14
vəsaitlərdir. Hər bir bankın məqsədi, maksimum mənfəət əldə etməkdir. Bunun üçün
banklar aktiv əməliyyatlardan istifadə edir.
Aktivdə əks olunan gələcək iqtisadi səmərə banka aşağıdakı yollarla daxil olur:
1.
aktiv, bank tərəfindən göstərilən xidmətlərdən ayrılıqda və ya digər
aktivlərlə əlaqəli şəkildə istifadə olunduqda;
2.
aktiv, digər aktivlərlə mübadilə olunduqda;
3.
aktiv, öhdəliklərin ödənilməsi üçün istifadə olunduqda;
4.
aktiv, bankın sahibləri arasında bölüşdürüldükdə.
Bir çox aktivlər, məsələn, əsas vəsaitlər fiziki formaya malikdir. Lakin fiziki
forma, aktivin mövcudluğunu müəyyən etmək üçün əsas deyil, belə ki, patentlər və
müəlliflik hüququ fiziki formaya malik olmamasına baxmayaraq, aktiv hesab olunur,
çünki bank tərəfindən onlardan gələcəkdə iqtisadi səmərə əldə etmək gözlənilir və
nəzarət olunur. Həmçinin mülkiyyət hüququnun olması da aktivin mövcudluğu üçün
birinci dərəcəli hesab edilmir. Belə ki, əgər bank əldə olunması gözlənilən mənfəətə
nəzarət edirsə, icarə olunan əmlak da aktiv kimi tanınır. Bankın aktivləri əvvəlki
dövrlərin əməliyyatları və digər hadisələr nəticəsində yaranır.Yaranmış xərclər və
yaradılmış aktivlər arasında sıx əlaqə mövcuddur, lakin bunlar uyğun olmaya da bilər.
Belə ki, bank xərc həyata keçirdikdə, nəzərdə tutulur ki, bu xərc gələcəkdə mənfəət əldə
etmək məqsədi güdür, lakin bu o demək deyil ki, aktiv kimi tanınan obyekt yaranmışdır.
Həmçinin müvafiq xərclərin istisna olması, maddənin aktiv kimi tanınmasına mane
olmur və mühasibat balansında tanına bilər.
Aktivlər – bankın bütün kreditləri, investisiyaları, pul vəsaitləri və əmlakıdır
(bank işində istifadə olunmayan əmlak da daxil olmaqla). Aktivlər standart və qeyri-
standart aktivlər qrupuna bölünürlər. Standart aktivlər qrupuna "qənaətbəxş aktivlər" və
"nəzarət altında olan aktivlər", qeyri-standart aktivlər qrupuna "qeyri-qənaətbəxş
aktivlər", "təhlükəli aktivlər" və "ümidsiz aktivlər" aiddir.
15
Beləliklə, aktiv əməliyyatların nəticələri bankın balansmın aktiv hissəsində
ə
ks etdirilir, bu göstəricilər əsasında bankm resurslarının yerləşdirilməsi xarakteri,
onlardan istifadənin səmərəliliyi yoxlanılır və təhlil edilir.
Aktivlərin keyfiyyətinin qiymətləndirilməsinin əsas məqsədi bankın aktivlərinin
keyfiyyətinin nəticələrinin sənədləşdirilməsidir. Qiymətləndirmə zamanı bütün riskli
aktivlər, o cümlədən bütün kreditlər təhlil olunur və onlara Aktivlərin təsnifləşdirilməsi
və mümkün zərərlərin ödənilməsi üçün ehtiyatlarin yaradilmasi qaydalarınauyğun olaraq
müvafiq reytinqlər verilir (müvafiq təsnifləşdirmə kateqoriyalarına aid edilir). Bank
müntəzəm keçirilən qiymətləndirmənin köməyi ilə problemli aktivlər üzrə risklərin
azaldılması üçün vaxtında lazımi tədbirlər görməli və kredit portfeli üzrə mümkün
zərərləri minimuma endirməyə qadir olmalıdır.
1 yanvar 2011-ci il tarixinə Azərbaycanda bank sisteminin aktivləri 13,3 mlrd.
Manat təşkil edir.
Aktiv və öhdəliklərə təsir edən fərziyyələr: -faiz dərəcəsinin dəyişməsi;
inflyasiya dərəcəsinin dəyişməsi; valyuta məzənnəsinin kəskin dəyişməsi.
Bank tərəfindən likvidlik vəziyyətinin dəyişməsinin inkişafının “ən pis”, “ən
yaxşı” və “ehtimal olunan” ssenariləri tərtib olunmalı və yuxarıda qeyd olunan
fərziyyələr daxil olmaqla hər bir ssenari üçün ayrıca meyarlar müəyyən olunur.
1.2.Banklarda vergitutmanın ə
sas nə
zə
ri ə
sasları
Müasir dünyada fərdlərdən, müxtəlif kommersiya müəssisələrindən və başqa
təşkilatlardan alınan vergilərin ÜDM-in əhəmiyyətli hissəsini təşkil etməsi faktdır.Belə
ki, XXI əsrin ilk illərində bazar modellərinin rəngarəngliyinə uyğun olaraq müxtəlif
ölkələr üzrə vergilərin ÜDM-dəki payı fərlənsə də, bir cəhət – vergitutmanın yüksələn
16
qüdrəti aşkar sezilib. Məsələn,XXI əsrin ilk onilliyində Almaniyada təkcə mərkəzi
hökumətin gəlirləri ÜDM-in 38,6%-nə, Böyük Britaniyada 36,6%-nə, Norveçdə 49,6%-
nə, Fransada 43,3%-nə, ABŞ-da 17,2%-nə, Kanadada 19%-nə bərabər olub. Statistik
mənbələrdən məlum olur ki, müxtəlif ölkələrdə məcmu vergi gəlirləri də - mərkəzi
hökumətə və yerli hakimiyyətlərə ödənilən vergilər də ÜDM-də böyük paya malik olub.
III minilliyin əvvəllərində məcmu vergi gəlirləri Almaniyada ÜDM-in 36%-ni, Böyük
Britaniyada 35,8%-ni, Norveçdə 43,5%-ni, Fransada 44%-ni, ABŞ-da 26,4%-ni,
Kanadada 33,9%-ni təşkil edib
1
. Bu və başqa statistik göstəricilər öz-özlüyündə
vergilərin gücünü, qüdrətini sübuta yetirmir.Sübut olunan öz təsdiqini tapan vergituma
sisteminin gücü, qüdrətidir.Aydındır ki, müasir vergitutma sisteminin bu əzəməti sadəcə
zora, diktata və təkcə inzibati məcburiyyətə söykənməyib.Çünki müasir vergituma
sisteminin ən əsaslı məsələləri - vergi dərəcələrinin yüksəlməsi və ya azaldılması, vergi
bazasının genişlənməsi və ya kiçilməsi demokratik institutlar müstəvisində, ictimai
razılıq əsasında müəyyənləşir.
Ə
lbəttə ki, vergitutma sistemlərinin bugünki gücünü aşkara çıxaran göstəricilər öz-
özlüyündə vergilərin mahiyyətini aşkara çıxarmaq və vergitutmanın fundamental nəzəri-
metodoloji əsaslarını aşkarlamır.Bu göstəricilər yalnız bir neçə iddianı irəli sürməyə
imkan yaradır.Vergitutma sisteminin çoxəsrlik inkişafı vergitutmaya aid nəzəri-
metodoloji əsasların təkmilləşməsi və zənginləşməsi ilə şərtlənib, tamamlanıb, müşayiət
olunub.Ötən əsrlərlə müqayisədə bir çox ölkələrdə vergi daxilolmalarının ÜDM-dəki
payının 2-3 dəfəlik artımını – aşağıdakı cədvəldə aşkar görünən artımı izah edən
faktorlardan biri budur.
Ə
lbəttə ki, bir neçə əsrdə vergi daxilolmalarının dinamik yüksəlişi təkcə nəzəri
baxışların inkişafı və vergitutma sisteminin bu baxışlar əsasında qurulması ilə şərtlənmir
və vergi daxilomalarının artımı, vergitutma sisteminin inkişafı həm başqa amillərlə -
sosial, hüquqi, etik və s. gerçəkliklərlə izah oluna bilər. Şübhəsiz ki, müxtəlif vergi
1
OECD Revenuc Statistics 1965-2000. Paris, OECD, 2001, 308 p.