şirkətlərin hökumətə ödənişləri və hökumətin şirkətlərdən daxilolmaları barədə məlumatların müntəzəm
olaraq ictimaiyyətə açıqlandığı və dərc edildiyi, Azərbaycanın MHŞT-yə qoşulan ölkələr tərəfindən
MHŞT prinsip və meyarlarının tam tətbiq edildiyini təsdiqləyən Qiymətləndirmə prosesindən keçən ilk
ölkə olduğu nəzərə alınaraq və qiymətləndiricinin Azərbaycanda MHŞT prosesinin qiymətləndirilməsinə
dair hesabatına əsaslanaraq, MHŞT üzrə Beynəlxalq İdarə Heyəti Azərbaycanın “MHŞT-nin Tamhüquqlu
üzvü” statusunu təsdiq etdi. Bununla da Azərbaycan MHŞT-ni tətbiq edən “Tamhüquqlu üzv” statusu
almış ilk ölkə oldu. Azərbaycanın “Namizəd” statusundan “Tamhüquqlu üzv” statusuna keçməsi MHŞT-
nin tətbiqində mühüm mərhələdir.
Mükafatlar
— 2007-ci ildə ARDNF MHŞT-nin uğurlu tətbiqinə görə “Dövlət xidmətində şəffaflığın, cavabdehliyin
və məsuliyyətin artırılması” üzrə “BMT-nin Dövlət Qulluğu Mükafatı” ilə təltif edilmişdir. ARDNF
Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında dövlət idarəçiliyi sahəsində ən nü-
fuzlu mükafat sayılan “BMT-nin Dövlət Qulluğu Mükafatı”na layiq görülən ilk dövlət qurumudur.
— Azərbaycana MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi
sahəsində əldə etdiyi nailiyyətlərə görə “2009-cu il MHŞT mükafatı” təqdim edilmişdir.
18
19
Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü
2011-cİ İlDƏ
azƏrbaycan
resPublİkasınDa
MakroİqtİsaDİ
vƏzİyyƏtİn
tƏhlİlİ
2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
tərəfindən həyata keçirilən iqtisadiyyatın sürətli modernləşdirilməsi
və diversifikasiyası ilə bağlı iqtisadi siyasətin nəticəsi olaraq, dünyanın
maliyyə və əmtəə bazarlarında qeyri-sabit vəziyyətin hökm sürdüyü,
bir çox qabaqcıl ölkələrin suveren borc problemi ilə üzləşdiyi və kapital
axınlarının azaldığı dövrdə milli iqtisadiyyatın bütün sektorlarında iqti-
sadi artım müşahidə edilmişdir. İl ərzində dünya bazarlarında xam nef-
tin qiymətinin artması ölkənin ixrac potensialının və dövlət gəlirlərinin
artmasına öz müsbət töhfəsini vermişdir. Bundan əlavə, qeyri-neft sek-
torunun inkişaf etdirilməsi, daxili və xarici investisiyaların artması və
bu kimi digər amillər də iqtisadi artıma müsbət təsirini göstərmişdir.
real sektor. 2011-ci ildə neft hasilatının azalması ilə əlaqədar neft sek-
torunda real artım tempi 9,3% azalmış, qeyri-neft sektorunda, xüsusilə
də, kənd təsərrüfatı, tikinti və xidmət sahələrində artım olmuşdur.
ÜDM-nin həcmi mütləq ifadədə ötən ilə nisbətən 17,9%-ə qədər arta-
raq 50,1 milyard manat həcmində olmuş, bunun da 48,3%-i qeyri-neft
ÜDM-si təşkil etmişdir.
Neft və qeyri-neft sektorunun
ÜDM-də payı
Mənbə: ARİİN
Qeyri-neft sektorunun ÜDM-də payı
62,2
%
54,7
%
50,3
%
49,7
%
51,7
%
48,3
%
45,3
%
37,8
%
2008
2009
2010
2011
Neft sektorunun ÜDM-də payı
21
Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü
ÜDM-nin sahə strukturu (2011)
Mənbə: ARİİN
ÜDM-nin sahələr üzrə strukturunda əsas yeri neft və qaz sənayesi tutmuş və bu sahənin ÜDM-də çəkisi
50,2%-ə bərabər olmuşdur. ÜDM-nin istehsal sahələri üzrə bölgüsü aşağıdakı qrafikdə göstərilmişdir:
Əhaliyə xidmətlərin göstərilməsi
Nəqliyyat və anbar təsərrüfatı
Emal sənayesi
Dövlət idarəetmə və müdafiə; sosial təminat
Tikinti
Təhsil
Digər sahələrdə xidmətlərin göstərilməsi
Ticarət; nəqliyyat vasitələrinin təmiri
Kənd, meşə və balıqçılıq təsərrüfatı
3.9%
4,2%
4,8%
6,4%
7,1%
8,0%
13,2%
14,5%
37,9%
6,0
%
3,7
%
5,5
%
Məhsula və idxala xalis vergilər
Xidmətlərin istehsalı
Tikinti sənayesi
Qeyri-neft sənayesi
Kənd, meşə və balıqçılıq təsərrüfatı
Neft və qaz sənayesi
26,3
%
50,2
%
8,3
%
22
Kənd, meşə və balıqçılıq təsərrüfatının xari-
ci bazarlarda rəqabət qabiliyyətinin artması ilə
əlaqədar ixrac gəlirlərində payı artmışdır. Belə
ki, bu sahənin ÜDM-də çəkisi 5,5%-ə çatmışdır.
Ötən il ilə müqayisədə kənd, meşə və balıqçılıq
təsərrüfatında 5,8%, tikinti sektorunda 20,0%,
xidmət sektorunda 6,5%-ə bərabər real artım
müşahidə olunmuşdur. Adambaşına düşən ÜDM-
in həcmi 7 min ABŞ dollarını ötmüşdür.
Əhalinin gəlirləri. 2011-ci ildə əhalinin gəlirləri
təxminən 19,6% artaraq 30633,5 milyon manata,
nominal orta aylıq əmək haqqı isə 9,5% artaraq
363 manata bərabər olmuşdur. Yoxsulluğun azal-
dılması ilə bağlı görülən işlərin nəticəsi olaraq,
yoxsulluğun səviyyəsi 7,6%-ə qədər, işsizliyin
səviyyəsi 5,4%-ə qədər azalmış, məşğul əhalinin
sayı ötən ilə nisbətən 1,1% artaraq 4375,2 min
nəfərə çatmışdır. BMT-nin hesablamalarına əsa-
sən, Azərbaycan insan inkişafı indeksinə görə 187
ölkə arasında “Yüksək insan inkişafı” qrupuna da-
xil olmaqla 91-ci sırada yer almışdır.
Ümumi məşğulluğun strukturu (2011)
Mənbə: ARİİN
23
Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü
Dostları ilə paylaş: |