Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə3/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   2   3   4   5   6   7   8   9   ...   230

 

 



mişdir. Makroiqtisadi tənzimləmə potensialını və siyasətin çevikliyini artırmaq 

üçün  Mərkəzi  Bank  haqqında  Qanuna  dəyişikliklər  edildi.  Bunun  əsasında 

Mərkəzi Bank sistem əhəmiyyətli müəssisələr və bankların maliyyə vəziyyətini 

stabilləşdirmək məqsədilə 2009-cu ildə Ümumi Daxili Məhsulun təxminən 5%-

i  səviyyəsində  likvidlik  inyeksiyası  həyata  keçirdi.  Bu  yardım  onların  xarici 

borclarının restrukturizasiyasına və maliyyə vəziyyətinin stabilləşməsinə imkan 

verdi. 

Azərbaycanın  monetar  orqanı  –  Mərkəzi  Bank  maliyyə  sisteminin  in-



kişafına, o cümlədən bank sektorunda beynəlxalq standartların və maliyyə əmə-

liyyatlarının innovativ xidmət və məhsulların tətbiqinə xüsusi diqqət yetirir və 

bu  istiqamətdə  məqsədyönlü,  sistemli  və  ardıcıl  layihələr  həyata  keçirir.  Bu 

kitabda  Azərbaycan  Respublikası  Mərkəzi  Bankın  fəaliyyəti  geniş  tədqiq 

edilmişdir.  

Bank rəqabətinin güclənməsi, bank xidmətlərinin çeşidinin artırılması, in-

vestisiyaların genişlənməsi və bank xidmətləri bazarında bu kimi digər meyil-

lərin artması bankları müxtəlif mənbələrdən vəsait cəlb etməkdə maraqlı edir. 

Belə  bir  şəraitdə  əmanətçilərdən  cəlb  edilmiş  vəsaitlərinin  etibarlı  qorunması 

xüsusi aktuallıq kəsb edir. Bu məqsədlə əmanətlərin sığortalanması mexanizm-

lərinin  yaradılması üçün görülən tədbirlərin nəticəsi olaraq 29 dekabr 2006-cı 

ildə  “Əmanətlərin  sığortalanması  haqqında”  Azərbaycan  Respublikasının 

Qanunu qəbul edildi. Azərbaycan Respublikasında əmanətlərin sığortalanması 

sisteminin  yaradılmasının  məqsədi  banklar  və  xarici  bankların  yerli  filialları 

ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul və-

saitinin  itirilməsi  riskinin  qarşısını  almaq,  maliyyə  və  bank  sisteminin  sabit-

liyini və inkişafını təmin etməkdir.  

Təsadüfi  deyildir  ki,  qlobal  maliyyə  böhranının  ən  aktiv  fazasında  belə 

Azərbaycanın  bank  sisteminə  xarici  kapitalın  axını  dayanmamışdır.  Azərbay-

canın yerli bankları da aktiv surətdə xarici bazarlara çıxmaqdadır.  

Bu gün Azərbaycan banklarının xarici ölkələrdə 2 törəmə bankı - 1 filialı, 

6 nümayəndəliyi fəaliyyət göstərir. Bankların xarici maliyyə bazarlarında fəaliy-

yətinin  aktivləşməsi  və  nüfuzunun  artması  onların  beynəlxalq  reytinqin 

alınmasına marağını artırmışdır. Belə ki, təkcə ötən il bank beynəlxalq reytinqə 

malik olmuş və qlobal böhran şəraitində reytinq səviyyəsini qoruyub saxlamışdır. 

Kitabında  beynəlxalq  standartlara  uyğun  müasir  və  rəqabətə  dözümlü 

Azərbaycan  maliyyə-bank  industriyasının  müasir  vəziyyəti  və  perspektivləri 

haqqında elmi cəhətdən əsaslandırılmış məlumatlar yer alır.  

Bank  fəaliyyətinə  aid  mövzuların  tədqiqi,  özəlliklə  qlobal  maliyyə 

böhranından  sonra  Mərkəzi  Bankın  məqsəd  və  vəzifələri;  elektron  ödəniş 

sistemlərinin  fəaliyyətinin  təhlükəsizliyi;  bank  fəaliyyətinin  təşkili,  idarə  edil-

məsi,  təşkilati  strukturu  və  reqlamenti;  bank  öhdəliklərinin  formalaşması  və 

onların strukturunun optimallaşdırılması, öhdəliklərin mənbələrinin keyfıyyətcə 

səmərəli idarə olunması və bank kapitalının ölçülməsi qaydası; bank aktivlərin 




 

 



təhlükəsizliyi; bankların kassa əməliyyatları və nağdsız hesablaşmaların həyata 

keçirilməsi şərtləri; banklarda kreditlərin verilməsi proseduru; bank sistemində 

risklərin idarə edilməsi prosesi; bank tərəfindən kredit sifarişlərinin qiymətlən-

dirilməsi meyarları; bankların qiymətli kağızlar bazarında investisiya fəaliyyəti; 

beynəlxalq  bank  işi  və  bankların  valyuta  əməliyyatları;  banklarda  marketinq 

planı  və  maliyyə  internet  xidmətlərinin  təkmilləşdirilməsi,  bank  sistemində 

gəlirlərin  formalaşması  və  onlardan  istifadənin  qiymətləndirilməsi  kimi  möv-

zular bankçılıq elmində tədqiqat obyekti kimi xüsusi əhəmiyyət kəsb edir və bu 

cəhətdən  yuxarıda  qaldırılan  bütün  sualların  cavabı  kitabda  ətraflı  şəkildə 

açıqlanmışdır.  

Kitabın  metodoloji  və  nəzəri  əsası  iqtisadi  nəzəriyyənin,  maliyyə  və 

kredit  nəzəriyyəsinin  müddəaları,  maliyyə  hüququ,  Azərbaycan  Respubli-

kasının maliyyə-bank institutlarının fəaliyyətini tənzimləyən qanunlar və Azər-

baycan  Respublikası  Mərkəzi  Bankının  bankların  fəaliyyətinə  dair  hazırladığı 

Normativ xarakterli sənəd və təlimatlar təşkil edir. Tədqiqat zamanı Azərbay-

can  Respublikası  Mərkəzi  Bankının  elmi-tədqiqat  nəşrlərindən  istifadə  olun-

muşdur.  

Ə

ldə edilmiş nəticələr Azərbaycan maliyyə və bankçılıq iqtisad elmində 



ilk  icmal  məlumat  əsəridir.  Kitabdakı  mövzuların  işlənməsi  prosesində  xarici 

təcrübədən  istifadə  olunmuş  və  anlayışların  izahlı  şərhi  müasir  Azərbaycanın 

bank sistemi təcrübəsinə əsaslanaraq verilir.  

Azərbaycan ali məktəblərində «Maliyyə və bankçılıq» ixtisası üzrə tədris 

planına  daxil  edilmiş  «Bank  işi»  kurslarının  tədrisində  istifadəsi  məqsədəuy-

ğ

undur. 



Ümumilikdə,  kitab  geniş  oxucu  auditoriyası,  xüsusən  də  maliyyə  və 

bankçılıq  məsələrilə  məşğul  olan  mütəxəssislər,  «maliyyə»,  «dünya  iqtisa-

diyyatı»,  «mühasibat  uçotu  və  audit»  ixtisasları  üzrə  tədris  edən  müəllimlər, 

təhsil alan bakalavr, magistr və doktorantlar üçün nəzərdə tutulan elmi nəzəri 

və praktiki nəşrdir. 

Mövzuların öyrənilməsi prosesində tələbələri dünya təcrubəsi kontekstin-

də Azərbaycanda bank sisteminin stabil və təhlükəsiz fəaliyyətinin təmin edil-

məsi və tənzimlənməsi prinsipləri, qaydaları və normaları əks etdirən normativ 

sənədləri ilə tanış edəcək və bütövlükdə onlara bank işi haqqında kompleks bi-

lik və informasiya veriləcəkdir. 

«Bank işi» fənninin tədrisində əsas məqsəd - Azərbaycanda bank sistemi-

nin hüquqi bazasının, iqtisadiyyatda bank xidmətlərinin rolunu, bank sisteminin 

stabil və təhlükəsiz fəaliyyətinin təmin edilməsi Mərkəzi Bankın rolunu və əhə-

miyyətini,  bankların  təşkili,  daxili  idarə  edilməsi,  fəaliyyətinin  tənzimlənməsi 

və ləğvi prinsiplərini, qaydalarını və normalarını öyrətmək və izah etməkdir. 

 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə