Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə16/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   12   13   14   15   16   17   18   19   ...   202

 

51

 



 

 

 



BÖYÜK YOLUN DAVAMÇISI 

 

Ölməz o adamdır ki, özündən sonra 



Vətən üçün böyük və faydalı yadigarları qalır. 

El məsəli 

 

Atalar və oğullar 



 

Mən ulu öndərimiz, bənzərsiz liderimiz, böyük 

rəhbərimiz Heydər Əliyev və onun layiqli varisi, bu gün 

Azərbaycanı böyük məharətlə idarə edən və ümidli sabahlara 

aparan, artıq ölkəmizdə və xaricdə yetkin siyasi lider kimi 

qəbul olunan, yüksək nüfuz qazanan möhtərəm Prezidentimiz 

İlham Əliyev haqqında hər dəfə söz deyəndə həm haqlı qürur 

duyur, həm də məsuliyyət hissi keçirirəm. Qürurumun səbəbi 

bəllidir. Məsuliyyət hissi keçirməyim də əsassız deyil. Çünki 

Heydər Əliyev haqqında söz demək üçün gərək ən əvvəl onun 

ən böyük əsərini – «Azərbaycan» adlı əsərini dərindən 

öyrənəsən, dərindən mənimsəyəsən. İlham Əliyev haqqında 

söz deyəndə isə gərək bir vacib amili unutmayasan: O, Heydər 

Əliyevin oğludur, Heydər Əliyevin varisidir!.. 

Tarixdə dahi ataların qurduğu dövləti davam və inkişaf 

etdirən, daha da möhkəmləndirən, yüksəldən qüdrətli oğullar 

olub. Amma gəlin etiraf edək ki, belələri çox azdır. İlham 

Əliyev isə böyük düha sahibi Heydər Əliyevin elə özünə layiq 

övladıdır, Azərbaycan və xalqımız üçün son dərəcə misilsiz, 

heç bir tarixi şəxsiyyətlə müqayisəyəgəlməz dərəcədə böyük 

işlər görən Heydər Əliyevin Azərbaycana bəxş etdiyi ən 



 

52

qiymətli əsəridir, ulu öndərin əvəzolunmaz yadigarlarından 



biridir. Heydər Əliyevin həyat, hakimiyyət, siyasət, 

diplomatiya məktəbinin məzunu, Heydər Əliyev ideyalarının 

xilaskarlıq qüdrətiylə, tükənməz Azərbaycan sevgisiylə, 

azərbaycançılıq missiyasıyla silahlanan İlham Əliyevin 

bugünkü genişmiqyaslı və uğurlu fəaliyyəti göstərir ki, o, dahi 

dövlət xadimi Heydər Əliyevin bütünlüklə Azərbaycana, onun 

sabahına həsr edilən hakimiyyət yolunu, zəfər yolunu, şərəf 

yolunu ləyaqətlə davam etdirir, xalqına, Vətəninə Heydər 

Əliyev zirvəsindən xidmət edir. 

Cənab İlham Əliyevin vaxtilə dediyi bu fikir çox 

yaddaqalandır: «Mənim xoşbəxtliyim bundadır ki, mən 

Heydər Əliyev adlı dahi şəxsiyyətin yanındayam və məndə 

öyrənmə imkanları daha çoxdur, nəinki başqa adamlarda». 

Buna görə də tam səmimiyyətlə, qəti əminliklə demək olar ki, 

İlham Əliyev təkcə atasının – Heydər Əliyevin yox, 

bütövlükdə Heydər Əliyev kursunun, azərbaycançılıq 

ideologiyası ilə tam səsləşən, üst-üstə düşən Heydər 

Əliyevçiliyin varisi, daşıyıcısı və davamçısıdır. Bir 

müsahibəsində isə cənab İlham Əliyev belə deyib: «…Heydər 

Əliyevin varisi mənim oğlum Heydər Əliyevdir. Ona görə də 

deyə bilərsiniz ki, Heydər Əliyevin varisi Heydər Əliyevdir». 

Bu tarixi, sadə və səmimi fikirdə təkcə baba və nəvə Heydər 

Əliyevdən söhbət getmir, daha çox ondan söhbət gedir ki, 

Heydər Əliyevin ideyaları əbədidir: onun varisi özüdür, öz 

ideyalarıdır, yəni Heydər Əliyevin varisi Heydər Əliyevdir. 

Və Azərbaycan istiqlalının, azərbaycançılıq məfkurəsinin, 

milli müstəqilliyimizin dayaq nöqtəsi, enerji mənbəyi, 

hərəkətverici qüvvəsi olan xilaskar Heydər Əliyev ideyaları 

bütün soydaşlarımızı, bütün Dünya azərbaycanlılarını birliyə, 

bütövlüyə, Vətən və xalq naminə fədakarlığa çağırır. 

 



 

53

Xalqın inamı və sevgisi 



 

Ümummilli liderimizin çox böyük uzaqgörənliklə və 

əminliklə dediyi «…Azərbaycanın gələcəyi etibarlı 

əllərdədir», «Mən seçici olsaydım, İlham Əliyevə səs 

verərdim» fikri yada düşür. Müdrik və qədirbilən xalqımız ulu 

öndərin bu fikrini 2003-cü il prezident seçkilərində təsdiqlədi, 

Heydər Əliyevin siyasətinə böyük inamının, məhəbbətinin 

nəticəsi olaraq onun varisinə – İlham Əliyevə səs verdi, onu 

özünə yeni rəhbər seçdi. Bu, qanunauyğunluq idi. İlham 

Əliyevin seçkilər ərəfəsində xalqla görüşlərində, bəlkə də, 

yaşına uyğun olmayan müdrikliyi, xalqla səmimiliyi, hədsiz 

təvazökarlığı, alicənablığı, insanlara təmənnasız münasibəti, 

xalqına, millətinə, Vətəninə, sələfinə, üstəlik, öz şəxsiyyətinə 

hörmət və ehtiramı onun yüksək, ali tərbiyəsindən, 

ziyalılığından, zəngin mənəviyyatından, siyasi yetkinliyindən 

xəbər verirdi. İlham Əliyev həm də bu səbəblərdən qalib 

gəldi. Və Prezident kimi fəaliyyətə başladığı ilk aylarda ulu 

öndər Heydər Əliyevlə bağlı ölkəmizdə yaşanan narahatlıq, 

sonra isə ümumxalq hüznü olmasına baxmayaraq, fəal 

siyasətçi kimi nəhəng siyasət ümmanının bütün 

istiqamətlərinə nüfuz edə bildi. O, bütün sahələrdə Heydər 

Əliyev strategiyasının layiqli davamçısı olduğunu əməli 

fəaliyyəti ilə nümayiş etdirdi. 

İlham Əliyev intellekti, istedadı və şəxsiyyəti bütöv 

vəhdət təşkil edən liderdir. İntellektlə istedadın, elmlə 

istehsalatın, ənənə ilə novatorluğun üzvi vəhdətinə, yaradıcı 

sintezinə nail olmaq qabiliyyəti, Azərbaycanın dünəni, bu 

günü və sabahına sonsuz, sarsılmaz sədaqət – bunlar İlham 

Əliyevi hər kəsə sevdirən keyfiyyətlərdir. Onun qabiliyyəti, 

enerjisi, Azərbaycanın azadlığı, müstəqilliyi yolunda böyük 

fədakarlığı Prezident olduğu müddətdə daha qabarıq üzə 



 

54

çıxdı. O hər zaman, hər bir fəaliyyət sahəsində yalnız milli 



maraqlarımızı, Azərbaycanın çağdaş və perspektiv 

mənafelərini düşünüb, bu istiqamətdə hərəkət edib. 

 

İqtisadi inkişafın qarantı 



 

İlham Əliyevin seçkiqabağı platformasının uğurla həyata 

keçirildiyi, bütün istiqamətlərdə konkret nəticələr əldə 

olunduğu indi heç kimə sirr deyil. Qazanılan nailiyyətlər göz 

önündədir və danılmazdır. İqtisadiyyatımız gündən-günə 

inkişaf edir. Beynəlxalq əlaqələrin gücləndirilməsi sahəsində 

qazanılan uğurlar danılmaz faktdır. Artıq ölkədə yeni iş yerləri 

açılıb, ailələrin həyatında müsbət dəyişikliklər baş verib. Bu 

baxımdan, heç şübhəsiz, Prezident İlham Əliyevin zəkasının 

məhsulu olan regionların sosial-iqtisadi inkişafı ilə bağlı 

Dövlət proqramının qəbul edilməsi xüsusi mərhələ təşkil edir. 

Həmin proqramın icrasına dövlət başçısının bilavasitə özünün 

nəzarət etməsi, bu proqramın icrasının bir illik fəaliyyət 

dövrünü əhatə edən ümumrespublika toplantısı keçirməsi əsl 

dövlətçilik missiyası, vətəndaş fədakarlığı, öz sözünün, öz 

xəttinin əsl sahibi kimi fəaliyyət göstərən dövlət rəhbərinin 

müdrikliyi kimi qiymətləndirilməlidir. Cənab İlham Əliyevin 

600 min nəfərlik yeni iş yerinin açılacağı barədə seçkiqabağı 

vədinin cəmi bir ildə təxminən 30 faizinin yerinə yetirilməsi, 

yəni 170 min yeni iş yerinin açılması dinamik inkişafın 

bəhrəsi kimi qeyd olunmalıdır. Bu iş yerlərinin əhəmiyyətli 

hissəsinin məhz ölkəmizin regionlarında yaradılması xüsusi 

razılıq doğurur. 2004-cü ildə Azərbaycanın adının dünyanın 

kasıb ölkələri sırasından çıxarılması isə daxili iqtisadi 

uğurlarımızın beynəlxalq aləm tərəfindən də təsdiqinin 

mühüm nümunəsi sayıla bilər. 

Milli Məclisdə 2005-ci il üçün dövlət büdcəsi müzakirə 



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə