55
Dünyanı buraxıb yalnız axirət üçün çalışmaq;
Hakimlərin diktatorluğu və zalımlığı;
Yollarda əmin-amanlığın olmaması, nəqliyyat və
səyahətlərin azlığı;
Hər il on minlərlə insanın yolxucu xəstəliklərdən
ölməsi və dövlətin buna qarşı laqeydliyi;
Şəhərlərin ətraflarının viranəliyi və su şəbəkələrinin
yoxluğu;
Valilərin müxaliflər qarşısında acizliyi. Nizamsızlıq,
Qur`an qanunlarının az tətbiq olunması;
İqtisadi tənəzzül, yoxsulluq və inkişafdan geri
qalmaq;
Nizami ordunun olmaması, silah çatışmazlığı və ya
olanların da ibtidai şəkildə olması;
Qadın haqlarının qorunmaması;
Küçələrin bərbadlığı və təmizliyə riayət olunmaması.
Bu kitabda müsəlmanların üstünlüklərindən də
yazılır:
İslam dini öz ardıcıllarını birlik və bərabərliyə çağırır.
Təfriqəni qadağan edərək buyurur: “Allahın ipinə bərk-
bərk sarılın və ayrılmayın” (Ali İmran-103).
İslam savadlanmağı və elm öyrənməyi əmr edir. Bir
hədisdə bu barədə belə deyilir: “Elm öyrənmək hər bir
kişi və qadına vacibdir” .
İslam dünya üçün də çalışmağı əmr edir. “Onlardan
bə`ziləri, Ey Rəbbimiz! Bizə dünyada və axirətdə gözəl
həyat nəsib elə - deyirlər”. (Bəqərə-201).
İslam bütün işləri məsləhət və məşvərət əsasında
həyata keçirməyi əmr edir. “Onların işləri məşvərətlə
olar.” (Şura-38).
56
İslam yol çəkməyi əmr edir. “Yer üzündə yeriyin.”
(Mülk-15).
İslam müsəlmanlara səhhətlərini qorumağı əmr edir.
Bir hədisdə belə deyilir: “Elm dörd növdür:
dinin qorunması üçün fiqh elmi;
dilin mühafizəsi üçün sərf və nəhv elmi;
səhhətin qorunması üçün tibb elmi;
kainatın tanınması üçün astronomiya elmi;”
İslam quruculuğu əmr edir. “Allah yer üzərində hər
şeyi sizin üçün yaratmışdır.”(Bəqərə-29).
İslam nizam-intizamlı olmağa əmr edir. “Hər şeyin
nizamı və hesabı vardır.” (Hicr-19).
İqtisadiyyatda güclü olmağı əmr edir. Bir hədisdə
belə deyilir: “Heç ölməyəcəyiniz kimi dünya işləri üçün
çalışın, hər an öləcəyiniz kimi axirət üçün hazırlaşın”.
İslam güclü orduya və müasir silahlara sahib olmağı
əmr edir. “Onlara qarşı imkanınız qədər güc toplayın.”
(Ənfal-60).
İslam qadınların hüquqlarına riayət etməyi və onlara
qiymət verməyi əmr edir. “Kişilərin qadınların
üzərində haqqı olduğu kimi, qadınların da kişilər
üzərində haqları vardır.” (Bəqərə-228).
İslam təmizliyə əmr edir. Bir hədisdə belə deyilir:
“Təmizlik imandandır.”
Aradan aparılması nəzərdə tutulan əsas amillər
aşağıdakılardır:
İslam
dini
irqçilik,
millətçilik,
qohumbazlıq,
yerlibazlıq
və
digər
təəssübkeşlikləri
aradan
aparmışdır.
57
Sələmçilik, qumarbazlıq, zinakarlıq, şərab içmək və
donuz əti yemək haramdır.
Müsəlmanlar öz ailə-uşaqlarına hədsiz dərəcədə
bağlıdırlar.
Sünni müsəlmanlar xəlifəni Peyğəmbərin vəkili
olaraq,
qəbul
edirlər.
Allaha
və
Peyğəmbərə
göstərilməsi lazım olan ehtiramın xəlifəyə də
göstərilməsinin vacib olduğuna inanırlar.
Cihad vacibdir.
Şiəlik
nöqteyi-nəzərindən
qeyri-müsəlmanların
hamısı murdardır.
Bütün müsəlmanlar İslamın haqq din olduğuna
inanırlar.
Müsəlmanların çoxu yəhudi və xristianların Ərəbistan
yarmadasından
çıxarılmasının
vacib
olduğunu
bildirirlər.
İbadətlərini, xüsusilə namaz, oruc və həcci çox gözəl
şəkildə yerinə yetirirlər.
Şiələr İslam ölkələrində kilsə tikilməsini haram
bilirlər.
Müsəlmanlar İslam əqidəsinə möhkəm bağlıdırlar.
Şiələr xümsün, yə`ni illik gəlirdən artıq qalan pul və
digər vəsaitlərin beşdə bir hissəsinin İslam yolunda
xərclənməsi məqsədilə alimlərə verilməsini vacib
bilirlər.
Müsəlmanlar uşaqlarını o qədər gözəl tərbiyə edirlər
ki, onları əcdadlarının yolundan azdırmaq qeyri-
mümkündür.
58
Müsəlman qadınlar iffət məsələsinə o qədər riayət
edirlər ki, onların əxlaqsızlığa qurşanmasını təsəvvür
etmək mümkün deyildir.
Müsəlmanlar hər gün camaat namazı qılmaq üçün bir
yerə toplaşırlar.
Onlara görə Peyğəmbərin, Əlinin və digər saleh
şəxslərin qəbirləri müqəddəs olduğundan oraya
toplaşırlar.
Peyğəmbərin nəslindən gələn seyid və şərif adı
verilən insanlar daima müsəlmanlara Peyğəmbəri
xatırladırlar. Onun canlı yaşamasını tə`min edirlər.
Müsəlmanlar bir yerə toplaşdıqları zaman, vaizlər
onların imanlarını qüvvətləndirir, saleh işlər görməyə
təşviq edirlər.
Əmr be məruf (yaxşılığa əmr etmək), nəhy əz münkər
(pis işlərdən çəkindirmək) hər bir müsəlmana vacibdir.
Müsəlmanların çoxalması üçün evlənmək və bir neçə
qadınla nigah bağlamaq sünnətdir.
Müsəlman üçün bir insanı İslama gətirmək dünyaya
sahib olmaqdan daha üstündür.
Müsəlmanlar arasında kim xeyirli bir yol açarsa, bu
işin savabına və bu yolu gedən bütün insanların
savabına nail olur.
Müsəlmanlar Qur`ana və hədislərə çox böyük hörmət
göstərirlər. Onlara tabe olmağı cənnətə nail olmaq üçün
bir vasitə hesab edirlər.
İndi isə bu kitabda sadaladığımız müsəlmanların
üstün xüsusiyyətlərini aradan aparmaq üçün tərtib
olunan üsullara nəzər yetirək:
Dostları ilə paylaş: |