Mister hemferin xatiRƏLƏRİ



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə18/25
tarix26.08.2018
ölçüsü0,85 Mb.
#64324
1   ...   14   15   16   17   18   19   20   21   ...   25

 
76 
və  onların  sayının  azaldılmasının  vacib  olduğu  fikirini 
yaymaq.  
Məkkə,  Mədinə  və  digər  İslam  məmləkətlərində 
mövcud  olan  türbə  və  müqəddəs  sayılan  yerlərin  büt 
olduğunu söyləyərək, onların dağıdılmasını vacib e`lan 
etmək. Tədricən bu iş Məhəmməd peyğəmbər, xəlifələr 
və  məzhəb  rəhbərlərinin  məzarlarına  da  şamil 
olmalıdır. 
İslam  ölkələrində  mümkün  qədər  zülm,  cinayət  və 
hərc-mərclik üçün şərait yaratmaq . 
hədislərdə olduğu kimi, Qur`ana da əlavələr edib onu 
yüksək tirajlarla nəşr etmək. 
Katib  bu  altı  maddəli  planı  mənə  təqdim  etdikdən 
sonra  belə  dedi:  ”Bizim  vəzifəmiz  İslamı  məhv  etmək 
üçün  toxum  səpməkdir.  Bu  işi  gələcək  nəsillərimiz 
davam  etdirəcəklər.  İngilis  hökuməti  səbr  etməyə  və 
addım-addım  irəliləməyə  adət  etmişdir.  İslam  dinini 
qurub  yaradan  Məhəmməd  peyğəmbər  sadəcə  bir 
insan  deyildimi?  Məhəmməd  Nəcdi  də  bizim 
inqilabımızı gerçəkləşdirəcək”.  
Bir neçə gün sonra nazir və katibdən izn alıb ailəm və 
dostlarımla  vidalaşaraq  Bəsrəyə  tərəf  yola  düşdüm. 
Evdən  çıxarkən  oğlum  mənə  -  ata  cəld  ol  -  dedi.  Bu 
sözləri eşitdikdə gözlərim yaşardı. Kövrəlib ağladığımı 
yoldaşım da başa düşdü.  
Yorğun  bir  vəziyyətdə,  gecə  ikən  Bəsrəyə  yetişdim. 
Əbdürrizanın  evinə  getdim.  O,  məni  görcək  çox 
sevindi; 
gecəni 
onun 
evində 
qaldım. 
Mənə 
Məhəmmədin  məktubunu  verdi.  Oxuyanda  mə`lum 
oldu  ki,  o,  öz  vətəninə  getmiş,  ünvanını  da  yazmışdı. 


 
77 
Mən  də  Ərəbistanın  Nəcd  vilayətinə  yola  düşdüm. 
Uzun  sürən  səfərdən  sonra  gəlib  oraya  çatdım, 
soraqlaşaraq evini tapdım. O, çox zəifləmişdi; sonradan 
evləndiyini bildim.  
Biz  aramızda  belə  razılığa  gəldik  ki,  guya  mən  onun 
köləsiyəm.  Məni  iş  dalınca  başqa  şəhərə  göndəribmiş. 
İki il onun yanında qaldım. Də`vətini e`lan etmək üçün 
bir  proqram  hazırladıq.  Nəhayət,  h.q-1143,  m-1730-cu 
ildə  onun  əzmini  gücləndirdim.  O  da  özünə  bir  az 
tərəfdar  topladıqdan  sonra  daha  yaxın  adamlarına  öz 
ayininin  də`vətini  aşkarladı.  Sonradan  günbəgün 
fəaliyyətini genişləndirdi. Onu düşmənlərdən qorumaq 
üçün  ətrafına  mühafizlər  qoydum.  Onlara  istədikləri 
qədər pul verirdim. Düşmənlərin təcavüz və hücumları 
genişləndikcə,  mühafizlərin  sayını  artırırdım.  Onları 
mə`nəvi 
cəhətdən 
də 
dəstəkləyirdim. 
Də`vəti 
yayıldıqca 
müxaliflərin 
sayı 
da 
çoxalırdı. 
O, 
hücumlardan  sarsılıb  də`vətini  saxlamaq  istədi.  Lakin 
mən  onu  tək  buraxmadım.  Əzmini  qüvvətləndirmək 
məqsədilə 
ona 
belə 
dedim: 
”Ey 
Məhəmməd, 
Peyğəmbər  səndən  də  çox  əziyyət  görmüşdü.  Bilirsən 
ki,  bu  bir  şərəfli  yoldur.  Biz  daima  düşmənin 
hücumuna  mə`ruz  qala  bilərik”.  Onun  müxalifləri 
arasına  pulla  satın  aldığım  casusları  yeritdim. 
Düşmənlər  bir  zərər  yetirmək  istəyəndə,  mən  dərhal 
xəbər tutub onları zərərsizləşdirirdim.  
Bir neçə il sonra MNN-in məntəqə əmiri Məhəmməd 
ibn  Səudu  da  bizim  cərgəyə  qoşmağa  nail  oldu.  Bu 
mə`lumatı 
çatdırmaq 
üçün 
yanıma 
MNN-nin 
əməkdaşlarından  biri  göndərilmişdi.  Vəzifəm  bu  iki 


 
78 
Məhəmmədin  arasında  məhəbbət  və  həmkarlıq 
əlaqələri  yaratmaq  idi.  Qərar  bu  idi  ki,  müsəlmanların 
e`timadını  qazanmaq  üçün  dini  işlərdə  Məhəmməd 
Nəcdidən,  siyasi  işlərdə  isə  Məhəmməd  ibn  Səuddan 
istifadə  olunsun.  Tarix  sübut  etmişdir  ki,  dinə  istinad 
edən  dövlətlər  daha  uzun  ömürlü  və  heybətli  olurlar. 
Vəhhabi məzhəbini tə`sis edib, Dəriyyəni onun mərkəzi 
e`lan  etdik.  MNN  yenicə  yaranmaqda  olan  Vəhhabi 
firqəsini  və  onun  tə`siri  altında  olan  yerli  hökuməti 
gizlicə dəstəkləyirdi. Yeni hökumət ərəb dilini və səhra 
döyüşlərini mükəmməl bilən on bir ingilis zabitini kölə 
adı ilə satın aldı. İcra olunacaq planları onlarla birlikdə 
hazırlayırdıq.  Xüsusi  bir  əmr  olmadığı  zaman,  qarşıya 
çıxan məsələlərdə özümüz qərar çıxarırdıq. 
Bir dəfə düşmənələrin Məhəmməd Nəcdini öldürmək 
niyyətindən xəbər tutdum. Elə o an onların hazırladığı 
planın  əksinə  bir  plan  hazırladım.  Bu  işin  üstü  açıldı. 
Camaat  onların  Məhəmmədi  öldürmək  istəklərindən 
xəbərdar  olduqda,  düşmənlərə  nifrət  etdilər.  Bununla 
da  bu  işin  qarşısı  alındı.  Qazdıqları  quyuya  özləri 
düşdülər. Məhəmməd planın altı maddəsinin hər birinə 
əməl  edəcəyinə  söz  vermişdisə  də,  indi  bu  bəndlərin 
yalnız  bir  hissəsini  yerinə  yetirə  bilərəm  -dedi.  O,  bu 
sözündə  haqlı  idi.  Çünki,  o  zaman  bütün  bəndləri 
həyata  keçirmək  qeyri-mümkün  idi.  O,  Kə`bənin 
dağıdılması  və  Qur`anın  təhrif  olunmuş  şəkildə  nəşr 
olunmasına  e`tiraz  etdi.  Ən  çox  Məkkə  əmirləri  və 
İstambul  hökumətindən  qorxurdu.  Mənə  bu  barədə  - 
bu iki niyyəti açıqlasan, böyük bir ordunun hücumuna 
mə`ruz  qalarıq  -  dedi.  Ancaq  doğru  deyirdi.  Bu  iki 


 
79 
maddənin 
icrası 
üçün 
hələ 
münasib 
zəmin 
yaranmamışdı. 
Hamımız  yerli  tayfalardan  olan  qızlarla  evləndik. 
Müsəlman  qadınların  ərlərinə  bağlılığı  çox  xoşumuza 
gəlirdi.  Bunun  sayəsində  tayfalarla  olan  əlaqələrimiz 
daha  da  artdı.  İndiki  vəziyyət  çox  yaxşı  idi.  Əhatəmiz 
günü-gündən  genişlənirdi.  Təsadüfi  bir  hadisə  baş 
verməsə, yetişməkdə olan meyvəni dərib yeyəcəyimizə 
şübhə yox idi. 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə