8
Fəsil 1.Bank əməliyyatları və banklarda vergitutmanın əsas prinsipləri
1.1.Bank ə mə liyyatları anlayış ının definisiyası
Kommersiya banklarının funksiyaları həm də onunla ifadə olunur ki, onlar çox
mürəkkəb bazar iqtisadiyyatı və dünya-iqtisadi münasibətlər sistemində bazarın digər
iştirakçıları – istehsalat müəssisələri, ticarət təşkilatları, qeyri-bank maliyyə sektoru və
ə
hali (onların pul axınları üçün) üçün sanki bələdçidir.
Kommersiya bankı müştərilərə iki zəruri fundamental xidməti göstərən vasitəçi
təşkilatdır: kredit xidmətləri – iki müxtəlif müştəri qrupuna, onlardan biri, banka öz
vəsaitlərini (bankın passiv kredit əməliyyatları) etibar etməklə, özü bankı kreditləşdirir,
digəri isə, bankdan borc pul almaqla (bankın aktiv kredit əməliyyatları), bankda
kreditləşir və hesablaşma-ödəniş xidmətləri (çox vaxt kassa xidmətləri ilə birlikdə) –
özünün bütün müştərilərinə.
Bank fəaliyyətinin əhəmiyyətli xüsusiyyətləri sırasına, bir qayda olaraq,
aşağıdakılar aid edilir:
1)
bank resurslarında cəlb olunmuş və borc vəsaitlərinin üstünlük təşkil
etməsi, bu, ilk öncə, əmanətçilərin və kreditorların vəsaitlərinin effektiv istifadəsinə
görə yüksək məsuliyyətin yaranmasına səbəb olur;
2)
maliyyə bazarlarının fəaliyyət parametrlərinin həddindən artıq hərəkətliliyi,
dəyişkənliyi, bu, təkcə iqtisadi deyil, həm də siyasi, sosial və digər səbəblərlə bağlıdır,
ə
məkdaşlardan, təhlilin və əməliyyatların aparılmasının keyfiyyətinə zərər vurmadan,
daim analitik gərginlik və yüksək operativlik tələb edir;
3)
iqtisadiyyatın, demək olar ki, bütün sahələrini təmsil edən ən müxtəlif
müştərilərlə daim və eyni anda işləmək, onların ziddiyyətli maraq və məqsədlərini ən
müxtəlif, qətiyyən uyğun gəlməyən tendensiyalara, hər bir verilən anda mövcud maliyyə
alətlərinə, müxtəlif valyutalara malik bazarlarda uzlaşdırmaq zərurəti;
9
4)
bank məhsullarının (xidmətlərin) qeyri-maddi xarakteri və bankın, demək
olar ki, bütün bölmələrinin hər bir belə məhsulun istehsalında iştirakının zəruriliyi.
Kommersiya banklarının resursları iki mənbədən ibarətdir.a) xüsusi vəsaitlər;b)
cəlb olunmuş vəsaitlər.
Xüsusi vəsaitlərin tərkibinə səhmdar kapital, ehtiyyat və digər fondlar,
bölüşdürülməmiş mənfəət və digər mənbələrin daxil olduğu özünəməxsus xüsusi kapital
aiddir. Bankın xüsusi kapitalı onun fəaliyyətinin birinci günündən əsaslandığı dayaq
rolunu, həmçinin onun, sonuncu müdafiə xətti rolunu oynayır.
Cəlb olunmuş vəsaitlərin tərkibinə kreditlər, depozitlər, müştərilərin cari,
hesablaşma hesablarındakı, müxbir hesablarındakı vəsaitlər və digər vəsaitlər aiddir.
Xüsusi vəsaitlərin tərkibinə səhmdar kapital, ehtiyyat və digər fondlar,
bölüşdürülməmiş mənfəət və digər mənbələrin daxil olduğu özünəməxsus xüsusi kapital
aiddir. Bankın xüsusi kapitalı onun fəaliyyətinin birinci günündən əsaslandığı dayaq
rolunu, həmçinin onun, sonuncu müdafiə xətti rolunu oynayır.
Cəlb olunmuş vəsaitlərin tərkibinə kreditlər, depozitlər, müştərilərin cari,
hesablaşma hesablarındakı, müxbir hesablarındakı vəsaitlər və digər vəsaitlər aiddir.
Banklarin öhdəlikləri - banklar tərəfindən vəsaitlərin cəlb olunması və onun
resurslarının formalaşması üzrə əməliyyatlarıdır. Bu əməliyyatlann köməyi ilə
banklar mənfəət əldə etmək məqsədi ilə kredit verilməsi, qiymətli kağızlara sərmayə
qoyuluşu və s. üçün vəsaitlər toplayırlar. Bazar iqtisadiyyatına keçid şəraitində bank
passivlərinin formalaşması və onlann strukturunun optimallaşdırılması, öhdəliklərin
mənbələrinin keyfıyyətcə səmərəli idarə olunması xüsusi əhəmiyyət kəsb edir.
Öhdəliklər həmçinin kreditorun hər hansı vəsait və ya əmlak üzərində öz
hüquqlarının itirilməsi və ondan imtina etməsi kimi digər vasitələrlə də ödənilə bilər.
Öhdəliklər keçmiş dövrlərin əməliyyatları (hadisələri) nəticəsində yaranır.
Maliyyə hesabatlarında öhdəliklər aşağıdakı qaydada təsnifləşdirilir: tələb
olunanadək və 1 ayadək; 1 aydan 3 ayadək;3 aydan 6 ayadək;6 aydan 1 ilədək və 1 ildən
10
yuxarı.
bankın öhdəliklərində depozitlərlə (Depozit – müvafiq müqavilə şərtləri ilə
faizlər və ya komisyon haqqlar ödənilməklə və ya ödənilmədən müştərilərin
(əmanətçilərin) tələbi ilə qaytarılmasını və ya başqa hesaba köçürülməsini nəzərdə tutan
bankın balansında aparılan cari, əmanət (depozit) və ya digər hesaba qoyulmuş və ya
köçürülmüş pul vəsaitidir) bağlı əməliyyatlar mühüm rol oynayır. qtisadi məzmununa
və istifadə müddətlərinə depozitlərin tərkibi iki hissədən ibarətdir: tələb olunanadək
depozitlər və müddətli depozitlər. Tələbolunanadək depozıt onun sahibi tərəfındən
bank hesablarına köçürülən və onun sahibinin ehtiyac yarandıqda tələb etdiyi
depozit formasıdır. Bu vəsaitlər cari depozit hesablarında saxlanılır. Müddətli
depozitlər hesablara köçürülərkən müəyyən edilmiş müddət ərzində bank hesablarında
saxlanılan vəsaitlərdir.
Müddətli depozitlər üzrə hesablara sertifikatlar, veksellər, əhalinin məqsədli
və müddətli əmanət hesabları, həmçinin əvvəlcədən müddəti müəyyən edilməyən
lakin asanhqla təyin edilə bilən hesablar aiddir. Belə hesablara büdcə vəsaitlərinin
saxlandığı və kapital qoyuluşlarımn maliyyələşdirildiyi və s. Hesablar aid edilə bilər.
Başqa banklardan alınmış depozitlər də müddətli adlanırlar, çünki belə vəsaitlər
həmişə, bir qayda olaraq əvvəlcədən müəyyən edilmiş müddətə alınır.
Müddətli depozitlərin bir çox parametrləri, o cümlədən subyektləri, məbləğləri,
müddətləri, qəbulu və qaytarılması qaydaları, istifadə üsulları kommersiya
banklarının vəziyyətindən asılı olaraq çox fərqli və müxtəlif ola bilər. Bu, bankların
öz fəaliyyətlərində seçmiş olduqları istiqamətlərdən, onların maliyyə vəziyyətindən və
malik olduqları imicdən asılı olur.
Ə
manət sahibləri verdikləri pul qədər banklardan alacaqlı olurlar. Başqa bir
sözlə, pulunu banka qoyan bir kimsə banka kredit vermiş olur. Bir sıra ölkələrdə ödəmə-
lərin böyük bir hissəsi (təxminən 90%) banklar vasitəsilə olur. Pulun banknot yerinə
ə
manət şəklində bankda tutulması əmanətçiyə gəlir gətirir. Müddətləri baxımından
Dostları ilə paylaş: |