Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə24/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   ...   20   21   22   23   24   25   26   27   ...   63

Rüstəm Kamal 
 
89 
 
simvolik  mübadilə  vasitəsidir.  "Bayatı-Şirazda"  hardansa  iki 
naməlum şəxs gəlib Səbzəliyə kontrabas çaldırıb pul verir. 
"Qətl  günü"ndə  Zülfüqarın  əmisi  qızına  dəfnə  gedən 
qohumlardan biri ilə yüz rmanat göndərilir. 
İncəli Çərkəz son nəfəsdə arvadı Sayalı  ilə Bakıdan gəlmiş 
"ölü dirildən" həkimə pul göndərir: 
"- Az, orda nə qədər pulumuz qalıb? 
- Yetmiş manat. 
-  İyirmisini  saxla.  Əliisini  götür,  aparo  həkimə  (...) 
Deyirsən  tanıdı  məni?  (...)  Sayalı  arvad  stolun  altındakı 
köhnə çamadanı açdı, içindəki mələfələrin, döşəkağılarının 
arasından  pulları  çıxardı,  sayıb  əlli  manat  götürdü..." 
("İncə dərəsində yaz çağı"). 
Sarı  hamam  mifoloji  semantik  baxımdan  yolayrıcına,  yol 
qırağında  məzara,  dağa  bərabərdir.  Cinlər-şəyatinlər  hamama 
yığışıriar. Hamam çevrilmə üçün ən əlverişli yerdir. (Məsələn, 
rus mifoloji hekayətlərində cavan oğlan hamamda ata çevrilir.) 
Hal arvadı Sarı hamamda yaşayır. 
Sarı  hamamın  gümüşü  mücrülərindən  qeyri-adi  səslər 
eşidilir.  "Hal  arvadının  cəzası  belədir:  kimi  ki  dünyadan 
vaxtsız aparıb  qara torpaq  altındakı Sarı hamama gətirir, 
qiyamət  gününə  qədər,  göydəki  günəşin  son  qızmar 
zərrəsinin  soyuyub  bu-za  dönəcəyi  ana  qədər,  bütün 
kainatın  işığı  çözəlib  sönənə  qədər  o  bəndənin  yaddaşını, 
xatirələrini  yoxa  çıxardıb  xırda-xırda  gümüş  mücrülərə 
yığır,  gecə-gündüz  torpaq  altından  qalxan  atəşlərin 
ətrafında saxlayır" ("Deyilənlər gəldi başa"). 
Yusif Səmədoğlu qəhrəmanlarını insanları otağa, kameraya, 
hotel  otağına  yerləşdirir  ki,  yəni  ölümə,  yuxuya  hazırlaşan 
personajlar öncə "bu" dünyadakı "mənzilinə" öyrəşsinlər, öncə 
yuxarıya baxıb göydə ulduz işığı axtarsınlar. 
Ömründə  ilk  dəfə  otaqda  tək  qalan  balaca  Elçinin  də 
diqqətini  cəlb  eləyən  şey  -  "başının  üstündəki  pəncərədən 
görünən  ulduzlu  göyün  parıltısı  olur".  ("Saat  işləyir"). 


Rüstəm Kamal 
 
90 
 
Çərkəzin  yatdığı  otaqda  işıqla  zülməti  pərdə  ayırır,  çünki 
artıq onun yolu zülmətədir. 
"Feldşer  Mahmud  gəldi.  İçəri  girən  kimi  yan-yörəsinə 
baxıb ucadan dedi: 
- Aaz, otaq niyə belə qaranlıqdı? 
Sayalı  arvadın  yerinə  mürgüdən  ayılmış  Çərkəz  cavab 
verdi: 
- Иşıq  olanda  ağrılarım çoxalır, dərdin  alım.  Pəncərəyə 
pərdə çəkmişik." ("İncə dərəsində yaz çağı") 
Bu  kosmosda  səslər  (təbiət  səsləri,  musiqi  səsi)  uzaqdan, 
qeyb  dünyasından,  gecənin,  qaranlığın  içindən  gəlir.  "Və  o 
ulduzlu  gecədə,  şəhərdən  çox-çox  hündürdə  udun  səsi 
eşidilmişdi." ("Astana") Hal arvadının  sarayından kaman  səsi 
gəlir.  Sarı  hamamda  heç  kəs  "hal  arvadının  özünü  görə 
bilməzdi,  səsini  eşidərdi,  hənirtisini  duyardı."  ("Deyilənlər 
gəldi başa") 
"Və  Səməndər  birdən  başa  düşdü  ki,  vədəsi  çatıb,  bu 
gecə  o  hal  arvadının  səsini  eşidəcək";  "Yenə  qulağına  ilıq 
ahənginə  çoxdan  öyrəncəli  olduğu  bir  səs  gəldi.  Səs 
pıçıldadı  ki,  Səməndər,  daha  bu  gecə  o  sarıcild  dəftəri 
açma,  özünü  müsibətdən  qoru,  çünki  müsibətli  günlərin 
hələ  qabaqdadır."  ("Deyilənlər  gəldi  başa").  "Uşkol 
dəftərləri"ndən Sədi əfəndinin ruhunun səsi eşidilir. 
"Qətl  günü"ndə  Mahmud  qarabasma  içində  şəhərdə  xəstə 
yatan qohumunun səsini eşidir və bu səsin dalına düşüb bu fani 
dünyadan  qeyb  olur.  "Bakının  müsəlman  qəbiristanında 
qara torpaq altında kəfənə bürünmüş bir qarı elə ufuldadı 
ki, o biri meyitlər də eşitdi."("Astana") 
Canavar  təlaş-qorxu  içində  uzaq  küləyin  qopardığı 
naməlum,  müdhiş  hənirtini  dinləyir  və  "yadına  salmaq  istəyir 
ki, görəsən  bu qarmaqarışıq, ancaq tanış  səsləri əvvəllər  harda 
və haçan eşidib." Bu dünyadakıların səsini Göydəkilər eşitmir. 


Rüstəm Kamal 
 
91 
 
Yerdəkilərin  Göylə  dialoqu  sanki  alınmır.  "Sayalı  arvadın 
müsibətli səsi vertolyotun uğultusuna qarışdı. 
-  Əylə,  başına  dönüm,  əylə,  ay  doxtur!  İncəli  Çərkəz 
ölüm ayağındadı. Başına dönüm, ay doxtur. O da hökumət 
adamıdı, kolxoz qurub bandit turub! Əylə!.. 
Sayalıarvad  çox  qaçdı,  amma  vertolyota  çata  bilmədi. 
Uzüqoyulu çəmənliyə yıxıldı." ("Иncə dərəsində yaz çağı") 
Pilləkən  mərhumun  o  dünyaya  yol  haqqında  təsəvvürlərlə 
bağlı obrazdır. Böyük folklorşünas V.Propp deyirdi ki, pilləkan 
dünyalar  arasında  kommunikasiya  vasitəsidir.  Bundan  başqa, 
pilləkən  tale-qədərdə  dönüş  yaradan  kulminasiya  öncəsi  kimi 
düşünülür.  Yuxularda  və  nağıllarda  yuxarı  qalxan  pilləkən 
dünyaları  birləşdirən  "ağac"  obrazının  transformasiyasıdır. 
"Səməndər  baxışlarını  pilləkən  köigəsində  ayırdı,  pilləkəni 
qalxıb  harasa  gedib  qeyb  olmaq  fikrindən  də  əl  çəkdi." 
("Deyilənlər gəldi başa") 
"...uzun  pilləkənın  aşağısında  dayanıb  yuxarı  baxırdın. 
Orada,  yuxarıda  işıq  yanırdı.  Hər  adamın  təkrarolunmaz 
nadir  yuxu  işığı  var.  Mənim  işığım  dumanlı  gündə  güclə, 
öləziyə-öləziyə yanan fənər işığına bənzər." ("Qətl günü") 
Züimətin,  qeyb  aləminin  səsini  eşidən  Yusif  Səmədoğlu 
ölümdən və yuxulardan yazmaqla bəlkə bizə ölməyi öyrədirdi, 
yuxuya getməyin estetik üsulunu göstərirdi?! 
 
 
 
 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə