Osmanlı dövlətində milli ideyaların
formalaĢması
Osmanlı dövlətində milli ideyaların formalaşmasında
ardıcıl olaraq
“Tənzimat”, “Yeni Osmanlılar”,
“Gənc Türk-
lər” hərəkatlarının
, onlarla vəhdətdə olan
maarifçilik hərə-
katının və M.K.Atatürkün başçılığı altında yaranmış
Milli
Azadlıq Hərəkatının böyük rolu olmuşdır.
Osmanlı imperiyasında Avropa örnəkli
ilk yenilikçi
islahatlar
1790-cı illərdə
III Sultan Səlim (1761-1807, h.d:
1789-1807) tərəfindən hərbi sahədə aparılmışdır. O, hərbdəki
uğursuzluqları aradan qaldırmaq məqsədiylə Avropadan hərbi
mütəxəssislər dəvət etmiş, ordunu Avropa üslubunda
təkmilləşdirmiş, hərbi mühəndislik sahəsini genişləndirmiş və
b. yenilikçi tədbirlər həyata keçirmişdir. III Sultan Səlimin
hərbi sahədə apardığı bu islahatlar digər sahələrdə də
aparılacaq müasirləşmə meylli islahatlara bir yol açmışdır.
“Tənzimat” islahatları XIX əsrin ortalarında Osmanlı
dövlətinin Qərbi Avropa ilə müqayisədə geriliyini aradan
qaldirmağa yönəlmiş və daha geniş əhatəli müasirləşmə meylli
islahatlar olmuşdur. Bu islahatlar əsasən hüquq sahələrini,
qismən də iqtisadiyyatı əhatə etmişdir. İlk islahat 1839-cu ilin
noyabrında Sultan Əbdülməcidin (h.d: 1839-61) fərmanı
(“Gülxanə xətti-şərifi”) ilə həyata keçirilmişdir. Fərmanda
aşağıdakı müddəalar öz əksini tapmışdır:
-Bütün vətəndaşların
təhlükəsizliyi;
-Vergilərin düzgün qoyulması;
-Hərbi xidmət müddətinin azaldılması;
-Əyalətlərin yeni qanunlarla idarə olunması;
-Dini mənsubiyyətindən asılı olmayaraq bütün əhalinin
hüquq bərabərliyi.
Daha sonra islahatların davamı kimi 1840-cı ildə vergi-
toplama haqqında, 1843-cü ildə isə ordunun yenidən qurulması
haqqında fərmanlar verilmişdir.