il, dekabrın 1-də Azərbaycan ərazisinə qoşun yeridir. Həmin
ayın 12-də qoşunlar Təbrizə daxil olur. Milli hökumət güc
fərqini nəzərə alıb vətəndaş müharibəsinə getmir. Milli
Hökumət süquta uğradılır, hərəkatın fəalları qətlə yetirilir, dinc
əhaliyə divan tutulur.
Ümumilikdə bu dövrdə 25 minə yaxın hərəkatçı qətlə
yetirilmiş, on minlərlə fəal həbs və sürgünlərə məruz qalmışdır.
Milli hərəkatın bir çox fəalları, o cümlədən hərəkatın lideri
S.C.Pişəvəri quzey Azərbaycana mühacirət etmişdir. O, 1947-
ci il, iyunun 12-də Gəncə-Bakı yolunda müəmmalı şəkildə
avtomobil qəzasında həlak olmuşdur.
Milli hökumət öz fəaliyyəti dövründə mühüm milli-mədəni
islahatlar həyata keçirmişdir. Belə ki, türk dilinə rəsmi dil
statusu verilmiş, bu dildə dərsliklər hazırlanmış, mətbuat və
radio verilişləri fəaliyyətə başlamışdır
.
Təbrizdə Azərbaycan
Dövlət Universiteti, Azərbaycan Dövlət filarmoniyası, hərbi
məktəb, musiqi məktəbi, incəsənət muzeyi, qiraətxanalar,
radiostansiya və s. açılmışdır.
Milli hökumət tərəfindən sosial sahədə də mühüm tədbirlər
həyata keçirilmişdir. Belə ki, dövlət və mülkədar torpaqları
kəndlilərə paylanmış, fəhlələrin həmkarlar təşkilatları yaradıl-
mış, onların mənafeyini qoruyan qanunlar qəbul edilmiş, eyni
zamanda sahibkarlara da maliyyə yardımı verilmişdir.
“21 Azər” hərəkatı yatırıldıqdan sonra fars hakimiyyəti
yenidən öz şovinist siyasətini davam etdirir. Belə ki, türk
dilində mətbuat, təhsil və kitab nəşri yenidən qadağan edilir,
hətta ona qədər türk dilində çap olunmuş kitablar da yığılıb
yandırılır.
Məhəmmədrza Pəhləvinin dövründə türk əhali təqib və
təzyiq altında saxlanmış, şovinist siyasətə qarşı çıxan milli
düşüncəli ziyalılardan bir çoxu (yazıçı-pedeqoq Səməd
Behrəngi (1939-68), şair Behruz Dehqani (1939-71), şairə
Mərziyə Üskui (1941-74), şair Əlirza Oqtay (1944-72) və b.)
məhv edilmişdir.
Ölkədə iqtisadiyyatın (xüsusən neft sənayesinin) ABŞ və
İngiltərə kapitalının inhisarında olması bu inhisarçılığa qarşı
1949-53-cü illərdə Azərbaycan türkü M.Müsəddiqin (1882-
1967) başçılığı ilə milli burjuaziya tərəfindən milli-demokratik
hərəkatın
yaranmasına səbəb olmuşdur. 1949-cu ilin
oktyabrında “Milli Cəbhə” təşkilatını yaradan M.Müsəddiq
1951-53-cü illərdə fasilələrlə hökumətə də başçılıq etmişdir.
Lakin bu hərəkat da ABŞ və İngiltərənin birbaşa müdaxiləsi ilə
qan içində yatırılmışdır.
1960-70-ci illərdə şah ölkədə nüfuzunu artırmaq üçün
ölkənin iqtisadi inkişafına yönəlmiş və tarixə “Ağ inqilab” adı
ilə düşmüş islahatlar həyata keçirməyə başlayır. Bu islahatlara
yeni sənaye müəssisələrinin açılması, kəndlilərin torpaq
almasına yardım və s. daxil idi. Bu islahatlar kapitalist
münasibətlərinin müəyyən qədər inkişafına səbəb olsa da,
ümumilikdə ölkə iqtisadiyyatının xarici kapitaldan asılı olması
və əhalinin ağır sosial durumu şah rejimindən narazılığı
azaltmır. 1970-ci illərdə şah rejimi ilə əhali arasında
ziddiyyətlər daha da kəskinləşir. Bu isə 1978-79-cu illər
inqilabınin baş verməsi və şah rejiminin devrilməsi ilə
nəticələnir.
Rejimə qarşı ilk etirazlar 1977-ci ilin oktyabr-noyabr
aylarında baş verir. Tehran, Təbriz və b. şəhərlərdə tələbə və
ziyalılar, yazıçılar, hüquq təşkilatları və s. demokratik tələb-
lərlə çıxış edir, etiraz aksiyaları keçirirlər. Gizli fəaliyyət
göstərən “Milli Cəbhə” rejimə qarşı aktiv fəaliyyətə keçir.
1977-ci ilin dekabrında etirazlar daha da güclənir. Həmin
il, Milli Hökumətin ildönümü günü (21 azər – 12 dekabr) Təb-
rizdə şah rejiminə qarşı ilk kütləvi tələbə çıxışı baş verir.
Müəllimlər və əhali tələbələrə dəstək verir
.
1978-ci il, yanvarın
7-də Qum şəhərində şahlığın ləğv edilməsi tələbi ilə nümayıiş
keçirilir. Yanvarın 9-da baş vermiş növbəti nümayişdə onlarla
nümayişçi öldürülür, yüzlərlə adam yaralanır. 1978-ci il,
fevralın 18-də (29 bəhmən), Qumda həlak olanların qırxı günü
Təbrizdə ruhanilərin çağırışı ilə 100 min nəfərlik üsyan baş
verir. Bu üsyanla inqilabın əsası qoyulur. Üsyan şah
idarəçiliyinə, imperializmə və həyat tərzində qərbləşməyə qarşı
yönəlmişdi. Ayın 19-u üsyan qan içində yatırılır. Lakin etiraz
aksiyaları növbəti aylarda da davam edir.
1978-ci ilin sentyabrında inqilabın ikinci mərhələsi
başlayır. Sentyabrın 7-də Təbrizdə və digər şəhərlərdə (cəmi 12
şəhərdə) etiraz aksiyaları keçirilir. Nümayişçilər hakimiyyət
tərəfindən gülləboran edilir. Bu isə rejimə qarşı nifrəti daha da
artırır. 1978-ci ilin noyabrından neft sənayesinin fəhlələri
tərəfindən tətillərə start verilir. Ölkəni bürümüş kütləvi
nümayiş və tətillər nəticəsində Məhəmməd Rza şah 1979-cu il
yanvarın 16-da Misirə qaçır. Fevralın 1-də Parisdə mühacirətdə
olan Ayətullah Xomeyni (1902-89) ölkəyə qayıdır. Fevralın
11-də Tehranda üsyançılar qələbə çalır. Həmin ayın 15-də
Təbrizdə əksinqilabçılar məğlubiyyətə uğradılır və inqilab
qələbə çalır.
Qələbə çalmış Tehran və Təbriz üsyanlarında əsas rolu
məhz Azərbaycan türkləri oynamış və ümumilikdə 1978-79-cu
il inqilabında 25 min Azərbaycan türkü həlak olmuşdur. Lakin
inqilabın əsas mərkəzi Azərbaycan və əsas iştirakçıları
Azərbaycan türkləri olmasına baxmayaraq “İran” adlanan
dövlətdə sayca daha az olan farsların şovinist hakimiyyəti bu
inqilabdan sonra da saxlanılır. İnqilabın nəticəsinə (şahı
devrilmiş ölkəyə) xarici imperialist qüvvələrin yardımı ilə
hazırcasına sahib çıxmış fars şovinisti Xomeyni ona olan
inamdan istifadə edərək və inqilabın həqiqi lideri, Azərbaycan
türkü Şəriətmədarini (1905-86) aldadaraq hakimiyyəti ələ
keçirir. O, həqiqi inqilabçıların iradəsinə zidd olaraq ölkəni
dini dövlətə çevirir, ölkənin federallaşmasını və milli haqların
təmin olunmasını əngəlləyir. 1979-cu il, martın 30-31-də
keçirilən referendumdan sonra aprelin 1-də İran İslam
Respublikası elan edilir. Həmin ilin dekabrında keçirilən
referendumda isə ölkənin yeni konstitusiyası qəbul edilir.
Konstitusiyaya görə İran dini təmayüllü dövlətə çevrilir.
Dostları ilə paylaş: |