Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə19/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   ...   15   16   17   18   19   20   21   22   ...   63

Rüstəm Kamal 
 
71 
 
Bütün  “evlərin” coğrafi  yeri  məlum olsa da, əslində gerçək 
xatirə topoqrafiyasını ifadə edir: 
 
Kişi vardı kəndimizdə ilk işıq çəkən, 
Evi vardı düz vağzalın girəcəyində. 
 
Ata evi, qonşu evi (“Bizlə qonşu evin tək arasında // “Kiçik 
arx”  adlanan  bir  çay  keçərdi...”),  Ağstafadakı,  Qazaxdakı, 
Bakıdakı  evlər...  onun  tərcümeyi-halına,  ömrünə  yazılmış 
məkanlardır.  Başlyar  yazır:  “Xatirələr  vasitəsi  ilə  valideyn 
evinin    bizdə  fiziki rəsmi çəkilmişdir. O, bir sürü vərdişlərdən 
ibarətdir...  Bütövlükdə  götürüldükdə  valideyn  evi  həyatımız 
boyu  bizdə  müxtəlif  yaşayış  funksiyalarını  müəyyənləşdirir. 
Biz  həmin  yaşayış  funksiyalarının  diaqramıyıq:  ev  və  başqa 
evlərin 
hamısı 
bir 
fundamental 
mövzunun 
yalnız 
variasiyalarıdır”. 
 
     Kəndin əvvəlində kiçik daş bina 
 
Bütün  evlərin  ilkin  modeli  -  arxetipi  -  dədə-baba  ocağıdır, 
“kiçik daş bina” bütün evlər həmin obrazdan törəmədir: 
Bu “ev”in əlamətləri: “könüldə genişlik, süfrədə bolluq”dur, 
nənə  nəvazişi,  uşaq  ərköyünlüyü,  ata-ana  tənbehi  və  sığalı 
haqqında xatirədir. Bu “ev”in çırağı, işığı sönməməlidir, çünki 
evdə  mərhumların,  əcdadların  ruhları  yaşayır.  “Ev”  -  halal 
xatirələrin  qorunduğu  mənəvi-ruhi  maddi  yaddaş  məkanıdır, 
xəyal-fikir dünyasıdır. 
 
Nələr xəyalımın keçir önündən,  
Xatirə həm şirin, həm də ki, acı. 
Köhnə həyətimizin həyətində mən 
Bir ağac əkmişdim, armud ağacı... 
 


Rüstəm Kamal 
 
72 
 
Hüseyn  Arif  yaradıcılığında    “ev”  (ata  yurdu)  ata  işarəsi 
altındadırsa,  “həyət”  (“bağ”)  ana  ilə  bağlı  dünyanı  təmsil  edir 
(“Ana hərarətli, bala ətirli // Ağaclar içində bir ağacım var...”). 
Ümumi  mənada  “həyət”  duyğusu  həm  maddi  dünyanın 
təzahürü,  h\m  də  təbiətdir,  varlığın  simvolik  –  vegetativ 
formasıdır.  Ona  görə  də    “bağ”ın,  “həyət”in  məkan  sırasına 
meşəni, tarlanı-çölü də aid etmək olar. “Bağ”ın mühüm əlaməti 
onun  təbiiliyi,  açıqlığı,  qayğı  tələb  etməsi,  müdafiəsiz  olması 
və ana obrazı ilə əlaqələndirilməsidir. 
“Həyət”  –  uşaqlığın  cənnət  məkanı,  ətraf  mühitlə  ilk 
anlaşma,  “dil  tapma”  təcrübəsidir.  Psixoloji  planda  isə  ruhun 
infantil (cocuq) durumu ilə bağlıdır.  
Hüseyn Arifdə məkan obrazının strukturuna dərindən diqqət 
yetirilsə, 
vertikalın 
üst 
nöqtəsinin 
psixi 
bütövlüyün 
«yuxarısına»,  alt  nöqtəsinin  isə  «aşağısına»  uyğun  gəldiyini 
görərik.  
K.Q.Yunq  insan  psixakısının    strukturunu  təsvir  edərkən 
«ev»  metaforasından  yararlanır:  böyük  filosof-psixoloq  yazır 
ki,  obrazından:  «bizim  məqsədimiz  üst  mərtəbəsi  XIX  əsrdə 
tikilmiş,  yalnız  birinci  mərtəbəsi  XVI  əsrə  aid  olan  bir  binanı 
təsvir  etmək  və  onu  izah  etməkdir;  ancaq  divarı  dərindən 
araşdırarkən  bu  binanın  X  əsrin  əski  yaşayış  qülləsindən 
tikilməsi  aydın  olur.  Zirzəmidə  Roma  işğalları  zamanına  aid 
olan  özül  divarı  aşkar  edirik,  zirzəminin  altında  isə  içi 
doldurulmuş mağara, üst layında daş silahlar, daha dərin layda 
-  o  dövrün  fontan  qalıqlarını  tapırıq.  Ruhumuzun  strukturu 
təxminən belə görsənir». 
K.Yunqa 
görə, 
«yuxarı-aşağı» 
qarşıdurması 
əslində 
energetik  bazadır,  belə  bir  bazanın  olduğu  yerdə  hadisə şəraiti 
və  inkişaf  imkanı  yaranır,  çünki  qarşıdurmalar  arasında 
gərginlik tarazlığa və balanslaşmaya meyllidir. 
Psixi  sferalar  bir-birindən  arasında  sərhəd  «mərtəbələr»lə 
ayrılır, «aşağıdan» «yuxarıya» qalxma «psixi binanın» müxtəlif 


Rüstəm Kamal 
 
73 
 
mərtəbələrini  birləşdirən  pillələr  vasitəsilə  baş  verir:  H.Arif 
üçün  «pillə»,  «mərtəbə»  obrazları  ruh  məkanının  metaforik 
təsvirinə yarayır.  
 
Daş evlər, daş divarlar 
Bir-birinə çataqlı,  
Daş örğüklər, hasarlar 
Neçə yerdən suvaqlı, 
Neçə yerdən yamaqlı, 
Yeyilmiş daş pillələr … 
 
«Pillələrlə  qalxmaq»  həyatda  yüksəlmə,  arzuya  çatma 
metaforasıdır. 
“Yüksəklik” («yuxarı») etik  anlam olmaqla  yanaşı,  həm də 
estetik dəyərə malikdir. H.Arif estetikasında zirvədə olan, qərar 
tutan  nə  varsa,  gözəldir:  Koroğlu  qalası  («O  qarlı  zirvədə 
görünən  qala//Koroğlu  qalası adlanır, oğul»), qayada qartal 
yuvası, Şuşa da … dağ kəlinin ölümü də… 
 
Elə ki, vaxtını bilir dağ kəli, 
Dərəyə, təpəyə, döşə burulmur. 
 
Zirvədə buz üstə ölür dağ kəli, 
Torpağa yük olmur, daşa yük olmur… 
 
Şairin  ç  sevib  təsvir  etdiyi  kənd  yuxarıda  yerləşir  –  dağ 
kəndi deyilmi? («Dağ kəndi… kiçik daxma//üç qardaş, // bir 
də ana…»).  
Yurdun  yuxarıları  –  Murov,  Gülgül,  Şuşa,  Qoşqar…  zirvə 
ilə  aşağılar  –  Ceyrançöl,  Borçalı…  («Borçalı  çökəyi  uludan 
ulu») çökəkliklə bağlı məkanlarıdır.   
Günəşə  ən  yaxın  təbiət  (mifoloji)  obyekt  dağdır.  «Həsən 
Qaranın nağılı»nda Günəş xatun  dağ zirvəsinə qalxır). 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə