Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə19/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   15   16   17   18   19   20   21   22   ...   202

 

62

Əliyevin məktəbinin tələbəsi olub, onun məktəbinin vacib 



sirlərinə yiyələnib, dövlət idarəçiliyi sahəsində böyük təcrübə 

qazanıb, beynəlxalq əlaqələrin qurulmasında və 

möhkəmlənməsində uğurlar əldə edib, dünyanın siyasi 

mühitində yüksək liderlik reytinqinə çatıb. 

Hörmətli Prezidentin bir fikrini sitat gətirmək istəyirəm: 

«Mən çalışacağam ki, bundan sonra da elə işləyim ki, xalq 

həmişə məni dəstəkləsin». 

Bəli, xalq onu dəstəkləyir. İlham Əliyev Prezident kimi 

elə ilk addımlarında sübut etdi ki, ona inanmaq, ona 

arxalanmaq, ona güvənmək olar! İnam isə böyük qüvvədir. 

İnanırıq ki, o, «Bizim yolumuz Azərbaycanda demokratik

hüquqi, sivilizasiyalı dövlət qurmaqdan, demokratik 

prinsipləri gündən-günə inkişaf etdirməkdən, dünyanın əldə 

etdiyi bütün demokratik nailiyyətləri Azərbaycanda 

yaymaqdan, onlardan bəhrələnməkdən ibarətdir» deyən 

Heydər Əliyevin amallarına bundan sonra da sadiq qalacaq. 

Vətənimiz Heydər Əliyev dühasından bəhrələnən, lakin daha 

yeni, müasir şəraitə uyğun siyasi intellektə və potensiala malik 

bir siyasətçinin – İlham Əliyevin rəhbərliyi altında işıqlı 

gələcəyə gedəcək. 

Bu işdə hər birimiz, hər bir Azərbaycan vətəndaşı 

möhtərəm Prezidentimizə yardımçı olmalı, bununla da 

dövlətçiliyimizin, müstəqilliyimizin, ərazi bütövlüyümüzün 

qorunmasına öz töhfəmizi verməliyik… 

 

Qələbə sevinci 



 

Möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu 

fəaliyyəti həmişə məni bu qənaətə gətirir: Heydər Əliyev 

ölməyib! O bizim sıralarımızdadır. Əgər ulu öndərin böyük 

ideyaları, amalları bizimlədirsə, demək, bu, belədir. Əgər 



 

63

onun siyasi kursunu ləyaqətlə davam etdirən gənc 



prezidentimiz İlham Əliyev bu gün xalqın, millətin ürəyindən 

xəbər verən işlər görürsə, üstəlik, bütün dünya onu qəbul 

edirsə, demək, Heydər Əliyev sağdır, öz böyüklüyü, 

müdrikliyi, dühası və əməlləri ilə onu sevən hər kəsin 

qəlbində yaşayır! Azərbaycan isə ilhamla, inamla irəliləyir. 

Bu yolun önündə Heydər Əliyev dühasından nur alan İlham 

Əliyev gedir. Sözümün bu yerində Ulu öndərimizin İlham 

Əliyevi xarakterizə edərkən dediyi sözləri xatırlayıram: 

«İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir 

dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və 

təşəbbüskar bir siyasətçidir. Sizi əmin edirəm ki, həm İlham 

Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da 

xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, 

Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı 

yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra 

bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev 

başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və 

gələcəyinə böyük ümidlər bəsləyirəm». 

Biz ona inanırıq. İnanırıq ki, Azərbaycan tarixinə ən 

möhtəşəm QƏLƏBƏ sözünü möhtərəm Prezidentimiz cənab 

İlham Əliyev yazacaq. Xalqın böyük inamla, intizarla, 

səbirsizliklə gözlədiyi QƏLƏBƏ sözünü! Qüdrətli liderimiz, 

möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin 

xalqımıza bəxş edəcəyi QƏLƏBƏ sevinci Azərbaycanımızın 

zəfər tacı olacaq! O gün isə uzaqda deyil!.. 

 

«Heydər Əliyev irsi və Azərbaycan 



dövlətçiliyi» kitabı. 

«Azərbaycan» nəşriyyatı, 

2005, səh. 747-756 



 

64

 



 

 

 



ŞAH İSMAYIL XƏTAİ VƏ AZƏRBAYCAN DİLİ 

 

Dili xalq yaradır. Lakin onun yaşayıb nəsildən-nəslə 



ötürülməsi, görkəmli şəxsiyyətlərin, qüdrətli dövlət 

başçılarının hesabına başa gəlir. Dilin durmadan 

zənginləşməsi, onun statusundan, işlənmə arealından çox 

asılıdır. Ölkələr işğal olunanda dilin də sərhədləri daralır, 

hüdudları pozulur. Dil də insan kimi əsir düşür, cəmiyyətdən 

təcrid olunur, funksionallığını itirib sıradan çıxır. Min illər 

boyu folklorda, xalq nəğmələrində, məişət qayğılarında özünü 

tanıdan ana dilimiz təxminən 500 il əvvəl Səfəvi hökmdarı şah 

şairimiz Şah İsmayıl Xətainin zamanında geniş fəaliyyət 

statusuna yüksələ bildi. Bu vaxta kimi türkün zəfər yürüşləri, 

oğuzların hərbi səfərləri, qanunları, fərmanları farsca, ərəbcə 

yazılırdı. Tarixdə ən qurucu, yaradıcı türklərdən biri kimi 

qalan Şah İsmayıl ana dilimizin də sərhədlərini ölkənin 

hüdudları kimi genişləndirdi. Əslində bu azərbaycançılıq 

ideyası ona ulu babalarından yadigar qalmışdı. İlk dəfə təkkə 

ocaqlarını yaradıb Sufi təriqətinə inam bəsləyən və sonralar 

sufilər, səfəvilər kimi tanınan Şeyx Səfiəddin Ərdəbili nəsli 

azərbaycançılıq ideyasının əsaslarını dilin 

gerçəkləşdirilməsində gördü. Azərbaycan dilinin, poeziyasının 

və mədəniyyətinin çiçəklənməsinə tutarlı töhfələr vermiş bu 

sülalə, sonralar daha çevik düşüncəyə və dövlətçilik 

bacarığına malik Şah İsmayıl Xətaini mübarizə meydanına 

çıxartdı. Lakin qılınc və qələm bahadırını hünər meydanına 

hazırlayan «Qara məcmuə» kimi kitablar çox-çox əvvəllər 

türkün ana dilində yazılır, xalq düşüncəsinin ən incə 



 

65

mətləblərini özündə qoruyub saxlayırdı. Belə kitabların 



əksəriyyəti məhv edilib sıradan çıxsa da, sənət izlərini 

yaddaşlara yaza bilmişdi. Hələ Şah İsmayıldan çox-çox 

əvvəllər qələmə alınmış «Qara məcmuə»lər dilimizdə o 

dövrdən qalmış həm böyük abidə, həm də şeirimizin

nəsrimizin o vaxtkı vəziyyətini əks etdirən çox qiymətli 

mənbədir. «Hicri VII-VIII əsrlərdə Azərbaycanda müəllimlər 

və mürşidlər tərəfindən mədrəsələrdə, zaviyələrdə müridlərə 

tədris edilmək məqsədilə yazılan həcmli kitablara «Qara 

məcmuə» deyilirdi. (1) 

«Qara məcmuə»lər bir müəllif tərəfindən yazılmasa da 

adətən mürşidin adına çıxılırdı. Şeyx Səfiəddin Ərdəbili isə öz 

zamanında elmə, maarifə, mədəniyyətə hədsiz qayğılar 

göstərdiyindən dövrünün «Qara məcmuə»ləri onun adına 

çıxılmışdır. Bəqainin təzkirəsində yazıldığına görə Şeyx 

Səfinin «Qara məcmuə»si yalnız Səfəvi sultanlarının 

kitabxanasında tapıla bilər və bu xəzinələrdən dışarı çıxa 

bilməz. 

Səfəvi sülaləsinin böyük ağsaqqalı, alim və sufisi, eləcə 

də həmin təriqətin banisi kimi tanınan Şeyx Səfinin türkcə 

yazılan «Qara məcmuə» adlı əsərindən başqa bir neçə türkcə, 

farsca və ərəbcə əsərləri də olmuşdur. 

Cənubi azərbaycanlı alim doktor Hüseyn Sədiqi tapıb 

çap etdirdiyi «Qara məcmuə» əsərinə Şeyx Səfinin şeirlərini 

daxil edib. Tədqiqatçının fikrinə görə «Şeyx Səfinin türkcə 

şeirlərinin şivəsi Qazi Bürhanəddinin şivəsinə oxşayır». Bu 

şivə həm də dilimizdə olan ən gözəl və axıcı sözlər, 

terminlərlə zəngindir. Şeirlərdə hələ ədəbiyyat tariximizə 

Xacə Əhməd Yasəvi zamanında girmiş bəzi irfan anlamlı 

sözlər gözə dəyir. (2) 

«Qara məcmuə» əsərinin nəsr hissəsi də XIV-XV əsr 

Azərbaycan nəsrinin çox gözəl nümunəsi sayıla bilər. Onun 



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə