Milli Kitabxanası



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə7/58
tarix04.08.2018
ölçüsü1,73 Mb.
#60916
1   2   3   4   5   6   7   8   9   10   ...   58

______________Azərbaycan Milli Kitabxanası_________________ 
24 
 
Yerəmi batdı oğlum, göyəmi çıxdı oğlum? 
Bəlkə mən yanılmışam, əzəldən yoxdu oğlum?! 
El bilir, uşaqlıqdan o naxələf olmayıb. 
Ürəyimə damıb ki, oğlum tələf olmayıb... 
Səbəb nədir ki, yazmır anaya bircə kağız, 
Oğul, oğul, - deməkdən qabar oldu dil, ağız! 
Qəlbindəki ilk yara tazaydı, bu ilkiydi; 
Onu bu hala salan nobarıydı, ilkiydi. 
Qalxırdı yatağından dan yeri söküləndə... 
Hər qapı açılanda, hər qapı döyüləndə, 
Dikilirdi ananın gözləri bir nöqtəyə. 
Sevinirdi: - "Oğlumdan bəlkə məktub var!" - deyə. 
Dörd ay vardı, ananın gözləri yol çəkirdi,  
Başqa bir dərdi yoxdu, oğul dərdiydi dərdi. 
Tanımayan tapılmaz məhlədə poçtalyonu,  
Hamı istərdi onu, hamı sevərdi onu.  
Onu tanıyırdılar adamlar addımından,  
Bir bayramda çantası dolu gəldiyi zaman.  
Anaya şad xəbərlər gətirmişdi vaxtilə,  
İndi kağız almayan ana gələrək dilə,  
Söylədi poçtalyona bir neçə acı kəlmə:  
"Məktub olmasa, bir də sən bu həyətə gəlmə!"  
Poçtalyon söz demedi, dilsiz dayanıb durdu,  
Elə bil dağ başında onu ildırım vurdu...  
Ananın gözlərində sual gördü bir yığın,  
Başını yerə dikib dayandı xeyli dalğın.  
Sinəsini ötürüb sonra küçəyə çıxdı,  
Fikirlər, düşüncələr həssas qəlbini sıxdı.  
Deyirdi öz-özünə: - ananın haqqı vardır,  
Geniş dünya oğulsuz onun qəlbinə dardır... 
 
Dörd ay vardı, ananın gözləri yol çəkirdi,  
Başqa bir dərdi yoxdu, oğul dərdiydi dərdi. 
 
Günlər keçdi... poçtalyon bu həyətə girmədi,  
Ana, gözüylə onu çox aradı, görmədi. 
  


______________Azərbaycan Milli Kitabxanası_________________ 
25 
 
Bütün həyətdəkilər öyrənmişdilər ona,  
Hamı dedi: "görəsən nə oldu poçtalyona?!"  
Bu qoca poçtalyon da anaya bir dərd oldu;  
Yolunu gözləməkdən hər gün gözü dörd oldu.  
Heç olmasa poçtalyon bu həyətə gələndə,  
Məktub alan qonşular sevinəndə, güləndə,  
Oğlunu xatırlayıb sevinirdi ana da – 
Sevincindən hamının pay düşürdü ona da.  
Ana düşündü: "Bəlkə qəlbini qırdım onun,  
Kim bilir nə gəlibdir başına poçtalyonun...  
Bəlkə onun da oğlu qanlı döyüşlərdədir,  
Kim bilir, bəlkə o da mənimlə bir dərddədir...  
Xəstədir, baxan yoxdur bəlk də poçtalyona,  
Evlərini bilsəydim, bir baş çəkərdim ona.  
Bundan artıq nə gələr, nə gələr ki, əlimdən?!  
Kaş ki o sözlər mənim çıxmayaydı dilimdən!  
Məktub gətirməsə də, qoy gəlsin, görək onu,  
Sevir bir ana kimi bu dərdli ürək, onu..."  
Dərdli ananın artdı indi birə on dərdi,  
Bir doğma oğul dərdi, bir də poçtalyon dərdi... 
 
Bir gün küçə qapısı açıldı çox sürətlə,  
Qonşular çıxdı evdən təəccüblə, heyrətlə.  
Gördülər ki, poçtalyon əlində məktub gəlir,  
Elə bil caynağında qartal ov tutub gəlir.  
Aldılar bir qırpımda poçtalyonu dövrəyə,  
-
 
Məktub kimədir? Söylə, niyə dinmirsən, niyə?  
Zilləyib gözlərini ananın gözlərinə,  
Poçtalyon qanad taxdı öz şirin sözlərinə:  
- Bundan neçə gün əvvəl məndən küsən, inciyən,  
"Məktub olmasa, bir də bu evə gəlmə! - deyən  
Mərhəmətli, möhtərəm anayadır bu kağız!..  
Hamı bir səslə dedi: "Gözlərin aydın, ay qız!"  
Ana, gözləri yaşlı, ətir saçdı dilindən,  
Tez öpdü poçtalyonun məktub verən əlindən... 
 


______________Azərbaycan Milli Kitabxanası_________________ 
26 
 
SÜLEYMANAM, DƏYİŞMƏRƏM 
 
Könül necə sevinməsin, bahar gəlib, bahar gəlib
Gəzib diyar-diyar gəlib. 
Gəlib əlində lalələr, 
Şəfəq dolu piyalələr. 
Gəlib ətir səpə-səpə, 
Vətənimin torpağını öpə-öpə 
Vəcdə gəlsin mavi Xəzər, 
Səhər-səhər 
Dalğalansın yurdumun al bayraqları,  
Mahnılarla qönçələnsin gözəllərin dodaqları.  
Bahar gəlib mahnımıza, şerimizə,  
Kim öyünməz, olsa bizim yerimizə?!  
Vətənimin bahar dilli bir kolxozçu Leylasını, 
Qan ləkəli, 
Təhlükəli 
Sarayların qoşun-qoşun Leylasına dəyişmərəm!  
Yeni sovet şerimizin bir bəndini, mənasını 
Xaricdəki adı böyük, 
Zəmanənin üstünə yük 
Milyon-milyon kitabların mənasına dəyişmərəm  
Xəzərimdə zəfər çalmış birneftçinin gülüşünü 
Böhtan atan, 
Yalan satan 
Dodaqların gülüşünə dəyişmərəm.  
Bizim gözəl dünyamıza bir körpənin gəlişini 
Açıq deyim, 
Çox sevdiyim 
İlk baharın gəlişinə dəyişmərəm!  
Öz evimdir vətənimin hər bucağı, 
Könülaçan bahar çağı 
İlhamıma qanad verən, 
Həyatıma həyat verən  
Sevgilimin camalını günə, aya dəyişmərəm!  
Bahar adlı dünyamızı yüz dünyaya dəyişmərəm!  
Bir dost kimi gəzir yenə bahar doğma diyarımı. 
  


______________Azərbaycan Milli Kitabxanası_________________ 
27 
 
Bu varımı dünyadakı bütün vara dəyişmərəm!  
Xoşbəxt ana vətənimdə candan gülən baharımı,  
Yad ellərdə qan ağlayan min bahara dəyişmərəm!  
Bilir vətən, bilir anam, dəyişmərəm,  
Dəyişmərəm, Süleymanam, dəyişmərəm! 
 
 
MƏNSİZ 
 
Bir gün bu dünyadan köçəcəyəm mən,  
Ulduzlar, ay, günəş doğacaq mənsiz.  
Hicran şərbətini içəcəyəm mən,  
İnsanlar həyata baxacaq mənsiz. 
 
Həyat uzanacaq uzun yollarda,  
Gəzəcək dünyanı qış da, bahar da.  
Yağış da, dolu da, quşbaşı qar da  
Göydən yer üzünə yağacaq mənsiz. 
 
Ziyansız əsəcək yellər, küləklər,  
Torpaqdan qalxacaq güllər, çiçəklər.  
Lalətək güləcək qəmsiz ürəklər,  
Gur çaylar, bulaqlar axacaq mənsiz. 
 
Fərqi olmayacaq kəndin, şəhərin,  
Ömrü xoş keçəcək bütün bəşərin.  
Şanlı zəfərlərin, böyük günlərin  
İgidlər əlini sıxacaq mənsiz. 
 
Bəxtini bəxtimdə görəcək aləm,  
Silinib gedəcək lüğətdən ələm.  
Vətən torpağını, əlində qələm,  
Şairlər seyrana çıxacaq mənsiz. 
 
Məm gözəl dünyadan köçmürəm nakam,  
Gözümün işığı o təkcə balam  
-
 
Ellər gözəlindən alaraq ilham.  
Barmağına üzük taxacaq mənsiz. 
    
  
 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə