_______________Milli Kitabxana___________________
86
Qəm – qubarı qalıbdır.
Saçlarımda hicranın,
Yadigarı qalıbdır.
Fəsillər ötüşsə də
Indi o vaxtdan bəri
Nə səni unudaram,
Nə də o axşamları,
Nə də o səhərləri
Mənə elə gəlir ki,
Sən hələ tək keçirsən,
Yenə o küçələrdən,
Ürkək – ürkək keçirsən.
_______________Milli Kitabxana___________________
87
OXUMA FLORA, OXUMA
Sənin səsin, çoxlarını
Dar
ayağa çəkəsidi,
O çağlaya nəğmə deyil
Bir ildırım hikkəsidi
Oxuma, Flora, oxuma!
Milyon ürək vəcdə gəlir,
Bir ürəyin yanğısından,
Qorxuram ki, alışaram,
Zəngulənin çınqısından
Oxuma, Flora, oxuma!
Günün ilıq şüaları,
Necə çönüb səs olubdu?!
Qışın da öz ləzzəti var –
Qış çevrilib yaz olubdu,
Oxuma, Flora, oxuma!
Dağ başından duman qalxır
Tüstülənir neçə ocaq.
Bir az da belə oxusan
Dünya yanıb kül olacaq
Oxuma, Flora, oxuma!
_______________Milli Kitabxana___________________
88
Burax getsin bu sevdanı,
Qurusun gözünün yaşı
Məhəbbətin dağ selidir
Uçurarsan dağı – daşı
Oxuma, Flora, oxuma!
Ürəyini hələ çoxmu
Verəcəksən tufanlara?!
Biz cəhənnəm, rəhmin gəlsin
Təzə qalxan cavanlara
Oxuma, Flora, oxuma!
_______________Milli Kitabxana___________________
89
SƏN GETDIN
Sən gedin,
qəlbimin asimanında
Bir ildırım çaxdı,
bir işıq söndü
Boğulduq bir eşqin burulğanında
Dünya özü boyda zindana döndü.
Bəlkə xatirinə dəydi sözlərim
Məhəbbət bir kövrək budaq kimidir
Yollara dikilən fağır gözlərim,
Atasız – anasız uşaq kimidir.
Ürək yarasını, qəlb qırığını,
Bilirəm düzəltmək olmaz yenidən
Verdin buludlara hıçqırığını
Verdin şimşəklərə qəzəbini sən
Getmədin qızların çoxu kimi sən
Dağıldın
bir şirin yuxu kimi sən
Bir dost sözünü də eşitmirəm mən
Bir cürə olmuşam – lap key kimiyəm.
Getdiyim yolu da çaşıram hərdən
Orbitindən çıxan peyk kimiyəm
Qayıt məni dinlə, qayıt bircə an
Gəl yenə görüşək əzizlər kimi
Bil ki, gözləyirəm səni hər zaman,
Qızıl pul itirən xəsislər kimi.
_______________Milli Kitabxana___________________
90
ONSUZ DA MƏN SƏNI
SEVMƏYƏCƏYƏM
Ruhumla, hissimlə nə əlləşirsən?
Deyirsən açılan təzə çiçəyəm?!
Vallah lap havayı gözəlləşirsən
Onsuz da mən səni sevməyəcəyəm.
Ürəkmi umursan bu quru daşdan
Insaf et, ağlımı çıxartma başdan
Harama yaraşır sevgi bu yaşda
Onsuz da mən səni sevməyəcəyəm.
Şərikmi çıxırsan duyğularıma,
Əsəb simlərimi çəkdin tarıma
Qayıdıb nə deyim evdə qarıma?!
Onsuz da mən səni sevməyəcəyəm.
_______________Milli Kitabxana___________________
91
ALLAH YARADANDA SƏNI YAZ IMIŞ
Allah yaradanda səni yaz imiş –
Çiçək xəlq eləyib insan yerinə.
Bu dünyada yəqin loğman az imiş,
Səni yaradıbdı loğman yerinə.
Sən bəşər deyilsən, hardan gəlmisən?
Allah kəlamından qopan kəlməsən.
Şeirsən, qəzəlsən, gözəlləməsən
Səni oxuyaram dastan yerinə.
Bu sevgi döyünən ürək kimidi,
Təzəcə açılan çiçək kimidi.
O, elə təmizdi, mələk kimidi –
Ona and içərəm quran yerinə.
Ruhum gecə - gündüz hey səni yoxlar
Ürək bu sevdanı gizlində saxlar.
Sinəmi deşməyə hazırdır oxlar –
Qaşların çəkilib kaman yerinə.
Çoxunu salıbdı ağıza – dilə
Məhəbbət Kərəmi, Məcnunu belə
Əgər dönük çıxsan Zahid Xəlilə
Dünyanı dağıdar tufan yerinə.
2006.
_______________Milli Kitabxana___________________
92
GÜL ƏTRI AXTARIRDIM
Gül ətri axtarırdım
Çöldə kəpənək kimi
Sən çıxdın qabağıma
Bir dəstə çiçək kimi.
Saçın bulud parçası
Gözlərin hilaldımı?!
Dodağından tökülən
Şəkərdimi, baldımı?!
Xalların səpələnib
Üz – gözünə zər kimi
Yanağın şölələnir
Ən nadir gövhər kimi.
Duruşun müəmmalı
Gülüşün sehrdimi?!
Dünən qıyqacı baxdın
Bilmirəm xeyirdimi?!
Yanağında xal olub
Gözlərimin qarası
Üzün gül butasıdı
Mən isə bal arısı.