olunublar. Hökumət MHŞT-nin tətbiqi prо-
sеs inin işlənib hаzırlаnmаsı, mоnitоrinqi və
qiymətləndirilməsində vətəndаş cəmiyyətinin də
fəаl iştirakını təmin etmişdir.
MhŞt-nin hesabatlılıq
mexanizmi
MHŞT üzrə hesabatları tutuşdurmaq üçün
QAM-in hər üç tərəfinin təmsilçilərindən ibarət
olan Çoxtərəfli Qrup (ÇQ) tərəfindən nüfuzlu
beynəlxalq audit şirkəti seçilir. Hesabatlar ildə iki
dəfə açıqlanırdı: illik və yarımillik. 2011-ci ildən
etibarən, hesabatlar illik əsasda açıqlanır. Hər he-
sabat dövrü üçün yeni audit şirkəti seçilir. Auditor
hökumətin və şirkətlərin təqdim etdiyi hesabat-
lardakı rəqəmləri tutuşdurur və öz rəyini verir.
azərbaycan və MhŞt-nin
idarə edilməsi
Azərbaycan yüksək səviyyəli müxtəlif sammit
və konfranslarda iştirak etməklə, habelə, təbii
sərvətlərlə zəngin olan digər ölkələrlə təcrübə
mübadiləsi yolu ilə dünya üzrə MHŞT prosesinin
idarə edilməsində fəal iştirak edir.
2005-ci ilin martında Londonda keçirilmiş MHŞT
üzrə II beynəlxalq konfransda MHŞT-nin gələcəyi
ilə bağlı təkliflərin müəyyənləşdirilməsi və
14
təkmilləşdirilməsi üçün MHŞT üzrə Beynəlxalq
Katibliyin işinə bələdçilik edilməsi məqsədilə
MHŞT üzrə Beynəlxalq Məsləhətçi Qrup (BMQ)
yaradılmışdır. Bu sahədə ilk olması və MHŞT-nin
tətbiqində mühüm təcrübə qazanması nəzərə alı-
naraq, Azərbaycanın təmsil edilməsi məqsədilə
ARDNF-nin icraçı direktoru, Azərbaycan MHŞT
üzrə Komissiyanın sədri BMQ-nin üzvü seçilmiş-
dir.
2006-cı ilin oktyabrında Osloda keçirilmiş
MHŞT üzrə III beynəlxalq konfransda MHŞT-nin
beynəlxalq səviyyədə idarə etmək və MHŞT prin-
sip və meyarlarının gələcəkdə tətbiqinə nəzarət
etmək məqsədilə MHŞT üzrə Beynəlxalq İdarə
Heyəti yaradılmışdır. Azərbaycanın MHŞT-nin
tətbiqi sahəsində nümayiş etdirdiyi liderlik nəzərə
alınaraq, konfransda Azərbaycan yekdilliklə İdarə
Heyətinə üzv seçilmişdir.
Azərbaycanın iki ildən bir seçilən MHŞT üzrə
Beynəlxalq İdarə Heyətinin üzvləri sırasına daxil
edilməsi ölkənin MHŞT-nin tətbiqində aparıcı
rolunu sübut edir. ARDNF-nin icraçı direktoru,
MHŞT üzrə Komissiyanın sədri İdarə Heyətində
Azərbaycan hökumətini təmsil edir.
MHŞT prosesinə güclü təkan vermək və
beynəlxalq səviyyədə təşəbbüsü dəstəkləmək
üçün Azərbaycan hökuməti MHŞT-ni dəstəkləyən
qətnaməni Birləşmiş Millətlər Təşkilatının
Baş Assambleyasında (BMT BA) irəli sürmüş
və bu qətnamə 2008-ci il sentyabrın 11-də
yekdilliklə qəbul edilmişdir. Şəffaflığı dəstəkləyən
qətnamənin BMT BA-da irəli sürülməsinə əsas
səbəb Azərbaycanın şəffaflığın davamlı inkişa-
fında əhəmiyyətli rol oynamasına böyük inamı
və MHŞT bəyan edildikdən bəri ölkənin həmin
təşəbbüsdə fəal iştirakı olmuşdur.
2009-cu ilin fevralında qətərin
paytaxtı doha şəhərində mhŞT
üzrə ıv beynəlxalq konfransda
azərbaycanda mədən hasila-
tı ilə məşğul olan şirkətlərin
hökumətə ödənişləri və
hökumətin şirkətlərdən daxi-
lolmaları barədə məlumatların
müntəzəm olaraq ictimaiyyətə
açıqlandığı və dərc edildiyi,
azərbaycanın mhŞT-yə qoşu-
lan ölkələr tərəfindən mhŞT
prinsip və meyarlarının tam
tətbiq edildiyini təsdiqləyən
qiymətləndirmə prosesindən
keçən ilk ölkə olduğu nəzərə
alınaraq və qiymətləndiricinin
azərbaycanda mhŞT prose-
sinin qiymətləndirilməsinə
dair hesabatına əsaslanaraq,
mhŞT üzrə beynəlxalq idarə
heyəti azərbaycanın “mhŞT-
nin Tamhüquqlu üzvü” statu-
sunu təsdiq etdi. bununla da
azərbaycan mhŞT-ni tətbiq
edən “Tamhüquqlu üzv”
statusu almış ilk ölkə oldu.
azərbaycanın “namizəd” sta-
tusundan “Tamhüquqlu üzv”
statusuna keçməsi mhŞT-nin
tətbiqində mühüm mərhələdir.
15
Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü
azərbaycan “MhŞt-nin
tamhüquqlu üzvü” statusu
alan ilk ölkədir
MHŞT hasilat sənayesində şəffaflıq üzrə beynəl-
xalq brend kimi tanınır və bu beynəlxalq brendi
qorumaq üçün Qiymətləndirmə prosesinə başla-
nılmışdır. Qiymətləndirmə MHŞT prosesinin mü-
hüm elementidir və Təşəbbüsün beynəlxalq stan-
dart olaraq qəbul edilməsinin özəyini təşkil edir.
Qiymətləndirmənin vəzifəsi MHŞT-ni tətbiq edən
ölkələrin Təşəbbüsün tətbiqi zamanı əldə etdikləri
biz mhŞT Prosesini
hamımızı — hökuməT,
ŞirkəTlər və vəTəndaŞ
cəmiyyəTini — TərəfdaŞ-
lıq ruhunda birgə
iŞləməyə həvəsləndirən
bir kaTalizaTor kimi görü-
rük. inanırıq ki, bu birgə
iŞin nəTicəsində TəŞəbbüs
öz PoTensialını Tam
Şəkildə reallaŞdıracaq.
ARAZ yUsUBov
BP, Şəffaflıq və ictimaiyyətə hesabatların
verilməsi qrupunun rəhbəri,
Azərbaycan-Gürcüstan-Türkiyə regionu,
MhŞT üzrə ÇQ-nin üzvü
irəliləyişlərin qiymətləndirilməsi və daha yaxşı,
sürətli irəliləyişə nail olmaq üçün həyata keçi-
riləcək tədbirlərin müəyyənləşdirilməsini təmin
etməkdir.
MHŞT üzrə ilkin tələblərə cavab verdiyinə
görə, 2007-ci ilin sentyabrında Osloda keçiril-
miş Beynəlxalq İdarə Heyətinin III iclasında
Azərbaycan “MHŞT üzrə Namizəd” statusunu al-
mışdır. İdarə Heyətinin qərarına əsasən, “MHŞT-
nin Tamhüquqlu üzvü” statusunu almaq üçün
Namizəd ölkələr Qiymətləndirmə prosesindən
keç məlidirlər.
Azərbaycan rəsmi olaraq 2008-ci ilin martın-
dan Qiymətləndirmə prosesinə başlamışdır.
Azərbaycanda Qiymətləndirmə prosesini həyata
keçirmək üçün “Coffey International Develop-
ment” şirkətinin (IPAN və PKF-nin əməkdaşlığı
ilə) rəhbərlik etdiyi konsorsium qiymətləndirici
seçilmişdir. Azərbaycanın bu prosesi MHŞT üzrə
Beynəlxalq İdarə Heyəti tərəfindən müəyyən
edilmiş müddətdə, 9 mart 2010-cu ilədək başa
çatdırması nəzərdə tutulsa da, Azərbaycanda
MHŞT prosesinin tətbiqinin qiymətləndirilməsi
bir il tez — 2009-cu ilin yanvarında başa çatdı-
rılmışdır. “Coffey International Development”
şirkəti Azərbaycanda Qiymətləndirmə prosesinin
nəticələrinə dair yekun hesabatını müsbət rəyi
ilə birgə MHŞT üzrə Beynəlxalq İdarə Heyətinə
təqdim etmişdir.
2009-cu ilin fevralında Qətərin paytaxtı Doha
şəhərində MHŞT üzrə IV beynəlxalq konfrans-
da Azərbaycanda mədən hasilatı ilə məşğul olan