmətinin vasitəsilə yoxlamalıdır ki,
istehsalçılar bu öhdəliyi necə yerinə yetirirlər. Təəssüfl ər olsun ki, hal-hazırda Gürcüstanda belə bir
xidmət mövcud deyil. Müvafi q olaraq, istehsalçıların məhsulun təhlükəsizlik tələbinə əməl edib-
etmədikləri heç kim tərəfi ndən yoxlanılmır. Ərzaq istisna halı təqdim edir, onun təhlükəsizliyinə
nəzarət Gürcüstanda Milli Ərzaq Agentliyi tərəfi ndən həyata keçirilir.
Avropa İttifaqı ilə assosiasiyalı razılığa əsasən, Gürcüstanda tezliklə bazara nəzarət xidməti
fəaliyyətə düşəcəkdir və bazarda yerləşdirilən başqa istehlak mallarının da təhlükəsizliyinə
nəzarət edəcək.
KEYFİYYƏT İNFRASTRUKTURU
Sertifi kat orqanı
Sertifi kat
Nəticə
Laboratoriya
Standart
Standart
Standart
Standart
Standart
Standartlaşdırılma
Akkreditasiya orqanı
Akkreditasiya
Metrologiya
Kalibrovka
Bazar
müşahidəsi
Texniki
reqla-
ment
Akkreditasiya
33
FƏSIL IV. BAZAR UĞURSUZLUQLARI
Məhsulunun təhlükəsizliyini möhkəmləndirmək üçün istehsalçı standartlaşdırma-
sertifi katlaşdırma (və onlarla əlaqədar) təşkilatlarının tam sistemindən istifadə edə bilər ki, bu da
keyfi yyət infrastrukturu adlanır (sxemə baxın).
Sxemdən göründüyü kimi, istehsalçı b.a. sertifi kat orqanını (özəl və ya dövlət təşkilatı)
icarəyə götürə bilər ki, bu da istehsal prosesinin və ya məhsulun bu və ya digər tələblərə uyğun
olub-olmadığını yoxlayır (müntəzəm olaraq və o cümlədən gözlənilmədən də) və məhsulun
təhlükəsizliyini təsdiq etmək üçün müvafi qlik sertifi katını verir. Bu sertifi katın etibarlı olub-
olmadığını yoxlamaq üçün bütün ölkələrdə belə adlanan akkreditasiya orqanları yaradılır ki, onlar
da müntəzəm olaraq (o cümlədən gözlənilmədən) sertifi kat orqanlarını yoxlayırlar. Akkreditasiya
Milli orqanları akkreditasiyanın vahid, beynəlxalq sisteminə qoşulmuşlar ki, burada da müntəzəm
olaraq onların etibarlılığı yoxlanılır.
İstehsalçı yalnız hökumət tərəfi ndən təyin edilən və yoxlanılan tələblərə əməl etməlidir. Bu
tələblər texniki reqlament adlandırılır. Onlar məhsulun təhlükəsizlik ölçülərini təyin edirlər. Bu və
ya digər standart isə bu tələbin yerinə yetirilməsinin vasitəsidir. Məsələn, icbari texniki tələbdir
ki, elektrik malının xarici korpusuna toxunduqda istehlakçını elektrik vurmasın. Bu tələbin necə
yerinə yetirilməsi isə müxtəlif standartlarda tam fərqli yazılmışdır.
Standartın seçimində istehsalçının azad olmasına baxmayaraq, artıq seçilmiş standarta
diqqətlə əməl etməlidir. Başqa cür o, sertifi kat əldə edə bilməyəcəkdir.
Bəzi məhsullar üçün (məsələn, elektrik malı, tikinti materialları, liftlər, kanat yolları, tibbi
qurğular, oyuncaqlar, pirotexnika) Avropa İttifaqı əlavə təhlükəsizlik tələblərini təyin etmişdir.
Bu tələblərə cavab verən malın üzərinə “CE” işarəsi qoyulur. Bu tələblər
yavaş-yavaş, gürcü qanunvericiliyinə də keçir.
Nəzərə almaq lazımdır ki, istehsalat nə qədər yoxlanılmış və
sertifi katlaşdırılmış olsa da, nadir hallarda, amma yenə də səhvlərə yol
verilə bilər ki, nəticədə də məhsulun nöqsanı əmələ gələ bilər. Əgər
bu nöqsanın nəticəsində məhsul öz funksiyasını yerinə yetirə bilmirsə, o zaman istehlakçının
tələbi ilə istehsalçı (satıcı) satılan malı təmir etməli və ya dəyişdirməlidir. Noüsanın məhsulun
təhlükəsizliyinə aid olduğu və belə bir məhsulun istifadəsi nəticəsində istehlakçının zərər çəkdiyi
halda isə, məhsulun istehsalçısı və ya ixracatçısı istehlakçıya bu ziyanı ödəməlidir.