Milli Kitabxana 1



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə131/132
tarix28.06.2018
ölçüsü2,98 Mb.
#52359
1   ...   124   125   126   127   128   129   130   131   132

__________________Milli Kitabxana__________________ 

__________________________________________________403 

 

 

edib qurtaranların tərbiyəsinə, hörmetli Hacı 38.848 manat xərc edibdir. Bu 



cavanlar aldıqlan elmlərin sobəbinə indi xoş zindoganhq cdirlər. Elmlorini 

tohsil edib qurtaran cavaıılann yerinə  ləzə  uşaqlar götürüb lazım oiaıı 

məxarici edir. Bu halda onun xərcinə oxuyan uşaqların hesabı - hamısı ildə 

3000 manat xərc olunur. 

Və  dəxi qeyri məktəblərdə yetim uşaqlara kömək etmək qəsdilə dörd 

məktəbə hazir (paçotnı papuçitel) hesab olunur. Bu məktəblərdə ildə iki min 

manat xərc edir. 

Hörmətli Hacı millətin xoşbəxtliyini məktəbdə görüb və  kənd  əhli üçün 

elm oxumağın çətinliyini nəzərə  gətirib Mərdəkan  əhlinə bir böyük xidmət 

göstəribdir. 1895-ci ildə  Mərdəkan kəndində öz xərcinə 50 uşağa görə bir 

sənət məktəbi bina edibdir. Bu məktəbdə türkcə və rusca oxumaqdan savayı 

uşaqlara və elmə müvafiq çöl və bağ işlərini öyrədirlər. Bu məktəb Mərdəkan 

və qeyri ətrafda olan kəndlər üçün bir qiymətsiz bəxşişdir. Qədrini gərək 

bilsinlər! Həmin məktəbin binasına 31.240 manat xərc olunubdur və ildə 

5000 manat xərc olunur. 

İkincisi millətə qiymətsiz bəxşiş  təzə açılan qız məktəbidir ki, orada 

müsəlman qızları  tərbiyə tapacaqlar. Bu məktəbin barəsində bir az söhbət 

edərik. Filosoflar tifi uşağı yumşaq çubuğa oxşadıblar, yəni necə çubuğu hər 

dəfə  əymək olar; elə  də tifılə ibtida nə tövr tərbiyə verilsə böyüyəndə o 

tərbiyədə olacaqdır, çünki tifılin qüvveyi-hafizəsi çox iti olur: nə görsə 

götürür, eşitsə hafizəsində saxlar. Bunu hər şəxs özündə mülahizə edə bilər. 

O  şeirlər ki, şəxs uşaq vaxtında  əzbər edir, qocalanadək həmin  şeirlər 

hafizəsində qalır. Amma 20-30 yaşında və dəxi gec öyrəndiyi şeirlər gündə 

təkrar etməsə unudulur. Pəs belə olan surətdə, məlum olur ki, uşağın ibtidai 

tərbiyəsi ilə, gərəkdir üsullu rəftar etmək, çünkı ibtidadan uşağa nə yol 

göstərsən o yol ilə gedər. 8 yaşınadək uşağa tərbiyə verən anadır... indi insaf 

nəzəri ilə baxaq, bizim analarımızın tərbiyəsinə: mədəniyyətli tayfalarda 

uşaqların dili açılanda  əvvəlinci sözləri-dualardır, bizimkilərinki söyünc! 

Oların uşaqları  şəkilli kitablar ilo oynayırlar, bizimkilər palçıqda, tüzda, 

torpaqda bələnirlər! Oların uşaqları nahardan qabaq əllərini yuyub dua 

oxuyurlar və bir yerdə nahar edirlər, bizimkilər əlləri çirkli əllərində bir parça 

çörək və penir küçələrdə kövşəyirlər: oların ata və anaları uşaqların yanında 

gözəl söhbətlər ediriər. Bizimkilər uşaqiarın yanında bir-birilərino pis sözlər 

deyib qarğış edirlər və çox vaxt ağac alıb bir-birini döyürlər! Onlarda evə 

qonaq gələndə övrət ilə qiybət edəndə uşaqları qeyri otaqda saxlayırlar, bi- 



__________________Milli Kitabxana__________________ 

__________________________________________________404 

 

 

 



 

 

zimkilər qeybət edəndə  uşaqları dizlərinin dibində otuzdururlar! Belə 



analardan bizim biçarə tifillər nə tərbiyə alsınlar? Belə tərbiyədən sonra bu 

uşaqlardan nə gözləmək? Əlbəttə analarımız tərbiyəli olsalar uşaqlarımız da 

tərbiyəli olarlar. Heç ata və ana uşağının bədbəxtliyini onun ağlının 

naqisliyində görməsin: öz tərbiyəsində gərəkdir görsün... Övlad yaman dərdə 

mübtəla olanda onun əvvəlinci düşmənini öz tərbiyəsində görsün. Doğrudur 

heç ata və ana övladının bədbəxlliyini istəməz, amma çifayda işin günhinə 

diqqət edəndə görürük ki, övladın bədbəxt olmağına  əvvəlinci səbəb 

özümüzük... 

Dana üçün bu məsələni kəşf etməyi lazım bilmirik. Bundan əlavə axır 

zamanda oğlanlarımız mədəniyyət dalınca gedib mərifətdə  tərəqqi edirlər: 

Bunların nəzərləri zindəganlığa və  məişətə  dəyişilir... Pəs bu mədəniyyətli, 

mərifbtli, cavanlarımıza mərifətli, mədəniyyətli övrətlər lazım gəlməyirmi? 

Günbəgün tərbiyəli cavanların hesabı artır, amma çifayda həmin cavanlar 

evlənməkdən  əsla fikir etmirlər, çünki tərbiyəli qızlarımız yoxdur və 

tərbiyəsiz qızları özlərinə ömürlük yoldaş etmək məzkurlar üçün böyük 

məsələdir. Bunlar gələcəkdə  uşaqlarının fikrinə qalırlar... Həmin bu məsələ 

Badkubədə ataların və anaların ürəklərində  gərəkdir yer etsin. Bir nəzər et, 

gör ərə gedən qızlarımızdan nə qədər bədbəxt olan var... 

Biinsaf, bimürvət cavanlar biçarə pakizə qızları alıb sonra yaman yollara 

düşürlər. Məgər övrətin xoşbəxtliyi yemək-içməkdə, zər-ziba içində 

olmaqdadır? Doğrudur bu cavanların əksəri lazım olan tərbiyə dadmayıbdısa 

da və çoxsunun əqlin dövlət paslandırıbsa da, amma yəqin ki, qızlarımız 

tərbiyəli və  mərifətli olsaydılar oğlanlarımız bəhər hal ağla gəlməyən işləri 

etməzdilər, çünki əqili övrət pis kişini həmişə yaman yoldan saxlar. Zamanı 

hazırda evli cavanlarımız pıs yollarda, biçarə qızlarımız qanlı yaşlar tökürlər, 

atalarımız olara səbir edin deyib ah-vay edirlər... Haçanadək bular əqilsiz, 

insafsız cavanlarımızın zülmlərinə davam etsinlər? Hörmətli Hacının bu 

məsələlərdə bizimlə həməfkar olmağına şübhəmiz yoxdur. Hərçənd bir neçə 

nadan, dünyadan xəbərdar olmayan əşxas həmin məktəbin düşməni hesab 

olunurlarsa da, ancaq olan biz millətə quyu qazanlardan hesab edirik. Onlar 

üçün də tarixın səhifələri açıqdır... Doğrudur hərgah bu məkləbdə dinə və ya 

məzhəbə rəxnə salan bir şey olsaydı və yainki həmin məktəb bir özgə dona 

girsə onun əvvəlinci düşməni biz olarıq: halbuki bu məktəbdə  qızlarımız 

dörd il dərs oxuyacaqlar: üç il müsəlmanca dördüncü il bir az rusca və əl işi 

 

 



Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə