Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə22/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   ...   18   19   20   21   22   23   24   25   ...   63

Rüstəm Kamal 
 
82 
 
asanmı  görünür,  ay  qardaş?  Axı  sən  onunla  neçə  ildir  bir 
yastığa baş qoyurdun! Sən onun gözünün ilk ovu, qəlbinin 
ilk çiçəyi idin. İndi nə eləmək olar? Olan olub, keçən keçib. 
Ancaq  özünü  üzmə,  ay  qardaş.  Allah  sənə  insaf  versin, 
acığın tutb gözün qızışanda heç irəlini-gerini fikirləşmirsən. 
Yoxsa  mənim  sözlərimdən  inciyirsən?  İncimə,  mən  sənin 
heç  ayağına  da  daş  dəyməsini  istəmirəm.  Bacın  ölsün,  ay 
qardaş,  üzüm  ayaqlarının  altına,  özünü  üzmə.  Bilirəm 
məndən  də  yanıqlısan.  Elə  hey  fikirləşirsən  ki,  görəsən 
Şahnigarın  taqsırı  varmı,  müridlərdən  ona  əl-ayağı  dəyən 
olubmu?  Mənim  namusumu  ləkələməyiblər  ki?  O  bircə 
canına And olsun ki, mən gül kimi tərtəmizəm, ay qardaş, 
heç elə şey olarmı? Heç sənin kimi bir kişinin bacısı da pis 
yola  düşərmi?  Özünü  üzmə,  dərdin  alım,  məndə  heç  nə 
yoxdur. Sən xasiyyətimi bilmirdinmi, elə uşaqlıqdan deyib-
gülməyi  sevmirdinmi?  Başım  batsın,  bir  az  lateyr 
danışmağı,  şit-şit  zarafat  etməyi  tərgidə  bilmirdim.  Nə 
eləyim, allah verən xasiyət idi. Bir də görüm tanrının gözü 
tökülsün,  pis-yaxşı  bir  kişiyə  ərə  getmişdim.  Onu  vaxtsız 
əlimdən  almasaydı,  bəlkə  bu  işlər  başıma  gəlməzdi.  Yoxsa 
sözlərimdən  incidin,  ay  qardaş,  niyə  qaşqabağını 
turşaltdın?  Mən  sənin  dərdini  artırmağa  gəlməmişəm. 
İstəyirəm  hər  şeyi  bilib  bir  az  yüngülləşsən.  Yoxsa 
peşmançılıq  çəkirsən,  mənim  ölümü-mə  dözmürsən?    Heç 
elə şeyi ağlına da gətirmə, ay qardaş, mənim səndən başqa 
kimim  var?  Heç  səndən  inciyərəmmi?  Lap  xəncərlə  tikə-
tikə doğrasan da uf deməzdim, o handa da güllə ola. Dərdin 
alım,  elə  şey  nədir  ki,  ondan  ötəri  fikir  eləyirsən,  bir  bacı 
bir qardaşa qurbandır. Mənim min canım olsaydı, təzədən 
sənə qurban deyərdim. Ürəyinə heç nə gəlməsin, ay qardaş, 
mən  səndən  zərrə  qədər  incimirəm.  Amma  yaman 
insafsızsan.  Qanqallar  dizimə  dolanda,  mən  ufuldayıb 
ağlayanda, atını saxlayıb bircə kərə halımı da soruşmadın».  


Rüstəm Kamal 
 
83 
 
Cahandar  ağa  dözə  bilmədi.  Üzünü  əlləri  ilə  qapayıb 
ağzı  üstə  döşəndi.  Birdən  saçında  bir  əlin  gəzdiyini  hiss 
etdi. 
- Dərdin  ürəyimə, niyə ağlayırsan? 
Cahandar 
ağa 
dinmədi. 
Hıçqırığını 
boğmağa 
çalışdığından, çiyinləri qalxıb-endi. 
-  Elə  eləmə,  yoxsa  özümü  öldürərəm.  Di  yaxşı,  bəsdi, 
məni də ağlamaq tutur. 
Cahandar ağa başını yuxarı qaldırdı. Qızarmış gözlərini 
bacısının üzünə zillədi: 
- Keç günahımdan, Şahnigar, mənə halal elə. 
Şahnigar duruxdu. Cahandar ağa onun buz kimi soyuq, 
şüşə  kimi  cansız,  heç  nə  ifadə  etməyən  gözlərini  gördü. 
Arvad  elə  bil  birdən-birə  dəyişdi.  Onun  baxışlarında 
anlaşılmaz  bir  ifadə  yarandı  və  daş  kimi  donub  qaldı. 
Cahandar  ağa  bunun  qəzəbmi,  yalvarışmı,  inciklikmi, 
məzəmmətmi, ya da süstləşdiyindən heç bir məna verməyən 
bir baxışmı olduğunu anlaya bilmədi. Əlini uzadıb bacısını 
qucaqlamaq  istədi.  Ancaq  Şahnigar  duman  içində  geri, 
qapıya doğru çəkildi və narazılıqla başını buladı:  
- Yox, yox, dərdin alım, adam ölü ilə öpüşməz…» 
Əski  inanclara  görə  ölü  ilə  öpüşmək  (V.Proppda:  «ölünün 
yeməyini  yemək»  motivi  həmin  semantik  sıradandır)  ölülər 
dünyasına daxil olmaq, ölülər sırasına qatılmaqdır.  
İsmayıl  Şıxlı  üçün  yuxu  simvolik  bilgi  kimi  olacaqları 
bildirir.  Onun  inanc  yaddaşında  iki  gerçəklik  var:  xatirə  və 
yuxu  хатиря  кечмишин  эятирдийи  хябярся  йuxu  qeyb 
aləmindən  gələn  xəbərdir.  «Ölən  dünyam»da  Ömər  Koxaya 
ölümü  yuxusunda  əyan  olur  və  oğlu  Şamili  yanına  çağırıb: 
«Bilirəm.  Yuxumu  da  görmüşəm.  Mən  bir  azdan  şər 
qarışanda  haqq  dünyasına  qarışacam…»-дейир.  «Ölən 
dünyam»dakı  hadisələr,  personajlar  ona  yuxusunda  əyan 
olmuşdu.  (Bu  fikri  yazıçının  oğlu  Elçinlə  paylaşanda  mənə 
söylədi  ki,  İsmayıl  müəllimin  xəstəlikdən  gözləri  tutulmuşdu, 


Rüstəm Kamal 
 
84 
 
özü  yaza  bilmirdi,  yuxudan  ayılanda  evdə  əlinə  kim  keçsəydi, 
onu  çağırıb  romanı  diqtə  edərdi).  Deməli  sonuncu  romanı 
(Ölən dünyam) yuxugörmə aktı ilə bağlı idi.   
«Ölən dünyam» İsmayıl Şıxlının bəlkə də ən mistik əsəri вя 
sonuncu  «böyük»    yuxusu  idi.  Burada  bəyliyin  faciəli  tarixi, 
аталарын  заманы  ruhlar  dünyası,  kölgələr  səltənəti  kimi 
yaşanılır  və təqdim olunur. Бу йуху - роман бялкя Исмайыл 
Шыхлынын  əcdadlarla  əlaqə  saxlamaq,  təmasa  girmək  цчцн 
sonuncu imkanı idi?!  
 
 


Rüstəm Kamal 
 
85 
 
YUSİF SƏMƏDOĞLU: 
QEYB ALƏMİNİN SƏSİNİ EŞİDƏN ADAM 
 
Yusif  Səmədoğlunun  əsərlərini  yenidən  oxudum.  Səmimi 
deyirəm:  elə  bildim  ki,  «Tibet  ölülər»  kitabını  varaqlayıram. 
Hər  ikisində  ruhun  “bu  dünya”dan  “o  dünya”ya  "marşru-
tundan",  insanın  son  mənzilindən  danışılır.  "Tibet  (eləcə  də 
Misir) ölülər kitabı"nda və Yusif Səmədoğlunda ölüm və yuxu 
insan həyatında ən real hadisələrdir. 
Y.Səmədoğlu  nəsrində  "ölüm"  və  "yuxu"  özünəməxsus 
metaforalardır.  O,  qəhrəmanlarını  "sürəkli  və  narahat  yuxuya" 
hazırlayır.  Məhz  yuxular  ömür-ölüm  məkanının  sərhədlərini 
şəffaflaşdırır. 
Hadisələrin  bədii  dərkində  yuxu  bir  struktur  elementi  kimi 
personajların  mistik-irrasional  plana  daxil  olmasıdır.  Bu 
mənada,  əsərlərin  süjeti  "yuxu  (ölüm)  -  həyat  -  ölüm"  sxemi 
üzrə qurulur. 
Yusif  Səmədoğlu  nəsri  bütövlükdə  ölüm  ərəfəsi,  ölümün 
mistik-vahiməli  ov-qatı  haqqındadır-ona  görə  də  bədii  mətnin 
mistik energetikasını hiss edirsən. 
Ölüm və yuxu ömrün bütün yaşam-yaşantı mərhələlərini bir 
anlığa,  bir  göz-qırpımında  nəzərdən  keçirməyə,  xatırlamağa 
imkan verir. Ölüm - yazarın (təhkiyəçinin) bizə həyat haqqında 
gerçək  söyləmək  istədiklərinin  təsdiqidir.  Olüm  və  yuxu  - 
qəhrəmanların  son  imkanıdır  (ədəbiyyatdır).  Epiqraflarbu 
müdhiş  həqiqəti  bəyan  edir:  "ölüm  var,  ölümdü,  ölüm  də  var 
zülümdü"; "yolun haradır, qardaş/son mənzilədir, bacım." 
Y.Səmədoğlu  nəsrimizdə  Ə.Haqverdiyev  kimi  metafizik 
şairlərimizdən  biridir,  çünki  qaldırdığı,  təsvir  etdiyi  məsələ 
metafizika  insan-ölüm  problemidir.  Ölüm  (alın  yazısı,  yuxu, 
qəzavü-qədər) bu metafizikanın mühüm kateqoriyasıdır. 
Y.Səmədogluda  yuxu  insanın öz ölülərini görmə  imkanıdır. 
Yuxu aktı qəhrəmanlara ömrü və ölümün mənasını və obrazını 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə