Milli Kitabxana 1



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə125/132
tarix28.06.2018
ölçüsü2,98 Mb.
#52359
1   ...   121   122   123   124   125   126   127   128   ...   132

__________________Milli Kitabxana__________________ 

__________________________________________________385 

 

  

mənasız bir həyat sürməkdə bulunurdular. İdil öz baharın gözləyən kimi tatar 



milləti də kəndi "bahar"mı gözləyirdi. 

1905-ci ildə "bahar" gəldi... İlminskilərin qələmləri sındı; ağızları yumuldu; 

illərlə bəslədikləri acı, zəhərli, vicdansız fikirləri məhv oldu. Tatar buxovundan 

bir az xilas olub kim və  nə olduğunu göstərdi və göstərir; tatar tərəqqidən 

qaçmayırdı. Fəqət tatarlıq məhv olmağından qaçırdı... 

Tatar yaşamaq istəyirdi, ölmək istəmirdi; tatar tufayuqlarını meydana 

gətirməyə çalışırdı... 

Əcəba, tatarların Rusiyaya gəlməkləri Rusiyanın tərəqqisinə mane olduğu 

iddia edilirsə, bu yüz illərdə Rusiya tatarlara hankı bir tərəqqi yolunu göstərdi? 

Bir millətin milliyyətini, hüququnu məhdud etmək, ata-babasını unutdurmaq; 

bütün həyatını yüz illərlə "qar" altında saxlamaq tərəqqi yolumu? 

Yox, tatar, tərəqqidən qaçmayır! Tatarın beyni yüz illərlə qaplanıb qalıbda, 

hissli ürəyi daim döyünməkdədir, hüquqi payimal olmuşsa da, istiqbalı 

səadətdədir. 

Budur, hazır gözəçarpan bir həqjqət! Zaqafqaz müsəlmanları 20 il bundan 

müqəddəm "tərəqqi" yolunu qəbul ediblərsə də, indi tatarlardan geri qalmaqlarını 

da anlayır və düşünürlər... 

 

"ARŞIN MAL ALAN" VƏ OPERETTALARIMIZ 



 

Operettalarımızdan axır vaxt ən şöhrət tapmışı "Arşın mal alan" martın 11-də 

mövqei-tamaşaya qoyuldu. Məzkur operettanı  mən  əvvəlinci dəfə görüb dərin-

dərin fikirlərə getdim. İyirmi il bundan müqəddəm zor ilə, yalvarmaq ilə teatroya 

gəlməyən müsəlmanlar indi teatra iki-üç gün qalmış biletlər gəzirlər, birə-iki 

qiymət verib bılet alırlar, ətraf kəndlərdən teatro xatirəsi üçün gəlib qəsdinlərdə 

qalırlar. Bir çoxu bilet tapmayıb qəmgin evə qayıdır. Müsəlman səhnəsi guya 

tərəqqi yoluna düşübdür. Parter dolu, qalorka dolu, ojalar dolu, müsəlman 

xanımlarına məxsus lojalar da dolu!.. Hamı bir ağızdan"bravo" çığırırlar, bir 

ağızdan gülürlər... Şadü xürrəm evlərinə 

*Keçənlərdə Bakıda leksiya oxuyan bir nəfər Rusiyanın mədəniyyutcə geridə 

qalmasına olan səbəblər cümləsindən biri olaraq belə bir iddiada bulunmuşdu. 

"İqbal" 



__________________Milli Kitabxana__________________ 

__________________________________________________386 

 

  

qayıdırlar... Fəqət bu operettalar təsirsiz,  əlbəttə, qalmayır. Qalorka adamlarına 



səhnədə vurulan bir çırtıq da kifayətdir. Artistlərimiz bunu başa düşüblər, çətinə 

düşəndə qalorkaya pənah aparırlar, onlardan imdad gözləyirlər... Fəqət bu yazıq 

pərdə altına alınmış xanımlar!.. Bunlar teatra taza ayaq açmışlar, bunlar pərdə 

altında yaşayıb teatra da pərdə altından tamaşa edirlər... Bunlarda tənqid əqli hala 

oyanmamış. Bunlar təmiz ürək ilə teatra gəlib yoldaşları kişilərdən bir şey 

öyrənmək istəyirlər. Heç olmaz isə bu xammların hala pozulmamış  əxlaqlarını 

nəzərdə tutub müəlliflərimiz qələmlərini bir az saxlasalar və artistlərimiz "qarın 

tansından" əl çəksələr yaman olmazdı... 

Doğrusu, gördüyüm operettalardan "Arşın mal alan" mənə xoş  gəldi. Həm 

musiqi, həm məna cəhətdən bu operetta gördüyüm "O olmasın, bu olsun " və ya 

keçən həftə mövqeyi tamaşaya qoyulmuş "Əlli yaşında cavan" operettalarından 

yaxşıdır. "O olmasın bu olsun"a kukolni komediya desək də yarar. Uşaqlar gəlin-

gəlin oynayan kimi yekəbığlı, saqqallı kişilər də  səhnədə atılıb düşürlər və 

yekəbığlı, saqqallı kişilər də onlara "bravo-bravo" deyib çırtıq çalırlar... Genə 

heç olmasa "O olmasın, bu olsun"da cənabi-hammal camaatı böyük bir feyzə 

çatdırdı. Qız əvəzinə oğlan gəlin gətirib "şəyatinlər tansı"nı xalqa göstərdi. "Əlli 

yaşında cavan" isə heç bir şey göstərə bilmədi.  İki "kablayı", "qulluqçularına 

qonaq" getmək üçün arvad uşaqlı bir evə yığıldılar, çox fikirləşdilər, tər tokdülər, 

fısıldaşdılar, amma axırı bir şey çıxmadı... 

Yox! "Arşın mal alan" operettası bunlara bənzəmir. Bunda bir ideya var 

desək də yarar. Nədir o ideya? - Qızı görməmiş qızı almaq olmaz. Cənabi Əsgər 

bəyin fəlsəfəsi ilə arvad mal kimi bir şeydir. Malı görüb almaq kimi qızı da 

gərəkdir  əvəl görəsən, sonra alasan. Demə ki, Əsgər bəyin fəlsəfəsi ilə arvad 

almaq üçün bir sifətini görmək tamamdır.  Şəksiz bu bir tipdir. Əqilləri 

gözlərində olan adamların tipidir. 

Xainürəkli, acıdil,  əxlaqi pozğun,  əqli naqis bir qız olsa da orasına diqqət 

edilməyib  surətən  xoş  gəlirsə tamamdır.  Demək ki, qızı göməkdən maqsud 

ancaq onun üzü idi və  qızlarımız  ərə gedəndə "arşın mal alanlar"ın ancaq 

gözlərinə, qaşlarına diqqət etməlidirlər. 

Şəksiz, böylə bi ideyani yerilmək ancaq opetta meydanında olar. 

Bunsuz operettalığından çıxıb opera olar. Yeni təbiətə müvafiq olub, insanın 

ruhuna və  əqlinə yem verirkən onu qeyri bir aləmə  dəvət edər. Öylə isə, yəni 

təbiətdən kənar bir meydanda dövr etmək istəriksə  və tipləri qondurmaq fikrində 

olarıqsa, axıradək bu pillələri düşmək 

 

 

  




__________________Milli Kitabxana__________________ 

__________________________________________________387 

 

lazımdır. Məsələn: Üçüncü pərdədə Asya Gülçohrənin pərişan bir halda olınağını 



görüb də  səbəbini bilmək istəyir, axırda Gülçöhrənin bir adama aşiq olduğunu 

anlayır. Fəqət Asyanın sözü ilə Gülçöhrə bir "arşın mal alan"dan başqa bir 

kimsəni görməyibdır. Görünür ki, Soltan bəy qızını çadra altında çürüdürmüş, 

yəni Gülçöhrə  qədim müsəlman külfətinə  məxsus tərbiyədə yaşayıb dilsiz-

ağızsız bir qız idi. Əcəba, necə ola bilər ki, böylə bir tərbiyə tapmış bir 

müsəlman qızı əvvəlinci görüşdə küçədə gedən bir "arşın mal alan"a birdən-birə 

deyə "gəl məni al". Hələ utanmaz-utanmaz ayrılan vaxt deyir də: "Sözümüz-

sözdür ha!" Cənab müəllif mülkədar Soltan bəyin evindəki tərbiyənin cilovunu 

başdan bir az boş etsə idi, Gülçöhrənin o hərəkəti də birdən-birə gözə çarpmazdı. 

Haman bu külfətdə  tərbiyə tapmış Asya Süleymanın qabağına yüyürüb özünü 

göstərir və  məhəbbət bağlayır. Görünür ki, doğrudan da Soltan bəyin külfəti 

tərbiyə cəhətincə bir az axsayırmış, yoxsa böylə şey olarmı? Əsgər bəyin nökəri 

əvvəlinci dəfə Soltan bəygilə  gəlib "Süleyman bəy buradadırmı?" sözlərindən 

sonra başlayır zalda qulluqçu ilə çırtıq çalıb oynamağa... 

Zatən operettaya məxsus bir yüngüllük gərəkdir olsun, fəqət təbiətdən kənar 

olmaq operettanın şərtlərindən deyildir, zənn edirəm. Kim bilir, bəlkə on və ya 

iyirmi il bundan sonra bizim qızların da əxlaqları pozulub hər bir "arşın mal 

alan"nın boynuna asılacaqdılar. Fəqət nə üçün indidən səhnə vasitəsi ilə böylə 

şeyləri dərs veririz? Qeyri millətlərin operettalarında böylə  şeylər görünür isə, 

təbiidir. Onlarda bu əhvalatlar olubdur, aşıb-daşıbdır. Bundan sonra əhli-qələm 

bu əhvalatdan özləri üçün mövzu, tema və tiplər götürüb meydana gətiriblər və 

məqsədləri camaatın  əxlaqını düzəltmək olubdur: Bizim operettalar bu 

pozğunluğu yol göstərirlər. Demək ki, başqalar hazır tipləri meydana gətirməkdə 

ikən biz özümüz gələcək üçüm tiplər düzəldirik... 

... Mən doğrusu, opera və operettaya düşmən olanlardan deyiləm. Hətta 

keçən məqalələrimin birində bir çox adamlara cavab olaraq yazmışdım: Opera və 

ya operetta heç bir vaxt dramanın ölməyinə  səbəb olmaz. Dramanın ölməyinə 

səbəb artistlərimizin elmsizliyi olacaqdır... Bu nöqteyi-nəzər ilə  səhnəmizə 

baxılır isə demək olur ki, opera və operettalarımız daha artıq tərəqqi edəcəklər. 

Çünki Uzeyirbəy cənabları oxuduğu elmin səbəbinə daha gözəl operalar 

meydana gətirəcəkdir. Hər halda qeyr əsərlərə nisbət hal-hazırda Uzeyirbəyin 

əsərləri böyük ümüd yolu açır, bu yolda Üzeyirbəyin daha artıq tərəqqi etməyini 

qəlbdən isləyiriz. 

 



Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə