Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə122/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   116   117   118   119   120   121   122   123   124

~ 439 ~

“şeirində  də o, oxucu marağını,oxucu diqqətini özünə  cəlb 

etməyi bacarıb: 

 

Deyirlər ki, çaylar tərsinə axmaz, 



Əzrayıl qocaya, cavana baxmaz. 

Ölümü heç nəylə saxlamaq olmaz, 

Vaxt çatanda əcəl aparar səni, 

Bu fani dünyadan qoparar səni. 

 

Poladdan dirəyi əlinlə əysən, 



Qızıldan bahalı libas da geysən, 

Nə qədər təbii yemək də yesən

 Vaxt çatanda əcəl aparar səni, 

Bu fani dünyadan qoparar səni. 

 

Doymayıb dünyadan gözün, a Zakir, 



Var hələ deyəsi sözün, a Zakir. 

Təzə mizrab istər sazın, a Zakir, 

Vaxt çatanda əcəl aparar səni, 

Bu fani dünyadan qoparar səni. 

 

Ümidvaram ki, Zakir Bayramlının  Şabran pedaqoji 



işçilərinin həyat və  əmək salnaməsindən bəhs edən bu əsəri 

axırıncı olmayacaq, axarıncı olacaq. 

Qocaman təhsil işçisi olan müəllif  Şabranın təhsil 

tarixinə  aıd yeni-yeni müjdələrilə öz oxucularını daha da 

ürəkdən sevindirəcəkdir. Bəri başdan ona möhkəm cansağlığı, 

yaradıcılığında yeni-yeni uğurlar arzu edirəm. 

 

          Xankərəm Orucov, 



Şabran şəhər M.Nəzirov adına 4 saylı tam orta məktəbin  

dil-ədəbiyyat müəllimi 

 



~ 440 ~

SON SÖZ ƏVƏZİ VƏ YA “ÖMÜR DEYİR 

QOCALMIŞAM, ÜRƏK DEYİR: - YAŞA HƏLƏ”! 

 

Ulu Tanrının köməyi ilə  mən 84 min sözdən çox olan 



“Dünyaya açılan pəncərə “adlı yeddinci kitabımı böyük 

əziyyət və çətinliklər bahasına yazıb tamamladım. Bu dövrdə 

iki dəfə  bərk xəstələndim. Bir dəfə  də iyul ayının isti 

günlərində istirahət etmədən fasiləsiz işlədiyimə görə 

kompüterdə səhvə yol verdim. Təxminən 150 vərəq cıvarında 

bu kitabın ilk variantında yazılarım bir-birinə qarışdı. 

Şabranda və qonşu rayonlarda bu dolaşığın sirrini aça bilən 

usta tapılmadı. Az qaldım dəlilik gətirim. Ağlamaq istədim ki, 

ürəyimi bir qədər boşaldım. Lakin bacarmadım. Birdən oz-

özümə dedim ki, bəlkə Allah-Taala məni ciddi sınağa çəkir. 

Qoy mən bu işdə bir qədər səbirli olum. Özümdən çıxmayım. 

Özümə  nəzarət kimi vacib bir əməli itirməyim. Çünki arxiv 

materiallarının hamısı durur. Gəl özünü nahaq yerə  həlak 

eləmə, bu işə ikinci dəfə  təzədən başla. Axı atalarımız min 

illərdir ki, belə bir ifadə işlədib: “Özü yıxılan ağlamaz “.  

Nəsə psixoloji cəhətdən bu vəziyyətə güclə tab gətirə 

bildim. Başqa seçimim yox idi. Kitab mütləq yazılmalı idi. Elə 

bu  əsnada yeni bir atalar sözü qulağımda səsləndi: “Qəzanın 

beş barmağı var, işini işləyəndə ikisini adamın gözünə soxur

ikisini qulaqlarına, birisini ağzına, adam nə görür, nə eşidir, nə 

danışa bilir ”. Bir də o yadıma düşdü ki, keçmişin səhvlərindən 

həmişə müsbət nəticə çıxarmaq vacibdir. 

Bu yerdə tanınmış Azərbaycan yazıçısı, dramaturqu, 

ssenaristi və kinorejissoru Həsən Seyidbəylinin ( 1920-1980 ) 

bədii yaradıcılıq haqqında bir kəlamı yadıma düşdü. O yazırdı: 

“Yaradıcılıq, hər  şeydən  əvvəl, zəhmətdir. Dərin, maraqlı 

müşahidələr, yuxusuz gecələr, tez-tez təəssüflənmək, azca 

sevinmək deməkdir... Sonra yenə axtarışlar, gərgin,  əzablı 

axtarışlardır əsl yaradıcılıq “. 



~ 441 ~

 Avqust  ayının birindən mən ikinci dəfə bu kitabı  ılk 

cümləsindən yazmağa başladım. Yenə iki dəfə arada fikirdən 

və  dərdi- sərdən xəstələndim. Çox keçmədi ki, sağalıb ayağa 

durdum. Xəstələndiyim vaxtlarda ürəyimin sakitlik tapması 

üçün “Təsəlli “adlı bu şeri qələmə aldım: 

 

Ağrılarım çoxalsa da kürəkdə, 



Hələ eşqin odu qalıb ürəkdə. 

Çox şükür ki, gəzdirmirlər xərəkdə, 

Ayaqdayam,bədən həmin bədəndir. 

Gəl soruşma bu həyəcan nədəndir. 

 

Elə bilmə itirmişəm yerişi, 



Axtarıram çıxış ilə girişi. 

Hələ özüm həll edirəm hər işi

Tanrı daim bizə kömək edəndir. 

Gəl soruşma bu həyəcan nədəndir. 

 

Yaş ötsə də hələ həddi aşmayıb, 



Könlüm ən son nəğmələrin qoşmayıb. 

Ömrüm qopub məhvərindən daşmayıb, 

Ümidlərim harayıma yetəndir. 

Gəl soruşma bu həyəcan nədəndir. 

 

Zakir dünya geniş, açıq pəncərə, 



Çox baxsan da sanma yolun döndərə. 

Vermə nahaq günlərini kədərə, 

Bu dünyaya gələn, bir gün gedəndir. 

Gəl soruşma bu həyəcan nədəndir. 

 

Allahın köməyilə sizə söylədiyim və söyləmədiyim 



çətinliklər indi hamısı arxada qalıb. Kitab tam hazırdır. 

Şükürlər olsun ki, mənim çoxsaylı yaradıcılıq arzularımdan 




~ 442 ~

biri də bu gün çin oldu. 

Bilmirəm nədəndir, mən hər hansı arzunu ürəyimdə 

tutsam, o mütləq Tanrının məsləhəti ilə yerinə yetirilmək şansı 

qazanır. Bəlkə  də bu ürəyimin təmizliyindəndir. Deyirlər ki, 

qəlbi saf, ruhu işıq kimi parlaq olan insanların arzu və diləyini 

xeyirxah qüvvələr tez eşidir. Çeşmənin gözündən süzülüb 

gələn su kimi şəffaf və  təmizsənsə  həyatda hər arzu və 

niyyətin çətinliklə də olsa müstəcəb olacaq: 

 

MƏN SAF SU RƏMZİYƏM... 

 

1. 


Mən bir su rəmziyəm dum-duru, büllur, 

Sular bulanlıq da, çirkli də olur. 

 

Uzağam qarışıq sular soyundan, 



Fərqim var okean, dəniz suyundan. 

 

Ömrüm yaşa doldu qəmsiz, ələmsiz 



Bulağın gözündən süzüldü təmiz. 

 

Bir yerdə durmadım dolaşmamağa, 



Natəmiz yerlərdə bulaşmamağa. 

 

Hamıya bəllidir mənim amalım, 



Çoxunu heyrətə salıb bu halım. 

 

Haqqın,ədalətin sorağındayam, 



Paklığın, düzlüyün marağındayam. 

 

2. 



Mən saf su rəmziyəm, ayna bir göləm, 

Günəşdə bərq vurub gərəkdir güləm. 




Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə