MiRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə4/54
tarix14.06.2018
ölçüsü2,91 Kb.
#48870
1   2   3   4   5   6   7   8   9   ...   54

    Nəzakət Əliyeva 
 
 
14 
zəngin  məlumat  vermir.  Buna  görə  də  həmin 
məsələləri  aydınlaşdırmaq  məqsədilə  “Mirzə  Şəfi 
nəğmələri”  və  xüsusən  “Mirzə  Şəfi  irsindən”  adlı 
kitablara  müraciət  etmək  lazımdır.  Bodenştedtin 
tərcümə  zamanı  şairin  şeirlərini  bəzən  forma  və  ya 
məzmun  cəhətdən  nə  qədər  təhrif  etmiş  olduğunu 
nəzərdə  tutsaq  belə,  biz  bu  şeirlərə  müraciət  etməli 
olacağıq.  Mirzə  Şəfinin  müəlliflik  hüququnu  sonralar 
inkar edən Bodenştedt, özü də boynuna alırdı ki, həmin 
şeirlərdə  şərh  edilən  fikirlər  bütünlüklə  Mirzə  Şəfiyə 
məxsusdur
1
.
5
 
Mirzə  Şəfinin  bu  əsərlərində  feodal  quruluşun 
mənfi  cəhətlərinin  kəskin  tənqidi  mühüm  yer  tutur.  O 
öz əsrinin bir çox demokratik ruhlu mütəfəkkir şairləri 
kimi bu tənqidi əxlaq və etika mövqeyindən edir.  
Xoşbəxtliyə  can  atmaq  təşəbbüsü  –  Mirzə  Şəfi 
şeirlərində  irəli  sürülən  etik  fikirlərin  əsas  amilidir. 
Şairin diqqət mərkəzində duran yalnız insandır – bütün 
iztirab və sevinci, xoşbəxtlik və bədbəxtliyi, məhəbbət 
və  nifrəti  ilə  birlikdə  götürülən  insan.  Xoşbəxtlik 
uzaqda deyil. Lakin onu görmək, əldə etmək lazımdır! 
Dindar  fırıldaqçılar  isə,  var  qüvvələri  ilə  buna 
maneçilik  törədir.  Çünki  onlar  yaxşı  bilirlər  ki, 
xoşbəxtliyə çatan kəs onların məscidinə ayaq  basmaz. 
Şair  göstərir  ki,  xalqın  böyük  bir  kütləsi  savadsızdır. 
Buna  görə  də,  onların  gözünü  açmaq  lazımdır.  Xalq 
                                                 
1
 Aus dem Nachlase Mirza Schaffys, Nene siederbuch mit prolog 
und erldnterndem Nachtrag von Fridrich Bodenstedt, Berlin. 1881. 
səh 218 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
15 
ancaq  öz  bədbəxtliyini  dərk  etdikdən  sonra 
bədbəxtlikdən  xilas  olmaq  uğrunda  mübarizə  apara 
bilər.  Mirzə  Şəfiyə  görə,  bu  sahədə  əsas  vasitə  xalqı 
maarifləndirməkdir.  Bu  işdə  Mirzə  Şəfi  poeziyanın 
roluna böyük qiymət verir. 
Mirzə  Şəfi  poeziyanın  ictimai  rolunu  unudan, 
qulağı  oxşayan  boş  məzmunsuz  qafiyəpərdazlıqla 
məşğul  olan,  ömrü  boyu  güldən,  bülbüldən,  hicran  və 
vüsaldan, günəşdən və aydan, cənnət və cəhənnəmdən 
“mızıldayan” şairləri lağa qoyur: 
 
Sizin tutduğunuz bu yol asandır, 
Fəqət axmaqlarçün “ürəkaçandır”. 
Şeiriniz ürəyi gətirməz cuşa
Qanan kəslər üçün bəladır başa! 
 
Mirzə  Şəfi  şeirlərində  insanı  həyatdan  zövq 
almağa  çağırır.  Lakin  bu  onun  əxlaqi  görüşlərinin 
yeganə  məğzini  təşkil  etmir.  Şair  özünün  maarifçilik 
ideyalarında  insanı  mənən,  ruhən  təmizləyən 
məhsuldar  əməyin  roluna  da  böyük  əhəmiyyət  verir. 
Mirzə  Şəfi  əməyə,  əsasən,  əxlaqi  bir  kateqoriya  kimi 
baxır.  
Məhəbbətə himn, onun şeirlərində əməyə himnlə 
ahəngdar  bir  şəkildə  səslənir.  Şair  insan  əməyinə 
müraciət edərək deyir:  
 
Ey bəşərin xilasına edilən kömək, 
Ey göylərin ilk töhfəsi sevimli əmək! 
Sənə xidmət edənlərə təsəllisən sən, 


    Nəzakət Əliyeva 
 
 
16 
Müdriklərin ilk arzusu, ilk istəyisən. 
Ancaq  nadan çətin işdən qaçar asana, 
Məhv olardım dirənmədən min yol əsana! 
Ey göylərin ilk vergisi !... İnsan ki, sənə 
Daim sadiq qalasıyam gedincə sinə
1
.
6
 
 
“Başa  bəla  gətirən  həqiqətdən  ürək  sevindirən 
yalan  min  dəfə  yaxşıdır
2

7
  –  deyən  Bodenştedtdən 
fərqli  olaraq  Mirzə  Şəfi  öz  şeirlərində  həqiqət  və 
doğruluğun  tərəfində  durur.  Lakin  o  bunu  da  bilir  ki, 
həqiqət ocaq kimidir, onu hər yerdə yandırmaq olmaz. 
Bununla yanaşı deyir ki, həqiqəti müdafiə etmək çətin 
olsa da, onu müdafiə etmək lazımdır: 
Qoy sən həqiqəti söyləyən zaman, 
Qopsun min təhlükə, qopsun min tufan. 
Gəl baxma bunlara, ey Mirzə Şəfi, 
Uca tut daima arı, şərəfi! 
 
Həqiqəti  danışan  adamın  and  içməyə  ehtiyacı 
yoxdur. 
Mirzə  Şəfiyə  görə,  həqiqəti  ifadə  etməyin  ən 
yaxşı  yolu  şeirdir.  Şeirlə  həqiqət,  həqiqətlə  şeir 
qardaşdır:  
Qəlbimin, ruhumun qanadıyla mən, 
Çıxdım aydınlığa zülmət gecədə. 
Gördüm şeriyyətdə həqiqətimi, 
Tapdım həqiqətdə şeriyyətimi. 
                                                 
1
 Qəbir 
2.
F.Bodenstedt.  “Aus  Morgenland  und  Adeudland  “,  Leipzig.1882. 
səh. 51 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
17 
Qadın azadlığı  məsələsi Mirzə Şəfi poeziyasında 
xüsusi  yer  tutur.  Şair  deyir  ki,  Şərq  gözəlinin  qara 
çadra altında gizlənən üzündən çadranı atması lazımdır 
ki,  bəşəriyyət  həyatın  ən  gözəl  nemətlərinin  birindən 
məhrum  olmasın.  Bu  cəhətdən  “Tulla  çadranı”  şeiri 
xarakterikdir.  
Tulla gəl çadranı... görünsün üzün
Gül də  gizlədərmi de, bağda özün? 
Səni qadir Allah, ey incə çiçək
Yaratmış dünyaya verməkçin bəzək. 
De, bunca lətafət, bunca məlahət, 
Solsun dar qəfəsdə neçin, nəhayət?! 
Şair yoxsulluğa dünyada ən böyük, hətta ölümdən 
də  dəhşətli  bir  hadisə  kimi  baxır.  Yoxsulluq,  ehtiyac 
Mirzə  Şəfiyə  görə,  ən  ağıllı  adamın  belə  qürurunu 
sındırır;  onu  elə  adamlara  tabe  edir  ki,  onların 
qarşısında  boyun  əyməkdənsə,  ölüm  yaxşıdır.  Ehtiyac 
şeriyyətin 
düşmənidir. 
Şair 
“yoxsulluq” 
və 
“bədbəxtlik” 
haqqında 
danışsa 
da, 
onlardan 
qurtarmağın  yolunu  müdriklikdə,  ağılda,  insanın 
möhkəm  iradə  və  mənəvi  yüksəkliyində  görür.  Şair 
bəzən öz oxucusuna təsəlli verir. Ruhdan düşməməyə, 
gözəl gələcəyə ümid bəsləməyə çağırır. O deyir ki, elə 
bir  varlıq  yoxdur  ki,  əzabdan  azad  olsun.  Lakin  hər 
gecənin bir gündüzü var! Hər şeyi ürəyinə salma, çünki 
hər şey dəyişir. 
Mirzə  Şəfinin  şeirlərində  dini  xurafata  qarşı 
mübarizə  ideyası  mühüm  yer  tutur.  Şair  göstərir  ki, 
insan  bir  dəfə  dünyaya  gəldiyi  və  onun  iki  həyatı 
olmadığı  üçün,  o  biri  dünyaya  ümid  bəsləməməli,  yer 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə