Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə82/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   78   79   80   81   82   83   84   85   ...   89

_______________Milli Kitabxana___________________ 

 

389 



Birdən mənə elə gəldi ki, kimsə yaxınlaşır.     

Gözümün altı ilə baxanda Söhbəti gördüm.  

 

Bizim sinfimizdə bir qardaş-bacı oxuyurdu. 



Söhbət və Yüzlük. Söhbət bizim yaşıdımız idi. 

Amma Yüzlük çox yekəydi. Yaşıdlları onuncuda 

oxuduğu halda, bizim sinifdə V-də oxuyurdu. Biz 

hamımız ondan qorxurduq. Çünki bədəncə çox 

yekə idi. Bacısının qorxusundan Söhbətə bir söz 

deyə bilmirdik. Söhbət isə bizə tez-tez sataşırdı. 

Indi mənə yaxınlaşanda başa düşdüm ki, nəsə pis 

bir hərəkət edəcək. Bu zaman Yüzlüyün səsini 

eşitdim: 

-Ehey, geri çəkil deyə qardaşına  əmr etdi. 

Mənə isə dedi: 

- Yazı taxtasının qabağına gəl, buradan oxu!  

Bütün  şagirdlər skamyalarda öz yerlərini 

tutdular. Mən kərpickəsən kişinin dastanını oxuma-

ğa başladım. Özümü Məhbubə müəlliməyə oxşa-

dırdım. Kərpickəsən qocanın və ona yaxınlaşan 

cavanın obrazını yaratmağa çalışırdım.  

Bu kərpicin qəlibini yansın deyə oda at, 

Başqa bir sənət tapıb, işlə muradına çat.  

Sözlərini amiranə  şəkildə dedim. Hətta 

mimikamda da özümü şahzadələrə oxşatdım. 

Kərpickəsən qocanın; 

Ona görə əlimi öyrətdim bu sənətə 

Bir gün sənə əl açıb düşməyim xəcalətə 




_______________Milli Kitabxana___________________ 

 

390 



Sözlərini isə yazıq bir görkəm alaraq dedim. 

Həm də bu görkəmimdə  və sözlərimin intona-

siyasında  əyilməz, başqasına  əl açmaq niyyəti 

olmayan məğrur bir qocanın obrazını yaratmağa 

çalışdım. 

Şeiri oxuyub qurtarandan sonra Yüzlük dedi: 

- Çox gözəl oxuyursan. Lap Məhbubə müəl-

limə kimi. Sonra əl çaldı, uşaqlar da əl çaldılar. 

Mənim isə uçmağa qanadım yox idi. Çünki məni 

məhz Yüzlük tərifləmişdi.  

Dərsdən çıxan kimi düz rayon kitabxanasına 

getdim.  

- Mənə Nizami Gəncəvinin  əsərləri lazımdır 

– dedim.  

Kitabxanaçı  məni başdan-ayağa süzdü. “Bu-

nun boyuna bax, bizdən Nizami Gəncəvinin əsərlə-

rini istəməyinə bax”. Yəqin ki, kitabxanaçının ürə-

yindən belə sözlər keçdi. O, qətiyyən yerindən 

tərpənmədi.  Əlini uzadıb, yaxınlıqdakı kitablardan 

birini göstərib dedi. 

- Ala bax, Nizaminin əsərlərindən də 

maraqlıdır.  

- Yox-dedim. Mənə Nizami Gəncəvinin 

əsərləri lazımdır.  

Kitabxanaçı qadın çətinliklə ayağa qalxdı və 

gedib Nizami Gəncəvinin “Xosrov və  Şirin” 

poemasını gətirdi. 

-Kitabı qaytaranda məzmununu soruşacam. 

Əgər oxumasan, bir də buralara gəlmə!  



_______________Milli Kitabxana___________________ 

 

391 



Kitabxanaçı qadının qəzəblənməsinə  qətiy-

yən əhəmiyyət verməyib “Xosrov və Şirin”i sinəmə 

basdım və evə qaçdım.  

Hər gün bu əsəri oxumağa başladım. Böyük 

həyətimiz vardı. Uca səslə  əsəri oxuyur və ondan 

ləzzət alırdım. Bu minvalla poemanı düz dörd il 

oxudum. Axırda məlum oldu ki, mən onun çox 

böyük hissəsini əzbər bilirəm.  

Sənədlərimi indiki Bakı Dövlət Univer-

sitetinin filologiya fakültəsinin jurnalistika bölmə-

sinə vermişdim. O zaman burada ən böyük konkurs 

var idi. Mən də imtahanlardan müxtəlif qiymətlər 

almışdım. Axıra  ədəbiyyat imtahanı qalmışdı. 

Ədəbiyyat imtahanında mənə  Cəfər Cabbarlının 

“Almaz” pyesi, N. Gəncəvinin “Xosrov və  Şirin” 

poeması  və bir də bir cümlə  təhlili düşmüşdü. Iki 

nəfər müəllim (mən onları sonralar da tanımadım) 

stolun arxasında  əyləşib tələbələri dinləyirdi. Bir 

nəfər isə aralıqda gəzir, uşaqların suallarına cavab 

verirdi. Mən aralıqda gəzən müəllimi barmağımla 

çağırıb dedim: 

-  Ə, bura gəl! O yaxın gəlib, sağ  əliylə 

kürəyimə vurub dedi. - Nə var ə? 

Mən indi də  həmin dialoqu xatırlayanda 

ədəbli müraciəti bizə öyrətməyən müəllimlərimi 

qınayıram. Sonralar başa düşdüm ki, “ə” deyərək 

müəllimə müraciət etməyim yaxşı olmayıb. Müəl-

lim isə öz “ə” si ilə mənə cavab verib. Ancaq o za-

man bunun fərqinə varmadım. Mənə düşən cümləni 



_______________Milli Kitabxana___________________ 

 

392 



oxudum: “Əgər Sabir axundları, mollaları  tənqid 

edirdisə bu özü heç də kiçik cəsarət deyildi”. Bu 

cümlədəki mübtəda,  xəbər tamamlıq və başqa 

cümlə üzvlərini göstərdim və onun üzünə baxdım. 

O, başı ilə  təsdiqlədi və başqa uşaqların yanına 

getdi.  


Suallarıma cavab verməyə  gələndə müəl-

limimdən soruşdum: 

- Zəhmət olmasa, deyin: Mən bu poemanı 

təhlil edim, yoxsa əzbər söyləyim?  

Müəllimlərdən biri cavan, birisi ağsaçlı qoca 

idi. Cavan müəllim tapança kimi açıldı: 

- Sən heç nə danışdığını bilirsən? Sən heç o 

kitabı görmüsən?  

Mən sakitcə dilləndim: 

- Bax, bu qalınlıqda, bu enlilikdə boz üzlü ağ 

hərflərlə yazılmış kitabdır. 1947-ci ildə çıxıb.  

Cavan müəllimin bayaqkı hirsindən  əsər-

əlamət qalmadı. 

- O kitabı mən də görmüşəm-dedi. Qocaman 

professor: 

- Buyur, de görək nə bilirsən? - deyə  mənə 

baxdı. Mən poemanın bir hissəsini əzbər söyləməyə 

başladım. Əsərin hansı yerindəydimsə, orası yadım-

da deyildi, yumruğumu stola vurub, ayağa qalxdım. 

Özümü müəllifin yerində hiss edirdim. Sanki bu 

gözəl misraları mən yazmışdım. Birdən professorun 

cavan müəllimin qulağına dediyi sözləri aydınca 

eşitdim: 



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə