Konqresi toplanır və burada da Nümayəndələr Komitəsi seçilir.
Ərzrum və Sivas konqreslərində seçilmiş 15 nəfərlik
Nümayəndələr Komitəsi özünü yeganə səlahiyyətli orqan elan
edir. Onun tələbi ilə sultan yeni deputatlar məclisini çağırır.
Məclis 1920-ci ilin yanvarında “İmsaqi milli” (“Milli and”)
adlı sənədi qəbul edir. Bu sənədə görə Mudros müqaviləsində
nəzərdə tutulan sərhədlər daxilində Türkiyənin ərazi bütövlüyü
elan edilir. Bu sənədə qarşı çıxan müttəfiq qoşunları 1920-ci il,
martın 16-da İstanbula daxil olur. Bundan sonra Nüma-
yəndələr Komitəsi özünü müvəqqəti hökumət elan edir və
Ankarada yeni məclis çağırır. 1920-ciu il, aprelin 23-də
Ankarada M.Kamalın sədrliyi ilə Türkiyə Böyük Millət
Məclisi
(TBMM) yaradılır. Təslimçi mövqe tutan Sultan hakimiyyəti
məclisi tanımır və M.Kamala edam hökmü verir.
1920-ci ilin iyununda Türkiyə ərazisinə nizami yunan or-
dusunu yeridən müttəfiqlər avqustun 10-da sultanı təslimçi
Sevr müqaviləsini imzalamağa məcbur edirlər. Müqaviləyə
görə Türkiyə Əraziləri İngiltərə, Fransa, İtaliya və Yunanıstan
arasında bölüşdürülür. Türkiyə faktiki olaraq öz müstəqilliyini
itirir.
M.Kamalın hakimiyyətini qəbul edən türk qoşunları 1920-
ci ilin sonlarından 1922-ci ilin sentyabrına qədər kütləvi canlı
qüvvə itkisi ilə müşayiət olunan ağır döyüşlərdən (“Qurtuluş
savaşı”) sonra işğalçı qoşunları ölkə ərazisindən çixarmağa
müvəffəq olur. Ordunun toplanmasında və qələbələrin əldə
edilməsində M.Kamal paşa ilə bərabər
Kazım Qarabəkir
PaĢa (1882-1948),
Çakmak PaĢa (1876-1950),
Ġsmət paĢa
(1884-1973) və b. dövlət xadimlərinin misilsiz xidmətləri
olmuşdur.
1922-ci il, oktyabrın 11-də Müttəfiq qüvvələr (“Antanta”
və Yunanıstan) ilə Türkiyə (M.Kamal hökuməti) arasında
Mudanya sülh müqaviləsi imzalanır. Müqavilədə yunan
qoşunlarının Şərqi Frakiyadan çıxarılması, boğazlarda isə
müttəfiq qoşunlarının yalnız müvəqqəti olaraq (yekun sülh
müqaviləsi imzalananadək) saxlanılması nəzərdə tutulur.