8
I H SSƏ
. AZƏ
RBAYCANDA BANKÇILIQ
I FƏ
S L. MAL YYƏ
S STEM
Hər hansı bir ölkədə iqtisadi vahidlər (ev idarələri, şirkətlər və dövlət)
gəlirlərinin hamısını istehlak xərclərinə yönəltmirlər. Onlar gəlirin bir hissəsini
yığıma və ya investisiyaya ayırırlar. qtisadi vahidlərin ən vacib məqsəd-
lərindən biri də gündəlik istehlak ehtiyaclarını artırmaqdır. Ancaq iqtisadi
vahidlərin bugünkü istehlaklarını artıra bilmələri üçün gələcəkdəki istehlak
imkanlarından daha çox fədakarlıq etməyə hazır olmaları lazımdır və ya eyni
ifadəni tərsinə söyləsək, şəxslərin bu gün müəyyən bir istehlak miqdarından əl
çəkmələri onlara gələcəkdə, bu gün əl çəkdiklərindən daha çox həcmdə istehlak
imkanı vəd edir. Bu çoxluğu isə faiz həddi müəyyənləşdirir. Məsələn, bir şəxsin
bugünkü 100 manatlıq istehlakından əl çəkməsi ona bir il sonra 120 manatlıq
istehlak imkanı təmin edirsə, deməli, faiz nisbəti 20%-dir (inflyasiyanı nəzərə
almadan).
Ümumiyyətlə, hər hansı bir ölkənin iqtisadi artımı o ölkədə yaradılan xa-
lis real aktiv investisiyaların cəminə bağlıdır. Bu aktiv investisiyanın maliyyə
qaynağını isə ölkə daxilində cəlb edilmiş yığımlar ilə ölkə xaricindən gətirilən
sərmayə fondları təşkil edir. Yığım ilə investisiya arasında qarşılıqlı əlaqə var-
dır. Yığım olmadan investisiyanın gerçəkləşdirilməsi mümkün deyildir, eyni
zamanda investisiya imkanları və şəraiti olmadığı halda, iqtisadi anlamda yığı-
mın da toplanınası qeyri-mümkündür. Modern iqtisadi sistemlərdə, yığım
sahibləri ilə investisiya qoymaq istəyənlər, adətən, müxtəlif şəxs və ya qruplar-
dır. Bu səbəblə də müəyyən kəsimləri və gerçəkləşdirdikləri yığımların toplamı
ilə başqa kəsimləri planlaşdırır investisiyaların toplamının bərabər olması,
gerçəkləşməsi ideal sayıla biləcək bir haldır.
Ümumiyyətlə, ölkənin iqtisadi artımı yığım (investisiya) miqdarına bağ-
lıdır. nkişaf etməkdə olan ölkələr yoxsul olduqlarından, onların yığımları da
azdır. Sadəcə bu yığımlara əsaslanıb investisiya qoymaq ölkənin iqtisadi in-
kişafını təmin edə bilməz və ya yetərli olmaz. Bu səbəbdən də inkişaf etməkdə
olan ölkələr ölkənin iqtisadi infişafını sürətləndirmək məqsədilə xarici sərma-
yədən (xarici yığımlardan) yararlanmaq istərlər. Ümumiyyətlə, xarici sərmayə
bir ölkəyə: özəl xarici sərmayə investisiyası və xarici kredit olmaqla iki for-
mada gəlir.
Yığım fərdin pul gəlirinin istehak üçün sərf edilməmiş hissəsidir. Şəxslə-
rin məlum bir dönəmdə əldə etdiyi cari gəlir (Ce) iki bölümdən ibarətdir: yığım
(T) və cari xərclər (He). Bunu riyazi şəkildə belə göstərmək olar: Ce = T + He.
9
Cari gəliri sabit olaraq qəbul etsək, o zaman şəxslərin yığımı cari
xərclərin böyüklüyünə bağlı olacaqdır. Cari xərclərin toplamının cari gəlirə
bərabər olduğu və ya bu gəlirdən yüksək olduğu bir halda şəxsi yığım sıfır və
ya mənfi olur. Hər hansı bir ölkədə toplanan yığımın qaynağı şəxs və
qurumların gəlirləridir. Yığım qabiliyyəti şəxsin gəlir səviyyəsinə bağlıdır.
Yığımetmə arzusu haqqında isə müxtəlif amillərdən söz açıla bilər:
1. gözlənilməyən bir hadisəyə qarşı xərclərə hazırolma (xəstəlik, ani fəla-
kət və s.);
2. gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan iri xərclər üçün bu gündən
pul yığmaq (səyahətəçıxma, ev və ya avtomobilalma, uşaqlarının məktəb
xərclərini maliyyələşdirmək və s.);
3. iş qurma məqsədini gerçəkləşdirmək üçün hazırlıqgörmə;
4. maliyyə varlığı əldəetmə arzusu;
5. yüksək bir gəlirə sahibolma arzusu.
Klassik və neoklassik iqtisadçılara görə yığım faizin bir funksiyasıdır.
Yüksələn faiz qiyməti, yığım meylini artıraraq məcmu yığım həcmini şişirdir.
Faiz nisbətində azalma isə yığım həcmində azalmaya yol açır.
nvestisiya definisiyası və investisiyanın stimullaşdırılmasına təsir edən
amillər. Hər hansı bir dönəmdə iqtisadiyyatda istehsal edilən məhsulun (output)
yeni quruluşlar, yeni dayanıqlı təchizat və inventardakı dəyişmələr şəklindəki
qisminin dəyərinə investisiya deyilir və ya investisiya gələcəkdəki istehlakı
artıra bilmək məqsədilə bugünkü istehlakı qısmağı lüzumlu qılmaqdadır. Qeyd
edək ki, daxili və xarici kapital investisiyaları praktikaya keçiriş şəklinə görə iki
cür ola bilər. Belə ki, investisiyanın yatırıldığı daşınar qiymət və ya maddi
dəyər ya ilk dəfə yaradılır, ya da əvvəldən mövcuddur. Daxili və xarici
investorun bir ölkədə fabrik inşa etdirməsi və ya yeni çıxardılan hissə sənədinin
(səhmi) satın alınması birinci, daha öncə inşa edilmiş bir fabrikin satın alınması
və ya kapital bazarında alım-satım predmeti olmuş bir daşınıq qiymətin
mülkiyyətinin əldə edilməsi isə ikinci qrupa misaldır. Daha öncə qurulmuş olan
bir fabrikin xarici sərmayədar tərəfindən alınması, yeniləşmə və ya geniş-
ləndirmə məqsədli ola bilər. Bununla bərabər, mövcud bir fabrik, bina və ya
təsisin satın alınması, fərdi şəkildə investisiya olmaqla birlikdə, makroiqtisadi
nöqteyi-nəzərdən investisiya sayılmaz. Çünki bu əməliyyat, əgər yeniləşmə və
genişlənmə məqsədli investisiya deyilsə, yəni istehsal tutumunu artırmırsa,
sadəcə olaraq mövcud təsisin dəyişdirməsini təmin etməkdədir. Eyni şəkildə,
səhm, maliyyə bonusu, xəzinə bonusu, dövlət istiqrazı kimi maliyyə varlıqla-
rının satın alımı da, iqtisadi mənada, investisiya sayılmaz; bu investisiyalar
maliyyə investisiyalarıdır. Burada əlavə bir dəyər yaradılmadığı kimi, fərd
sadəcə olaraq əlindəki varlığın şəklini dəyişdirməkdədir.
Birləşmiş Millətlər Təşkilatı (BMT), investisiyaları 1953, 1968 və 1993-
cü illərdə Milli Hesablar Sistemi (System of National Accounts – SNA) içində
təsnif etmişdir. 1993-cü ildəki SNA, BM, OECD, IMF, IBRD və Avropa Top-