Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə1/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
  1   2   3   4   5   6   7   8   9   ...   76
8387

SƏYAVUŞ  SƏRXANLI
VƏTƏN,  SƏSLƏ 
OĞLUNU
9eso
k ə s i
 
Prezidentinin 
İşlər İdarəsi
PREZİDENT KİTABXANASI


£>
Redaktor: 
Əli  HƏSƏN
Səyavuş  Sərxanlı.  “Vətən,  səslə  oğlunu”.
Bakı,  “Şərq-Qərb”,  2010,  432  səh.
Tanınmış söz  ustası,  qüdrətli şair-publisist Səyavuş Sərxanlının  "Və­
tən,  səslə  oğlunu”  adlı  şeirlər  kitabında  vaxtilə  onunla  çiyin-çiyinə 
çalışmış,  dostluq etmiş görkəmli şair və nasirlərin  ürək sözləri,  xatirələri 
qeyd olunur,  şeirləri  oxuculara  təqdim  edilir.
Vətənə  məhəbbət,  torpağa  bağlılıq,  vətənpərvərlik  hissləri  şairin 
şeirlərinin  əsas  qayəsini  təşkil  edir.
Kitab geniş  oxucu  kütləsi  üçün  nəzərdə  tutulmuşdur.
ISBN  978-9952-34-416-5
©  Səyavuş  Sərxanlı,  2010
I
ÖN  SÖZ
Ömür-gün  deyirəm,  nə  təhər  ucuz­
laşmış,  Səyavuş.  Kimin  təmkin  yaşı 
çatdı,  kimin  yubiley  günü  yetişdi,  ki­
min  yazı,  kimin  payızı,  kiminin  qışı...
Hər şey,  hər yadda  qalmalı,  tarix  qarış­
mış  dünyamızın  sıxıntıları  içində  əri­
yib  gedir;  təkcə  özü  ərimir,  bizi  də 
özüylə  əridib  yox  eləyir.
Onsuz  da  xalqın  ən  sakit,  nisbi  fira­
van  günündə  də  şair  ömrü  qayğılar, 
əndişələr çəmbərində  yanıb  çökür.  Bu­
nu  özün  daha  tutarlı  deyirsən:
Şeir  sorağında  yandı  ömür-gün,
Çaylar  adlamışam,  dağlar  aşmışam.
Dünyanı  qəlbimə  gətirmək  üçün 
Baş  alıb  dünyadan  uzaqlaşmışam.
Ağlın  kəsəndən  dərdlə  yoldaşlıq,  qayğıyla  qardaşlıq  eləmisən. 
Bundan  bezikmək  nədi,  qatlaşdığın  möhnəti  bir  yaşamaq  vasitəsi 
bilmişən:  “Gözümə yaş  səpir  səsi  küləyin;  Ölsün  o  adam  ki,  həs­
rəti yoxdur...”.  Eh,  sən  də  arzulamağa  şey  tapdın.  Ürək  nəyə  me- 
yillənsə,  ayaqlar  da  bizi  onun  üstünə  aparar.
İyirmi  beş  il  bundan  əvvəl  Vidadinin  qəbri  üstündə  ürəyinin 
fəryadını  xatırladım.  Onda  öz  şəxsi  faciənə,  millətinin  kütləvi  ma­
təminə  açıq-aşkar  yas  saxlamağa  səni  qoyardılarmı?!  Sovet  şairi 
də  “o f ’  deyə  bilərdimi?!  Vidadi  bir  bəhanəydi;  səni  fəryada  gə­
tirən  özgə  dərdindi,  xalqının  səngiməz,  qaysaqlamaz  yaralarının 
sızıltıları  idi.


Bir  quş  kimi  uçub  gəldim  həyata,
Bir  quş  kimi  intizaram  qanada.
Çağırmayın  qəm  yurduna  can  ata,
Öz  qəmləri  sıralanmış  könlümü!
Onda  iyirmi  beş  yaşın  vardı.  Qətlimizə  fitva  verənlərin  və  on­
ların  əlaltısı  olan  soydaşlarımızın  rəzilliyindən  gözü  qorxanlar  bu 
şeirin  başı  üzərindəki  “Vidadi”  sözünü bir pərdə  kimi  götürüb ata- 
caqlarına,  səni  dərdlərinlə  birgə  ittiham  edəcəklərinə  ehtiyatlanır­
dın.
Başım  üstə  qəh-qəh  çəkib  zaman  hey!
Döyüb  yağış,  döyüb  dolu,  duman  hey! 
Gülüstanlar  yada  salmaz  aman  hey!  - 
Düzlərinə  qar  ələnmiş  könlümü!
Həqiqətən,  şeirin  axarında  Vidadi  rəhmətlik  yaddan  çıxırdı. 
Meydanda  sən  qalırdın  -   bütün  ələminlə,  hər  nöqtəsindən  belə 
burxulmuş  ürəyinlə.  Əvvəldən-axıracan  misraların  oxucunu  hal­
dan-hala  salır,  tənqidçilər demiş,  dünyada  bir  işıqlı  nöqtə  qoymur­
dun  qala.  Sənin  o  poetik  məngənəndə  tıncıxdığımız  bu  amansız 
məqamda  sonuncu  bəndlə  kürrük  eləmiş  bir  yaz  yağışından  sonra 
gülümsəyib  dünyaya  boylanan  Günəş  kimi  misraların  ümid  do­
nuna  bələnirdi:
Mən  ölsəm  də  bölünəcəm  min  yerə:
Qayıdacam  Yer  üzünə  min  kərə!
Məşəl  kimi  qaldıracam  göylərə  - 
Öz  ağlından  bağrı  yanmış  könlümü!
Bu  şeirdən  sonra  neçə-neçə  gözəl  tərənnüm  şeirləri  yazmısan. 
Amma  bu  həqiqət  də  qəlbinə  dəyməz  ki,  möhnət  üstündə  daha 
həssas  köklənirsən.  Bu,  sənin  dünyanın  acizliyindən  irəli  gəlmir. 
Səni  yaxından  tanıyanlar  bilir  ki,  sən  gəzəri  bir  ovuc  Vətən  tor­
Səyavuş  Sərxa n lı
-----------------------------------------------------------------------------------
« 1 2 ?
pağısan:  sızıltın  da,  şövqün  də,  fərəhin  də  bu  müqəddəs  torpaqdan 
qaynaqlanır:
Torpaq  axtarıram,  bir  ovuc  torpaq;
Sıxanda  Xaqani  hayqırsın  onda!
Torpaq  axtarıram,  zəlzələ  salıb,
Qandallar,  zəncirlər  qırılsan  onda!
Neçə  illər  əvvəldi.  Onda  hələ  erməni  murdarlığı  fışqırıb  üzə 
çıxmamışdı.  “ £/
zm
  bəri  baxan  dağlar”  poemanda  Qarabağın  ba­
şında  qopacaq  zəlzələnin  gəlincik  sədasını  az  qala  hər  misranda 
verməyə  çalışırdın.
Mənim  Qarabağım  dözümdü,  tabdı!
İnam  Günəşidi  min  səhərimin!
Mənim  Qarabağım  bir  daş  kitabdı  - 
Düşübdü  başına  düşmənlərimin.
Bu  ilk  zəndindən  sonra,  qəribədir,  dünyanın  Xocalı  vəhşətini 
və  millət  sahiblərinin  üzqaralığını  necə  görə  bilmişdin?
Uçur  qartal  kimi  tarixə  sarı,
O,  mənim  səngiməz  həyəcanımdı.
Yiyə  durmayanda  mərd  oğulları,
Mənim  Qarabağım  çıxan  canımdı.
Sonra...  sonra  da  o  gündən  baxıb  bu  günü  aydınca  görə  bilirmiş 
və  son  sözünü  də  o  başdan  demək  istəyirmişsən.  Həqiqi  təmiz 
ilhamla  baş-başa  qalanda  şairlərə  də  vəhy  gəlir,  daxildən  bəsirət 
gözləri  açılır  və  gələcək  hadisələri  xəbər  verirlər:
Şair  -   mərmi  canlı  torpaqdı  axı,
Qorxusuz  bir  şair -   sınmış  qanaddır!
Qoruna  bilməyən  Vətən  torpağı 
Düşmənə  doğmadı,  doğmaya  yaddı/
-----------------------------------------------------------------------------  
Vətən,  səslə  oğlunu
«
12
?


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə