20
formaların tam məhv olmasından qaçmaq və fərdi təşəbbüskarlığın müvəffəqiyyətli
fəaliyyəti üçün yeganə mümkün vasitə»dir.
8
Dəqiqi, Keyns iddia edirdi ki, dövlət məcmu
tələbə – «…iqtisadiyyatda planlaşdırılan xərclərin səviyyəsinə təsir etməklə, effektiv
makroiqtisadi tənzimlənməni, yəni iqtisadi tərəddüdləri minimallaşdırmağı təmin edə
bilər.
9
Keyns bu tənzimləmədə vergi-büdcə siyasətinin əhəmiyyətli rol oynadığını bil-
dirirdi. Yəni göstərirdi ki, multiplikator mexanizminin yardımı ilə məcmu tələbi və
ardıcıl olaraq, məcmu təklifi yüksəltmək mümkündür: «Balanslaşdırılmış büdcə multi-
plikatoru müəyyən edir ki, vergilərin artım miqdarı ilə müşayiət olunan dövlət
xərclərinin artımı məhsul buraxılışı artımı nəticəsinə gətirir».
10
Keyns nəzəriyyəsinin bu əsas xətti müxtəlif nəzəri cərəyanlar tərəfindən, əlbəttə ki,
mübahisəsiz qəbul olunmadı və ötən əsrin II yarısından etibarən fiskal siyasətin
effektivliyi ən müxtəlif prizmalardan şübhə altına alındı.
Göstərildi ki, aktiv fiskal siyasət sıxışdırma effekti yaradır: «Fiskal müdaxilə
zamanı – dövlət xərclərinin artımı investisiya səviyyəsini azaldanda sıxışdırma effekti
yaranır».
11
Daha doğrusu, diqqətə çatdırıldı ki, fiskal müdaxilə ilə (dövlətin xərclərinin
və vergilərin artımı ilə) real gəlirlərin artımı real pul qalıqlarına tələbatı, bu artım isə faiz
dərəcəsinin yüksəlməsini şərtləndirir.Faiz dərəcəsinin yüksəlməsi isə planlaşdırılan
investisiya xərclərini – məcmu tələbi, gələcək məhsul buraxılışını azaldır.
Büdcə məhdudiyyəti faktorunun nəzərə alınması, rasional gözləmələr və s.
konsepsiyalar da bu və ya başqa aspektlərdən fiskal siyasətin səmərəliliyini qəbul
etmədilər və başqa fundamental nəzəri cərəyanlar da vergitutmanın təkcə iqtisadi
tərəddüdləri minimallaşdırması xarakterizəsi ilə məhdudlaşmadılar. Doğrudur,
vergitutmaya aid ən müasir nəzəri baxışların bir çoxu Keyns yanaşmasını tam təkzib
8
Кейнс
Дж.М. Обшая теория занятости, процента и денег. М.: 1949, 367 с.
9
Фишер
С., Дорнбуш Р., Шмалензи Р. Экономика, М.: 1999, 454 с.
10
Фишер
С., Дорнбуш Р., Шмалензи Р. Экономика, М.: 1999, 518 с.
11
Фишер
С., Дорнбуш Р., Шмалензи Р. Экономика, М.: 1999, 556 с.
21
etmirlər və göstərirlər ki, «Tsiklik tərəddüdlərə nəzarət və iqtisadi artımın təminatı üçün
dövlətin əsas vasitəsi monetar və fiskal siyasətdir».
12
Ancaq müasir vergi nəzəriyyələri
təkcə dövlətin iqtisadiyyatdakı rolunun müəyyən edilməsi və ya tənzimlənən bazar
modelini qəbul edib-etməməklə fərqlənmirlər.Müasir vergi nəzəriyyələri Piqu və Keyns
baxışlarında aydınlaşmayan bəzi mühüm məsələləri kifayət qədər ətraflı tədqiq edirlər.
Müasir vergi nəzəriyyələrinin bu istiqamətləri verginin mahiyyətcə dərkinə iki
fərqli əsas və iki fundamental vergi prinsipi təşəkkül tapdı.Optimal vergitutma
konsepsiyası vergini məcburi və əvəzsiz ödəniş kimi xarakterizə edir və verginin
iqtisadiyyata təhrifedici təsirini minimallaşdırmaq yollarını arayır. ctimai seçim
nəzəriyyəsi isə vergini könüllü və praktik olaraq ekvivalent – əvəzi ödənilən ödəniş kimi
xarakterizə edir.
Bu müasir vergitutma nəzəriyyələrinə və ümumiyyətlə, tarixi-retrospektiv
müstəvidə araşdırılan müxtəlif nəzəri baxışları ümumiləşdirib iddia edə bilərik ki, vergi,
bir tərəfdən, ictimai məhsullar təklifinə görə verilən könüllü ödəniş, digər tərəfdən,
ictimai məhsullar istehsalı və fiskal siyasətin gerçəkləşməsi üçün tutulan məcburi
ödənişdir. Nəzəri mənbələrin təhlili bu məlum nəticənin elmi cəhətdən yanlış olmadığını
təsdiqləyir və verginin mahiyyəti ilə funksiyaları arasında əlaqələrin aşkarlanmasına
imkan yaradır.
Öncə qeyd etmək gərəkdir ki, ən müxtəlif nəzəri mənbələr – istər klassik, liberal,
neoliberal nəzəriyyələr, istərsə də keynsçi, neokeynsçi və s. nəzəriyyələr əsasən
vergilərin prinsipcə iki funksiyaya – fiskal və tənzimləyici funksiyaya malik olduğunu
bildirirlər. Nəzəri əsasların tədqiqində bu cəhət aşkar göründü.Fundamental nəzəri
tədqiqatlarla birgə bir çox ədəbiyyatlar, məsələn, Q.Polyak, Q.Yutkin də vergitutmanın
bu iki funksiyaya malik olduğunu bildirirlər.
13
Bəzi ədəbiyyatlarda isə funksiyaların
12
Самуельсон
П., Нордхауз В. Экономика. М.: 1999, 91 с.
13
Поляк
Г.Б. Бюджетная система России. М.: 2000, 78-80 с.
22
nisbətən geniş çeşidi - fiskal, sosial, tənzimləyici, nəzarət və s. göstərilir.
14
Ş
übhəsiz ki,
funksiyalar çeşidinin belə genişləndirilməsi nəzəri kamilliyi ilə seçilmir və biz iddia edə
bilərik ki, verginin funksiyaları ilə vergi sisteminin funksiyalarını qarışdırmaq
yanlışlıqdır.
15
Nəzərdən keçirilən elmi mənbələrdən və başqa ədəbiyyatlardan biz təkcə vergilərin
funksiyalarını deyil, vergitutma prinsiplərini də qismən araşdıra bildik və biz qeyd
etməliyik ki, vergitutma prinsiplərinin dəqiqləşdirilməsi praktik vergi siyasətinə,
mövcud vergi sisteminin fəaliyyətinə qiymət verilməsi baxımından mühüm
məsələdir.Çünki fundamental nəzəri baxışlar funksiyalarla birgə təməl prinsipləri
müəyyən edir və verginin mahiyyətinə, funksiyalarına uyğun ideal vergitutma modelləri
məhz bu prinsiplər əsasında qurulur.Praktik siyasətin düzgünlüyü isə ideal modellərlə
müqayisədə bəlli olur.
ddia edə bilərik ki, vergitutma ödəniş qabiliyyəti, faydalılıq və ekvivalentlik,
ümumilik, bərabərlik, kifayətlilik, çeviklik, stabillik, effektivlik və ya neytrallıq,
stimullaşdırıcı, müəyyənlik, məqsədli təyinat və s. prinsiplər əsasında reallaşmalıdır və
s.
16
Azərbaycan Respublikası Vergi Məcəlləsində göstərilir ki, vergi qanunvericiliyi,
«Vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır» və «Vergilər
iqtisadi cəhətdən əsaslandırılmalıdır».
17
Ə
lbəttə ki, vergitutmanın ayrı-ayrı prinsiplərini təhlil etmək, bu prinsipləri nəzəri-
metodoloji əsaslandırmaq bir qədər tədqiqat mövzusundan kənar və problematik
məsələdir. Vergitutma nəzəriyyəsinin tanınmış nümayəndələrinin - R.Maysqrev və
P.Maysqrevin təkcə iki prinsiplə bağlı fikirləri bu çətinliyi təsdiqləyir: «Hamı razıdır ki,
vergi sistemi ədalətli və neytral olmalıdır, ancaq bu tələblərin şərhi ilə bağlı arqumentlər
14
Налоги
, налогообложение и налоговое законодательство. Учебное пособие для вузов / Под.ред. Е.Щ.Евстигнеева,
Санкт
-Петербург, 2000.c18-19
15
HüseynovA., ZeynalovV. Dövlətvə bələdiyyə maliyyəsininproblemləri. Bakı: 2006, 140 s.
16
Макконел
, Брю. Экономика. М.: 1999, 697 с;Самуельсон П., Нордхауз В. Экономика. М.: 1999, 435с
17
Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Bakı: Qanun, 2005, səh 15
Dostları ilə paylaş: |