Mm-dən mühazirələrin kanspekti



Yüklə 1,17 Mb.
səhifə17/79
tarix23.12.2023
ölçüsü1,17 Mb.
#157440
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   79
Mm-d n m hazir l rin kanspekti

Elektromaqnit impulsu – nüvə partlayışlarından istiqamət­lə­nən elektromaqnit sahəsinə elektromaqnit impulsu deyilir. Elek­tr­omaqnit impulsun yaranması Komptonov (ingilis alimi) mexa­niz­mi nəticəsinə əsaslanır. Nüvə partlayışı anında küllü miqdarda qam­ma-kvantlar və neytronlar yayılır. Partlayışın qamma-kvantı ət­raf mühitin atomları ilə qarşılıqlı təsirdə, müsbət yüklü zəif ion­lar və cəld elektronlar əmələ gətirir ki, bunlar da yeni qamma-kvant­ların törəmələri istiqamətində hərəkət edir. Nəticədə, ətraf mü­hitin bu boşluğunda sərbəst elektrik cərəyanı və yüklü sahə əmə­lə gəlir. Öz növbəsində cəld elektronlar mühitdə ionlaşaraq, müsbət yüklənmiş ionlar və zəif elektronlar yaradır. Nəticədə, bu mü­hit elektrikkeçirici olur. Elektrik sahəsinin təsiri altında, yaran­mış cəld elektronların zəif elektronlara qarşı hərəkətə baş­la­ma­sın­dan elektronlarda cərəyankeçiricilik yaranır. Elektromaqnit impul­su radioelektron cihazlara və elektrotexniki avadanlıqlara (kabel və rabitə sistemi xətlərinə, idarəedilən cihazlara, elektrik təc­hi­za­tı­na və digər qəbuledicilərə) məhvedici təsir göstərir. Bu cihazlarla iş­ləyən insanların təhlükəsizliyi üçün tədbir görülməyibsə, elek­tro­maqnit impulsu yüksək gərginliklə ilə insanları zədələyə bilər. Elektromaqnit impulsundan mühafizə vasitəsi kimi qoruyucu av­to­mat tərtibatlarından istifadə edilir.
Nüvə zədələnmə ocağı (NZO) – o əraziyə deyilir ki, orada nü­və partlayışının zədələyici amillərinin təsiri nəticəsində külli miq­darda insan, heyvan və bitki təlafatı olsun, bina və qurğular da­­­ğılsın, yanğınlar baş versin və yer radioaktiv maddələrlə zəhər­lən­sin. Nüvə zədələnmə ocağı qarışıq zədələnmələr ocağıdır: bu­ra­da eyni zamanda dağıntılar, yanğınlar və radioaktiv zəhər­lən­mə ocaqları əmələ gələ bilər. Dağıntıların xarakterinə görə belə sa­hə­lər 4 növə ayrılır: tam dağıntı zonası, güclü dağıntı zonası, or­ta da­ğın­tı zonası və zəif dağıntı zonası.
1. Nüvə partlayışı mərkəzinə ən yaxın sahələrə tam dağıntı zo­­nası deyilir. Bu sahənin hüdudları daxilində zərbə dalğasının yaratdığı izafi təzyiq 50 kPa-dan artıq olur. Burada istehsalat və yaşayış binaları tamamilə dağılır, partlayış mərkəzinin lap ya­xın­lı­ğın­da isə sığınacağların bir qismi uçulur. Küçələrdə başdan-başa uçqunlar əmələ qəlir və sığınacaqların giriş yolları uçqunlarla tu­tu­lur.
2. İzafi təzyiqin təsirinə 50 kPa-dan 30 kPa-dək məruz qal­mış sahələr güclü dağıntı zonası adlandırılır. Buradakı bina və qur­ğular əsasən dağılır, sığınacaqlar və yeraltı kommunal-energe­ti­­ka şəbəkələrinin əksəriyyəti salamat qalır.
3. İzafi təzyiqin təsirinə 30 kPa-dan 20 kPa-dək məruz qal­mış sahələr orta dərəcəli dağıntı zonası adlandırılır. Bu zonanın hü­­dud­ları daxilindəki binalar orta dərəcədə dağılır, yeraltı sığına­caq və şəbəkələr salamat qalır. Küçələrin müxtəlif yerlərində uç­qun­lar yarana bilər.
4. İzafi təzyiqin təsirinə 20 kPa-dan 10 kPa-dək məruz qal­mış sahələr zəif dağıntı zonası adlandırılır. Bu zaman binanın ikin­ci dərəcəli elementləri yəni qapı və pəncərələri, artırmaları və da­xili arakəsmələri dağılır, küçələrdə tək-tək uçqunlar yaranır.
Radiasiya kosmosda saniyədə 200.000 km-ə yaxın sürətlə hərəkət edən qamma şüaları, neytronlar, elektronlar və daha bir ne­­çə atomaltı zərrəciklərdən ibarətdir. Bu zərrəciklər insanın bə­də­ninə asanlıqla təsir edir və bədəndəki hüceyrələrə zərər verir. Bu zərər ölümcül xəstəliyin – xərçəngin ortaya çıxmasına səbəb olar və ya çoxalma hüceyrələrinə təsir edə bilər. Bu da gə­lə­cək­də genetik dəyişikliyə gətirib çıxarır. Hazırda dünyanın 43 ölkəsi, o cümlədən, 28 inkişaf etmək­də olan ölkə zənginləşdirilmiş uran ehtiyatlarına malikdir. Atom bombasının ən mühüm elementi olan plutonium isə dünyanın 12 ölkəsində vardır və daha 3 ölkədə bu təhlükəli maddənin ehtiyat­la­rı­nın olması barədə çox ciddi şübhələr dolaşmaqdadır. Dünyanın 71 ölkəsində hərbi nüvə proqramlarında tətbiq oluna bilən, ra­dio­ak­tiv və nüvə materiallarından istifadə edən 900-dən çox labo­ra­to­riya və müəssisə mövcuddur. 1946-cı ildə Birləşmiş Millətlər Təş­ki­latının birinci Baş Assambleyası, nüvə silahının yaradılmasın­dan sonra meydana çıxan problemlərin həlli ilə məşğul olan xüsusi komissiya yaratdı. 1957-ci ildə isə Atom Enerjisi üzrə Bey­nəl­xalq Agentlik (International Atomic Energy Agency) (rus ab­bre­veaturası ilə - MAQATE) yaradıldı ki, bunun da məqsədi nü­və proqramları və materialları üzərində nəzarət həyata keçirmək idi. Nü­və silahının və texnologiyalarının yayılması ilə mübarizə pro­sesi, Nüvə Silahının Yayılmaması barədə Müqavilə adlanan fun­damental beynəlxalq razılaşma ilə nizamlanır. Bu müqavilə 1968-ci ilin 1 iyulunda imzalanmış və 1970-ci ilin mart aının 5-də isə qüv­vəyə minmişdir. Nüvə Silahının Yayılmaması barədə Mü­qa­vilə (NSYM), faktiki olaraq dünya ölkələrini iki yerə - nüvə si­la-h­ına malik olan və nüvə silahı olmayan ölkələrə bölmüşdür. Mü­qa­vilə nüvə silahına malik olmayan ölkələr üçün bu silahı istehsal etməmək və haradansa almamaq və həmçinin, özünün bütün nüvə obyektləri üzərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nə­za­rətini qəbul etmək öhdəliyi qoymuşdur. Nüvə silahına malik olan ölkələr isə, bu müqaviləyə görə, öz növbəsində, atom sila­hı­nın yaradılması üçün istifadə oluna biləcək texnologiyaların və ma­terialların bunlara malik olmayan ölkələrə verməkdən imtina et­mələri barədə öhdəlik götürmüşlər. Bu sahədə hər hansı bir alqı-satqı isə Beynəlxalq Agentliyin nəzarəti altında həyata keçiril­mə­dir. Nüvə məsələləri ilə bağlı istisna isə yalnız dinc atom tex­no­lo­gi­yaları üçün edilmişdir. Bu gün üçün, Nüvə Silahının Yayılma­ma­­sı barədə Müqavilədə dünyanın 188 ölkəsi iştirak edir. Buraya, nü­və silahına malik olmaları barədə rəsmi şəkildə elan etmiş (1998-ci il) Pakistan və Hindistan, nüvə silahının olmasını təsdiq et­məyən, lakin bunu inkar da etməyən sionist İsrail rejimi və Kuba im­za atmamışdır. Kuba bu Müqaviləyə imza atmasa da, Cənubi və Mər­kəzi Amerika və Qəraib dənizi hövzəsi ərazisini nüvə silahsız zona elan etmiş ölkələr arasında bağlanmış beynəlxalq müqavi­lə­nin iştirakçısıdır. NSYM iştirakçıları olan ölkələr arasında bir is­tis­na da Şimali Koreyadır. Şimali Koreya dünyanın yeganə öl­kə­si­dir ki, iki dəfə bu Müqavilədən çıxmışdır. 2006-cı ildə bu ölkə, nü­və silahının müvəffəqiyyətli sınağını keçirtdi.
1980-cı ildə Nüvə Materiallarının Fiziki Mühafizəsi haq­qın­da Beynəlxalq Konvensiya imzalandı. İmzalanmış bu Konvensi­ya­nın məqsədlərindən biri, nüvə silahının yaradılması üçün lazım olan materialların oğurlanmasının qarşısını almaq idi. 2004-cü il­də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, 1540 say­lı qətnamə qəbul etdi. Bu qətnamə, bütün ölkələri belə material­la­rın və texnologiyaların «qeyri-dövlət iştirakçılarının» (əlbəttə ki, bu­rada ilk növbədə dövlətə tabe olmayan terrorçu qruplar nəzərdə tutulurdu) əlinə düşməməsi üçün vacib olan bütün tədbirləri gör­məyə vəzifələndirirdi.Qeyd etmək lazımdır ki, nüvə silahı, insan tə­rəfindən yaradılmış ən güclu silah hesab olunur.
Bununla bərabər, nüvə silahı, həm də ən çətin hazırlanan, istehsal edilən və tətbiq oluna bilən bir silahdır. Və atom bom­ba­sı­nı hazırlamaq istəyən ölkədən uzunmüddətli cəhdlər, texnologiya­la­rının müəyyən inkişafı və çox böyük həcmli pul vəsaiti tələb olunur. Məsələn, 1945-ci ildə ABŞ tərəfindən Yaponiyanın – Na­qasaki şəhərinə atılmış atom bombasının gücünə bərabər bir bom­ba düzəltmək üçün 8 kq plutoniumun (plutonium-239) və yaxud da 25 kq yüksək dərəcədə zənginləşdirilmiş uranın olması vacib şərtdir. Lakin hazırda müasir nüvə bombalarında bundan da az plutonium və urandan istifadə edirlər. Məsələn, ABŞ-ın Energe­ti­ka Nazirliyi (Department of Energy) 2001-ci ildə məlumat ver­miş­di ki, belə bir bombanın hazırlanması üçün 4 kq plutoniumun, yaxud uran-233-ün və yaxud da 12 kq uran-235-in olması kifa­yət­dir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Xirosimaya atılan bom­bada 64 kq uran, Naqasakiyə atılmış bombada isə 6,2 kq plu­to­nium olmuşdur. Müasir nüvə bombalarında, adətən, uran və plu­to­nium bir yerdə tətbiq edilir. Lakin nəzərə almaq lazımdır ki, uran və plutonium, nüvə silahının hazırlanması üçün istifadə oluna bi­lən yeganə radioaktiv materiallar deyildir. Məsələn, ilkin araş­dır­malara görə, nüvə bombasının hazırlanması üçün 73 kq nep­tu­ni­um-237-dən və yaxud da 60 kq amerisium-241-dən istifadə et­mək mümkündür.
Hazırda dünyanın 10 ölkəsi nüvə silahına malikdir. Bunlar ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan və Şimali Koreyadır. İsrail rejiminin belə silaha ma­lik olması bəlli olsa da, o, bu faktı rəsmi şəkildə nə təsdiq, nə də ki, inkar edir.
”Natural Resources Defense Council” tədqiqat mərkəzinin məlumatlarına görə, ABŞ və Rusiyanın ixtiyarında hər birinin 10 min ədəd nüvə bombası, Böyük Britaniya və Çinin hərəsində 200 ədəd nüvə bombası, Fransanın - 350 ədəd, Hindistanın - 40-50 ədəd, Pakistanın - 50 ədəddən bir qədər az, İsrail rejiminin - 75-dən 200 ədədə qədər, Şimali Koreyanın isə - 15 ədəd az nüvə bom­bası vardır. Hindistanın, Pakistanın, İsrailin və Şimali Ko­re­ya­nın nüvə silahı ehtiyatları barədə açıq məlumatların ol­ma­ması səbəbindən, bu göstəricilər çox şərtidir. Dünyada mövcud olan ura­nın təqribən 95 faizi Rusiyada (böyük hissəsi) və ABŞ-da (ki­çik hissəsi) saxlanılır və istifadə olunur. Silah üçün istifadə olunan plutoniumun dünyada mövcud olan ehtiyatları təqribən 500 ton həcmində müəyyən edilmişdir. Bu ehtiyatın da böyük əksəriyyəti «nüvə klubuna» daxil olan ölkələrin ixtiyarındadır. Lakin buna baxmayaraq, belə materiallara həm də Yaponiya, Belçika və İs­veç­rə də malikdir. Son illərdə ABŞ, Rusiya, Böyük Britaniya və Çin silahda istifadə olunan plutonium istehsalının dayandırılması ba­rədə məlumat vermişdir. Qeyd etmək lazımdır ki, 40 kq zən­gin­ləş­dirilmiş urandan hazırlanmış atom bombasının partlayışının gü­cü, 15 min ton trotilin partlamasının gücünə bə­ra­bər­dir. Məsələn, be­lə bir bombanın iri bir şəhərin mərkəzində partl­adılması - 20 min insanın həmin anda məhv olması və daha 120 min nəfərin son­rakı bir neçə gün ərzində həlak olması de­məkdir. Və bu zaman xilasetmə işlərinin aparılmasının, dez­ak­ti­vasiyanın, dağıntı zibi­li­nin daşınmasının və s. dəyəri təqribən 50 mil­yard dollar olacaqdır. 1987-ci ilin sentyabrında, Braziliyanın Qoyani şəhərində metal lo­mu yığan bir qrup fəhlə, işləməyən və artıq tərk edilmiş klini­ka­dan yüksək radiasiya mənbəyi olan bir kapsul götürmüşdülər. On­lar tərkibində 20 qram sezium-137 olan kapsulu hissələrə par­ça­la­mışdılar. Qoruyucu kapsulun dağılması səbəbindən 14 nəfər yük­sək dərəcəli şüalanmaya məruz qalmış və sonradan bunların dördü dün­yasını dəyişmişdi. 249 nəfər isə ra­doaktiv zəhərlənməyə mə­ruz qalmışdır. Dezaktivizasiya tədbirləri çərçivəsində 85 evi sök­mək məcburiyyətində qalmışdılar. Baş vermiş hadisənin psixoloji ef­fekti isə daha dəhşətli olmuşdu. Belə ki, bütöv bir şəhərin əhalisi bir neçə həftə ərzində praktiki olaraq güclü vahimə içində yaşa­mış­dı. Hər şeydən görünür ki, atom silahının məhdudlaşdırılması sahəsində mövcud olan beynəlxalq durum çox mürəkkəbdir.



Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə