Mister hemferin xatiRƏLƏRİ



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə16/25
tarix26.08.2018
ölçüsü0,85 Mb.
#64324
1   ...   12   13   14   15   16   17   18   19   ...   25

 
67 
Şiələrə 
matəm 
günlərini 
unutdurmaq, 
onlara 
məhdudiyyət  və  qadağalar  qoymaq  lazımdır;  imam 
Hüseyn  əzadarlığı  kimi  kütləvi  tədbirlər  yaşadıqca, 
onlara  sazişçilik  və  təslimçilik  ruhunu  aşılamaq 
mümkün olmayacaq. Ən azı bu tədbirlərin mahiyyətini 
dəyişmək  və  ya  bu  kimi  mərasimlərə  irticai  və  xurafi 
əməlləri  qarışdırmaq  lazımdır;  bu  əməlllərin  bid`ət 
olduğunu,  Peyğəmbərin  və  xəlifələrin  zamanında  bu 
işlərin mövcud olamdığını söyləyin. İnsanların bu kimi 
yerlərə 
getməsinə 
mane 
olun. 
Vaizlərin 
və 
rövzəxanların sayını azaltmaq üçün onları vergiyə cəlb 
edin.  
17.  Bütün  müsəlmanlara  “vicdan  azadlığı”  şüarını 
qəbul  etdirərək,  “hər  bir  kəs  istədiyi  işi  görməkdə 
azaddır”, deyin. “Əmr be məruf” və “nəhy əz münkər” 
hökmlərinin  vacib  olmadığını  söyləyin.  Daim  bu 
məsələni  xatırladın  ki,  xristianlar  öz  dinlərində, 
yəhudilər  də  öz  dinlərində  haqdırlar.  Onlar  bir-birinin 
qəlblərinə  dəyməzlər.  Əmr  be  mə`ruf  və  nəhy  əz 
münkər xəlifə və hakimlərə aid olan məsələlərdəndir. 
Müsəlmanların  sayının  çoxalmasının  qarşısını  almaq 
üçün 
doğuşu 
məxsus 
vasitələrlə 
çətinləşdirin. 
Çoxarvadlılığın  islamda  yolverilməz  bir  məsələ 
olduğunu və ya ona müstəsna hallarda icazə verildiyini 
iddia edin; bir nəfərdən artıq qadınla evlənməyə mane 
olun,  evlənənlərə  də  bə`zi  şərtlər  qoyun.  Məsələn, 
ərəbin  əcəmlə,  türkün  fars  və  ya  ərəblə  evlənməsini 
qəbahətli bir iş kimi cilvələndirin. 
İslamın  yayılmasının  qarşısını  almaq  üçün  qeyri-
müsəlmanlara  bu  dinin  yalnız  ərəblərə  məxsus 


 
68 
olduğunu  inandırın.  Qur`anda  da  bu  mövzuya 
toxunulur: “Bu sənin qövmün üçün bir zikrdir”. 
Xeyriyyə  müəssisələrinin  sayını  azaldın,  onların 
işlərinə  məhdudiyyələr  qoyun;  onlar  dövlətdən  asılı 
vəziyyətə gətirilməlidir ki, xeyirxah insanlar məscid və 
mədrəsə binası tikdirə bilməsinlər.  
Müsəlmanlarda  Qur`ana  qarşı  şübhə  yaratmaq 
lazımdır.  İçərisində  ziddiyyətlər  olan,  təhrif  edilmiş 
tərcümələr hazırlayıb deyin ki, Qur`an təhrif olunub və 
onun  bir-biri  ilə  uyğun  gəlməyən  nüsxələri  vardır.  Bir 
nüsxədə  olan  ayə  başqasında  yoxdur.  Xristianları, 
yəhudiləri  və  bütün  qeyri-müsəlmanları  bu  işə  cəlb 
edin.  Qur`anda  olan  cihad,  əmr  be  mə`ruf  və  nəhy  əz 
münkərə  aid  ayələri  çıxarın.  Qur`anı  digər  türk,  fars, 
hind  və s. dillərə tərcümə edərək yayın ki, Qur`an ərəb 
dilində  oxunmasın.  Qeyri-ərəb  xalqları  arasında  ana 
dilinə  üstünlük  adı  ilə  dini  ayinlərin  ərəb  dilində 
icrasına qarşı çıxın; azan, namaz və duaların milli dildə 
oxunması  zərurətindən,  onun  ərəbcəsinin  anlaşılmaz 
olmasından danışın. Müsəlman xalqları arasında vahid 
ünsiyyət  vasitəsi  olan  ərəb  dilinin  zəifləyib  aradan 
getməsi  və  onların  parçalanması  yalnız  bu  yolla 
mümkündür. İslami hədis və tarixçələri də eyni şəkildə 
tərcümə edərək, təhrif olunmuş şəkildə yayın.  
Həqiqətən, oxuduğum “İslamı necə yıxa bilərik?” adlı 
kitab  çox  mükəmməl  yazılmışdı.  İllərlə  görəcəyim 
işlərdə  mənə  yolgöstərən  bir  rəhbər  idi.  Kitabı  katibə 
qaytaranda,  ona  öz  təşəkkürümü  bildirdim.  O  mənə 
dedi: “Sən bu meydanda yalqız  deyilsən. Sənin həyata 
keçirmək  istədiyin  planın  beş  mindən  artıq  icraçı  və 


 
69 
iştirakçısı  vardır.  Nazirlik  bu  adamların  sayını  yüz 
minə çatdırmağı düşünür. Bu saya yetişdiyimiz zaman 
müsəlmanların  hamısına  hakim  olacağıq.  Bütün 
müsəlman  ölkələri  əlimizdə  olacaq.  Nazirliyimizə  bu 
planları gerçəkləşdirmək üçün bir əsr vaxt lazımdır. Biz 
o  günləri  görməsək  də,  bizdən  olan  övladlarımız 
görəcək. “Başqasının yetişdirdiyini mən yedim, mənim 
yetişdirdiyimi də başqası yeyər” Bu ən`ənəvi üsul necə 
də gözəldir. İngilislər buna nail olduqları zaman on iki 
əsrlik  fəlakətdən  qurtulmuş  olacaqlar.  Bununla  da, 
bütün xristian aləminin rəğbətini qazanacaqlar. Əsrlərlə 
davam  edən  “Səlib  yürüşləri”  acı  xatirələrdən  başqa 
heç  bir  fayda  verməmişdir.  Çingiz  xanın  orduları  da, 
İslamın kökünü kəsmək üçün bir iş görə bilmədi. Çünki 
onların  etdikləri,  düşmənçilik  yaradan,  qarşı  tərəfi 
mübarizəyə 
sövq 
etdirən 
işlərdir. 
Lakin 
indi 
hökumətimizin  dəyərli  planları  vardır;  rəhbərlərimiz 
İslamı  uzunmüddətli  və  çox  incə  bir  planla  yıxmaq 
qərarındadırlar.  Hərbi  qüdrətimizi  də  artırmaq 
lazımdır.  Lakin  bu  son  mərhələdə  olacaqdır.  İslamı 
parçalayıb  tikələrinin  hər  birini  bir  tərəfə  atdıqdan  və 
onların  bir  daha  qüdrət  tapıb  bir  yerə  toplaşa 
bilməyəcəyinə əmin olduqdan sonra rahat ola bilərik. 
İstambuldakı  böyük  mə`murlarımız  bizim  nəzərdə 
tutduğumuz  planlara  uyğun    şəkildə  bir  çox  işlər 
görmüşlər.  Onların  aralarına  soxularaq,  uşaqları  üçün 
məktəblər  açmış  və  kilsələr  inşa  etmişlər.  Onların 
arasında  şərabı,  qumarı  və  idman  klublarını  yayaraq, 
çox gözəl şəkildə gənclərə tə`sir buraxmışlar. Bu vasitə 


 
70 
ilə  hökumətlə  camaat  arasında  ixtilafların  əsası 
qoyulmuşdur. 


 
71 
YEDDİNCİ FƏSİL 
Birinci  sirrin  ləzzətini  bildikdən  sonra  ikinci  sirri  də 
öyrənməyə  can  atırdım.  Nəhayət  bir  gün  katib  söz 
verdiyi  ikinci  sirri  açıqladı.  İkinci  sirr  bir  əsr  ərzində 
İslamı  məhv  edib  unutdurmaq  məqsədilə,  nazirlikdə 
bu iş üzrə çalışan yüksək rütbəli mə`murlar tərəfindən 
hazırlanmış  14  maddən  ibrət  50  səhifəlik  bir  plan  idi. 
Bu plan çox gizli saxlanılırdı.  
Həmin planın xülasəsi aşağıdakılardan ibarətdir: 
Buxara,  Tacikstan,  Ermənistan,  Xorasan  və  Osmanlı 
imperatorluğunun  Rusiya  ilə  həmsərhəd  olan  ərazisini 
işğal  etmək  üçün  Rusiya  çarı  ilə  əməkdaşlıq  haqqında 
razılıq əldə etmək. 
İslam  aləmini  həm  daxil,  həm  də  xaricdən  dağıtmaq 
üçün  Fransa  və  Rusiya  dövlətləri  ilə  birgə  əməkdaşlıq 
haqqında razılıq əldə etmək. 
Osmanlı  və  İran  hökumətləri  arasında  fitnə-fəsad  və 
ixtilaflar  salaraq,  hər  iki  tərəfdə  millətçilik  cərəyanını 
gücləndirmək.  Ayrı-ayrılıqda  bir-birinə  yaxın  olan 
bütün  müsəlman  xalqları  və  qəbilələri  arasında 
düşmənçilik  toxumu  səpmək.  Çoxdan  unudulmuş  din 
və  məzhəbləri  canlandıraraq,  onları  müsəlmanlarla 
qarşı-qarşıya qoymaq.  
İslam ölkələrindən torpaq ərazilərini qopararaq qeyri-
müsəlmanların  ixtiyarına  vermək.  Məsələn,  Mədinəni 
yəhudilərə,  İsgəndəriyyəni  xristianlara,  Kermanşahı 
Əlini  ilahiləşdirən  nisurilərə,  Mosulu  yezdilərə,  İran 
körfəzini  hindulara,  Trabzonu  dəruzilərə,  Qarsı 
ələvilərə,  Məsqəti  xaricilərə  və  (Qarabağı  ermənilərə. 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə