_______________Milli Kitabxana___________________
130
ŞAKIR: - Ay Dilbər, ay Dilbər. Aaz su gətir
ayağımı yu!
DILBƏR: - Az ye, özünə nökər tut. Bu nə
zəmanədi. Arvad kişinin ayağını yuya, heç utan-
mırsan?
ŞAKIR: - Niyə utanıram aaz? Yekə bir rayo-
nun maarif inspektoruyam. Mədəniyyət deyirsən,
məndə. Kişilik deyirsən, məndə. Qadına məhəbbət
deyirsən, o da məndə. Daha nə istəyirsən. Aaz
briliyant üzük də alacağam. Su gətir, ayağımın təri
öldürür məni. Amma öz aramızdır, bu məhəbbətdən
axmaq şey yoxdur. Insanın evini yıxan bu
məhəbbətdir. Məsələn, bax elə mən səni sevməsəm
bu saat qabırğanı verərəm ağacın altına. Neynim
məhəbbət kəsir qabağımı.
VAQONDA SÖHBƏT
AFƏT: - Həə o Şakiri deyirsən. Vay səni
Zəlihə, hər şey necə də yanında qalıb. Yazığın günü
indi necə keçir?
ZƏLIHƏ: - Şakir bu saat göyün yeddinci
qatında yaşayır. Hərdən Dilbəri görürəm heç salam
da vermir.
AFƏT: - Deyirsən Şakir maarif inspektorudur?
Qudurasan qurbağa. Yaxşı, bu nə vaxt ali təhsil aldı
ki.
_______________Milli Kitabxana___________________
131
ZƏLIHƏ: - Yerevanda qiyabi oxudu. Bir az
müəllimlik etdi. Sonra yavaş – yavaş hürə - hürə
oldu it.
AFƏT: - Barı savadı, zadı varmı?
ZƏLIHƏ: - Elə həmin zırramadı.
ŞAKIRIN EVINDƏ SÖHBƏT
ŞAKIR: - Dilbər, dünən mütaliə etmişəm.
DILBƏR: - Mütaliə nədi?
ŞAKIR: - Aaz sən nə geridə qalmış adamsan!
Belə kitab oxumuşam.
DILBƏR: - Hansı kitabı?
ŞAKIR: - Vallah kim yazdığını bilmirəm. Am-
ma belə sevgi – məhəbbətdən idi.
DILBƏR: - Kişi, deyəsən axı, sən eşqə
düşübsən. Vallah sən bir də məhəbbət adı çəksən,
səni bir məhəbbət edərəm biri də yanından çıxar.
ŞAKIR: - Əşşi sən atovun goru qoy ağzımda
sözümü deyim. Maarif müdiri dünən yanına çağırıb
ki, oxumursunuz. Adi fəhlələr sizdən çox kitab
oxuyur. Deyir ki, maarif nazirliyindən gəlib kitab-
xananı yoxlatdıracaqlar. Görsünlər oxucu bile-
tinizdə nə qədər kitab adı var. Qaldım əlacsız.
Cumdum kitabxanaçının yanına. Adıma beş kitab
yazdırdım. Sonra dedim vayy! Mən bu kitabları
istəmirəm. Mənə “Nağıllar” verin. O kitabları poz-
durdum. Indi oxucu kitabçama beş kitab yazılıb,
pozulub. Komissiya yoxlayanda deyəcək, malades
_______________Milli Kitabxana___________________
132
Şakir! Bax inspektor belə olar! Bir ayda beş kitab
oxuyub.
(Nəcəf əlində iki yekə zənbil Şakirin qapısını
döyür. Şakir qapıya çıxır).
ŞAKIR: - Bay səni xoş gəlmisən, Nəcəf müəl-
lim. Əşşi nə zəhmət çəkmisən?
NƏCƏF: - Bay, bay o nə sözdür? Həmişə qul-
luğunuzda durmaq borcumuzdur. Natiq deyir ay
dədə, get bir Şakir müəllimim yanına, gör mənim
medal işim nə oldu. Şakir müəllim söz versə elə bil
düzəlib. Bir də ay Şakir müəllim, əl - əli yuyar, əl
də üzü. Vallah biz də dünyanın hər üzünü görmüş
adamıq. Deyirəm ay oğul, ay Natiq ay bala, mən
daha günümü görüb dövranımı sürmüşəm. Şakir
müəllim, sənin kimi dostların qarşısında heç zaman
utanmamışam. Əvvəllər balaca ət dükanında işlə-
yirdim, sonra keçdim sklada. Birdən evə - eşiyə bir
şey lazım olar, deməzsən inciyərəm, sən öl.
ŞAKIR: - Natiq neçədə oxuyur?
NƏCƏF: - Bu il 9 – u qurtarır. Bir az riyaziy-
yatdan axsayır. O günü Davud müəllim deyib ki,
sənə qiymət versəm əllərimi kəsərəm. Dedim əlini
niyə kəsir, a bala, bir quzu apararsan kəsər.
ŞAKIR: - Hə bir az tərs adamdı o Davud. Bəs
o birilərdən nə alır?
NƏCƏF: - Vallah üç də alır, dörd də. Düşəndə
lap beş alır. Dünən idmandan beş alıb. Deyirəm a
bala çalışsan o birilərdən də alarsan. Deyir dədə,
_______________Milli Kitabxana___________________
133
məndən hərəkət, səndən bərəkət. Çox gözüaçıq
uşaqdı, maşallah.
ŞAKIR: - Əşşi üçə, dördə medal verəllər? Gə-
rək bütün qiymətləri beş olsun.
NƏCƏF : - Təpin müəllimlərə, Şakir müəllim.
Təpinməsən heç bir uşaq öz zoruna bütün
dərslərdən beş ala bilməz, canın haqqı.
VAQONDA SÖHBƏT:
ŞAYƏSTƏ: - Zəlihə, sən doğru deyirsən. Axı
necə olur ki, orta məktəbi qızıl medalla bitirən bir
uşaq ali məktəbə girə bilmir?!
ZƏLIHƏ: - Hətta iki alır. Dünən beş aldığı bir
fəndən bu gün iki alır. Tutasan ona beş verən
müəllimin yaxasından, deyəsən tfu sənin üzünə.
Afət: - Bəs niyə demirsiniz? Axı biz bunu de-
məliyik. Tüpürməliyik o müəllimlərin sifətinə. Bu
bizim təkcə müəllimlik deyil, həm də vətəndaşlıq
borcumuzdur.
ŞAYƏSTƏ: - Hələ duza gedən vaxtımızdır.
AFƏT: - Mən duz zad bilmirəm, tüpürəcəm o
adamların sifətinə.
ŞAKIRIN EVINDƏ SÖHBƏT
NƏCƏF: - Yaxşı daha gecdi. Mən gedim.
Gecən xeyrə qalsın, Şakir müəllim.
_______________Milli Kitabxana___________________
134
ŞAKIR: - Xoş gəldin, xoş gəldin. Narahat ol-
ma, hər iş öz qaydasında gedəcək. Natiqi instituta
da özüm aparacam, yaxşı tanışlarım var.
(Nəcəf gedir. Şakirin evində işıq sönür.)
VAQONDA SÖHBƏT
AFƏT: - Vağzalın işıqları görünür. Biz çatdıq
Şayəstə, sənə yaxşı yol. Tez – tez məktub yaz. Uğur
olsun...
Pərdə
III PƏRDƏ
V ŞƏKIL
Məktəbli Rəna ilə Mahir söhbət edə - edə
gəlirdilər.
RƏNA: - Insaf da yaxşı şeydir. Məgər Natiqə
medal vermək olar? Bu ki, cinayətdir. Natiq adi
kvadrat tənliyi həll edə bilmir.
MAHIR: - Sən kvadrat tənliyi deyirsən. Natiqə
desən ki, bax, bu iki eşşəyin arpasını böl , deyər
bölə bilmərəm. O gün deyir ki, sizin acığınıza
medal da alacam, instituta da girəcəm. Deyirəm
daha bizim acığımıza niyə?! Istəyirsən get lap aka-
Dostları ilə paylaş: |