Milli-Tehlukesizlik üz cdr


ƏRƏB-SASANİ MÜHARİBƏLƏRİNDƏ



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə33/88
tarix07.06.2022
ölçüsü3 Mb.
#88981
1   ...   29   30   31   32   33   34   35   36   ...   88
meqalem tecavuzkar separatizm pdf

ƏRƏB-SASANİ MÜHARİBƏLƏRİNDƏ
 
tar.ü.f.d Ramil Ağayev 
AMEA-n
ı
n A.A.Bak
ı
xanov ad
ı
na Tarix 
İ
nstitutu 
E-mail: ramilmahir@gmail.com 
 
Xülas
ə
.
Məqalə Azərbaycan əhalisindən təşkil olunmuş hərbi dəstələrin VII əsrin birinci 
yarısında Ərəb-Sasani müharibələrində iştirakına həsr olunur. Bu hərbi dəstələr ərəb-müsəlman 
qoşunlarına ləyaqətli müqavimət göstərmiş və Azərbaycanın hərb tarixində dərin bir iz qoymuşlar. 
Açar sözlər:
Azərbaycan, Sasanilər, Ərəb xilafəti, Kadisiyyə döyüşü, Ktesifon döyüşü.
 
Ərəb xilafəti (630-1258) bərqərar olduqdan sonra müsəlman ərəblər İslam dinini yaymaq və 
dövlətin ərazisini genişləndirmək üçün Ərəbistan yarımadası hüdudlarını aşaraq Bizans (395-1258) 
və Sasanilər (226-651) kimi qüdrətli imperiyalarla müharibələrə başladılar. Ərəblərin Sasani orduları 
üzərində ilk qələbələri Raşidi xəlifələri (Əbu Bəkr, Ömər, Osman, Əli) dövrünə (632-661) təsadüf 
edir. Artıq 633-cü ildə ərəb ordusu İraq tərəfdən Sasani imperiyasının hüdudlarına daxil oldu və ilk 
xırda toqquşmalardan sonra qısa vaxt ərzində imperiyanın bir çox əyalətlərini ələ keçirdi.
Bir sıra ərəbdilli müəlliflərin (əl-Kufi, əl-Yəqubi, ət-Təbəri, əl-Bələzuri və b.) əsərlərində, eləcə 
də dövrümüzə qədər gəlib çatmış yeganə yerli mənbə olan Musa Kalankatlının “Albaniya tarixi”ndə 
verilən məlumatlara görə, Ərəb-Sasani müharibələrində Azərbaycan əhalisi də ərəblərə qarşı 
mübarizədə Sasanilərə yaxından kömək etmişdir. Azərbaycanın cənubundan toplanan qoşuna 
Mehran, şimalından – ərəblərin Arran adlandırdığı Albaniyadan yardıma gedən dəstələrə isə Cavanşir 
başçılıq etmişdir. 
Ərəbdilli tarixçilərin əsərlərində, Ərəb-Sasani müharibələrin ilk dövrlərində Cənubi 
Azərbaycandan olan döyüşçülərin ərəblərə qarşı mübarizəsi ilə bağlı maraqlı məlumatlarda rast 
gəlinir. Məsələn, Əsəm əl-Kufi (926-cı ildə vəfat etmişdir) özünün “Kitab əl-futuh” (“Fəthlər kitabı”) 
adlı əsərində yazır ki, hələ Kadisiyyə (Qadisiyyə) döyüşündən bir neçə il əvvəl (633-cü ildə) İraq 
ərazisini idarə edən bəzi Sasani əyanları və sərkərdələri ərəblərə ilkin toqquşmalarda məğlub edilmiş, 
əsir düşmüş və İslam dinini qəbul etmişdilər. Vəziyyətin getdikcə ağırlaşdığını görən Sasani şahı III 
Yezdəgird (632-651) tam ümidsizliyə qapılmışdı. Bu zaman, saray əyanları arasında böyük nüfuz 
sahibi olan Buran adlı xanım çətin vəziyyətdən çıxış yolu axtarmağa başladı. Qeyd etmək lazımdır 
ki, Buran xanımın şəxsiyyəti haqqında mənbələrin verdiyi məlumatlar bir qədər ziddiyyətlidir. O, 
çıxış yolunu yardım üçün Azərbaycan hakimi Mehrana müraciət etməkdə görmüşdü. Buran Mehrana 
yazdığı məktubunda ondan ixtiyarında olan süvari və piyada ordu hissələri ilə ərəblərə qarşı 
döyüşməsini xahiş edirdi. O, öz məktubunda xüsusi olaraq Mehrana bildirirdi ki, “əgər sən ərəblər 
üzərində qələbə qazansan Sasani şahının tacını on il müddətinə sənin başına qoyacam. On ili başa 
vurduqdan sonra isə sən öz ölkənə dönəcəksən və ətraf ərazilər də sənin hakimiyyətin altına 
veriləcək” [1, s.133]. Sözlərinə davam edən Əsəm əl-Kufi bildirir ki, Buran xanımın məktubu 
Mehrana çatanda o, məktuba müsbət cavab verdi və müharibəyə hazırlıq gördü. Mehran tezliklə 80 
min nəfərlik qoşunla yola düşdü. Onun ordusunda döyüş filləri də var idi. O, III Yezdəgirdin sarayına 
gəldikdə şah onu öz yanına çəkdi və onu qiymətli hədiyyələrlə mükafatlandırdı. Müəllif bildirir ki, 
Mehran ləngimədən ertəsi gün müsəlman ərəb ordusuna qaşı döyüşmək üçün yola düşdü və Fərat 
çayı sahilində düşərgə saldı.
Yazılı mənbələrdə Mehranın başçılığı altında Azərbaycan əhalisindən təşkil olunmuş qoşunun 
müsəlman ordusu ilk toqquşma tarixi və yeri haqqında fərqli məqamlara da rast gəlinir.
 
Əsəm əl-
Kufinin verdiyi sonrakı məlumata görə, Fərat çayı sahilində Bənqiya adlı yerdə körpü salan ərəblər 
çayı keçərək Mehranın ordusu ilə döyüşməyi qərara aldılar. Baş verən bu döyüş Ərəb-Sasani 
qarşıdurmasında ilk böyük döyüş idi və tarixə “Körpü döyüşü” (“vaqiət əl-cisr”) kimi daxil olmuşdur 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə